Ramiz Mehdiyevin qızı Kəmalə Əliyevanın vəkili həbs edildi…
Azərbaycanda daha bir vəkil həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.
Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi. (Qafqazinfo.az)
Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili Raman Abışovun adı Vəkillər Kollegiyasının reyestrindən çıxarılıb.
NOCOMMENT.az bu barədə etibarlı mənbəyə istinadən xəbər verir.
Xatırladaq ki, noyabrın 14-də məhkəmə Raman Abışov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib. R. Abışov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb və hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.
Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili olmuş R. Abışov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın əmlak məsələləri üzrə hüquqlarını müdafiə edib.\\“PostMedia”




















































Bir cavab yazın