Almaniyada yeni yaradılan “Gen Z regelt! Studis” (“Z nəsli qərar verir! Tələbələr”) hərəkatı noyabrın 20-də ümumavropa etiraz aksiyalarına qoşularaq ölkənin ali təhsil müəssisələrində kütləvi tətil keçirməyi planlaşdırır. bu barədə DPA agentliyinin məlumatında deyilir.
Bildirilib ki, aksiyada əsas məqsəd universitetlərdə tədris prosesinin mümkün qədər tam dayandırılmasına nail olmaqdır.
Etirazçıların əsas tələbləri arasında təhsil sahəsinə dövlət maliyyələşməsinin əhəmiyyətli dərəcədə artırılması, akademik heyətlə qısamüddətli əmək müqavilələrinin bağlanmasının qanunla qadağan edilməsi, var-dövlət vergisinin tətbiqi və universitetlərdə hərbi tədqiqatların tam dayandırılması yer alır.
Hərəkat, həmçinin Almaniya kansleri, Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzin istefasını tələb edir.

















































Bir cavab yazın