Ramiz Mehdiyevin ailə bankı “Bank BTB” ASC öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrildiyini elan edib-13.06.2026

Bunu Milli.Az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə “Bank BTB” ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.
Bankın aktivləri və öhdəlikləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürülüb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aiddir.
https://news.milli.az/country/1333065.html
“Bank BTB” ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur.
Demokrat.az xəbər verir ki, Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Onun qardaşı Rza Sadiq də deyildiyi kimi bank səhmlərinin 19 faizinə sahibdir.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır.

Haşiyə: Mehdiyeva Nigar İsmayıl qızı 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspirant olaraq təhsilini davam etdirib, 2002-2004 cü illərdə isə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində Tibb elmləri namizədi adını alıb. 2006-ci ildə Onkoloji kafedranın asissenti, 2010-cu ildən isə dosent adını alıb.
Moskvada N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində doktorluq dissettasiyasını müdafiəsi üzrə işini tamamlayaraq tibb elmləri doktoru adını alıb. Süd Vəzi Onkologiyası üzrə aparıcı mütəxəssis olaraq, hazırda II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri, həkim onkoloq kimi fəaliyyət göstərir.(konkret.az)
https://demokrat.az/az/news/69933/bank-btb-nin-sahiblerinden-biri-ramiz-mehdiyevin-gelini-fotolar
P.S. Bunlar Azərbaycan Xalqnı ələ salıblar, bu necə Ramiz Mehdiyevin Dövlət çevrilişidir ki, ailə Bankı daha da zənginləşib?! Mən 23 ildir ki, Ramiz Mehdiyevdən şikayət edirəm Əliyev rejimi buna baxmır, əksinə mənə Siyasi sifarişlə saxta itihamlarla 15 il Qiyabi məhkəmə hökmü kəsirlər. Bunların mübarizəsi Ramiz Mehdiyevlə deyil, haqqını tələb edən bizi kimilərlədir…Baxın, Krimnal aləmdə “Boz kardinal” kimi tanınan saxt akademik Ramiz Anvarovuç 13 oktyabr 2003-cü il tarixindən hazıra qədər qardaşım Mahir Abdullayevin ogurlanması cinayətini ört-basdır etmək məqsədilə məni və ailə üzvülərimi Hüquq Mühafiə Orqanları üzərindən Dövlət terroruna və Siyasi represiyaya məruz qoyudu, Gizli polisin Reket jurnalistləri və Söyüş trolları ilə barəmizdə Xalqa cinayət xarakterli Yalan məlumatlar yayırdı. Amma, öz ailəsinə isə Guya korrupsiya ilə mübarizə pərdəsi adı altında vəzifə səlahiyyətlərindən cinayətkarcasına sui-istifadə edərək Bank qurub milyonlarla pul qazandırıb…
Əgər, bir dövlətin vəzifəli şəxsi öz vətəndaşını öz ailəsi qədər sevmirsə, onu Vətən xaini hesab edirəm…, baxın bunlar nə qədər həyasız adamlardı özlərini Vətən xaini olduqları halda, Xalqı vətən xaini hesab edirlər. Düz deyirlər, Meymun baxar güzgüyə, adını qoyar Özgəyə!



















Bir şərh yazın