Yerevanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammi-04.05.2026

Mayın 4-də Yerevanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində 40-dan çox Avropa ölkəsi lideri iştirak edir.

Azərbaycabn Prezidenti İlham Əliyev Zirvə toplantısında videobağlantı formatında çıxış edib, president.az xəbər verib.

Türkiyəni vitse-prezident Cövdet Yılmaz təmsil edir.

Yılmaz 2008-ci ildə “futbol diplomatiyası” adlandırılan proses çərçivəsində Prezident Abdullah Güldən sonra bu səviyyədə Ermənistana səfər edən ilk Türkiyə rəsmisidir.

Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edən liderlər arasındadır. Bu, Ukrayna Prezidentinin Ermənistana ilk səfəridir.

Bu tədbirin ardınca, mayın 5-də Ermənistan-Avropa İttifaqının ilk sammiti keçiriləcək.

Avropa Siyasi Birliyi 2022-ci ildə, Ruiyanın Ukraynada müharibə başlatmasından sonra Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılıb.

Bir şərh yazın


Son yazılar

Femidaİnfo
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031