Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev AXCP sədri Əli Kərimlinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verib.

İlham Əliyev məhkəmə kollegiyasından cinayət işində şahid qismində tanınan həyat yoldaşının prosesə çağırılmamasını xahiş edib.

O bildirib ki, baş verən hadisələrdən sonra həyat yoldaşının vəziyyəti ağırlaşıb, ağır depressiyaya düşüb və hazırda antidepressant preparatlar qəbul edir.

Kürəkəninin sözlərinə görə, həyat yoldaşının səhhəti ağır olduğundan onun məhkəmə prosesinə çağırılmasını istəmir.

Qeyd edək ki, məhkəmədə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bərabər oğlu Timur Mehdiyev də iştirak edib./Gununsesi.info/

https://nocomment.az/cemiyyet/azerbaycandan-turkiyeye-bassagligi-561058

Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı – Ailəsi ilə birgə.

NOCOMMENT.az xəbər verir ki, həmin şahidlər Ramiz Mehdiyev və ailə üzvləridir.

Ramiz Mehdiyev, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyev rəsmi bildirişlə məhkəməyə çağırılıblar. Onlar ibtidai istintaq vaxtı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən dindiriliblər.

Məhkəmə sabaha təyin edilib.

İttihamda deyilir ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev, axtarışda olan Abbas Abbasov və digər şəxslərlə birlikdə hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi barədə sövdələşmədə iştirak edib. DTX cinayətlə bağlı geniş videomaterial yayıb, orada Ramiz Mehdiyevin Əli Kərimlinin adamları və xarici xüsusi xidmət orqanları ilə səs yazıları yer alıb.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.

Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub./Qafqazinfo/

https://nocomment.az/cemiyyet/azerbaycandan-turkiyeye-bassagligi-561058


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir cavab yazın


Son yazılar:

Allah haqqı, ədaləti və onu müdafiə edənləri qorusun!

Vəkilin gücü qorxmazlığında, cəmiyyətin gücü isə ədalətə sahib çıxmağındadır!

Bütün ədalətsizliklər arasında ən dözülməzi Dövlət və Qanun adı altında törədilən Ədalətsizlikdir!


Ogru elə bagrır ki, Dogrunun bagrı çatlayır: Azərbaycanda serial qatil kimi tanınan, PTX-in rəisi Bəylər Əyyubovun Avropadakı Gizli polis killeri-Baş trol, Xüsusi Təhlükəli Ressidivist Cinayətkar Fuad Agayev (İsveçrə) kimdir?! 1-ci h. -28/05/2026

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent