Vəkil Ramiz Zeynalov həmkarı Aslan İsmayılovu siyasi hakimiyyəti dəyişməyə çalışmaqda, Prezidentin istefasını tələb etməkdə, Elşad Abdullayavə dəstək verməkdə ittiham edib. O bildirib ki, hüquqşünas siyasətlə məşğul olmalı deyil. Buna görə də Aslan İsmayilovun Vəkillər Kollegiyasında qalmağına narazıdır. Həmçinin Ramiz Zeynalov həmkarını dövlət çevrilişinə dəstəkdə təqsirləndirib. Bununla bağlı Modern.az-a danışan Aslan İsmayılovun peşə yoldaşına cavabı ağır olub.

”Elşad Abdullayev Azərbaycanda at oynadanda, univeristet rektoru olan zaman Ramiz Zeynalov kimilər onun qabağına sürünə-sürünə gedirdilər və yaltaqlanmağa can atırdılar. Mən isə həmin dövrdə Elşad Abdullayevin qanunsuzluqları barədə Baş prokuror Zakir Qaralova və korrupsüiya komissiyasının sədri Ramiz Mehdiyevə müraciət edirdim”.

Vəkil onu da qeyd edib ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi şəxs olaraq müdafiə etmir.

“Ramiz Zeynalov kimi insanlar ömrü boyu ona-buna yarınmaqda məqsədlərini həyata keçirirlər. Ramiz Mehdiyevə yarınmaq üçün Elşad Abdullayevə qarşı iftiralar atır. Mən Elşad Abdullayevi şəxs olaraq müdafiə etmirəm. Sadəcə olaraq yaydığı video materiallardakı halların araşdırılmasını tələb edirəm. Mən heç vaxt prezidentin istefası haqqında fikir səsləndirməmişəm. Amma Ramiz Mehdiyevin istefasını bu gün də tələb edirəm, çünki onun tutduğu vəzifə imkan verir ki, istintaqın gedişinə mane olsun. Vəkilliyə gəlincə, mən ölkədə öz adımla tanınıram. Ramiz Zeynalov isə özünün “Terrazini” adlandırılmasını istəyir. Terrazini isə “Sprut” filmində mafioz qrupları müdafiə edən dələduz, özü cinayətkar olan vəkildir. Mən isə heç zaman adımın kriminallarda səsləndirilməsini istəməmişəm. O məni siyasətlə məşğul olduğuma görə qanunu pozmaqda ittiham edir. Birinci, mən heç vaxt siyasətlə məşğul olmamışam, ikincisi isə qanundan xəbəri olmayan birisi bilmir ki, çoxlarına siyasətlə məşğul olmaq qadağan olsada, vəkillik az peşələrdəndir ki, qanunda birbaşa göstərilir ki, vəkilə siyasətlə məşğul olmaq qadağan edilə bilməz.O, yaltaqlanmağına baxmayaraq, bir neçə dəfə məhkum olunub. Mən isə hakimiyyəti tənqid edə-edə sadəcə bir dəfə qanunsuz olaraq  vəkillikdən çıxarılmışam. Onun hara və necə qulluq etməsi isə bu günə kimi bəlli deyil. Mənim mövqeyim isə hamıya bəllidir. Məni vəkillikdə qalmağıma etirazını bildirən Ramiz Zeynalovun özü vəkillik institutuna ləkədir. Ömrü boyu yaltaqlanmaqla çörək qazanmaqla, mübarizə aparıb çörək qazanmaq başqa-başqa şeylərdir”.

Aqşin Kərimov

Modern.az

https://modern.az/az/olke/33998/vekil-aslan-ismayilov-o-ramiz-mehdiyeve-yarinmaq-ucun-elsad-abdullayeve-iftiralar-atir/


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent