ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında mümkün görüşü dəstəklədiyini bildirib. O, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
“Düşünürəm ki, görüşsəydilər, əla olardı. Onlar bu münaqişəyə son qoymalıdırlar”, – ABŞ lideri deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə görüş və danışıqlar müddətində atəşkəs təklifi ilə açıq məktub yazıb. Zelenski bildirib ki, Ukrayna “hamının hamıya” formulu ilə əsir mübadiləsinə, mülki şəxslərin və uşaqların qaytarılmasına, eləcə də ABŞ və Avropanın təhlükəsizlik qarantları qismində mümkün iştirakı ilə birbaşa ikitərəfli formata hazırdır.
Femidaİnfo.com


















Bir şərh yazın