Ölkədə ən populyar süni intellekt “ChatGPT” (çat-botu) açıqlandı…

“ChatGPT” Azərbaycanda süni intellekt əsaslı çat-botlar arasında populyarlığına görə liderliyini qoruyub-saxlamaqdadır.

Axar.az xəbər veri ki, bu barədə Trend “Global Stats” məlumatları əsasında hesablama aparıb.

Bildirilib ki, 2026-cı ilin sentyabrında Azərbaycanda süni intellekt çat-botları bazarında “ChatGPT”nin payı 86,3 faiz təşkil edib. Bu, bir ay əvvəlki göstəricidən 2,69 faiz bəndi çoxdur.

Bu müddətdə “Google Gemini”dən istifadə 1,17 faiz bəndi azalaraq 10,28 faiz təşkil edib.

Sentyabrda “Perplexity”nin payı 2,34 faiz, “Claude”un 0,83 faiz, “Microsoft Copilot”un payı isə 0,24 faiz olub.

Beləliklə, “ChatGPT” Azərbaycanda süni intellekt çat-botları bazarında lider mövqeyini qoruyub və ən yaxın rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayıb.

Qeyd edək ki, “OpenAI” GPT-6-nın “ChatGPT”də qlobal tətbiqinə başlayıb. Yeni model Intelligent UI funksiyası ilə təchiz olunub. Bu funksiya “ChatGPT”yə yalnız mətn formatında cavablar verməyə deyil, həm də birbaşa çat daxilində interaktiv interfeyslər yaratmağa imkan verir. Onun köməyi ilə cavablara interaktiv qrafiklər, düymələr və formalar, diaqramlar, kalkulyatorlar və digər interaktiv elementlər daxil edilə bilər.

OpenAI bildirir ki, GPT-6 qarşıya qoyulan tapşırıqdan asılı olaraq cavabın ən uyğun formatını müstəqil şəkildə seçə bilər. Məsələn, mürəkkəb mövzunun izahı üçün interaktiv sxemdən, hesablamalar üçün isə kalkulyatordan istifadə edə bilər.

Bundan əlavə, “OpenAI” “ChatGPT”də yeni reklam formatını elan edib. Şirkət oktyabrın sonlarından etibarən əvvəlcə ABŞ-də “Free” və “Go” istifadəçiləri üçün vizual reklam formatını sınaqdan keçirməyi planlaşdırır. “OpenAI” vurğulayır ki, reklam yaradılan görüntüdən ayrı olacaq və “ChatGPT”nin cavablarına təsir göstərməyəcək.

https://axar.az/news/toplum/1137203.html

Süni İntellekt Dərsləri – 1.4 ChatGPT necə işləyir? LLM nədir? | Microsoft Copilot-un beyni

Ən Güclü 10 Süni İntellekt Proqramı ✨Siz hansından daha çox istifadə edirsiniz?


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir cavab yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent