Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə baş vermiş şübhəli ölümündə “Kurtlar Vadisi Pusu” detalı: Aktyor ifadə verəcək…

Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə baş vermiş şübhəli ölümü ilə bağlı istintaq davam edir. Araşdırma çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının aktyoru da ifadə verəcək.

Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, məşhur serialda “Kazım Kaşifoğlu” obrazını canlandıran və Kaşif Kozinoğluna bənzədilən Sedat Savtak ifadə vermək üçün çağırılıb.

Məlumata görə, Savtak “məlumatlı şəxs” qismində ifadə verəcək.

Dünya“Kurtlar Vadisi Pusu” serialı nəzarətə götürüldü

Qeyd edək ki, 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha əvvəl də “Kurtlar Vadisi Pusu” serialı nəzarətə götürülüb, serialın ssenaristləri isə “məlumat sahibi” qismində ifadəyə çağırılıblar.

DünyaMİT əməkdaşının ölümündə “Kurtlar Vadisi” detalı: Ssenaristlər ifadəyə çağırıldı – VİDEO

Prokurorluğun diqqətini cəlb edən məqamlardan biri “Kurtlar Vadisi Pusu” serialının 2011-ci il noyabrın 10-da yayımlanan 136-cı bölümü olub.

Həmin bölümdə “Kazım Kaşifoğlu” adlı obrazın hücrədə saxlanıldığı və daha sonra ölümlə hədələndiyi səhnələr nümayiş olunub.

Kaşif Kozinoğlu isə məhz həmin bölümün yayımlanmasından iki gün sonra – 2011-ci il noyabrın 12-də Silivri Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişib.

Həmçinin onun ölümü ilə bağlı daha əvvəl görüntülər də ortaya çıxıb.

DünyaTürkiyə çalxalanır: Kaşif Kozinoğlunun ölümü ilə bağlı şok görüntülər ortaya çıxdı – Foto – Video

Türkiyə

Türkiyə Milli Kəşfiyyat Təşkilatı

Kurtlar Vadisi serialı

Hazırladı:

Könül Əliyeva

https://oxu.az/dunya/mit-emekdasinin-olumunde-kurtlar-vadisi-pusu-detali-aktyor-ifade-verecek


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent