

Hazırda Fransada mühacir həyatı yaşayan ABU rektoru Elşad Abdullayev müraciətinin girişində xatırladıb ki, qardaşı Mahir Abdullayevin işilə bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyinə, nəhayət ki, son qoyulub: “Sevindirici haldır ki, dövlət rəsmilərinin də bu məsələ ilə bağlı susqunluğuna, nəhayət, son qoyulub. Əvvəlki müraciətlərimdən də tam əminəm ki, ölkə başçısının müdaxiləsindən sonra prokurorluq qardaşım Mahir Abdullayevin oğurlanması faktına görə başlanmış cinayət işi üzrə istintaq aparılması üçün müstəqil istintaq komissiyası yaratmış, mandat qalmaqalı ilə bağlı cinayət işi başlanmış, Gülər Əhmədova deputat mandatından imtina etməyə məcbur olmuş, MSK onun mandatının alınmasını təsdiq etmişdir. Son müraciətimdən sonra isə Gülər Əhmədova müvəqqəti də olsa, həbs edilmiş, ona dələduzluq maddəsilə ittiham elan edildikdən sonra mənə məlum olan himayədarının köməyilə həbsdən azad edilmişdir”.
E.Abdullayev onu da yazıb ki, bir neçə gündür Respublika Prokurorluğu Azərbaycan Beynəlxalq Universitetində qanunsuz axtarış aparmaqla məşğuldur. Sabiq rektor Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin qəbulunda olması ilə bağlı daha öncə dediklərini də yada salaraq vurğulayıb ki, bu da məqsədsiz olmayıb: “Hadisələrin sonrakı axarı göstərdi ki, məni qəbul etməsi və deputatlıq məsələsi Ramiz Mehdiyevin əvvəlcədən planlaşdırdığı məkrli oyunun tərkib hissəsi olub. Bu oyun Azərbaycan Beynəlxalq Universitetini mənim əlimdən almaq üçün hazırlanmışdı. Dediklərimi sübuta yetirmək üçün bir sənədi sizə göndərirəm və onu dərc etməyinizi xahiş edirəm. Milli təhlükəsizlik naziri Eldar Mahmudovun imzası ilə 23 iyun 2008-ci ildə mənə məktub göndərilib. Məktubda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Əliyev Fikrət Əlisəftər oğlu Azərbaycan Beynəlxalq Universitetinə ümumi işlər üzrə prorektor təyin etmək üçün göndərilir. Məktubu mənə şəxsən Fikrət Əliyevin özü təqdim etmişdi. Bundan sonra o, bir müddət prorektor vəzifəsində çalışdı. Lakin sonradan bizim aramızda konflikt yarandı. Çünki Ramiz Mehdiyev tələb edirdi ki, mən universitetin təsisçiliyindən imtina edim. Təsisçi Fikrət Əliyev olsun, mən isə rektor kimi qalım. Mən isə razılaşmadım və bundan sonra problemlər başladı. Və mən ölkəni tərk etməyə məcbur oldum. Mən ölkədən getdikdən sonra Fikrət Əliyev universitetə məxsus olan ”Nissan Teana” markalı, 2008-ci ilin buraxılışı olan 90-AN-040 dövlət nömrə-nişanlı maşını saxta sənədlər əsasında öz firmasının adına keçirib. Bu məsələ ilə əlaqədar mən müvafiq dövlət orqanlarına da müraciət etməyi planlaşdırıram. Buna baxmayaraq, əvvəlcə bu məsələni Sizin vasitənizlə ictimailəşdirmək qərarına gəldim”.
Elşad Abdullayev əvvəlki açıqlamalarında da Fikrət Əliyevin adını çəkib. Sabiq rektor bildirib ki, Fikrət Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin qardaşıdır.
Biz də məsələnin sırf universitetlə bağlı olan hissəsinə aydınlıq gətirməyə çalışdıq. Bu, daha öncə əksər ali təhsil müəssisələrinin idarəçiliyində MTN təmsilçilərinin iştirakı ilə bağlı deyilənlərin təsdiqidir? Daha dəqiq desək, ABU-ya MTN-dən rəsmən prorektor təyin edilməsi Azərbaycanda bir ilkdirmi?
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, MTN-in sabiq zabiti Ərəstun Oruclu bizə açıqlamasında bildirdi ki, əslində haqqında danışdığımız hadisə bugünkü Azərbaycan reallığında normallaşmış hal sayılır və Sovet təcrübəsindən qalıb: “Sovet dönəmində də ali məktəblərdə bir rejim üzrə, beynəlxalq əlaqələr üzrə prorektor postu olurdu. O vəzifəyə ”KQB” əməkdaşı təyin olunurdu. Bu, ilk baxışda həmin ali məktəbdə xarici tələbələrin apara biləcəyi kəşfiyyat tədbirlərinin qarşısını almaq üçün idi. Amma həm də institutlardakı cəmiyyətə nəzarət praktikası idi ki, gəncləri siyasi fəaliyyətindən uzaqlaşdırsınlar”.
Müsahibimiz dedi ki, Azərbaycan hakimiyyəti mahiyyət etibarilə Sovet hakimiyyətinin bir əcaib parodiyasıdır: “Bu, özünü saxta seçkilər, azadlıqların məhdudlaşmasında göstərir. SSRİ ”KQB”-si həmin sistemin ən intellektual sferası sayılırdı. Amma indiki MTN barədə onu deyə bilmərəm. Haqqında danışdığımız hadisəyə gəlincə, bu kimi postlara təyin olunan şəxslər ora kimlərinsə biznes maraqlarına şərik çıxmağa hesablanıb. Hesablaşmayanlar isə cəzalandırılır. Elşad Abdullayevin də bu sənədi üzə çıxarması təsadüfi deyil. Söhbət təkcə MTN nümayəndəsinin universitetə göndərilməsindən yox, başqa maraqlardan gedib. Bu da münaqişə yaradıb”.
Bax: MTN POLKOVNİKİNİ ABU-ya NİYƏ PROREKTOR GÖNDƏRİBLƏR
https://musavat.com/news/olke/mtn-polkovnikini-abu-ya-niye-prorektor-gonderibler_140167.html
Daha ətraflı:
Prezident Admnisrassiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu, MTN lV Idarəsinin rəisi KGB polkovniki Əliyev Fikrət Əlsəftər oglu Azərbaycan Beynəlxalq Universiteti rektorunun Xidməti avtomobilini ogurladıgına görə Məhkəmə məsuliyyətinə cəlb olunmalıdır-Ramizqeyt işi-2 h.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin BDYPİ Qeydiyyat-İmtahan Şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayevin Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevə məxsus Xidməti avtomobili haqqında Prokurorluga göndərdiyi 24.11.2012-ci il tarixli Arayışı-1 h.
Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər – VİDEO-18.09.2020




















Bir şərh yazın