Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin işi niyə yalnız hakim Kəmalə Abıyevaya həvalə edilir?!

Azərbaycan məhkəmə-hüquq sistemində bəzi işlərin gedişatı zamanı ortaya çıxan “təsadüflər” ictimaiyyətdə ciddi suallar doğurur. Qanunvericiliyə əsasən, ölkə məhkəmələrində işlər hakimlər arasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tam avtomatik və təsadüfi qaydada bölüşdürülməlidir. Lakin nə hikmətdirsə, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev və onun yaxın çevrəsi ilə bağlı məhkəmə çəkişmələri dövr edib məhz bu dairəyə yaxın şəxslərin icraatına düşür.

Musavat.com xəbər verir ki, bunun ən bariz nümunəsi şabranlı sahibkar Mansur İbrahimovun milyonlarla manat dəyəri olan biznesinin Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyev tərəfindən zəbt edilməsi iddiası ilə bağlı məhkəmə prosesidir. Birinci və apellyasiya instansiyalarında təqdim olunan sənəd-sübutlar sahibkar Mansur İbrahimovun 100 faiz haqlı olduğunu təsdiqləsə də, işin Ali Məhkəmə mərhələsində yenidən hakim Kəmalə Abıyevanın icraatına verilməsi təsadüf ehtimallarını alt-üst edir. Ümumiyyətlə, Mansur İbrahimovun adı keçən işlər ardıcıl olaraq Ali Məhkəmədə məhz Kəmalə Abıyevanın icraatına yönəldilir və qəbul edilən qərarlar İlham Əlisəftər oğlu Əliyevin maraqları ilə üst-üstə düşür.

Məsələnin ən diqqətçəkən və maraqlar toqquşması yaradan tərəfi isə ondan ibarətdir ki, hakim Kəmalə Abıyeva Ramiz Mehdiyevin vəkili Zaur Abıyevin həyat yoldaşıdır.

Şabran rayonunun Gəndov kənd sakini olan sahibkar Mansur İbrahimov ölkənin ali rəhbərliyinə, hüquq-mühafizə və məhkəmə orqanlarına ünvanladığı şikayət məktubunda sabiq deputat İlham Əliyevin əməllərinin araşdırılmasını tələb edir.

Sahibkar yazır ki, vaxtilə malik olduğu inzibati resurslardan və dövlət gücündən istifadə edən sabiq deputat onun 2 şirkətini, 100 hektardan artıq torpaq sahəsini və məhsuldar meyvə bağlarını qanunsuz yolla ələ keçirərək külli miqdarda maddi ziyan vurub. Mansur İbrahimov baş verənlərlə bağlı indiyədək müxtəlif qurumlara etdiyi müraciətlərin nəticəsiz qaldığını, əksinə, bəzi vəzifəli şəxslər tərəfindən sabiq deputata havadarlıq edildiyini qeyd edir.

Şikayət ərizəsində diqqət çəkən əsas məqamlardan biri məhkəmə çəkişmələrinin illərlə uzadılmasıdır. Sahibkar bildirir ki, köhnə əlaqələrini işə salan Ramiz Mehdiyevin kürəkəni düz 6 ildir iddiası üzrə məhkəmə proseslərinin yekunlaşmasına əngəl törədir. Onun hesablamalarına görə, ötən 6 il ərzində bağlarından yığılan məhsulun satışından əldə olunan vəsait – ildə təxminən 10 milyon manat gəlir qanunsuz olaraq mənimsənilir.

Mansur İbrahimov əlavə edib ki, problemlər bununla bitməyib. Ramiz Mehdiyev, onun kürəkəni dövlətin sahibkarlara ayırdığı güzəştli kreditlərdən yararlanmasının qarşısını alıb, hətta “Xalq Bank”dan taxılçılığın inkişafı üçün ona ayrılan 200 min manatlıq güzəştli kreditin geri qaytarılmasına nail olublar.

Müraciətdə ən kəskin məqamlardan biri də Şabrandakı fındıq bağı ilə bağlıdır. Sahibkar yazır ki, Prezidentin fındıqçılığın inkişafı ilə bağlı çağırışına uyğun saldığı 12 hektarlıq, 6 illik fındıq bağı şəxsən Ramiz Mehdiyevin göstərişi ilə buldozerin qarşısına verilib və həmin ərazidə arpa əkilib.

Mansur İbrahimov yazır ki, 6 il əvvəl “Turaz” MMC-yə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə verdiyi iddia 04.07.2024-cü il tarixli, 2-2(119)-238/2024 saylı qətnamə ilə tam təmin olunub. Sumqayıt Apellyasiya Məhkəməsi də 02.09.2026-cı il tarixli, 2-2(105)-3/2025 saylı qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayıb.

Hazırda isə cavabdeh tərəfin verdiyi kassasiya şikayəti üzrə 2-2 (1-8)-809/2026 saylı iş Ali Məhkəməsdə hakim Kəmalə Abıyevanın icraatındadır. Sahibkar qarşı tərəfin kassasiya şikayətini vaxt udmaq və məhkəmə qərarının icrasını ləngitmək məqsədi daşıdığını da xüsusi olaraq vurğulayır.

30 ilə yaxındır sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu vurğulayan Mansur İbrahimov dövlət başçısından və aidiyyəti qurumlardan işin nəzarətə götürülməsini xahiş edib. O, İlham Əlisəftər oğlu Əliyevin əməllərinə hüquqi qiymət verilməsini, əldə etdiyi sərvət və gəlirlərin mənbəyinin araşdırılmasını, qanunsuz əmlaklarının dövlət xeyrinə müsadirə olunmasını, eləcə də özünə məxsus şirkətlərin və torpaq sahələrinin geri qaytarılmasını tələb edib.


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir cavab yazın


Son yazılar:

Allah haqqı, ədaləti və onu müdafiə edənləri qorusun!

Vəkilin gücü qorxmazlığında, cəmiyyətin gücü isə ədalətə sahib çıxmağındadır!

Bütün ədalətsizliklər arasında ən dözülməzi Dövlət və Qanun adı altında törədilən Ədalətsizlikdir!


Ogru elə bagrır ki, Dogrunun bagrı çatlayır: Azərbaycanda serial qatil kimi tanınan, PTX-in rəisi Bəylər Əyyubovun Avropadakı Gizli polis killeri-Baş trol, Xüsusi Təhlükəli Ressidivist Cinayətkar Fuad Agayev (İsveçrə) kimdir?! 1-ci h. -28/05/2026

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent