Almaniyanın 30-dan çox şəhərində gənclərin sosial tələblərlə bağlı keçirdiyi etiraz aksiyalarında 100 mindən çox insan iştirak edib. “Gen Z regelt” təşəbbüsünün çağırışı ilə təşkil olunan nümayişlərdə təhsil üçün maliyyənin artırılması, yaşayış xərclərinin azaldılması, sosial ədalətin təmin edilməsi və iqlimin qorunması tələb olunub. Aksiya iştirakçıları sosial sahədə ixtisarların və hərbi xərclərin artırılmasının əleyhinə çıxıblar.

Berlin, Hamburq, Münhen, Leypsiq, Ştutqart, Frankfurt-Mayn, Köln və digər şəhərlərdə minlərlə insan küçələrə çıxıb. İctimai asayişin təmin olunması üçün təhlükəsizlik tədbirlərinə xeyli sayda polis əməkdaşı cəlb olunub. Berlində və digər şəhərlərdə bahalı butiklərin giriş və vitrinləri xüsusi vasitələrlə örtülüb.

Şəhərlərin əksərində nümayişlər axşama qədər dinc şəraitdə davam etsə də, Köln və Hamburqda qarşıdurmalar qeydə alınıb. Kölndə nümayişçilərin pirotexniki vasitələrdən istifadə etməsi və üzlərini gizlətməsi səbəbindən yürüş qadağan olunub. Polis su şırnaqlarından istifadə edib. Hamburqda isə polis əməkdaşlarına pirotexniki vasitələr və müxtəlif əşyalar atılıb.

Təşkilatçılar gənclərin gələcəyinə diqqət yetirilməsini və onların tələblərinin dinlənilməsini istəyirlər. Təhlükəsizlik orqanları aksiyaların radikal qruplar tərəfindən yönləndirilməsi ehtimalı barədə xəbərdarlıq etmişdi.


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir cavab yazın


Son yazılar

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent