Xəbər verdiyimiz kimiPrezident İlham Əliyev Teymur Mehdiyevi fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edib.

Xəbər verdiyimiz kimiPrezident İlham Əliyev Teymur Mehdiyevi fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edib.

Globalinfo.az Teymur Mehdiyevin dosyesini təqdim edir:

Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub.

1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil alıb.

1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə həmin Universiteti bitirib.

1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır.

1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyib.

2001–2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilmiş və general-mayor ali hərbi rütbəsi verilib.

https://globalinfo.az/vezifeden-azad-edilen-teymur-mehdiyev-kimdir-dosye/


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber