ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq. Bu barədə “ABC News” telekanalının aparıcısı Conatan Karl məlumat verib.

“Bu, hər necə olursa-olsun, yaxşı yolla və ya pis yolla baş tutacaq”, – deyə C.Karl “X” platformasında Ağ Evin rəhbərindən sitat gətirib.

Öz növbəsində, D.Tramp “Truth Social” şəbəkəsində Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə İrandakı bütün elektrik stansiyalarını və körpüləri məhv edəcəyi barədə təhdidini yenidən səsləndirib.

“Yaxşı oğlan olmaq artıq bəsdir. Onlar tez təslim olacaqlar, asanlıqla təslim olacaqlar. Biz çox ədalətli və ağlabatan razılaşma təklif edirik və ümid edirəm ki, bununla razılaşacaqlar, çünki əks halda Birləşmiş Ştatlar ordusu İrandakı hər bir elektrik stansiyasını və istisnasız olaraq bütün körpüləri məhv edəcək”, – deyə prezidentin paylaşımında bildirilir.

D.Tramp həmçinin iddia edib ki, bunu etmək onun üçün “şərəf olacaq” və bu, son 47 il ərzində digər ABŞ administrasiyaları tərəfindən edilməli idi.


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber