elshadalawprof@gmail.com
Prezident Admnisrassiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu, MTN lV Idarəsinin rəisi polkovnik (ABU-in Prorektoru) Əliyev Fikrət Əlsəftər oglu Azərbaycan Beynəlxalq Universiteti rektorunun Xidməti avtomobilini ogurladıgına görə Məhkəmə məsuliyyətinə cəlb olunmalıdır-Ramizqeyt işi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin BDYPİ Qeydiyyat-İmtahan Şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayevin Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevə məxsus Xidməti avtomobili haqqında Prokurorluga göndərdiyi 24.11.2012-ci il tarixli Arayışı-1 h.
Hüquq professoru olaraq bildirmək istəyirəm ki, keçmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirliyinin zabiti Fikrət Əliyevin Azərbaycan Beynəlxalq Universitetindəki (ABU) çoxsaylı cinayət əmələrindən biri də ABU-in mülkiyyətində olan Xidməti avtomobilin ogurlamasıdır.
Ramizqeyt işi: Prezident Admnisrassiyasının keçmiş rəhbəri, sabiq AMEA-in Prezidenti Ramiz Mehdiyevin “Baş Qara kassası”, yaxın qohumu, qızının ərinin qardaşı, MTN-in lV İdarəsinin rəisi, polkovniki, Kod adı “Maştaginski-Çopur” Əliyev Fikrət Əlsəftər oglu Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoruna məxsus 62 min $ (ABŞ dollarlıq) dəyərində Xidməti avtomobilini ogurladıgına görə Məhkəmə məsuliyyətinə cəlb olunmalıdır.
23 iyun 2008-il tarixdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun guya imzaladığı saxta rəsmi məktuba əsasən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu,
MTN-in polkovniki Fikrət Əliyevi ABU rektoru olaraq Azərbaycan Beynalxalq Universitetinə prorektor vəzifəsinə təyin etdim.
Zərərçəkmiş Abdullayev Elşad İslam oğlu
Xalq arasında “Boz kardinal” kimi tanınan Ramiz Mehdiyevin dövlətin gücündən istifadə edən krimnal şəbəkəsinin Qara maskalılarının silahlı basqınından sonra dogma Vətəninmi 21.09.2010-cu il tarixində tərk edib Fransaya sıgınandan sonra KQB-in polkovniki Fikrət Əliyev ABU-ya məxsus olan “Nissan-Tiana” markalı 2008-ci il buraxılışı olan 90 AN 040 dövlət qeydiyyat nişanlı avtomaşını saxata sənədlər əsasında “DRY İCE TESH” firmanın (Məhdud Məsüliyyətli Cəmiyyətin (VÖEN 1700996271) hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə əliyeva küçəsi, ev 251 A, mənzil 165A-dır) adına sənədləşdirmişdir, xalq arasında MMC Ramiz Mehdiyevin obyektlərindən biri hesab edilir.Bizə daxil olmuş məlumatlara əsasən hazırda həmin avtomaşında ABU-da oldugu kimi 10AP 040 dövlət qeydiyyat nişanı ilə istifadə edilir.
Keçmiş MTN-in zabiti Fikrət Əliyevin bu qanunsuz hərəkətlərinə hüquqi qiymət vermək, onun qanunsuz olaraq ələ keçirdiyi avtomaşının qanuni sahibinə qaytarılmasını təmin etmək məqsədi ilə zərərçəkmişin vəkili və hüquq nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 05.10.2012-ci il tarixli xüsusi Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun nəzdində yaradılımış Mahir Abdullayevin ogurlanması cinayəti haqqında yaradılmış Müstəqil İstintaq Komissiyasının (MİK) Əməliyyat Qrupunun rəhbəri, baş Ədliyyə Müşaviri Elmar Camalov qarşısında bizim tərəfimizdən rəsmi vəsatət qaldırdım.
Nəzərə almaq lazımdır ki, bundan sonra, Mahir Abdullayevin ogurlanması cinayəti ört-basdır etdiyinə görə MİK-in rəhbəri Elmar Camalov vəzifəsində irəli çəkildi, o, hazırda Azərbaycan Respublikası Baş Prokurorun müavini vəzifəsində çalışır…
28.12.2012ci il tarixdə Baş Ədliyyə Müşaviri Elmar Camalov 105157 saylı cinayət işinin materiallarını nəzərdən keçirərək qərar çıxarmışdır ki. 105157 saylı cinayət işi üzrə zərər çəkmiş şəxs ABU rektoru Elşad Abdullayevin hüquq nümayəndəsi nümayəndəsi tanınmış vəkil Adil İsmayılovun “Nissan Teana” markalı 90 AN 040 dövlət nömrə nişanlı avtomaşının qanuni sahibinə qaytarılmasına dair 25 dekabr 2012-ci il tarixli vəsatəti rədd edilsin.
Azərbaycan Respublikası Baş Prokurorun müavini, Baş Ədliyyə Müşaviri Elmar Camalov belə bir qanunsuz və əsassız qərarı onunla izah edilmişdir ki, güya vəsatətdə qaldırılan məsələ mülki mübahisə predmeti olduğundan, bu səbəbdən də cinayət işinin ibtidai istintaqı çərçivəsində araşdırılmasına əsas olmadığından həmin vəsatət rədd olunmalıdır. Lakin, hörmətli Azərbaycan Respublikası Baş Prokurorun müavini, Baş Ədliyyə Müşaviri Elmar Camalov unudur ki, yuxarı instamsiyalardan aldığı qanunsuz tapşırıqlar əsasında zərərçəkmiş ABU rektoru Elşad Abdullayevin vəsatətin rədd etməmişdən öncə ən azından həmin vəsatətdə əksini tapan cinayət hallarına dair xırda bir araşdırma aparılmalı idi. Əgər, belə bir araşdırma aparılardısa, həmin zaman məlum olardı ki, söhbət burada hörmətli Baş Prokurorun müavini Elmar Camalovun söylədiyi kimi, heç də tam fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsindən deyil, bir başa vəzifəli şəxs tərəfindən sənəd saxtalaşdırılmasından, başqasının agır durumundan cinayətkarcasına sui-istifadə edərək ona məxsus Xidməti avtomobili əmlakı ogurlamaq cinayəti yolu ilə ələ keçirilməsindən gedir.
Əgər, səhf etmiriksə vəzifəli şəxs tərəfindən sənədlərin saxtalaşdırılması bilavasitə prokurorluq orqanlarının müzakirə predmetdi, cinayət hesab edilir.
Mən, ailə üzvülərim və yaxın qohumlarım 22-ci ildir ki, Ramiz Mehdiyev və onun Beynəlxalq Mütəşəkkil Cinayətkar Dəstəsinin əlindən əziyyət çəkirik:
Bu gün 22-ci ildir ki, hamıya bəli olan Mahir Abdullayevin ogurlanması cinayət işi açılmır, lakin, Przident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevin “Paqonlu” BMCD-si cinayəti ört-basdıür etmək məqsədilə Zərərçəkmiş barəsində cinayət xarakterli Qarayaxma kompaniyası aparır, (13.10.2003-13.10.2025)- Ramizqeyt işi
https://femidainfo.wordpress.com/2025/10/14/bu-gun-22-ci-ildir-ki-hamiya-b%c9%99li-oln-mahir-abdullayevin-ogurlanmasi-cinay%c9%99t-isi-acilmir-lakin-az%c9%99rbaycan-diktatoru-ilham-eliyevn-paqonlu-bmcd-si-cinay%c9%99ti-ort/
Mahir Abdullayev ogurlanan günü (13.10.2003) Krimnal aləmdə Kod adı “El qızı” ləqəbilə tanınan mügənni Mətanət İsgəndərliyə məxsus mobil telefondan və evindən Mahirə 32 dəfə zəng edən Ziyəddin Səfərov Rusiyanın Yekatrenburuq şəhərində Xüsusi Hərbi Əməliyyat (XHƏ) nəticəsində öldürüldü-27.06.2025
https://femidainfo.wordpress.com/2025/09/26/mahir-abdullayev-ogurlanan-gunu-13-10-2003-krimnal-al%c9%99md%c9%99-kod-adi-el-qizi-l%c9%99q%c9%99bil%c9%99-taninan-mug%c9%99nni-m%c9%99tan%c9%99t-isg%c9%99nd%c9%99rliy%c9%99-m/
Xalq arasında “Boz kardinal” kimi tanınan Ramiz Mehdiyevin krimnal şəbəkəsinin çoxsaylı “Qara kassasları” vardı, Elton Məmmədov, Rasim Məmmədov, Şahəddin Abdullayev və s. adları hallanır. Lakin, Ramiz Mehdiyevin ən etibarlı Qara kassası və bütün Qara kassaları özündə birləşdirən “Əsas Qara kassası” qızının ərinin qardaşı Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti Kod adı Maştaginski Fikrət Əliyev, qızı Kəmalə Əliyevadir və Maştaginski Fuad Rzayev Firudin ogludur (Moskva).
Fikrət Əliyev, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Xarici kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına sızmasında, icra başçılarının, nazirlərin, komitə sədrlərinin təyin olunub çıxarılmasında, deputat seçkilərinə deputat Gülər Əhmədova kimi dələduzlarən üzərindən müdaxilədə, ölkədən çirkli pulların qanunsuz yollarla daşınmasında, hakimiyyəti zorla ələ keçirmək planlarının həyata keçirilməsində, başqasının əmlakını zorakı yollarla ələ keçerməkdə, adam ogurlugu cinayətlərində, zəhərlənməsində və digər pərdəarxası fəaliyyətlərində ona hərtərəfli dəstək olub.
Xüsusilə qardaşım Mahir Abdullayevin ogurlanması cinayətindəki Təşkilatçısı olmasında, digər qardaşım Eldəniz Abdullayevin Ramiz Mehdiyevə məxsus “Qurd qapısı” restoranında zəhərlənərək qətlə yetirilməsində, digər qardaşım İsmayıl Abdullayevin 2 ay öncə aəhərləyəək ölürülməsində, mənə görə saxta ittihamlarla həbs olunmuş qardaşım oglu Mübariz Abdullayevin həbsxanada zəhərləyərək öldürülməsində, bacımın yoldaşı Kürdəmir Şəhər Orta məktəbin drektoru Oktay Mürsəliyevin iş yerində KQB sayagı terror nəticəsində infarkt keçirərək öldürülməsində mənim və ailə üzvülərimin əleyhinə aglasıgmaz cinayətlər törədib…
Bunun qarşılığında 40 ildən çox müddət ərzində Azərbaycanda Qara transplantasiya sahəsində monopoliyanı ələ keçirərək, inanılmaz sərvətə sahib olub…
Fikrət Əliyev, bunun qarşılığında 40 ildən çox müddət ərzində Azərbaycanda Qara transplantasiya sahəsində monopoliyanı ələ keçirərək, inanılmaz sərvətə sahib olublar…
Azərbaycan Respublikası Prezidenti yanında AAK-in Hüquq Ekspertiza Şurasının keçmiş sədri olaraq, belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikasında Adam ogurlugu, Qara transplantasiya ilə məşgul olanlara bir mənbədən (Ramiz Mehdiyevin arvadı Qalina xanum) idarə olunan qeyri-rəsmi lisenziya verilib. Bu cinayətləri ifşa edən ABU rektoru, hüquq elmləri doktoru Elşad Abdullayev isə hədə-qorxu, Trolların qarayaxması və həyatı təhlükə ilə üzləşirlər, ən yaxşı halda dogma vətənini tərk etmək məcburiyyətində qalır. Buda Azərbaycan Respublikası Konstitusiyası, BMT-in İnsan Hüquqlarının Müdafiəsi haqqında Bəyannaməsini, Avropa Konvensiyasının tələblərini açıq-aşkar kobud şəkildə pozulmasıdır.
Bu Cinayət faktları ilə bağlı zərərçəkmiş Elşad Abdullayev tərəfindən daha yüksək instansiyalara müraciət edilməsi yaxın günlərdə planlaşdırılıb:
Azərbaycan 34 min avrodan çox təzminat ödəyəcək-12.10.2023
https://www.azadliq.org/a/avropa-mehkemesi-qerar/32634494.html?fbclid=IwY2xjawKwWd9leHRuA2FlbQIxMQBicmlkETFRWEdMUmdCbW9nRlJuSWdIAR7dIlnR37uxJ3xDyIUxU_NVEq3QDcNnl5Q7bOsADxpekwJNRR__Sck8ZDiE4A_aem_KWbScEy7bpZ1QGAENDnN2g
***
Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər – VİDEO-18.09.2020
https://youtu.be/Yz618X8u3QM?si=m2ASNU-zHOvEr39G&t=30
Ardı var…
Azərbaycan Beynəlxalq Universitetinin Rektoru
Hüquq elmləri doktoru Elşad Abdullayev
elshadalawprof@gmail.com
Fransa, Paris. 07.11.2025




















Bir şərh yazın