
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM):
Son illərdə dünyada əsasən insan hüquq müdafiəçiləri, demokratiya aktivistləri, siyasi və ictimai fiqurlar, jurnalistlər və internet medialarını hədəf alan kiber hücumların yüksələn trendi müşahidə olunur. Bu hücumlar əsasən hədəf alınan şəxslərin ifadə, fərdi məlumatların toxunulmazlığı, məlumata çatımlılıq kimi fundamental insan hüquqlarını onlayn məkanda pozur. Narazı səslərə qarşı onlayn hücumların son illərdə geniş vüsət aldığı Azərbaycan da bu trenddə mənfi mənada pay sahibidir. Əksər hallarda casus proqramları, fişing və DDoS hücumları və şifrələrin oğurlanması ilə müşayiət olunan kiber əməliyyatlar insanlar və təşkilatların fərdi məlumatlarının, onlayn hesablarının icazəsiz ələ keçirilməsi, paylaşılması, onlar vasitəsilə şantaj olunma, sosial media platformalarında paylaşımların və izləyicilərin silinməsi, cihazların sıradan çıxarılması kimi ağır mənfi nəticələrə səbəb olur. Bir sıra hallarda isə müxtəlif araşdırmalar bu hücumların mənbəyində hökumət və ya hökumətə yaxın qrup və şirkətlərin iştirakına işarə edir. Belə olan halda kiber hücumlardan qorunmaq üçün səmərəli hüquqi şəraitin və siyasət tədbirlərinin mövcudluğuna xüsusi ehtiyac yaranır. Bu yazıda Azərbaycanda kiberhücumlarla mübarizə qanunvericilikdəki çatışmazlıqlar, istintaq tədbirlərinin səmərəliliyi və hücumların mümkün siyasi xarakteri fonunda təhlil edilir.
YAZININ TAM MƏTNİ
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM):
V. Kiberhücumların siyasi əhəmiyyəti, 5-ci hissə:
Daha öncə də qeyd olunduğu kimi Azərbaycanda xüsusilə də 2017-ci ildən etibarən
tənqidçilərin internet azadlıqlarına yönələn kiber hücumların artan xətti müşahidə
olunmaqdadır. Əksər hallarda mediada insan hüquq müdafiəçiləri, demokratiya aktivistləri,
siyasətçilər, jurnalistlər, internet mediaları və digər tənqidçilərə aid məlumat və səhifələrin
müxtəlif kiber hücumlar vasitəsilə oğurlanması, paylaşılması, silinməsi, şantaj predmeti kimi
istifadə olunması hallarına rast gəlinib. Araşdırma nəticələrimiz göstərir ki, təkcə 2017-ci ildən
bu günə qədər ən az 46 belə halda tənqidçilər kiber hücumlardan zərər çəkiblər.64 Bəzi önə
çıxan məqamları vurğulamaq olar;
Bu hücumların arasında ən böyük yeri tənqidçi fərdlərə qarşı fişinq hücumları tutur. Belə ki,
müxtəlif hallarda insan hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti təmsilçiləri və jurnalistlər
naməlum mənbələrdən qrantlar, ödənişlər və ya digər peşə fəaliyyətləri ilə əlaqədar məzmunlu
onlayn məktublar alıblar. Bu məktublarda göndərilən faylların fişinq hücumu üçün tərtib
olunması bəzən oğurlanan məlumatların, bəzən də aparılan texnoloji araşdırmaların sayəsində
59 Azadlıq Radiosu, ‘Məhkəmə Bəxtiyar Hacıyevin şikayətinə baxmaqdan imtina etdi’, (2022),
https://www.azadliq.org/a/baxtiyar-haciyev/31811179.html
60 BBC Azərbaycanca, ‘Bəxtiyar Hacıyev və Nərmin Şahmarzadə kiberhücumlarda Azərbaycan hakimiyyətini
günahlandırırlar’, (2021),
https://www.bbc.com/azeri/azerbaijan-56435830
61 Turan IA, ‘İctimai fəalların şəxsi həyatına müdaxilə ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparır’,
(2021),
https://www.turan.az/ext/news/2021/3/free/Social/az/2190.htm
62 Front Line Defeders, ‘Azerbaijan: Smear campaign against woman human rights defender Gulnara
Mehdiyeva’, (2021), ’azerbaijan_-ua–gulnara_mehdiyeva-_5_mar_2021_en.pdf (frontlinedefenders.org)
63 MeydanTV, ‘Pegasusla dinlənildiyi güman edilən ictimai şəxslərdən DTX izahat alır’, (2022),
https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/dtx-pegasusla-dinlenildiyi-guman-edilen-ictimai-sexslerdenizahat-alir/
64 Ətraflı məlumat üçün bax: 1 Nömrəli qoşma
15
bəlli olub. Hətta araşdırmalar bir neçə halda hücumların arxasında duran şəxs və mənbələrin
DİN və DTX və RİNN-ə bağlı olduğuna dair əsaslı nəticələrə gəlib.65
Digər bir geniş yayılmış ənənə isə xaker hücumları ilə bağlıdır. Ən az 31 halda tənqidçi fərdlər
və təşkilatlara qarşı xaker hücumları qeydə alınıb. Belə ki, facebook, gmail və digər onlayn
platformalarda ikili-doğrulama sistemində mobil nömrədən istifadə edən şəxslərə bəzən
müraciət etmədikləri halda şifrə yenilənməsi istəyi gəlib, ardınca isə SMS sisteminə müdaxilə
nəticəsində onların və onlara bağlı media qurumlarının onlayn hesabları ələ keçirilib, şəxsi və
ya təşkilati məlumatlar oğurlanıb, silinib, , bəzən də icazəsiz olaraq paylaşılıb.66 Belə işlərin bir
neçəsində müdaxilə heç SMS-ə ehtiyac olmadan belə gerçəkləşib. Bu isə ümumiyyətlə cihazın
başqa üsullarla, o cümlədən Pegasus proqramı vasitəsilə yolxudurulmasına dair şübhələr
yaradıb. İnternet medialara edilən hücumlarsa xüsusilə hökumətə dair tənqidi və ya korrupsiya
ittihamlarına dair materiallar dərc edilməsindən sonraya təsadüf etdiyi üçün diqqət çəkib.
2021-ci ildə isə Pegasus skandalı internet azadlıqlarına olan hədələrin ən böyüyü kimi ilə
damğasını vurub. Belə ki, ‘Forbidden Stories’ və ‘Amnesty International’ təşkilatlarının birgə
araşdırmaları nəticəsində məlum olub ki, İsraildə qərarlaşan ‘NSO Group’ şirkətinin istehsalı
olan Pegasus programı vasitəsilə, içində Azərbaycan hökumətinin də iddia olunduğu onlarla
hökumət sahiblərinin aralarında tənqidçi, müxalif və digər şəxslərin də olduğu 50000-dən artıq
mobil cihazı viruslu proqramla yoluxduraraq izləyiblər.67 OCCRP-ın paylaşdığı siyahıya və
iddialara əsasən Azərbaycanda da 80-dən çox şəxsin cihazlarına müdaxilə edilib.68 Xüsusilə
qeyd etmək lazımdır ki, növünün pis mənada ən yaxşısı hesab olunan proqram xüsusilə də
tənqidçi qurbanları çıxılmaz vəziyyətdə qoyub, bəzilərini isə hətta texnoloji vasitələrdən böyük
ölçüdə imtina etməyə məcbur edib.69
İnternet medialarına qarşı DDoS hücumları da geniş istifadə olunan metodlar arasında olub.
Belə ki, 2017-ci ildən etibarən ən az 11 halda internet mediaları onların vebsaytlarına
çatımlılığı bloklayan hücumlara məruz qalıblar. Azərbaycanda kiber hücumlar arasında
yuxarıda qeyd edilən 3 növə ən çox rastlansa da tənqidçilər digər növ hücumlara, o cümlədən
kiber zorakılığa məruz qalıblar. Belə ki, bir neçə halda kiber hücumlar nəticəsində ələ
keçirilmiş şəxsi yazışmalar və digər məlumatlar vasitəsilə tənqidçilər şantaj olunub, materiallar
internet məkanında yayılıb və ya onlara qarşı koordinasiya olunmuş onlayn qısnama tədbirləri
həyata keçirilib.70
65 Qurium Media Foundation, ‘Azerbaijan and the Fineproxy Diy Ddos Service (Region40 / Qualitynetwork)’,
(2018),
https://www.qurium.org/alerts/azerbaijan/azerbaijan-and-the-region40-ddos-service/;
Qurium Media Foundation, ‘Finding Man; the Phisher of Journalists in Azerbaijan’, (2020),
https://www.qurium.org/alerts/azerbaijan/finding-man-the-phisher-of-journalists-in-azerbaijan/;
Azerbaijan Internet Watch (AIW), ‘targeted harassment via telegram channels and hacked Facebook accounts’
(2021),
https://www.az-netwatch.org/news/targeted-harassment-via-telegram-channels/;
PHR-AIW, ‘Pulling the plug: How Azerbaijan’s government combines technology and fear to control the
internet’, (2021), p 32,
AIW, ‘Another phishing attempt’, (2020),
https://www.az-netwatch.org/news/another-phishing-attempt/ ;
Ətraflı məlumat üçün bax: 1 nömrəli qoşma
66 IPHR report (n5), səhifələr 92-4
67 OCCRP, ‘Pegasus Project’, (2021),
https://www.occrp.org/en/the-pegasus-project/
68 OCCRP, ‘Pegasus Project: Navigate by Country’, (2021),
https://cdn.occrp.org/projects/project-p/#/
69 Council of Europe Committee of Ministers, ‘Communication from the applicant (07/06/2022) in the case of
Khadija Ismayilova v. Azerbaijan (Application No. 65286/13)’, Khadija Ismayilova v. Azerbaijan (Application No. 65286/13)’, (2022), paras 22-30,
https://hudoc.exec.coe.int/eng?i=DH-DD(2022)615E
70 IPHR Report (n5), pages 92-94
16
Bütün bu hücumların təhlili zamanı aşağıdakı nəticələrə gəlmək olar;
(i) Hücumların ortaq cəhəti onların Azərbaycanda vətəndaş cəmiyyəti və mediada yer
alan, insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı fəaliyyət
göstərən şəxsləri hədəf almasıdır.
(ii) Bu hücumların həyata keçirilməsində vahid tarixi qanunauyğunluq müşahidə
edilməsə də, kifayət qədər çox sayda hücumun xüsusilə də böyük aksiyalardan
əvvəl və sonraya, hökuməti tənqid edən media araşdırmaları və xəbərlərin
yayılması əsnası və sonrasına təsadüf etməsi də hücumların siyasi məqsədinə işarə
verir
(iii) Hücumların sayı və davamlılığı, istifadə olunan üsul, vasitə və nəticələrin oxşarlığı
onların təsadüfən həyata keçirilmiş, izolyasiya halında dəyərləndirilə biləcək
insidentlər yox koordinasiyalı şəkildə planlanan və həyata keçiridiyini və sistematik
bir qanunauyğunluğa malik olduğunu deməyə əsas verir
Həm hədəf alınan şəxslərin ictimai-siyasi kimlikləri, həm də hücumun predmetini təşkil edən
məlumatların ictimai-siyasi cəhətdən həssas, tənqidi məlumatlar olması bu kiber hücumların
tənqidçilərin insan hüquqları fəaliyyəti ilə bağlı olduğunu deməyə əsas verir. Bu arqumenti
daha da gücləndirən digər bir məsələ isə bundan öncəki bölmədə müzakirə olunduğu kimi əksər
hallarda tənqidçilərə yönəlmiş kiber hücumlara münasibətdə hətta hökumətin bu hücunların
arxasında durduğuna inanmağa əsas verən araşdırma nəticələrinə baxmayaraq rəsmi
qurumların laqeyd münasibəti və ya heç bir halda nəticə verməmiş istintaq tədbirləri və yekun
görüntüdə cəzasızlıq mühitidir. Yuxarıda sadalanan amillər kiber hücumların Azərbaycanda
hökumətin müxalif və tənqidi səsləri susdurmaq üçün istifadə etdiyi növbəti, kompleks və
təəssüf ki, səmərəli metod olduğunu deməyə əsas verir…
Cour européenne des droits de l’homme (CEDH)
https://www.echr.coe.int/fr/home




















Bir şərh yazın