Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti…

I yazı

1937–1938-ci illərdə Azərbaycanda minlərlə ziyalı, din xadimi və ictimai-siyasi xadim “xalq düşməni” ittihamı ilə güllələnib. Məmmədəli Abbasqulu oğlu Əliyev bu proseslərin rəsmi dövlət sənədlərində (aktlarda və edam protokollarında) adı icraçı kimi keçən və sovet repressiya aparatının amansız qərarlarını yerinə yetirən şəxslərin gizli siyahısında yer alır.

Məmmədəli Əliyev yüksək rütbəli NKVD zabiti və ya komissar olmadığı, sadəcə verilən gizli tapşırıqları yerinə yetirən sıravi icraçı olduğu üçün onun haqqında geniş bioqrafik araşdırmalar aparılmayıb.

Çox təəssüf ki, fotosunu tapa bilmədim. Dəfələrlə arxivlərə baş vursam da, barəsində çox az məlumat olan bu şəxsin bütün məlumatları və şəxsi işi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində gizli saxlanılıb.

Sovet xüsusi xidmət orqanları güllələnmə hökmlərini kütləvi şəkildə icra etmək üçün psixoloji baxımdan bu işə uyğun gələn yerli əməkdaşlardan xüsusi icra qrupları formalaşdırırdı. O da bu qrupun fəal üzvü olmuşdur.

Dövlət təhlükəsizliyi serjanti hərbi rütbəsi olub. 22 fevral 1938-ci il tarixli 410 №-li əmri ilə alıb. Qeyd edim ki, bu rütbə Qırmızı Ordunun Leytenant rütbəsinə bərabər tutulurdu.

Məmmədəli Əliyev NKVD rəhbərliyinin, xüsusilə Mixail Sumbatov-Topuridzenin birbaşa şifahi və xüsusi yazılı əmrlərini yerinə yetirən “müvəqqəti operativ icra qrupunun” üzvü idi. Bu qrupun üzvləri gündüzlər adi kargüzarlıq və ya inzibati işlərlə məşğul olur, yalnız gecə saat 01:00-dan 04:00-a qədər cəlladlıq missiyasını yerinə yetirirdilər. Onlara bu qanlı fəaliyyətlərinə görə maaşlarından əlavə xüsusi mükafatlar və ərzaq, əsasən spirtli içki payı verilirdi.

O, NKVD əməkdaşı kimi repressiya olunmuş şəxslər barəsində çıxarılan güllələnmə qərarlarının icra sənədlərini imzalayan və bu aktları rəsmiləşdirən şəxslərdən biri olub.

Məmmədəli Əliyev Bakıda və ətraf ərazilərdə gizli şəkildə həyata keçirilən kütləvi güllələnmə proseslərinin birbaşa icraçısı kimi tanınır.

NKVD binasının zirzəmilərində və ya Bayıl həbsxanasında gecə saatlarında keçirilən güllələnmə proseslərində birbaşa silahı çəkib, ölüm hökmü alan şəxsləri öldürüb.

Edam prosesindən sonra qurbanların cəsədlərinin Xəzər dənizində yerləşən Nargin adasına aparılmasına və ya digər gizli kütləvi məzarlıqlarda basdırılmasına bilavasitə nəzarət edib. NKVD-nin gizli təlimatlarına əsasən, cəsədlər adada basdırılarkən üzərlərinə əhəng tökülürdü ki, bədənlər sürətlə parçalansın və gələcəkdə basdırılma yerləri tapılsa belə, şəxsiyyətləri müəyyən etmək qeyri-mümkün olsun.

Məmmədəli Əliyevin və digər azərbaycanlı cəlladların adları 2016-cı ildə Rusiyanın “Memorial” Hüquq Müdafiə Cəmiyyəti “SSRİ təhlükəsizlik orqanlarının kadr heyəti: 1935-1939” adlı irihəcmli məxfi bazanı və sənədləri ictimaiyyətə açıqladıqdan sonra bəlli olub.

Azərbaycan SSR üzrə müəyyən edilən 278 NKVD əməkdaşından yalnız 57-si milliyətcə azərbaycanlı idi ki, onların da daxilində Məmmədəli Abbasqulu oğlu Əliyevin adı birbaşa icraçı-cəllad kimi qeyd edilmişdi.

Məlumata görə, 1941-ci ildə İkinci Dünya Müharibəsi başladıqdan sonra keçmiş edam icraçılarının böyük hissəsi xüsusi cəza batalyonlarına cəlb edilərək ən təhlükəli döyüş nöqtələrinə göndərilib, cəllad Məmmədəli Əliyev də bunların içində olub. Burda isə sənədlərin davamı boş sarı vərəq gəlir.

Bir versiyaya görə isə ad-soyadı dəyişdirilib, Rusiyanın ucqar əyalətlərindən birinə yerləşdirilib.

https://axar.az/news/layiheler/1123467.html


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent