Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 79 qərar çıxarıb.

Ötən il Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 79 qərar çıxarıb.

Bu barədə AİHM-in bu gün dərc olunmuş “2021-ci il üzrə fəaliyyətə baxış” hesabatında deyilir.

Məlumata görə, ötən il AİHM-ə Azərbaycanla bağlı 425 ərizə daxil olub. Bu ərizələrdən 298-i rədd edilib, 79 iş üzrə qərar çıxarılıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Azərbaycanla bağlı 525 ərizə daxil olmuşdu. Onlardan 360-ı rədd edilib, 74-ü üzrə qərar qəbul edilmişdi.

Qərar qəbul edilənlərin bəzilərinə hələ də Azərbaycan hökuməti təzminat ödəməyib.

2021-ci ildə 116 iş, 2020-ci ildə isə 159 iş Azərbaycan hökuməti ilə müzakirə mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. İlk iş 2006-cı ildə qəbul edilib.


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber