Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – Vlll bölüm, Son.
16. Bəlkədə Mahir Abdullayevin ogurlanması cinayəti qanlı Polis bandasının başçısı Hacı Məmmədovun cinayətini gölgədə qoyacaq.
Ortada bir cinayət var, ailə başçısı oğurlanıb. İnsanın itməsi bir müamma olaraq qalmaqdadır. Hadisələrin detallarının aydınlaşdırılmasına başlamamışdan əvvəl huquq muhafizə orqanları, məlum olmayan səbəblərdən onlarla bir cəbhə boyu addımlamağa çalışan bəzi dırnaq arası qazet maqnatları, siyasətçi-işbazlar, bu günə kimi bir nəfəri olsa belə ədalətsiz muhakimədən qutarmayan vəkillər, saxta ekspertlər, ayrı-ayrı klanlara xidmət edən edən millət vəkilləri bilərəkdən içtimayətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, güya heç kim oğurlanmayıb, heç kim öldürülməyib, ümumiətlə bu olay içtimayətin muzakirə məsələsinə çevrilməli deyil. Amma bütün təzyiqlərə baxmayaraq bu hadisə son dövrlərdə adam oğurluğu ilə baglı baş verən və açılmayan cinayət hadisələrinin birinə çevrilib. Mahir Abdullayevin Hüquqlarını Mudafiə Komitəsinin üzvü Vidadi İsqəndərlinin sözləri ilə desək : “Əslində bu çox maraqlı hadisədir. Mən huquqşunas və prokurorluğun sabiq əməkdaşı olaraq hesab edirəm ki, Mahir Abdullayev işi XX! əsrin ən dəhşətli cinayətidir. Bəlkə də bu hadisə Hacı Məmmədov cinayətini kölgədə qoyacaq. “ Nə qədər acınacaqlı olsa bunu demək məcburiyətindəyik ki, istər zərərçəkmiş, istərsədə son zamanlar yeni yaradılmış Mahir Abdullayevin Huquqlarını Mudafiə Komitəsi tərəfindən prokurorluq orqanlarına, içtimayətə təqdim olunmuş onlarla subut xarakteri daşıyan materiallarda respublikanın güc strukturlarının, məhkəmə və prokurorluq orqanlarının əməkdaşlarının adları keçir. Bəlkə də respublikanın içtimai təhlükəsizlik və yaxud sırf təhlükəsizliyi baxımından özəyini təşkil edən bu təşkilatları əyinlərinə mundir geymiş ayrı-ayrı şəxslərin bilərəkdən və yaxud məcburiyət qarşısında bu işə məsuliyyətsizcəsinə, bəzi konkret epizodlarda isə cinayətkarcasınə laqeyd münasibətləri ucbatından ittiham etmək duzgun olmazdı. Lakin reallıq ondan ibarətdir ki, biz nə qədər istəsək belə bu təşkilatların nüfuzlarını bu işdə açıq aydın passivlik numayiş etdirdiklərindən sığortalaya bilmirik. Nədən? Bu günə kimi bu təşkilatlardan heç birisi əməkdaşlarından birisini olsa belə konkret Mahir olayı ilə bağlı buraxdıqları səhfə, itirdikləri qiymətli zamana görə, etdikləri cinayətlərə əsasən cəzalandırmamışdırlar, əksinə Mahir məsələsi ilə bağlı qaldırılmış cinayət işinin istintaqında adları keçən bəzi zabitlər orden və medallara təltif olunmaları uçün dövlət başçısı qarşısında məsələlər qaldırılmış və yaxud da şan şöhrətlə teqaudə göndərilmişdirlər. Bu dövləti və xalqı aldatmaq deyilmi? Razılaşaq ki, məhz elə bu kimi neqativ səbəblərdən DİN-nin, MTN-nin, prokurorluq orqanlarının mutəxəsislərinin cəlb olunduğu əməliyyat axtarış tədbirləri hələ də bir nəticə verməyib. Razılaşaq ki, elə bu kimi tuğyan edən özbaşınaliqlar ucbatından on ildir ki, Mahirin ogurlanması və yaxud istintaqın qeyd etdiyi kimi öldürülməsi faktı ilə bağlı bir nəfər olsun belə şübhəli şəxs qismində saxlanılmayıb. Belə olan halda razılaşın ki, bir Azərbaycanlı ailə başçısını oğurlayaraq, onun himayəsində olanları gözu yaşlı qoyanlar , bir nəslilə qarşı repressiv metodlardan istifadə edərək özgəsinin illərlə əldə etdiyi malını, mulkunu almaq istəyənlər qarşısında nəinki, zərərçəkmiş, onun numayəndələri, eyni zamanda siz də acizsiniz. Baxmayaraq ki, 2003-cü il oktyabrın 13-də baş verən hadisənin ustündən xeyli vaxt keçib həqiqəti söyləməkdən çəkinirsiniz. Bu nəqədər davam edəcək? Həqiqətənmi siz inanırsınız ki, zaman keçdikcə, vaxt otdükcə zərərçəkmişin israrlı muqaviməti, tələbləri heçə enəcək, yaraları sağalacaq və yaxud qardaş qardaşın başından, bacı qardaşından, övlad atasından keçəcək?
Əgər biz Mahirin vaxti ilə çalışdığı təşkilatın, onun yerlərdə olan nufuzunu nəzərə alsaq, bu təşkilatla bərabər digər, xüsusilə DİN-nin, Baş prokurorluğun da astronomik imkanlarınin olması halını da yuxarıda qeyd etdiyimiz detallara əlavə etsək, həmin zaman axtarışlara laqeyd yanaşıldığını çəkinmədən vurğulamaq olar. Əgər belə deyilsə istər istəməz ortaya sual çıxır. M.Abdullayevin axtarışları nə uçün bir nəticə vermir? Həmçinin bunun üzərinə yaxın keçmişimizdə Hacı Məmmədovun “daha dəhşətli cinayətkar dəstə hələ də azadlıqdadır“ səsləndirdiyi fikirləri əlavə etsək mənzərə aydınlaşar.
17.Azərbaycan Respublikasının Prezidenti ZatiAliləri İlham Heydər oğlu Əliyevə respublikanın tanınmış ziyalıları tərəfindən müraciət.
Hesabat dövründə Mahir Abdullayevin Hüquqlarının Müdafiə komitəsinin İçtimai təhqiqat qrupu tərəfindən müəyyən edilmişdir ki, 2009-cu ildə respublikanın bir sıra tanınmış ziyalısı, xüsusilə
1.Azərbaycan Respublikasının Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif edilmiş 91-dən biri Professor İskəndər Quliyev
2.Azərbaycan Respublikasının Prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif edilmiş Şamil Şahməmmədov
3.Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüş akademik Hüseyn Əhmədov
4.Azərbaycan respublikasının Prezidenti tərəfindən Tərəqqi Medalı ilə təltif edilmiş Əməkdar Müəllim Hacı Əyyub Əzizov
5.Azərbaycan respublikasının Prezidenti tərəfindən istiqlal ordeni ilə təltif edilmiş Xalq rəssamı Ömər eldarov
6.Azərbaycan respublikasının Xalq rəssamı Arif Əziz
7.Azərbaycan respublikasının Prezidenti tərəfindən Şöhrərt Ordeni ilə təltif edilmiş, Xalq Yazıçısı. Yazıçılar İttifaqının katibi, Hüquq elmləri Doktoru Çingiz Abdullayev
8.Professor, Şair Ənvər əhməd
9.Filologiya Elmləri Doktoru. Professor Mahirə quliyeva
10.Tarix Elmləri Doktoru. Professor hacı İsmayıl Məmmədov
11.Azərbaycan Respublikasının Prezidenti tərəfindən Şərəf Ordeni ilə təltif edilmiş Xalq Şairi Zəlimxan Yaqub
12.Azərbaycan Respublikasının Millət Vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı
13.Tənzilə Rüstəmxanlı
13 oktyabr 203 cü il tarixində oğurlanmış Mahir islam oğlu Abdullayevin qardaşı zərərçəkmiş Abdullayev Elşad İslam oğlunun hələ məcburiyyət qarşısında Azərbaycan Respublikasını tərk etməmişdən öncə Azərbaycan respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə müraciət etmişdirlər.
Həmin müraciətdı qeyd olunurdu.
Möhtərəm Cənab Prezident !
Ümumilli Liderimiz Heydər Əliyev demişdir ; “Dövlət iki halda sarsıla bilər; günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə……..Mən hər bir azərbaycanlının qarantıyam !….Oğrunu qəhramana çevirmək öz xalqına xəyanət deməkdir !”. Hazırda söhbət ali cinayətdən getmir. Daha sosial təhlükəli kriminaldan, dövlətin əsaslarını sarsıdan terrordan gedir. Heydər əliyev adına Beynəlxalq strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Hüuqu Elmləri Doktoru, Priofessor, Rusiya Federasiyası Hüquq Elmləri Akademiyasının üzvü Abdullayev elşad İslam oğlu Sizin ünvanınınza 14.11.2009, 30.03.2009, 20.04.2009, 15.05.2009, 25.05.2009, 08.06.2009, 30.11.2009, 05.01.2010, 22.01.2010 və 03.11.2010-cu il tarixli şikayət məktubları ilə müraciət etmişdir. Həmin şikayət məktublarında şərəfli bir nəslin başına gələn faciələr və müsibətlər maddi sübutlar və dəlillərdə ildən çox zaman keçsə də mütəşəkkil cinayətkar qrupu öz cinayətkar əməllərini davam etdirir. Dözülməz xəyanətə məruz qalmış Abdullayevlər nəslinə və bu nəslin hər bir nümayəndəsinə kriminal təzyiqlərini günbəgün, ayba ay artırırlar. Cinayətkar dəstənin havadarları yüksək müvqe tutduqlarına görə canilərin faş edilməsinə, peşəkar əməliyyatçıların fəaliyyətinə süni və saxta maneələr yaradırlar, çün ki. Mütəşəkkil cinayətkarların patronları yüksək mövqeli və ali rütbəli əsayiş və təhlükəsizlik nümayəndəlidirlər. Söhbət təkçə bir nəslin və yaxud bir ailənin taleyindən getmir. Bizi narahat edən günbə-gün çiçəklənən respublikamızın. Tərəqqiyə və təkamülə doğru yenilməz addımlarla irəliləyən dövlətimizin və millətimizin gələcəyinə silinməz ləkələr yaxan bir qrup cinayətkarın şeytan əməllərindən, iblis niyyətlərindən bəhrələnən maskalanmış kabuslardı. Söhbət adi cinayətdən getmir, olduqca təhlükəli kriminaldan, qüdrətli və bəxtiyar dövlətimizin əsaslarını sarsıda biləcək mənəvi. Psixoloji və cismani terrordan gedir. Bu cür amansız terrorun aradan qaldırılmasında şəxsən Sizdən başqa gümanımız yoxdur. Cinayətə və xəyanətə Sizin dərin nifrətiniz və münasibətiniz hacı Məmmədov şaykasının ifşa edilməsində hər kəsə əyan oldu. Bütün xalqımız bilir ki, həmin dəstənin faş edilməsi şəxsən Sizin qətiyyətiniz və qüdrətiniz hesabına baş tuta bildi.
Sizdın ricamız budur ki, daha geniş və ətraflı məlumat vermək üçün bizləri qəbul edəsiniz. Bizim dərdimiz şəxsi kədərdən çox, iştimai bəladır ! Cəsarətimizi və ərkimizi üzürlü hesab edin. Diləyimiz budur ki, qoy həmişə şərafətli və işgüzar fəaliyyətinizdə tədbir Sizdən, təqdir allahdan olsun !”
Lakin təssüflər olsun ki. Bu günə kimi. Bu tük ürpədici müraciət məktubuna əsasən yuxarıda adları qeyd oluna ziyalılar Cənab prezident tərəfindən qəbul edilməmişdirlər, nədə ki, məktuba heç bir cavab verilməmişdir.
18.SEÇKİ FAKTORU, ABU ÜZƏRİNDƏ DAVA, ADAM OĞURLUĞU İLƏ MƏŞĞUL OLAN ŞƏBƏKƏ
——————————————————————————————————
Mahir Abdullayevin oğurlanması ilə bağlı qaldırılmış cinayət işinin istintaqının aparılmasında çoxlu sayda diqqəti cəlb edən şübhəli məqamlar mövcuddur. Komitədə belə bir ehtimal var ki, istintaq həqiqətən də reallığa uyğun olmayan versiyalar üzərində istintaq hərəkətləri aparır. Bu versiyalardan biri ondan ibarətdir ki, 13.10.2003-cü il tarixdə prezidentliyə namizəd İlham Əliyevin Respublika stadionunda seçicilərlə görüşü günü dövlət başçısının əleyhinə provakasiya baş verilməsinə dair ehtimallar üzərində baş sındırır. Güya tədbirin başlanmasına az vaxt qalmış M. Abdullayevin rəhbərlik etdiyi müəlllim-tələbə kollektivi stadiona daxil olarkən naməlum, özlərini universitetin tələbələri kimi qələmə verən şəxslər dövlət başçısının əleyhinə şuarlar səsləndiriblər, hətta mühalifət liderlərindən birinin adını çəkərək qışqırıblar. Bu zaman Mahiri axtarıblar, amma ondan xəbər çıxmayıb. Elşad Abdullayevə zəng ediblər və insindent barədə məlumat verərək qarışıqlıq salanları tanımadıqlarını deyiblər. M.Abdullayevin hadisə yerində olmadığını eşidən rektor E. Abadullayev güya özu stadionun qarşısına gəlib və danışıqlar apardıqdan sonra tələbələrin tədbirə qatılmasına nail olub…..Elə həmin günü M. Abdullayev yoxa çıxıb. Güya həmin görüşdə baş verən provakasiyadan sonra M. Abdullayev yoxa çıxıb. Misal üçün komitənin İTQ-nun uzvləri 13.10.2003-cü il tarixdə prezidentliyə namizəd Cənab İlham Əliyevin Respublika stadionunda seçicilərlə görüşü günü həmin tədbirdə iştirak etmiş ABU-nun bir sıra müəllimləri ilə görüşüb, söhbətlər aparmışdırlar. Məlum olmuşdur ki, əslində həmin görüş zamanı ümumiətlə heç bir insindent baş verməyib, M.Abdullayevin stadionda olmamasına baxmayaraq E. Abdullayev şəxsən özü tədbirdə digər rektorlarla bərabər iştirak edib. Yəni ən böyuk yalanlardan biri də ondan ibarətdir ki, heç kim E.Abdullayevə telefon zəngi açıb onu stadionun qarşısına çağırmayıb.Bu absurddur, cəfəngiyatdır. Ən azından xüsusi xidmət orqanlarında çalışmış hər bir şəxsə məlumdur ki, dövlət başçısının iştirak etdiyi bu kimi tədbirlərdə xüsusi texnoloji proqramlar vasitəsilə vacib personanın ətrafını təşkil edən radiusda abonentlər ixtiyarlarında olan əlaqə saxlama vasitələrdən istifadə etmək məhrumiyətinə məruz qalırlar. Amma Aərbaycan gerçəkliklərini nəzərə alaraq bu gipotezə üzərində prinsipiallıq nümayiş etdirmək fikrində deyilik, 10 ilə yaxın oğurlanmış bir ailə başçısının istintaqı aparılan bir məmləkətdə yuxarıda qeyd etdiyimiz mühafizə sistemi də bir neçə saatlıq tətbiq olunmaya bilərdi. Amma fakt budur ki, stadionda heç bir təxribat baş vermədiyi halda kimlər isə bu şayənin içtimayət arasında səslənməsinə böyük səylər göstərmişdir, ən əsası isə bu şayəyə daha çox yuxarı instansiyaları inandırmağa çalışmışdır.Yəni M.Abdullayevin oğurlanması prosesi qabaqcadan düşunülmüş bir əməliyyat tədbiri olmuşdur. 13.10.2003-cu il tarixdə Mahirin oğurlanması üçün məntiqlə təhlil etsək həqiqətəndə cox əlverişli bir gün hesab oluna bilər. Soruşa bilərsiniz hansı səbəblərdən? Ən vacib səbəblərdən biri odur ki, həmin dövrlərdə artıq respublikada müəyyən qüvvələr arasında başı bəlalı ABU-ni inhisara almaq uğrunda amansız mübarizə başlamaqda idi. Amma nəzərə almalıyıq ki, bu inhisarçılıq işğalı ilk anlarda məharətlə maskalanmış şəkildə aparılırdı. Universitetə sahib çıxmaq istəyən şəxslər E.Abdullayevin nufuzundan, respublikanın birinci şəxsinə şikayət etmək üçün çevrəsindən istifadə edə biləcəyindən ehtiyat edirdilər. Bəzi qüvvələr universiteti satın almaq təklifi ilə çıxış edirdilər, digərləri kənardan universitetə mümkün hucumlardan müdafiə olunmaq üçün cəmiyyətdə yüksək mövqe tutan şəxslərin simasında forpost təklif edirdilər, başqaları universitetdə ardıcıl yoxlamalar aparmaqla, təhsil ocağının fəaliyyətini iflic vəziyyətə salıb, bununla da universitet sahibinə başa salırdılar ki, onların razılığı olmadan universitet fəaliyyət göstərə bilməz, bəziləri hətta universitetin onlara məxsus olduğunu vurğulayaraq təhsil ocağının təhfil verilməsini tələb edirdilər. Bu qüvvələrdən fərqli olaraq elə qüvvələr vardır ki, bunlar artıq daha radikal metodlardan yararlanaraq universiteti öz qanadlarının altına almaq istəyirdilər. Misal üçün bu qüvvələr rektorun ətrafında olan şəxsləri sözün əsl mənasında oğurlayaraq, professordan külli miqdarda pullar alırdılar, elə qüvvələrdə var idi ki, digər klanlardan fərqli olaraq daha çox fəallıq göstərib artıq öz adamlarını universitetdə yüksək vəzifəyə təyin edərək təhsil ocağının təsisçiliyin tələb edirdilər, bəziləri ümumiyyətlə universiteti sökməklə şantaj edirdilər. Lakin diqqət yetirin oğurlanan insanalar geri qaytarılırdı, universitet sökülmürdü, təsisçilik rektorun əlindən zorla alınmırdı. Yəni rektora əzələ nümayiş etdirilirdi, hədə- qorxu gəlinirdi, şantaj olunurdu amma butun bu təzyiqlər ayrı- ayrı vaxtlarda pik nöqtəsinə çatmırdı. Səbəb? Heç kim üçün gizlin deyil ki, ABU – nun rektoru istər respublika daxilində, istərsə də respublika hududlarından kənarda kifayət qədər tanınmış bir şəxs idi. Rektor içtimayət arasında tanınmağı ilə bərabər respublikanın tanınmış, nufuzlu insanları ilə də şəxsi tanışlığı haqqında da kifayət qədər məlumatlara malikik. Belə olan vəziyyətdə rektorun qardaşı oğurlanacağı halda respublikanın birinci şəxsinə baş vermiş cinayətlə bağlı məlumat veriləcəyini heç kim, xüsusilə Mahiri oğurlamağa hazırlaşan insanlar şübhə etmirdilər. Oğurluğu təşkil edən insanlar nə qədər qüdrətli olsalar belə bu kimi riski etməyə cürət etməzdilər. Nə vaxtsa bu oğurluq faktı ilə bağlı onlara ən yuksək instansiyalardan veriləcək mümkün suallara əsaslı, güclu arqumentlərlə izahat verilməsinə hazırlıq görmək tələb olunurdu. Bunun üçün rektorun iqtidara “xəyanət etməsi”, qardaşı Mahirin isə “muxalifətdə təmsil olunaraq dövlət çevrilişində iştirak etmək” senarisinin yazılması mütləq xarakteri daşıyırdı. Artıq əsas hazırlıqlar görüldüyündən Mahiri oğurlamaq olardı. Bir anlıq 2005-ci ilin fevral ayında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlamasını və eyni zamanda dövlət başçısının şəxsən bu işlə maraqlanmasından sonra sonuncunun azad edilməsini xatırlatmaq yerinə düşər. Mahiri oğurlayanlar 13.10.2003-cü il tarixdə bu səhfə yol verməmişdirlər. Mahiri oğurlayanlar bütün nuansları nəzərə almışdırlar. Hətta nə vaxtsa lazım gəldikdə Prezidentin mümkün iradlarına belə həqiqətə uyğun olmayan cavabları hazırdı. Hər bir zümrə dəqiqliklə hesablanmışdı; “xəyanətkar” rektor, dövlət “çevrilişi hazırlayan” qardaşı. Bu saxta, uydurulmuş senarini əldə əsas tutaraq artıq Mahiri də oğurlamaq olar, məqsədlərinə nail olmadıqda universiteti də bağlamaq, rektorun özünə və ətrafındakılara fabrikə olunmuş onlarla cinayət işi də açmaq, universitetin ərazisində mərhum prezident Heydər Əlirza oğlu Əliyevin xatirəsinə qoyulmuş heykəlin açılışını da illərlə təxirə salmaq, ümumiyyətlə törətdikləri cinayətin izini tozunu silmək məqsədilə elə bütün baş verənlərin məsüliyyətini zərərçəkmişin boynuna qoyaraq onu həbs etmək də olardı.
19.BALAXANI ÇÖPLÜYÜNDƏ OĞURLANMIŞ ŞƏXSƏ AİD ƏŞYALARIN TAPILMASI
——————————————————————————————————-
Bu, Səfərov Nizami İbiş oğlunun yazdığı izahatdır. O, yazır: “Mən Səfərov Nizami İbişoğlu yaşadıgım yerin yaxınlıqdakı Balaxanı zibilliyindən selofana bükülmüş qırmızı klyok tapdım. İçərisindən Abdullayev Mahirin sənədləri çıxdı. Odur ki, bu sənədləri götürüb “Əzizbəyov” metrosunda əl telefonu gəzdirənlərə yaxınlaşıb 050 398 31 96 nömrəyə zəng etməyi xahiş etdim. O, zəng etdi. Lakin abonentin əhatə dairəsindən uzaq oldugunu bildirdilər. Gəldim “28 may”- a. Orda arıq kişiyə yaxınlaşdım, 050 398 31 96 nömrəsinə zəng eləməyi xahiş etdim. Zəng etdi. Kürdəmirdən zəng gəldi. Mahir dedi ki, Kürdəmirdəyəm. Bir-iki günə Bakıya gələcəm. Telefon nömrəni ver, sənə zəng eləyim. Bu, olub 15.10.2003-cü ildə, saat 12-də”.
Nizami Səfərov bildirir ki, iki-üç gün keçəndən sonra yenə “28 may”- a gəlib: “Orda bir nəfərə yaxınlaşıb 050 398 31 96 nömrəsinə zəng etməyi xahiş etdim. Zəng etdi. Kimsə götürüb dedi ki, gözlə, çağırım gəlsin. Çox gözlədim, 2 dəqiqəyə qədər. Telefon yiyəsi dedi ki, kontur gedir, söndürək sonra zəng edək”.
Nizami Səfərovun sözlərinə görə, o, ikinci dəfə zəng edəndə həmin şəxs deyib ki, “otboy” vermə. Həmin şəxs “otboy” verənə söyüş söyüb. Belə anlaşılır ki, artıq Mahir Abdullayevin telefonuna cavab verən kənar şəxs olub.
Nizami Səfərovun məktubunun ardına diqqət edək: “O, dedi ki, gözlə, çagırım. Yenə gözlədim. Telefon yiyəsi dedi ki, a kişi, kontur gedir, sənin bu qədər pulun olacaq? Odur ki, söndürdü. Bir azdan yenə zəng etdi. O şəxs yenə zəngi söndürənə söyüş söydü. Və dedi ki, Mahir gəldi. Danış. Mahirlə dedim ki, sənədləri gətirmişəm, onu sizə necə çatdırım? Mahir dedi ki, indi vaxtım yoxdur, 2 saatdan zəng et”.
Bu məqam bir qədər müəmmalıdır və güman ki, telefona çağırılan adam Mahir olmayıb. Ola bilsin kimsə onun əvəzinə cavab verib. Nizami Səfərov sonradan 3 dəfə 050 398 31 96 nömrəsinə zəng etdiyini bildirir: “Bu gün – 07.11.2003-cü ildə şəhərlərarası telefon qovşağından zəng etdim, yenə telefon baglı idi. Odur ki, evlərini tapıb sənədləri onlara verdim. Bu məlumatı onlara verdim. İmza: Səfərov Nizamı İbişoğlu”. Məktubdan belə anlaşılır ki, Nizami Səfərov həmin nömrəyə zəng edəndə artıq Mahir Abdullayeb oğurlanıbmış…
20.ABŞ-N DÖVLƏT DEPARTAMENTİNİN AZƏRBAYCAN ÜZRƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARIN POZULMASI HESABATINDA İNSANLIQ ƏLEYHİNƏ ÇEVRİLMİŞ BU CİNAYƏTƏ XÜSUSİ BÖLMƏ AYRILMIŞDIR.
———————————————————————————————————
Avropa Konvensiyasında insan hüquqlarının pozulması sahəsində analoqu olmayan bu cinayətkarlıq Avropa Məhkəməsində araşdırılır. ABŞ-in Dövlət Departamentinin Azərbaycan Üzrə İnsan Hüquq və Azadlıqların Pozulması hesabatında insanlıq əleyhinə çevrilmış bu cinayətə xüsusi bölmə ayrılmışdır. ABŞ Dövlət Departamentinin Hesabatına görə, Prezidentin İcra Aparatının müdiri Ramiz Mehdiyev bu cinayətin başlica günahkarı hesab edilir, Azərbaycanda nə cinayəti icra edənlər, nə də ki, ona himayədarlıq edənlər cinayət məsuliyyətinə cəlb olunmurlar”.
21.MAHİR ABDULLAYEV CİNAYƏTİ İLƏ BAĞLI ELŞAD ABDULLAYEVİN ARAŞDIRMALARI
——————————————————————————————————
Mahir Abdullayevin oğurlanması, cinayətin baş vermə səbəbləri, bu işi həyata keçirən mütəşəkkil dəstə, əməliyyatın ssenarisi və eləcə də bu istiqamətdə olan digər məsələlərlə bağlı ən kiçik detalları belə araşdıran, bir çox danışıqları, müzakirələri, sövdələşmələri video lentə köçürən, geniş tədqiqat aparan, aidiyyatı dövlət qurumlarına çox saylı müraciətlər edən əsas şəxslərdən biri Mahir Abdullayevin qardaşı, ABU- nun keçmiş rektoru professor Elşad İslam oğlu Abdullayevdir. Onun Mahir Abdullayevin cinayəti ilə bağlı qeydə aldığı, ifadə etdiyi bəzi fikirləri, eləcə də cinayətlə bağlı ittiham etdiyi şəxslər barəsində dedikləri Hesabata əlavə olunur;
– Azərbaycan Respublukası Prezident İcra Aparatının müdiri Ramiz Mehdiyev vəzifə mövqeyindən cinayətkarcasına sui-istifadə edərək kecən 10 il müddətində dövlətin var gücündən istifadə edərək qardaşım, MTN zabiti Mahir Abdullayevin ogurlanması cinayətini gizlətmək məqsədi zərərcəkmişin və qohum-əqrəbasının qarşısında aglasıgmaz müsibətlərlə dolu maneəcilik törədən saxta, coxsaylı maneə divarlarını hörmüşdür. Ramiz Mehdiyev sayagı saxta fabrikovat olunmuş divarların zərərcəkmişin ailəsinin qarşısında sipər cəkilməsinin başlıca məqsədi məni və qohum-əqrəbamı təhdid edib susdurmaqdır;
21.1.İKİNCİSİ, Prezident Admnistrassiyasının müdüri Ramiz Mehdiyev dövlətin gücündən istifadə edərək müntəzəm olaraq zərərçəkmişin üstünə yerimiş və cinayətləri günahsız adamların üstünə yönəltmişdir.
Xalq arasında yaxşı deyirlər ki, Ramiz Ənvəroviç sag əli ilə vurub Xalqa sol əlini göstərir. PIA-in müdüri Ramiz Mehdiyevin sifarişi ilə Azərbaycanda adam ogurlugu ilə məşul olan mütəşəkkil cinayətkar təşkilat Mahir Abdullayevin ogurlanması faktını hec nədən cəkinmədən, utanmadan-qızarmadan Hacı Məmmədov sayagı əsas cinayətkarı gizlətməklə Huquq Mühafizə Orqanlarını və xalqın fikrini yayındırmaq məqsədi ilə özünə məxsus həyasizliqla zərərcəkmişin və başqalarının üstünə yönəltməsidir.
PİA-in müdiri Ramiz Mehdiyevin sifarişi ilə son günlər AR Mətbuat Şurasının qara siyahısında reket qəzet kimi tanınan “Təzadlar’’ qəzetində və www.yutube.com – da həbsdə olan Arzu Kazımovun vəkili Ramiz Zeynalov zərərcəkmişi susdurmaq məqsədi ilə qanlı banda başcısı Hacı Məmmədov sayagı “Məlikməmməd nagılları” quraşdırmaga başlayıbdır. Arzu Kazımovun vəkili Ramiz Zeynalov ona arxa duran siyasi güc sahiblərinə – PİA-in müdiri Ramiz Mehdiyevə söykənərək böhtan xarakterli və cinayət məsuliyyəti sayılacaq fikirləri söyləməkdən belə çəkinmir. Ramiz Zeynalovun sonuncu müsahibələrindən bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim;
Onun müsahibələrindən də görünür ki, o, həbsdə olan Arzu Kazımovdan daha çox, mənə qarşı törədilmiş cinayətlərin əsas təşkilatçılarını, bu işin arxasında duran Ramiz Mehdiyevi müdafiə etməyə çalışır. Özü də vəkil Ramiz Zeynalovu o qədər havalandırıb şişirdiblər ki, o, həmin şəxslərin yolunda cinayət etməkdən belə çəkinmir. Ramiz Zeynalovun sonuncu müsahibələrindən bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim. R.Zeynalovun sözlərinə görə, Mahir Abdullayev qardaşı E.Abdullayevin pulunu götürüb qaçıb və bir müddət Kürdəmirdə, qohumlarının evində gizlənib, E.Abdullayev qardaşını özü öldürüb. О daha sonra bir az da qabağa gedərək deyir ki, digər qardaşı Eldəniz Abdullayevi bəzi şeyləri bildiyi və bunu açıqlamaq istədiyi üçün mən zəhərləmişəm. Gördüyünüz kimi Ramiz Zeynalov məni xüsusi ilə ağır cinayətlər etməkdə ittiham etməklə mənə şər atır.
21.2. Bu artıq zərərçəkmişin ailəsinə qarşı heç bir oyun qaydasına, hüquq müstəvisinə sığmayan mənəvi terror deməkdir, müxtəlif təhdid və şantaj elementlərindən istifadə etməklə zərərçəkmişin ailəsini susdurmaq məqsədi daşıyır. Yaxşı olardı ki, PİA-in müdiri Ramiz Mehdiyev özünü bir anlıga zərərcəkmişin ailəsinin yerinə qoyaydı, onunda oglu, qızı, nəvələri bu anları yaşamasına izin verərdimi?!
Vəkil Ramiz Zeynalovun adaşı PİA-in müdüri Ramiz Mehdiyevi kəskin şəkildə yersiz müdafiəsi, bu cinayətin iştirakçılarından biri olan Arzu Kazımovun həbsdən çıxarılmasında maraqlı siyasi qüvvənin Prezident İcra Aparatının müdiri olduğu iddialarını bir daha təsdiq edir;
21.3. PİAin MÜDÜRİ RAMİZ MEHDİYEV ƏSAS CİNAYƏTKARI GİZLƏTMƏK MƏQSƏDİ İLƏ MAHİR ABDULLAYEVİN OĞURLANMASINI BU CİNAYƏTDƏN HEÇ BİR XƏBƏRİ OLMAYAN 30-DAN ÇOX GÜNAHI OLMAYAN ŞƏXSİN ÜZƏRİNƏ YÖNƏLTMİŞDİR.
Azərbaycanda adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın işi üzrə aparılmış coxsaylı təhlillər və gizli video-görüntülərinin analizi müəyyən edir ki, PİA-in müdiri Ramiz Mehdiyevin sifarişi ilə 10 il müddətində qardaşım Mahiri Abdullayevin ogurlanmasının həqiqətə uygun olmayan Arzu Kazımovun vəkili Ramiz Zeynalovun təbirincə desək “Elşad müəllim qardaşını özün ogurlamısan” təhdidedici variantıından başqa bir mərkəzdən idarə olunan daha 30-dan cox digər həqiqətə uygun olmayan dolandırıcı versiyaları da irəli sürərək zərərcəkmiş şəxsi susdurmaga cəhd edilmişdir ;
21.4. GÜC STRUKTURLARININ, XÜSUSİ İLƏ PROKURORLUĞUN NƏZDİNDƏ MÜSTƏQİL İSTİNTAQ-ƏMƏLİYYATA QRUPUNUN RƏHBƏRİ ELMAR CAMALOVUN RƏHBƏRLİYİ ALTINDA APARILAN İSTİNTAQ ZƏRƏRÇƏKMİŞİN DEYİL, MÜTƏŞƏKKİL CİNAYƏTKAR TƏŞKİLATIN İŞİNƏ YARAYIR.
Azərbaycan Respublikası Baş prokurorlugunun Agır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri Elmar Camalov zərərcəkmiş Elşad Abdullayevə 27 iyul 2012-ci il tarixli cavablandırıcı qərarı bir daha əsas verir deyək ki, prokrorlugun müstəntiqi Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir.
Bunları söyləməyə kifayət qədər əsas var. Hələ MİK-sı yaradılmamışdan öncə 105157 saylı cinayət işinin istintaqını aparan təşkilatların əllərində Mahirin oğurlanması ilə bağlı kifayət qədər zərərçəkmiş tərəfindən istintaqa təqdim edilmiş materialların olmasına baxmayaraq bu işin açılması, cinayətkarların ifşa edilərək cinayət məsüliyyətinə cəlb olunmaları üçün əllərin aödan qaraya vurmamışdırlar. Əksinə Mahirin yoxa çıxmasını və güya tapılmamasının səbəblərini zərərçəkmişin ailəsində görürdülər. Çox gülməli və gülünc bir fərziyyədir. Lap tutaq ki, hansısa bir Azərbaycan vətandaşı cinayətkarlar tərəfindən oğurlanır və onun axtarışı prosesində məlum olur ki, ümumiətlə onun heç kimi yoxdur. Onda belə çıxır ki, hüquq mühafizə orqanları onun yaxınlarının olmamağı səbəbindən və bunun nəticəsi olaraq heç bir yönləndirici məlumat ala bilmədiklərindən həmin yoxa çıxmış şəxsi axtarmalı deyillər ? Misal üçün diqqətinizə MTN-nin Baş İdarəsinin rəisi H.Əsədovun A-1970 qeydiyyat nömrəsi ilə 12.05.2005-ci il tarixdə 13 oktyabr 2013-cü il tarixdə naməlum şəraitdə oğurlanmış MTN-nin zabiti Abdullayev Mahir İslam oğlunun ailəsinə ünvanlanmış məktubunda qeyd olunur ki, “həyat yoldaşınız Mahir Abdullayevin itkin düşməsi ilə əlaqədar sizin və qohumlarınızın müxtəlif ünvanlara göndərdiyiniz eyni məzmunlu ərizələrə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Mahir Abdullayevin xidməti fəaliyyətinə, məişətdə ki, davranışına, əlaqələrinə aid və iş üzrə maraq kəsb edən digər məqamlara aydınlıq gətirilməsi sizin və yaxın qohumlarınızın etinasız münasibəti nəticəsində mümkün olmamış, görüş barədə dəfələrlə edilmiş təkliflərdən müxtəlif bəhanələr əsas gətirərək imtina edilmiş, zərərçəkmiş şəxsə səciyyəvi olmayan qeyri-səmimi mövqeyiniz və laqeyd münasibətiniz, son nəticədə axtarış tədbirlərinə mənfi təsir göstərmişdir. Hazırda Prokurorluq və Polis orqanlarına axtarış istiqamətində kömək məqsədilə MTN-yi təfindən müvafiq aktiv tədbirlər həyata keçirilir. Gələcəkdə axtarış tədbirlərinin səmərəli həyata keçirilməsində hüquq mühafizə orqanları ilə səmimi və fəal əməkdaşlıq etmıyiniz vacibdir.”
Diqqət yetirin Mahirin oğurlanmasından həmin zaman üçün artıq 3-ilə yaxın vaxt keçib, Mahirin aqibəti məlum deyil, Mahir tapılmır. Amma fikir verin cənab general Mahirin tapılmamasının səbəbini dərhal müəyyən edir, sən demə Mahirin tapılmaması “onun yaxın qohumlarının etinasız münasibəti nəticəsində mümkün olmamış, həmin qohumlara görüş barədə dəfələrlə edilmiş təkliflərdən müxtəlif bəhanələr əsas gətirərək imtina etmələri, zərərçəkmiş şəxsə səciyyəvi olmayan qeyri-səmimi mövqeyləri və laqeyd münasibətləri səbəbindən axtarış tədbirlərinə mənfi təsir göstərmişdir. “ Görəsən cənab general qohumlar deyəndə kimləri nəzərdə tutur ? Səhf etmirəmsə elə bu məktubda qeyd olunduğu kimi, Mahirin qohumları , qoy olsun lap sizin dediyiniz kimi, “eyni məzmunlu” məktubları müxtəlif ünvanalara göndəriblər ki, son nəticədə sizin tərəfinizdən həmin məktublar baxılıb. Bəyəm sizin təsdiq etdiyiniz məktubların mövcudluğu sübut etmirmi ki, qohumları Mahirə qarşı laqeyd olmayıblar ?
MTN-yi əməkdaşlarının yuxarıdakı məktubda qeyd olunduğu kimi, apardıqları 5 ilə yaxın aktiv tədbirlərdən sonra, yəni artıq 2007-ci ildə MTN-nin digər bir generalı Əli Nağıyev daha bir A-1027 qeydiyyat nömrəli məktubla zərərçəkmiş E.Abdullayevə cavab yazmışdır. “Qardaşınız mahir İslam oğlu Abdullayevin itkin düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərdiyiniz müraciətə tərəfimizdən baxılmışdır. Mahir Abdullayevin itkin düşməsi faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq İdarəsində 2003-cü ildə 105157 saylı cinayət işi başlanmış və onun axtarışı istiqamətində MTN-yi ilə birgə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Mahir Abdullayev eyni zamanda MTN-nin sabiq əməkdaşı olduğundan, onun taleyi ilə bağlı müəmmalı məqamların araşdırılmasına nazirlik daha diqqətlə yanaşır. Bununla belə, Mahir Abdullayevin həyat tərzinə, davranışlarına, əlaqələrinə, xüsusilə münaqişəli münasibətdə olduğu şəxslərin dairəsinin müəyyənləşdirilməsinə və iş üzrə əhəmiyyət kəsb edən digər məqamlara aydınlıq gətirilməsi sizin və bəzi yaxın qohumlarınızın istintaqla yetərincə əməkdaşlıq etməməyiniz nəticəsində tam mümkün olmamışdır. Belə ki, dindirmə üçün çağrışlardan müxtəlif bəhanələrlə imtina etməyiniz və istintaq qarşı qeyri-səmimi mövüqeyiniz axtarış tədbirlərinə mənfi təsir göstərmişdir. Gələcəkdə axtarış tədbirlərinin səmərəli həyata keçirilməsində hüquq-mühafizə orqanları ilə səmimi və fəal əməkdaşlıq etməyiniz vacibdir.” Məktubda əks olunmuş fikirlərə dair şərh verməyə ehtiyac görmürəm. Bu dəhşətdir, Mahirin aqibətinə aydınlıq gətirməyə borclu olan şəxslər, qanunla müəyyən edilmiş öz hüquq və vəzifələrini yerinə yetirmək əvəzinə zərərçəkmişə irad tuturlar. İrad tuturlar ki, sən səmimi deyilsən. Bütün dunyanı lərzəyə salan DTK-nın varisi hesab olunan MTN-yi yoxa çıxmış öz əməkdaşını “aktiv tədbirlər” keçirtməsinə baxmayaraq tapa bilmir və bunun səbəbini oğurlanan şəxsin yaxınlarında görür ki, “siz kömək etmirsiniz.” Bütün bunların nəticəsi olaraq, məlum olur ki, hörmətli generallarımızın 5 ilə yaxın keçirtdikləri “aktiv tədbilər”ə baxamayaraq Mahirin aqibətinə dair bir kəlmə olsun belə söyləyə bilmirlər. Bəlkədə söyləmək istəmirlər. Amma fakt faktlığında qalır ki, hələ 2007-ci ildə belə bir qocaman təşkilatın əməkdaşları tərəfindən Mahirin oğurlanmasına aydınlı gətirə biləcək heç bir versiya üzərində baş sındırmayıblar. Çün ki, general H.Əsədovun 2003-cü il tarixli məktubundan belə başa düşülür ki, çekistlər bir neçə il keçməsinə baxmayaraq hələ hadisənin baş verməsini Mahirin xidməti fəaliyyəti ilə yoxsa məişətdə ki, davranışına, əlaqələrinə görə baş verdiyini müəyyən etməmişdirlər. Maraqlısı budur ki, 2013-çü il tarixdə MİK-sı yaradıldıqdan sonra da möcüzə baş vermədi. Əksinə, əgər 2005-çi, 2007-çi illərdə istintaq zərər çəkmişə iradnan olsa belə cavab məktubu yazaraq, Mahir olayının araşdırılmasına dair görüntü yaradırdısa, 2013-şü ildə MİK açıq aydı zərərçəkmişin üstünə getdi, onu və onun yaxın ətrafını Mahir məsələsinə heç bir aidiyyatı olmayan süni açılmış cinayət işləri ilə təhdid etdi, onların özlərini müdafiə etmək kimi hüquqlarını demək olar ki, əllərindən aldı. MİK-n verdiyi qərarlar onsuzda müstəqil olmayan məhkəmələr üçün sifarəşlə öhdəlik etalonuna çevrildi. Bütün bunlara, qanun pozuntularına səbəb nədir. Təmamilə düzgün buyurlur, hüquq mühafizə orqanları, xüsusi ilə prokurorluq Mahir Abdullayevin aqibəti ilə maraqlanan hər bir şəxsə müharibə elan edir, onu sındırmağa çalışır, Mahirin qohum-əqrəbəsi arasında süni şəkildə söz-söhbət salmağa çalışır, hətta bəzi hallarda buna nail olurlar. İnsanları elə bir qorxu altında saxlayırlar ki, qohum-əqrəbə arasından bəziləri istintaqa çağrılan zaman digər ailə üzvlərindən gizlin gedib ifadələrini verirlər. Bu hal tək qohum əqrəbə arasında deyil, elə zərərçəkmişin rektoru olduğu universitetdə bir vaxtlar çalışmış, E.Abdullayevin başına and içmiş elə professor-müəllim heyətinə də aiddir. Lakin bunların heç birisin qınamaq da düzgün olmazdır. Çün ki, artıq zərərçəkmişin ardıcan bir neçə insan artıq məcburiyyət qarşısında respublika hüdudlarını tərk etmişdir, bu acını digərlərinin yaşamasına nəyin bahasına olursa olsun imkan vermək olmaz. Bunu da başda Elmar Camalov olmaqla prokurorluq orqanlarının xidmətləri kimi qiymətləndirmək yerinə düşərdi.
22.MAHİR ABDULLAYEV OLAYINDA FÖVQALADA HALLAR NAZİRİ KƏMALƏDDİN HEYDƏROVUN ADI NİYƏ HALLANIR ?
____________________________________________________________
23.01.2005 –ci il tarixdə saat 10:30 radələrndə E.Abdullayev tərəfindən aparılmış video-çəkilşdən belə aydın olur ki, iş adamı Əli Zəngilanski telefon vasitəsilə Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımla, Mahir Abdullayevlə rektorun danışığını təşkil edir. Əli Zəngilanski ilə danışan naməlum şəxs durmadan Hacı Simuzər adlı xanıma istinad edərək danışır. Əli Zəngilancki həmin naməlum şəxsə bildirir ki, əmanət məndədir, onu qaytarım yoxsa özümdə saxlayım ?” Həmin şəxsə düşünmədən bildirir ki, “Əmanəti özündə saxla.” Daha sonra danışanların hər ikisi təcili görüşməyi planlaşdırırlar. Elə həmin görüş zamanı Əli Zəngilanski bildirir ki, Mahiri Kəmaləddin Heydərovun göstərişi ilə oğurlayıblar. Eyni zamanda əgər Əli Zəngilanskinin dediklərinə inansaq, belə çıxır ki, Mahiri MTN-də saxlayırlar, özüdə dərman altındadır. Yuxarıda qeyd etdiyimiz kimi, həmin günü Eəşad Abdullayev qardaşı Mahirlə də telefon əlaqəsi saxlayır. Telefon əlaqəsi zamanı Mahir konkret cümlələrlə kifayətlənməyə çalışır. Misal üçün Mahir uzun müddət səsini eşitmədiyi, görmədiyi böyük qardaşının kefini, əhfalını soruşmur, özünün ən azından olaraq nəhayət nəvaxt buraxılacağını öyrənmir və yaxud xeylaq zaman ailəsini görməməsinə baxmayaraq övladlarını belə xəbər almır. Sadəcə olaraq Elşad onu tanəsın deyə özünü təqdim edir. Mahirdən fərqli olaraq Elşad daha fəaldır, özünü itirmir, onunla telefon vasitəsilə danışan şəxsin həqiqətən də Mahir olub olmamasını dəqiqləşdirmək məqsədilə, Mahirdən özünün, qardaşı Elsəvər Abdullayevin uşaqlıq ləğəblərini soruşur. Mahiur onun suallarına cavab vermir, əıksinə danışa bimədiyini bildirir. Mahir qardaşı Elşadın suallarına vermədiyi halda , “Kürd Balası” kimi adlandırdığı Əli Zəngilanski ilə danışmaq istədiyini bildirir. Telefonu ona verilməsini tələb edir. Elşad Abdullayev məcburiyyət qarşısında telefonu Əli Zəngilanskiyə verir. Mahir Əli Zəngilanski ilə danışır, ona bildirir ki, Elşaddan 200 000 ABŞ dolları al.
Bu rektor tərəfindən qeydə alınmış yeganə telefon dialoqu deyil ki, burada Hacı Simuzər xanımın adı çəkilsin. Misal üçün 25. 03.2005-ci il tarixdə saat 09.00 və 12.00 radələrində Elşad Abdullayevin ev telefonuna kişi səsi ilə zəng edən naməlum şəxs bildirir ki, “ Kəmaləddinin anası Hacı Simuzər xanımla bu gün axşam saat 5-də sizə gəlib Mahir məsələsini həll edib qurtaracağıq.” Təxminən eyni məzmunlu telefon zəngi 26.03.2005-ci il tarixdə saat 18.00- da olmuşdur. Zəng edən özünü Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanım kimi təqdim edir. Zəng edən Elşad Abdullayevdən tələb edir ki, o, 200000 ABŞ dollarını versin kürd balası Əli Zəngilanskiyə, ancaq bundan sonra Mahirin qaytarılması mümkündür.
Yuxarıda adı keçən xanımın səsi əks olun audio-disklər Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İçtimayi Təhqiqat Qrupunun üzvləri tərəfindən diqqətlə dinlənilmiş, təhlil edilmiş və son nəticədə komitə üzvləri belə bir nəticəyə gəliblər ki, audio-disklərdə əksini tapmış səslər içtimayyətə təqdim olunsun. Çün ki, qrup üzvlərində belə bir şübhə var ki, kimlərsə böyük canfəşanlıqla çalışıblar rektoru inandırsınlar ki, onun qardaşı Abdullayev Mahir islam oğlunu Kəmaləddin Heydərovun göstərişi ilə oğurlayıblar. Unutmaq lazım deyil ki, kütləvi informasiya vasitələrinə müsahibələrinin birində Elşad Abdullayev bildirmişdir ki, həmin audio-disklərdə Hacı Simuzər xanımın adından danışan şəxs Rövşanə Əliyevadırsa, Mahirin adından danıçan MTN-nin əməkdaşı Elçin Quliyevdir. Ümumiətlə Mahir Abdullayevin oğurlanması məsələsində istər Elşad Abdullayev, istərsədə Komitə tərəfindən kifayət qədər bu işin açılması üçün əhəmiyyətli materiallar və faktlar əldə edilmişdir ki, istintaq buna lazımı diqqəti göstərməmişdir. Buda ondan irəli gəlir ki, dövlət başçısının göstərişi ilə yaradəlmış Müstəqil İstintaq-əməliyyat komisiyası prezidentin Mahir Abdullayev işinə aydınlıq gətirmək kimi tapşırıqı yerinə yetirmək deyil, zərərşəkmişin ailəsini qeyri qanuni olaraq nəzarətdə saxlamaq əmri verən şəxslərin tələblərinə müzakirə olunmadan yerinə yetirməkdir. Bu səbəbdən MAHMK-nin üzvləri hesab edirlər ki, Cənab K.Heydərov şəxsən özü maraqlı olmalıdır ki, audio-disklərdə həqiqətən səslənən səsin kimə məxsus olması müəyyən edilsin, bu məqsədlə Əli Zəngilanski, MTN-nin əməkdaı olan oğlu və Şəmsəddin adlı şəxslər 105157 saylı cinayət işinin istintaqına cəlb olunmalıdırlar.
23.AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLYİNİNİN Vİİ Cİ İDARƏSİNİN ƏMƏKDAŞI RÖVŞƏN ABASQULİYEVİN VİDEO GÖRÜNTÜLƏRDƏ TƏSDİQ EDİR Kİ, MAHİR ABDULLAYEVİ HƏMİN DÖVRDƏ AZƏRBAYCAN RESPUBLİKASI DİN-NİN BMCQMİ-NİN ƏMƏKDAŞLARI OĞURLAYIBLAR.
Önəmli fakt budur ki, Mahir qanunsuz ogurlandıqdan sonra, 15 oktyabr 2003-cü il tarixində , saat 14.00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vll İdarəsinin rəisi polkovnik Vaqif Şərifov Vll İdarənin əməkdaşı Rövşən Abbasquliyevi mənim yanıma göndərdi. DİN-in Vll İdarəsinin əməkdaşı Rövşən Abbasquliyev mənə bildirdi ki, rəisim Vaqif Şərifov mənə tapşıriq verib Sizə bildirim ki, qardaşınız Mahiri DİN-in Banditizm İdarəsinə gətiriblər, Elşad müəllimə bildir ki, gedib qardaşı Mahiri Banditizm İdarəsindən alsin. Qeyd olunan DIN Vll Idaəsinin əməkdaşı Rövşən Abasquliyevin danişdıqları onlarla aparılmış vdio-görüntülər vasitəsi ilə təsdiqini tapır. Təəccüblüdür ki, adi bir cinayət işində bir tüklə cinayət işi acılır, lakin bu qədər təkzib olunmaz maddi sübutların, faktların olmasına baxmayaraq Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar dəstənin havadarları – bu gün bu cinayətin acılmasına manəcilik törədirlər, Mahirin işini salıb “qordi” düynünə, əminəm ki, geci-tezi xalqa məlum olan bu cinayətkarlar rəsmi dövlət səviyyəsində ifşa olunacaqdır (KIV-də, MIK və www.yutube.com -a təqdim olunmuşdur);
24.ÖNƏMLİ FAKT BUDUR Kİ, HƏBSDƏ OLAN METAL ALVERÇİSİ ARZU KAZIMOVUN VASİTƏÇİSİ RÖVŞANƏ ƏLİYEVA ƏSAS CİNAYƏTKARI GİZLƏTMƏK MƏQSƏDİLƏ MAHİR ABDULLAYEVİN OĞURLANMASINI BU CİNAYƏTDƏN HEÇ BİR XƏBƏRİ OLMAYAN ÇOXSAYLI GÜNAHSIZ TANINMIŞ ŞƏXSLƏRİN ÜSTÜNƏ YÖNƏLDİR.
Artıq mətbuatda nəşr olunmuş gizli cəkilmlş video görüntüdə həbsdə olan Arzu Kazımovun köməkcisi Rövşanə Əliyeva əsas “sehirli əli” gizlətmək məqsədi ilə deyir ki, Mahiri Azərbaycanda bir sıra tanınmış şəxslər ogurlayıblar, … Fikir verin Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat dövlətin rəhbərlərini şərləməkdən belə cəkinmirlər , onları ələ salırlar (Arzu Kazimovun ortagı Rövşanənin bu cixışının video görüntüləri KİV-də, MİK və www.yutube.com -a təqdim edilmişdir);
Mahir Abdullayevin oğurlanmasından bir neçə gün sonra Rövşanə adlı qadın dəfələrlə universitetə gələrək, universitetin rektoru Elşad Abdullayevlə görüşmək istədiyini bildirmişdir. Lakin qadının universitetlə bağlı hansısa bir probleminin olmasını zənn edərək hər dəfə qadının görüşmək təklifini rektor rədd etmişdir. Çün ki, Mahirin oğurlanmasından sonra onun bütün iş planı pozulmuşdur. 2003-cü ilin oktyabr ayının 17-də, axşam saat təxminən 18.00 radələrində Elşad Abdullayev qardaşları Eldəniz, İsmayıl və köməkçisi Şamil ilə birlikdə xidməti otağını tərk edərək evə getmək üçün ərazidə ki, maşınına minmək istəyəndə həmin qadın özünü rektora təqdim edərək, “Elşad müəllim mənim sizinlə söhbətim Mahirlə bağlıdır, biz mütləq görüşməliyik” bildirmişdir. Rektorun xidməti otağında həmin qadın özünü təqdim edərək adının Rövşanə olduğunu bildirir, eyni zamanda “Elşad müəllim bilirəm ki, sizin üçün nəqədər ağırdır.
24.1.MAHİR ABDULLAYEVİN GERİ ALINMASI ÜÇÜN DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOVUN QARA KASSASI ARZU KAZIMOVA, HƏM DƏ ZAHİD DUNYAMALIYEVƏ 3.000000 ABŞ DOLLARI VERİLMƏSİ AŞAĞIDAKI KİMİ OLMUŞDUR.
Lakin narahat olmağa heç bir əsas yoxdur. Çün ki, Mahir sağ və salamatdır, yəqin ki, hər şey öz yoluna düşər.Daha sonra Rövşanə bildirir ki, Mahirin tapılmasının haçarı çox varlı bir biznesmen olan Arzu kazımovdadır və daxili işlər nazirinin sabiq mərhum birinci müavini Zahid Dunyamalıyevin əlindədir. Ümumiətlə bu görüşdən sonra rektor dəfələrlə Rövşanə ilə istər öz xidməti otağında və yaxud Arzu Kazımovun özünün eləcədə Zahid Dunyamalıyevin Zaqulba ofislərində görüşmüşdür.Rövşanə “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən beş mərtəbəli binada yaşayırdı. Onun bəlli olan əlaqə telefdonları 0503479545, 0506352646, 0124658266-dır. 17.10.2003-şü il tarixdə Rövşanənin rektora dediyi saözləri o, şərti işarə kimi başa düşüb və o, söhbətində Arzu Kazımovun belə işlərlə əlaqədar Zahid Dunyamalıyevlə işbirliyinin olması barədə rektora çox mühüm məlumatlar vermişdir. Rövşanənin rektorla etdiyi bu qəbilədən söhbətləri professor videokamera ilə çəkmiş və bu danışığın audio və video kassetlərinin bir hissəsini artıq istintaqa təqdim etmişdir. Söhbət zamanı Rövşanə rektora bildirir ki, “narahat olma, mən səni Arzu ilə mütləq görüşdürəcəyəm”. Bir gün sonra, 18.102003-çü il tarixdə rektorun əvvəllər tanımadığı Arzu Kazımov yaşıl rəngli CİP BMV markalı avtomaşınla Rövşanə ilə birlikdə Eəşad Abdullayevin yanına gəlirlər.. Rövşanə və Arzu onunla danışaraq. Qardaşı Mahirin adam oğrularının əlindən azad olunması işinə köməklik edəcəklərini deyirlər və bu işdən heç kimin məlumatının olmaması haqqında ona xəbərdarlıq edirlər. Əks təqdirdə “Mahiri görməyəcəksiniz” deyə ona xəbərdarlıq edirlər. Arzu Kazımov birinci görüş zamanı professora qardaşının kimin tərəfindən oğurlandığını bilməsini söyləmir. Arzu Kazımov bildirir ki, daxili işlər nazirinin sabiq birinci müavini Zahid Dunyamalıyevlə onun çox yaxın əlaqələri var, bu əlaqələrdən istifadə edib onun qardaşının məsələsini həll edəcək. Qeyd etmək lazımdır ki, professor qardaşının oğurlanmasından bir gün sonra, yəni 14.10.2003-cü il tarixdə qardaşı Elsəvər Abdullayevlə bərabər daxili işlər nazirinin qəbulunda olmuş və nazir Ramil Usubov onları dinlədikdən sonra, Zhid dunyamalıyevi çağırıb bu işi araşdırmağı ona tapşırıb. Nazirin yanında belə bir qərar qəbul olunur ki, Mahirə xətər toxunmasın deyə, texnikada istifadə edilməli və əgər ciddi bir məlumat olarsa dərhal nazirə və Zahid Dunyamalıyevə verib onunla əlaqə saxlamalıdırlar. Texnika deyəndə telefonlara qulaq asma, video-müşahidə aparma, zərərçəkmişlərin danışıqlarına qulaq asma nəzərdə tutulurdu.Nazirin qəbulundan çıxandan sonra qardaşlar Zahid dunyamalıyevin xidməti otağına gedirlər. Zahid Dunyamalıyev Mahir haqqında məlumat toplayır, təxminən 30 dəqiqə ümumi tanışlıq barədə söhbətlər gedir.. onlara ehtiyyatlı olmağı tövsiyyə edir, deyir ki, “onun da oğlunu oğurlayıblarmış və uşağı oğurlayan çeçenlərə Moskvaya uçan təyyarədə pulu verib, uşağı azad etdiribdir, “ bundan başqa bildirir ki, “sığorta Mamed”in oğlunu, atası səhf etdiyinə görə qulağını kəsib atasına göndəriblər. Bu səbəbdən maksimum ehtiyyatlı olmaq lazımdır, səhfə yol vermək olmaz, habelə zəruri tədbirlərin görüləcəyi barədə onları əmin edir. Odur ki, işin Zahid Dunyamalıyevə tapşırılması və həm də Arzu kazımovun rektorla söhbətində Zahid Dunyamalıyevin adını çəkməsi sonuncunun onun sözlərinə inandırır. Arzunun bu işin çox ağır başa gəldiyini, Mahirin “yalnız general Zahid Dunyamalıyev tərəfindən geri qaytarıla bilər” sözlərini işlətməsi və hadisədən qısa müddət sonra Rövşanə adlı bir qadının meydana çıxması, onun Arzu Kazımov adlı şəxsi dəstəkləməsi rektoru onlara inanmağa sövq edir. Bu söhbətdən sonra Z.Dunyamalıyevlə onun iş otağında və onunla iş birliyi quran Arzu kazımovun şirkətində dəfələrlə söhbətləri olur. Belə ki, söhbət zamanı zahid Fdunyamalıyev çox gizli işarələrlə rektora başa salmağa çalışır ki, Mahiri sağ salamat geri almaq üçün külli miqdarda pul vəsaiti lazımdır. Həmçinin Z.Dunyamalıyev və Arzu kazımov rektorla söhbət əsnasında onu başa salmağa çalışırlar ki, “bu işdən əgər bir adam xəbər tutsa” yəqin ki, həmin danışan adamın aqibəti heç də yaxşı yaxşı olmayacaqdır. Tez tez sığorta Mamedin oğlunun başına gələn hadisəni yada salırlar. Məhz qardaşı Mahirin başına heçnə gəlməsin deyə rektor onların bütün şərtlərini yerinə yetirir. Əgər Z.Dunyamalıyevlə onun arasında vasitəçiliyi A.Kazımov edirdisə, onunla Arzu rasında vasitəçiliyi isə Rövşanə edir. Çün ki, hər dəfə Rövşanə Rövşanə ilə Mahir haqqında söhbətləri olduqda o. Hər dəfə rektora bildirir ki, “narahat olma, Mahir sağ salamatdır. Onun yanına gedib gələn yaxın insanlar var. Bir az xəstədir, Sevinc adlı bir qadın həmişə onun qulluğunda durur.” Rövşanə ona bildirir ki, “Mahir ağ köynəkdə. Qırmızı qalstukdadır, onu böyük bir həyətdə saxlayırlar.” Qeyd etmək lazımdır ki. Mahir həqiqətən də evdən çıxanda ağ köynəkdə, qırmızı qalstukda olmuşdur. Pulun alınması ilə əlaqədar bir qədər vaxt keçir. Çün ki. Arzu və Zahid Dunyamalıyev həqiqətən də qardaşların onları satmayacaqlarını yəqin etmək üçün Mahirə görə pulun alınması vaxtını qəsdən uzadırdılar. Arzu və Z.Dunyamalıyevə birlikdə generalın Bilgəhdə ki. istirahət mərkəzində və onun xidməti otağında Mahirin qaytarılması üçün veriləcək pulun məbləği barədə dəfələrlə rektorla aralarında söhbətlər olmuşdur. Bu söhbətlər prosesində general Zakir nəsirovun qudası. əvvəllər DİN-də işləyən istefada polkovnik Ağa Abbasov da iştirak edir. Mahirin qaytarılması ilə bağlı arzu və z.Dunyamalıyevlə bütün danışıqlar qurtardıqdan sonra məhz Z.Dunyamalıyevin xeyir – duası və A.Kazımovun evində gedən məsləhətləşmələrdən sonra rektordan qardaşı Mahirin qaytarılması üçün qohum-əqrəbədən borclandığı ümumi miqdarı 3 milyon ABŞ dollarını onlara verir. Rəsmi qaydada1.5 milyon ABŞ dolları A.Kazımova, qalan hissəsini Z.Dunyamalıyeva DİN-ki xidməti otağında və Bilgəh Pansionatında qaldığı mənzildə təhvilmişdir.. beləliklə həm Arzu Kazımova, həm də Zahid Dunyamalıyevə 3 milyon ABŞ dolları verilməsi aşağıdakı kimi olmuşdur.
1.15.11.2003-cü il tarixdə zahid Dunyamalıyevin xidməti otağında ilk sövdələşmələri olmuş və 100000 ABŞ dolları ilkin olaraq Mahirin qaytarılması üçün ona rektor tərəfindən verilmişdir. Belə ki. Rövşanə E.Abdullayevə zəng edərək bildirir ki, “Arzu rektoru ofisində gözləyir və təcili olaraq onun yanına getmək lazımdır.” Rektor təcili olaraq Arzunun ofisinə gedir və orada ona bildirilir ki. DİN-də Mahirlə bağlı söhbət etmək üçün Z.Dunyamalıyev rektoru xidməti otağında gözləyir və onun Abdullayevə etibarı olsun deyə ona 100000 ABŞ dolları vermək və qalan məsələ ilə bağlı artıq onun işi olmamalı , pulu verəndən sonra nəticəsi barədə arzuya məlumat verilməlidir. Odur ki. 15.11.2003-cü il tarixdə Arzunun dediyi kimi hərəkət edərək rektor DİN-nə gəlir, Z.Dunyamalıyevin xidməti otağında 100000 ABŞ dollarını ona verərək inzibati binanı tərk edir.. Bundan sonra bu barədə A.Kazımova məlumat verir.
- 2.15.11.2003-cü il tarixdə Z.Dunyamalıyev xidməti otağında rektordan 100000 ABŞ dolları aldıqdan sonra Arzu Kazımov Dəmir yolu limanında yerləşən əski Kamo küçəsi 195 saylı ofisinə rektoru dəvət edərək Mahirin qaytarılması üçün Z.Dunyamalıyevə əlavə olaraq 500000 ABŞ dolları gətirməyi ondan tələb etmişdir. Lakin Arzunun belə hərəkətlərinə E.Abdullayev etiraz edərək, bildirir ki,külli miqdarda pulu verməzdən əvvəl gərək qardaşı Mahir onunla mütləq danışsın. Yaxud da Mahirin indi ki, vəziyyəti ilə bağlı onun fotosürəti onlara göstərilsin, yaxud da əgər dediklərinə görə sağdırsa onda özü yalnız qardaşların bildiyi hər hansı bir “kod” altında, yəni yalnız onların ailəsi bir sirr olaraq bildiyi cümlə, yaxud söz barədə onlara hər hansı bir yazılmış kağız verilsin. Lakin Arzu Kazımov ona qəti etiraz edərək bildirir ki, “Elşad müəllim belə bir məqamda Z.Dunyamalıyevin etibarını itirmə, əgər mahirin evə tez getməsini istəyirsənsə deyilən məbləği verməlisən”. Rektor isə bu barədə hələlik sirr olaraq heç kimə heçnə demir, çün ki, istəmir ki, istəmir onunla onlar arsında olan söhbətdən kimsə məlumatlı olsun və mahirin təhlükəsizliyi naminə bu sohbətləri özündə sirr olaraq saxlayır.22.11.2003-cü il tarixdə E.Abdullayev günün birinci yarısında Arzunun dəmir yolu limanının yanında yerləşən ofisinə gedir və elə qapını Arzunun özü açaraq, onu içəri dəvət edib Z.Dunyamalıyevin yanına aparır. Həmin zamanZ.Dunyamalıyev Arzunun ofisində olur. Onlarla bir qədər söhbət etdikdən sonra həm A.Kazımov, həmdə Z.Dunyamalıyev üstüörtülü şəkildə onu başa salmağa çalışırlar ki, narahat olma Mahir sağdır, “bir qardaş kimi vəzifə borcunu tam yerinə yetirəndən sonra yəqin ki, hər şey öz qaydasında olar və Mahir də sağ salamat evinə gedər”. Rektor içində 500000 ABŞ dolları olan çantanı Z.Dunyamalıyevin qabağında olan stolun üstünə qoyaraq generaldan xahiş edir ki, Mahirin işini tezləşdirsin ki, o da ailəsinə qayıtsın”. Lakin həmin vaxt onlarla söhbət zamanı həm Arzu və həm də Z.Dunyamalıyev bu işin həll edilməsinin çox çətin olduğunu, lakin buna baxcmayaraq Mahirin tez bir zamanda evə qayıdacağına onu əmin edirlər.
24.2.NURLAN İSƏ CAVABINDA ARZUYA BİLDİRİR Kİ, “QORXSA DA HƏLƏ Kİ, DÖZÜR.”
Elşad Abdullayevi bu cavabdan sonra dəhşət bürüyür. Lakin başlarına gətirilən müsibətlərə baxmayaraq A.Kazımov və Z.Dunyamalıyev pulları E.Abdullayevdən aldıqca elə bil ki, onların tamahı və iştahı getdikcə daha da artırdı və yenə də rektordan əlavə olaraq pul istəməyə başlayırlar. E.Abdullayev hər dəfə Mahirin səsini eşitmədiyinə görə onların bu hərəkətlərinə qəti olaraq etiraz edir, lakin Arzu mahirin sağ-salamat qaytarılması üçün onu inandırmağa çalışaraq bildirir ki, “Elşad müəllim əgər sən mənə inanmırsansa onda mən səndən pulları mənə məxsus olan “inşaat-servis” MTK-nın möhürü və və şəxsi imzamla təsdiq edərək səninlə müqavilə bağlayaraq bizə lazım olan məbləği səndən alacağam” onda yəqin ki, sən mənə inanarsan, çün ki, mən sənə heç nəyi yalan demirəm, Mahiri mən və Zahiddən başqa heç kim sizə verə bilməz və bu mümkün də deyildir.” Dəfələrlə bu mövzüdə rektorun Arzu ilə söhbətləri olmuşdur. Nəhayət Arzu Mahirin qaytarılması üçün 27.12.2003-cü il tarixdə rektoru 500000 dollarla birlikdə Qız Qalasının yaxınlığında yerləşən ofisə gəlməyi bildirir. E.Abdullayev 27.12.2003-cü il tarixdə qohunu mərhum Sabir Hüseynovla saat 15.00 radələrində həmin ofisə gəlir, lakin qapının üstündə heç bir ünvan olmur. Rektoru yenə də Arzu şəxsən özü qarşılayır və ofisdə həmin zaman onun tanımadığı arıq və iki metrə yaxın boyu olan, idmançı görkəmində. Sonradan adını bildiyi Nurlan Həsənov, ondan başqa 50-55 yaşlarında olan saçına dən düşmüş dolu bədənli sonradan adını bildiyi Arzunun qardaşı Nizami vədigər tanımadığı şəxslər də olur. Həmin vaxt Arzu Nurlan Həsənovdan soruşur ki, “Mahirin vəziyyəti nə yerdədir, şalvarını qorxudan batırmayıb ki, çətinliyə dözürmü?” Nurlan isə cavabında Arzuya bildirir ki, “qorxsa da hələ ki, dözür”. Onların bu söhbəti rektorun yanında olduğundan, o artıq Mahirin sağ olduğun başa düşür. Ofisdə rektor pulu Arzuya verməmişdən qabaq Arzunun dediyi kimi, aralarında müqavilə bağlanmasını və tərəflər kimi həmin müqaviləni imzalamaq lazım olduğunu ona bildirir və Arzu heç bir narahatçılıq keçirmədən müqaviləni gətirərək müqaviləyə bir tərəfdən özü, digər tərəfdən isə rektorun qohumu mərhum Sabir hüseynov imza etmişdir. Sabir müqaviləni imzaladıqdan sonra ofisdən çıxır .İmzalançmış həmin müqavilə heç də Sabirə iş adamı Arzu kazımovdan 500000 dollar dəyərində yaşayış evi almaq üçün nəzərdə tutulmamışdır, həmin pul yalnız Mahirin qaytarılması üçün bağlanmış müqavilədir və bu müqaviləyə əsasən Arzu rektoru inandırmaq üçün sabirin iştirakı ilə müqaviləyə imza atmışdır.
24.3.ARZU KAZIMOV BİLDİRMİŞDİR Kİ, MAHİRİ QARDAŞLARDAN BİRİNƏ MƏXSUS EVDƏ BİR MÜDDƏT SAXLAMAQ LAZIMDIR, ÇÜN Kİ, ONU AXRARIŞA VERİBLƏR
Sonrakı görüşlərin birində Arzunun ofisində Arzu ilə söhbət edən zaman o yenə də rektora bildirir ki, “Elşad müəllim bu iş çox çətin işdir və bu məsələni həll etmək üçün Z.Dunyamalıyevin etibarını qazanmaq üçün əvvəl verdiyin 100000 dolların üstünə yenə də əlavə olaraq 900000 dollar qoyaraq Z.Dunyamalıyevə verməlidirlər. E.Abdullayev onun bu sözünə etiraz etdikdə, Arzu bildiri ki. “əgər mənə inanmırsansa hazırda Z.Dunyamalıyev Bilgəhin pansionatındadır, ikimizdə birlikdə gedək onun yanına və şəxsən pulu pulu mənim yanımda özün ver ona.” Rektor ona bildiri ki, “axı belə işi niyə görürsünüz, birdəfəlik bu işin qiymətini deyin bilim”, lakin Arzu cavabında rektora deyir ki, “istəyirəm ki, sən özün pulu aparıb verəsən ona ki. Z.Dunyamalıyev mənim barəmdə başqa bir şey fikirləşməsin və elə bilməsin ki, , güya mən ona atıram.” E.Abdullayev ona etiraz edəndə, Arzu ona bildirir ki. “Elşad müəllim adam oğurluğunun özünün qanunları var. Belə ki. bu işdə diqtəni biz edirik. Siz tərəf yox.”Bu sözdən sonra Arzu san ki, rektoru hədələyərək bildirir ki, “əgər pulu Z.Dunyamalıyevə təcili çatdırmasaq, onda Mahir cəhənnəm, həm özün, həm də məni zibilə salacaqsan. Çün ki, hələ də sən dərk etmirsən ki, kimlərlə iş görürsən.” Arzunun rektora dediklərini bir sirr olaraq heç kimə deyə bilmədiyindən, o çox əziyyət çəkir və yenə də Mahirin sağlığı və evinə qayıtması üçün yenidən pul toplayıb köməkçisi Şamil və arzu kazımov ilə birlikdə Bilgəhdə DİN və MTN sanatoriyalarının qarsında yerləşən və Arzunun deməsinə görə Z.Dunyamalıyevin həmişə istirahət etdiyi yerə gedirlər və orada rektor Z.Dunyamalıyevin yanında DİN-nin Narkomaniyaya qarçı Mübarizə idarəsinin polkovniki Ağa Abbasovu da görür və onunla da görüşür. Onlar nərd oynayırlarmış. Onalar birlikdə yarım saat söhbət etdikdən sonra birdən Ağa Abbasov Z.Dunyamalıyevin göstərişinə əsasən otağı tərk edərək çıxıb gedir. Bundan sonra Arzu generala bildirir ki, “Zahid müəllim Elşad çox ponyatkalı, həm də çox etibarlı adamdır və mən ona söz vermişəm ki, Mahiri sizin köməkliyinizlə evinə buraxılmasına köməklik edək və bunun üçün də biz bura hazır gəlmişik.” Bundan sonra E.Abdullayev gətirdiyi pulu otağa qoyub, Arzu ilə birlikdə onun qara rəngli Mersedes S Klass markalı. 10 kk 006 N-li maşını ilə geriyə, şəhərə dönürlər, həmin vaxt avtomaşını Arzunun sürücüsü Ağalar sürürdü. Onun telefon nömrəsi 0503991686-dır və Ağalarla rektor həmişə Arzunun ofisində görüşür. Avtomaşında rektor Arzudan vəziyyətin necə olduğunu soruşanda, o deyir ki, “artıq narahat olma Allaha şükür ki, hər şey öz qaydasındadır və yəqin ki, bu yaxın günlərdə nəticəsini də görərsən.” Sonra rektor onunla ofisin yanına gələndə avtomaşında Arzu ona bildirir ki, “Elşad müəllim Mahiri sabah, yəni 28.12.2003-cü il tarixdə qaytaracağıq lakin səs küy olmasın deyə qardaşlarından birinin evində müvəqqəti olaraq yerləşdirmək lazımdır, çün ki, Mahir barəsində axtarış verilibdir. Bundan sonra rektor qardaşları Elsəvər, Eldəniz və İsmayılla birlikdə gecə saat 24.00 radələrində Elsəvərin yaşadığı evin həyətində görüşürlər. Rektor qardaşlarına bildirir ki, “hələlik sirr olaraq mən sizə heçnə deyə bilmirəm, lakin mötəbər bir adamın dediyinə görə Mahiri sabah, 28.12.2003-cü il tarixdə saat 24.00 radələrində buraxacaqlar və mötəbər adamın deməsinə görə səs-küy olmasın deyə Mahiri biz qardaşlardan birinin evində ara sakitləşənə qədər müvəqqəti olaraq saxalamalıyıq.” Onlara belə qərara gəlirlər ki, Mahiri müvəqqəti də olsa, elə Elsəvərin evində saxlasınlar. Səhərisi gün axşam saat 24.00 radələrində qardaşlar həyətdə Mahiri gözləyərkən, onların gözlədiyinin əksinə olaraq Arzu ilə Z.Dunyamalıyev qardaşlardan Elsəvərin yaşadığı “İstanbul evinə” ağ rəngli “Mitsubisi” markalı CİP maşınında həyətə daxil olurlar və Arzu maşından yerə düşərək onlara tərəf gələndə Elşad Abdullayev ondan Mahiri soruşur, o isə sərxoş vəziyyətdə ona bildirir ki, “Elşad müəllim, Mahirin işi bir az gecikir, bu iş çox çətin bir işdir, yenə də pul vermək lazımdır.” Belə olan halda rektor əsəbindən dözə bilməyərək Arzunun üstünə qışqırır ki, “sən məni deyəsən dolamısan. Mən Mahirin qaytarılması üçün sizin bütün şərtlərinizi necə lazımdır yerinə yetirmişəm.” Bu vaxt Arzu çox sərxoş olduğundan rektora deyir ki, “sabah ofisə gəl, orada söhbət edərik.” Səhərisi günü rektor yenə də Arzu ilə onun ofisində görüşür. Arzu rektora deyir ki, işin axırıdır, 1 milyon dollar da əlavə olaraq pul lazımdır və E.Abdullayevi danışmağa qoymayaraq deyir ki, “səndən pulu ancaq inanasan deyə yazılı, rəsmi sənəd əsasında öz imzamla təsdiq edib, pulu səndən götürəcəm və bununla da iş artıq başa çatır və yəqin ki, Mahir də sağ salamat evinə qayıdacaqdır.Rektor yenidən qohum əqrəbəsindən 1 milyon toplayıb 05 mart 2004-cü il tarixində Arzuya telefon açaraq, bildirir ki, “onun dediyi məbləği hazırlayıb.”Arzu bildirir ki, “səni evdə gözləyirəm.” 05 mart 2004-cü il tarixdə rektor köməkçisi Şamil, qardaşı Eldəniz və İsmayıl Arzunun 5 N0li xəstəxana ilə üzbə-üz yerləşən evinin blokunun qarşısına gəlirlər və Arzuya blokun qabağında gözlədiklərini bildirirlər. Arzunun blokun qabağında gözətçi məntəqəsi də var, həmin vaxt Arzunun oğlu Zaur aşağı düşərək rektoru evlərinə aparır. Arzunun evinə daxil olan zaman Arzunun oğlu Zaur, həıyat yoldaşı İradə xanım, qardaşı Nizami, Arzunun qohumu və yaxud dostu sayılan, 4 N-li xəstəxananın stomatoloji şöbəsinin müdiri həkim Sülhəddin və Moskva şəhərində yaşayan, Arzunun deməsinə görə silah alveri ilə məşğul olan, yaxın münasibətdə olduğu Elçin adlı şəxslər olub. Arzunun həyat yoldaşı rektora çay təklif edir, Arzu isə rektordan çantanı alaraq, o biri otağa aparır və ona bildirir ki, “Elşad müəllim hər şey qaydasında olmalıdır, sən çayını iç ordan-burdan danışaq, qoy uşaqlar pulu saysınlar.” E.A bdullayev həmin evdə iki saata yaxım qalır və pul sayılıb qurtardıqdan sonra Arzu rektora bildirir ki, “Elşad müəllim hər şey qaydasındadır, mən artıq öz üzərimə düşən hər şeyi etdim, narahat olma, artıq hər şey ötüb keçdi. Tezliklə yəqin ki, Mahir evində olar.” Qeyd etmək lazımdır ki, rektorun gətirdiyi pulu qonşu otaqda həkim Sülhəddin, Arzunun oğlu zaur sayıb. Eyni zamanda görüşlərin birində rektor təkrarən Ağa Abbasovu arzunun ofisində görür, onlar səbəbi rektora məlum olmayan nəyə görəsə mübahisə edirlər və qəflətən Ağa Abasov heşnədən çəkinmədən bildirir ki, “Elşad müəllim, mənim bu işdə çox böyük əməyim var, odur ki, Arzuya verilən puldan mənə də 300000 dollar çatmalıdır.” Rektor təcüblə arzunun üzünə baxır, Arzu tez-tələsik A.Abbasova bildirir ki, “Ağa sən heç narahat olma, sənə çatan pulu Elşad yox mən verəcəm.” Elşad Abdullayev topladığı 3000000 dollar pulu Arzu və Z.Dunyamalıyevə verdikdən sonra Arzunun ona etdiyi zənglər tədricən səngiməyə başlayır və sonra ümumiətlə kəsilir. Odur ki, rektir yenə də Arzunun ofisinə gedərə, Mahirin evə niyə qaytarılmadığı soruşanda və tələb edəndə başa düşür ki, Arzu nədənsə ondan gizlənməyə çalışır və hər dəfə də görüşəndə deyir ki, ”sən narahat olma, hər şey yoluna düşəcək və Mahir tezliklə evinə qayıdacaq.” Lakin vaxt uzandıqca rektor çox narahat olduğundan. Ofisdə Arzuya bildirir ki, “mən çox narahatam,” əvəzində isə Arzu ona bildirir ki. “ay Elşad müəllim. Bu adamlar 10 nəfərdir, gərək onların hərəsinə 1000000 dollar verəm ki, sənin işin düzəlsin, çün ki, onların işinə mənim gücüm çatmır, çün ki, mən bu işdə sadəcə icraçıyam, əmri, göstərişi verən onlardır.” Rektor onun bu onun bu təklifini rədd etdikdən sonra, Arzu ona hədə-qorxu gələrək, “əvvəl bütün əmlakını tələıb edir, daha sonra rektoru olduğu Azərbaycan Beynəlxalq Universiteti, evini, bağını ondan tələb etməyə başlayır. Rektor Arzunun bu tələblərindən sonra başa düşür ki, bu çox böyük mütəşəkkil bir dəstənin işidir və qərara gəlir ki, vermiş olduğu pulları nə qədər gec deyil geri alsın. Odur ki, dəfələrlə Arzunun, zahid Dunyamalıyevin yanına gedərək vermiş olduğu 3000000 dolları qəti şəkildə onlardan tələb etməyə başlayır. Arzu rektora hədə-qorxu gələrək bildirir ki, ya 7000000 dollar əlavə olaraq verməlisən ki, mən həmin puluy 10 damın arasında bölüşdürüm, yada ki, mahirdən əlini birdəfəlik üz.” Rektor vəziyyətin belə olduğunu gördükdə, artıq qardaşlarına başına gələnləri olduğu kimi, danışır, pulları geri qaytarmaq üçün qardaşı İsmayılla bərabər dəfələrlə həm Arzunun qardaşı Nizami və həm də Arzunun şəxsən özü ilə çox təhlükəli mübahisələr edir, Arzuya verilən 3000000 dolları tələb etməyə başlayır. Arzu və qardaşı nizami Qız qalasının yanındakı ofisdə qardaşların təzyiqlərinə davam gətirməyərək, bildirirlər ki, “sənin bizə verdiyin pullar artıq onlarda yoxdur, çün ki, həmin pulları onlar çoxdan Z.Dunyamalkıyevə veriblər. Lakin əgər siz heç bir yerə şikayət etməsəniz və bizdən sakitçiliklə əl çəksəniz bizə verilmiş 3000000 dollar əvəzinə Ə.Cavad küçəsində yerləşən və Arzuya məxsus olan binada kı mənzilləri müvəqqəti olaraq sizə veriləcək . Lakin sonradan bir müddət sonra pul qaytarıldıqdan sonra mənzilləri geri qaytararsınız.” Aparılan söhbət zamanı dəfələrlə emosiyalar hər iki tərəfdən tərəflərə üstünlük gəlir, lakin sonda onlar özlərini ələ alırlar. Eyni zamanda həmin söhbət zamanı Arzu vaxtı ilə iş birliyi gördüyü Z.Dunyamalıyevi belə, həmin söhbətdə iştirak etməməsinə baxmayaraq təhqir edir. Arzu qardaşlara göstərdiyi sxemdə mənzillərin qiymətlərini həmin sxem üzərində riyazi hesablama yolu ilə hesablayaraq qeydlər edir və sonra da sxemi rektora verir. Lakin rektor Arzuya verdiyi 3000000 milyon dolların əvəzinə ona təqdim olunan mənzillərdən imtina edir və ondan pullarını geri istəyir. Vəziyyətin daha da kəskinləşdiyini görən Arzu onun xüsusi mülkiyyətində olan 2 hektar torpağını rektor şikayət etməyəcəyi halda notarial qaydada ona verməyə qərara gəlir. Qeyd etmək lazımdır ki, Arzu kazımov hal hazırda əlində pulunun olmaması səbəbindən həmin torpağı müvəqqəti olaraq qardaşlara verir, lakin bir müddət sonra ukrayna respublikasında qayıdacaq bir dostunun ona pul gətirəndən sonra qardaşların pulunu verib girov qoyduğu torpağı geri almalı idi. Qardaşlar onunla razılaşır və bu məsələ rəsmi olaraq torpaq üstündən qayıtdıqdan sonra 1-saylı bakı dövlət Nitariat
- Kontorunda rektorun qohumları akademik H.Əhmədovun, sabir Hüseynovun. İsmayılın. Eldənizin. Şamilin və Arzunun özü. Qardaşı Nizaminin, Nurlanın iştirakı ilə notarius famil İsmayılov tərəfindən arzunun 2 hektar ona məxsus olan torpağı rəsmiləşdirilərək rektora verilir (əslində torpaq rektorun qaynatası H.Əhmədovun adına rəsmiləşdirilir).
2.5.10 İLDƏN SONRA ABDULLAYEV MÜBARİZ ƏSLAN OĞLUNUN CİNAYƏT MƏSÜLİYYƏTİNƏ CƏLB OLUNMASI ZƏRƏRÇƏKMİŞƏ TƏZYİKDƏN BAŞQA BİR ŞEY DEYİL .
23.11.2003-cü il tarixdə 0503843308 nömrəli telefonla rektorun 0502128215 nömrəli telefonuna zənglər daxil olur və o qardaşları ilə birlikdə saat 20.00 radələrində həmin günü ona məxsus BMV-x 5 markalı avtomaşınla Kürdəmir yolu ilə Zaqatalaya yola düşürlər. Qeyd etmək lazımdır ki, 16.11.2003-cü il tarixdə 0503843308 nömrəli telefonla həmin gecə saat 02.41-dən başlayaraq dəfələrlə ona tanımadığı bir nəfər kişi səsi. Sonradan adını bildiyi Kürdəmir RPŞ-nin rəis müavini Qalib adlı şəxs zəng edərək hədə-qorxu gəlməklə və 50000 ABŞ dolları ilə ona məxsus BMV-x 5 markalı CİP lə Zaqatala rayonuna gəlməyini və rayonun girəcəyindən 1 km aralıda sağ tərəfə 50000 dollar pulu yerə atmağını bildirir və sözünə davam edərək “Mahir mənim əlimdədir və onların izləndiyini və pulu ora atandan sonra söhbətlərini yenidən davam etdirəcəklərini rektora bildirilir. 16.11.2003-cü il tarixdən 23.11.2003-cü il tarixə kimi həmin şəxs aramsız olaraq rektorun 0502158215 nömrəli telefonuna zənglər edərək. Hədə-qorxu gələrək bildirir ki, “əgər dediyi kimi, 50000 dollar gətirməsəniz, sizin üçün çox pis olacaq və birdə Mahiri görməyəcəksiniz, əks təqdirdə telefonu açıqdır, istənilən vaxt zəng edərək məsələlərini həll edə bilərlər.” Odur ki, qardaşlar rektorun qayni Mustafa belə qərara gəlirlər ki, Mahir üçün təhlükə olmasın deyə zəng edən şəxsin söylədiyi kimi etdik. Lakin Kürdəmir rayonunun dörd yol deyilə ərazisində həmin şəxs rektorun cib telefonunu təkrarən yığaraq bildirir ki, avtomaşınınızı rayonun dörd yol ayrıcında yüerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin yanında saxılasınlar və bir müddət sonra sizə bir nəfər yaxınlaşacaq.Lakin yarşm saat sonra bir nəfər onların tanımadıqları şəxs yaxınlaşır və elə onlarela söhbət etmək istəyərkən qəflətən avtomatla silahlanmış çoxlu polis nəfərləri silahları onlara tuşlayaraq , maşınlarını əllərindən alıb, onları heç bir əsas olmadan Kürdəmir RPŞ-nə gətirirl və avtomaşımlarını da polisin ərazisinə salırlar. Bundan sonra onları Qalib adlı Kürdəmir RPŞ-nin rəis müavini onlara bildirir ki, sizin maşınınınz DİN-nin İdarə rəisi Zakir Nəsirovun göstərişinə əsasən saxlanılmışdır və sizi zaqatalaya da aparmaq istəyən və həmin telefonda sizinlə danışan şəxsdə elə o özü olub. Bundan sonra Qalib qəflətən rektora bildirir ki, heç bilirsən Mahiri kim oğurlayıb, sənin böyük qardaşının oğlu Abdullayev Mübariz İslam oğlu. Rektor onun bu sözündən çox təcüblənir və qeyri ixtiyarı olaraq Mahirin oğurlanmasında Mübariz məsələsinə şübhə ilə yanaşır. Bu söhb ətdən sonra mübarizi onlara təqdim edirlər. Lakin Mübariz Mahirlə bağlı onlara heç bir söz deyə bilmir. Onların avtomaşınlarında axtarış aparılır. 50000 ABŞ dolları onların özlərində qalır. Abdullayev qardaşlarının şəxsən Kürdəmir RPŞ-nin rəis müavini Qalib tərəfindən 50000 dollarla Zaqatala rayonuna nəyə gürə aparmaq hazır ki, vaxta qədər heç cürə başa düşüləsi deyil, çün ki, əgər Elşad Abdullayevin qardaşı oğlu Mubarizin Mahiri oğurlaması barədə Kürdəmir RPŞ-də hər hansı bir məlumat var idiusə yəqin ki, rektoru zərəçəkmiş bir şəxs kimi, polisə dəıv ət etməklə yuxarıda göstərilən məsələlərə qanun çərçivəsində hər hansı bir aydınlıq gətirmək mümkün olardı. Bu hadisə ilə bağlı rektordan Kürdəmir RPŞ-nin müstəntiqi Anar adlı şəxs izahat almışdır. Rektorun özünün dediyiunə görə həmin vaxt DİN-nin sabiq idarə rəisi Zakir Nəsirovun göstərişinə əsasən qardaşlar barəsində belə bir əməliyyatın həyata keçirilməsi üçün hətta Nərimanov rayon polis idarəsinin istintaq bölməsinin rfəisi , Elsəvər abdullayevin tələbə yoldaşı olmuş və Elsəvər onu həmin hadisə vaxtı tayon polis şöbəsində görəndə ondan soruşur ki, “siz hansı tapşırığa görə rayona ezam olmusunuz?” və oda cavabında bildirmişdir ki, “həmin günü ailəsi ilə birlikdə Əlibayramlı şəhərindən Bakıya qayıdarkən DİNödən ona zəng olmuş və ona mühüm bir tapşırığın icrası ilə bağlı təcili olaraq Kürdəmir rayonuna ezam olunması əmri verilmiş və o da əlacsız qalaraq ailəsini başqa bir maşına mindirərək Bakıya göndərmiş, özü isə əməliyyatda iştirak etmək üçün Kürdəmir RPŞ-nə gəlmişdir.”Diqqətinizə çatdırmaq istəyirik ki, həmin bu hadisədən sonra Elşad Abdullayev qardaşı oğlu Mübariz Abdullayevi bir daha görməmişdir. Başlarına gələn bu hadisə ilə bağlı rektor məcbur olub Z.Dunyamalıyevlə və Arzu kazımovla telefon əlaqəsi saxlayır. Bundan sonra Z.Dunyamalıyev Kürdəmir RPŞ-nin rəisi Polad adlı şəxslə telefonla əlaqə saxlayır və qardaşları polis şöbəsindən buraxırlar. Kürdəmir RPŞ-nin rəisi Polad ezamiyyətdə olmasına baxmayaraq DİN-dən kiminsə göstərişinə əsasən öz xidməti otağında gizlənərək bütün bu hadisəyə nəzarət edirdi. Rektor ibtidai araşdırma orqanından xahiş etmişdir ki, yuxarıda göstərilən qanun pozuntuları araşdırılsın. Elşad Abdullayev polis rəisi ilə tanışlığı olduğundan ona müraciət edərək bildirir ki, “əgər başlarına gələn bu oyun pul üstündədirsə, sizin müaviniz Qalibin göstərişi ilə Mahirin azad edilməsi üçün 50000 dollar özləri ilə gətiriblər, imkanı varsa, nəyin bahasına olursa olsun onlara köməklik etsin.” Lakin Kürdəmir RPŞ-nin rəisi Polad ciddi şəkildə rektora bildirir ki, “Elşad müəllim bu işin çox böyük bir xərci var, çün ki. bu iş üçün 5 milyona yaxın pul lazımdır.”
26. MTN zabiti Mahir Abdullayevin qayınatası Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏR TAC) Baş Drektoru olmuş Prezidentin Şöhrət Ordenili Əməkdar Jurnalist Şamil Şahməmmədov ABU rektoru Elşad Abdullayevin otagında qayınatası Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun vasitəçisi Arzu Firudin ogla Kazımovdan Mahirin qaytarılmasına görə pulların kimə verildiyini soruşur.
Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı 2 saatlıq videoda həbsə məhkum edilmiş Arzu Firudin oğlu Kazımov MTN zabiti Mahir Abdullayevi oğurlayan və bu oğurluqda dövlətin gücündən istifadə edən “ölüm eskadronu”nun – Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin kassiri olması fikrini təkzib etmək dedikşə şətindir.
3.
Videokadrlar Mahir Abdullayevin oğurlanmasından (13.10.2003) 7 ay 1 gün sonra, rektor E.Abdullayevin ABU-dakı iş otağında 14 may, 2004-cü ildə lentə alınıb. A.Kazımovun bu cinayət işində ləqəbi “Metal alverçisi”dir. Videoda A.Kazımov, hüquq elmləri doktoru Elşad Abdullayev və MTN zabiti Mahir Abdullayevin qayınatası, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru olmuş “Şöhrət” ordenli əməkdar jurnalist Şamil Şahməmmədovun danışıqları yer alır.
4.
5.
6.
7. Kazımov: – Bu gün yer axtarırlar, desinlər ki, gəlin bura, alın, götürün.
8.
9. Şahməmmədov: – Əgər oğurlayan adam bilinmirdisə, niyə qabaqdan pul alınırdı? Məntiq var ey burda.
10.Kazımov: – Məqsəd bu dəstədə ayrı-ayrı adamları ələ almaqdır. Orda Elşadın bir manatına əl dəyilməyib.
11.
12.Şahməmmədov: – O bağ mənimçün çox əziz idi. Mən onu da satdım.
13.
14.E.Abdullayev: – Mahir gəlsin, ondan da yaxşısını alıb verəcəyik. Sadəcə indi dar macal idi.
15.
16.Şahməmmədov: – Mənim o bağımı sən necə düzəldəcəksən?
17.
18.E.Abdullayev: – Ondan yaxşısını tapıb verəcəm.
19.
20.
21.Şahməmmədov: – O bağın hər metrində mənim alın tərim var. Orda bir su var idi ki, Bakının heç yerində o yox idi. 37 metrdən o suyu çıxartmışam. Mahirin qayıtması, o uşaqların qanqaraçılığının aradan götürülməsi üçün satdıq. Sizin səhviniz olub. Əvvəldən pul vermisiz. Zahid müəllimə pul məsələsini danışmayın. O, prezidentin inandığı adamlardan biridir. Amma əvvəldən pul verilibsə, demək, kiməsə də verilib də. Əgər gözləyirlərsə ki, o pulun üstünə nəsə gələcək, mənim verəcək başqa heç nəyim yoxdur.
22.
23.E.Abdullayev: – Allaha and olsun, nə deyiblər, vermişik. Ondan sonra heç bir təklif olmayıb. Əslində bizi maraqlandırmır o hardadır, kim saxlayıb. Biz məsələni belə qoymuşuq ki, geri qayıtsın.
24.
25.Bu yerdə E.Abdullayevə zəng gəlir. Kazımovla Şahməmmədov öz aralarında söhbətləşir. Qocaman jurnalist deyir ki, bu günə qədər aparılan adamların heç biri 7 ay saxlanmayıb. Daha bir arqument də səsləndirir ki, pul üçün aparılan adamlara görə dərhal zəng vurub konkret məbləğ tələb edirlər: “İndi siz nə gözləyirsiniz?”
26.
27.A.Kazımov isə onun arqumentinə cavab olaraq soruşur ki, onda bu haqq-hesabın səbəbi nədir.
28.
29.Şahməmmədov: – Onda quru gurultu.
30.
31.Kazımov: – Onda pul istəmirlər də…
32.
33.Şahməmmədov: – Pul istəmirlərsə, onda siz bu pulu kimə verirsiz?
34.
35.E.Abdullayev isə qardaşının qayınatasını inandırmağa çalışır ki, M.Abdullayev sağdır. Qocaman jurnalist isə bu günə qədər səbir etməsinin səbəbini kürəkənin sağ-salamat qalması arzusu ilə izah edir. Tərəflər yenə daha öncəki “pulu niyə əvvəldən vermisiniz”, “bu məsələni qaldırsaq, Mahiri öldürərlər” kimi mövzular ətrafında müzakirə aparır. Şahməmmədov əlavə pul istəniləcəyi halda onda bu pul olmadığını deyir. Kazımov isə verilən pulun üstündən bir qəpik də götürülmədiyini bildirir.
36.
37.Şahməmmədov: – İndi siz deyirsiniz ki, daxili işlər nazirinin birinci müavini, general götürüb adam oğrularına pul verəcək?
38.
39.Kazımov: – Yox, yox, tamam ayrı adamdır.
40.
41.Abdullayev: – Şamil müəllim, daxili işlər nazirinin müavini var, ikinci adamdır, Əsgər müəllim, tanıyarsınız…
27.Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat bəzi Külvi İnformasiya Vasitələrinin simasında açıq-aşakar leqal cinayətkarlıqla məşguldu.
Onlar zərərcəkmişə qarşı günün günorta cagı mənəvi terror həyata kecirir. AR Mətbuat Şurasının qara siyahısnda reket qəzeti kimi tanınan ,,Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədovun göstərişi ilə jurnalist Zümrüd Məmmədova Mahir ogurlanandan bir ay sanra, 11-17 noyabr 2003 il tarixində ,,Azərbaycan cümhuriyyəti” qəzetində məqalə cap etdirir ki, mügənni Mətanət İsgəndərlinin evindən yayındırmaq məqsədi ilə onun evinin yanında Mahiri ,,Mugan Bankın” Yasamal filialının müdiri Firuz “qaga“ ogulayıbdır.
Cinayət faktını gizlətmək məqsədi ilə “Təzadlar” qazetində, “DİA.AZ”, “VƏTƏNİNFO.AZ saytlarında mənim əleyhimə yüzlərlə həqiqətə uyğun olmayan, cinayət xarakterli məqalələr cap edilmişdir.
07.lV.2009 il tarixində Yasamal Rayon Məhkəməsi məhz bu cinayətlərinə görə reket jurnalist Asif və Zümrüd Məmmədovları məhkmə hökmü ilə həbs etdi. Lakin, 2 gündən sonra, Mahir olayını ört bastır etməyə çalışan şəxslər prezidentin adından Mahir Abdullayevin ogurlanmasının ictimailəşməsinin qarşısını almaq məqsədi ilə tələm-tələsik AR cinayət prosessual qanunvericiliyini kobud surətdə pozaraq reket jurnalistləri məhkəmə məsulyyətindən azad etdirdi.
27.1. Reket jurnalist Təzadlar qəzetinin Baş redaktoru Asif “Mərzili Bank müddüri reket rpolunda” məqaləsinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verilib.
Qeyd etmək istəyirəm ki, hələ də jurnalist Asif Məmmədov öz cıxışlari ilə xalqı riyakarcasına aldatmaqda davam edərək deyir ki, guya mən onu “Mahir Abdullayevi nə ücün axtarmırlar … ???” məqaləsinə görə məhkəməyə vermişəm. Bu ag yalandır, əsla belə deyildir, 07.lV.2009 il tarixli Yasamal Məhkəmə hökmündə isə başqa hallar nəzərdə tutulubdur, əsas Asif Məmmədov adam ogurlgu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir olub mügənli Mətanət İsgəndərlinin evini gizlətmək məqsədi ilə yazdıgı məqaləyə görə həbsə alınmışdır, əgər Mahir Abdullayevin oğurlanması olayını ört bastır etmək istəyən şəslər tərəfindən jurnalist etikasına riayət etməyənlərə himayədarlıq edilməsəydi Mahirin oğurluq işi həmin andan acılacaq idi və Azərbaycana utanc verən bu problemlər Avropa Məhkəməsinə – beynəlxalq səviyyəyə gəlib cıxmaya da bilərdi. Bütün bunlar ona işarə verir ki, Azərbaycan Respublikasında vətandaşların təhlükəzliyini təmin etməyə borclu olan təşkilatlar zərərcəkmiş vətəndaşı deyil, mütəşəkkil cinayətkar təşkilatın qarantıdır, ona birbaşa himayədarlıq edir;
27.2. Reket jurnalistlər Təzadlar qəzetinin Baş redaktoru Asif Mərzili və Zümrüd Məmmədova bilə-bilə, qəsdlə və sifarişlə cinayətin istiqamət yönümünü dəyişməklə əsas cinayətkarları gizlədiblər.
Təkzib olunmaz faktdır ki, Asif və Zümrüd Məmmədovlar da Mahir Abdullayev haqqında yazmış olduqları yüzlərlə məqalələrdə əsas cinayətkarı gizlətmək məqsədi ilə coxsaylı istiqamətlərini və günahsız adamların adlarını acıqlamışdırlar. Onlar həqiqətə uygun olmayan sifarişli məqalələrində özünə məxsus həyasızlıqla, azyaşlı uşagın belə inanmadıgı dərəcədə Mahir Abdullayevin gah Qazaxıstan, gah Türkiyə, gah Amerikada, gah Moskvada və s. yerlərdə gördüklərini iddia edirlər. Məhz, bu cinayət faktını gizlətmək məqsədi ilə qəzetcilər Asif və Zümrüd Məmmədovlar zərərçəkmişin əleyhimə yüzlərlə cinayət xarakterli məqalələr cap etdirmişdirlər.
28.Elşad Abdullayevi Gülər Əhmədovanın, Arzu Kazımovun, Vaqif Hüseynovun, Nəriman Agayevin və digərlərinin cinayət işlərində zərərçəkmiş şəxs qismində Baş Prokurolugun yanında yaradışlmış Müstəqil İstintaq Komissiyası (MİK) niyə tanımaq istəmir !?
MİK 10 aydan çoxdur ki, fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər bir nəfəridə olsun belə, Mahir Abdullayevin ogurlanması cinayətinə görə cinayət məsüliyyətinə cəlb etməyib.
Komissiya adam oğurluğu cinayətini bir yana qoyub, heç də zərər çəkmişin barələrində şikayətçi olmadığı insanları həbs eməklə məşğuldur. Maraqlısı budur ki, bu həbslər bir prinsip xətti ilə aparılır. Adı zərərçəkmişin, xeyri MİK-nın.
Belə ki, Dövlət başçısına hesbatda MİK göstərir ki, fəaliyyətə başladıqları gündən bu günə kimi onlarla adam cinayət məsüliyyətinə cəlb etmişik, istintaq davam edir.
Amma, bu şəxslərin nəyə görə, kimə görə, hansı şikayət ərizələrinə görə həbs etdiklərini, bu həbs olunanların işinə görə zərərçəkmişlərin ümumyyiətlə olub olmamaları barəsində görəsən dövlət başçısına hesabat verirlərmi ?
Axı bu necə ola bilər ki, Hüseyn Vaqifi, Nəriman Ağayevi, Gülər Əhmədovanı, Arzu Kazımovuprofessor E.Abdullayevə görə həbs edirsən, hər birinə dələduz damğası vurub ittihamnaməni məhkəməyə göndərirsən, amma sonuncunu zərərçəkmiş kimi tanımırsan ?
Əslində, MİK-in nə qədər qanuna zidd olsa belə bu kimi taktikaya üstünlük verməsi nə qədər çətin olsa belə zərər çəkmiş tərəfindən başa düşüləsidir. Əgər E.Abdullayev yuxarıda adları sadalanan şəxslər barəsində qaldırılmış cinayət işlərində zərər çəkmiş statusunda tanınması təmin olunarsa, həmin zaman avtomatik olaraq onun qanunla müəyyən edilmiş qaydada bir sıra imtiyazları yaranır ki, bu da öz növbəsində onsuzda iştimayyət arasında öz nüfuzunu itirmiş MİK üçün Mahir Abdullayevin oğurlanması cinayəti faktının ört-basdır edilməsinin qarşısının alınması kimi problemlərin yaradılmasına gətirib çıxardar.
Diqqət yetirin, bu işlərdə E.Abdullayev zərər çəkmiş kimi tanınmadığı halda , onun nümayəndəsi tərəfindən MİK və yaxud ədalətsiz məhkəmələr qarşısında
Mahir Abdullayevin aqibətinə aydınlıq gətirə biləcək heç bir vəsatət qaldırıla bilməz, cinayət işlərinin, məhkəmə istintaqlarının materialları ilə tanışlıq olmaz, təqsirləndirilən şəxslərə nümayəndə tərəfindən suallar vermək olmaz. Nə qədər rahat, baş ağrısı gətirməyən bir məhkəmə prosesi alınır, ən əsasıda odur ki, MİK 105157 saylı cinayət işinin gerçəklərini ört-bastır etmək üşün yuxarıdan gələn tapşırıqları canla başla yerinə yetirir. Artıq, MİK içtimai qınağın olmamasını görüb, o qədər absurd fikirlərə qulluq edir ki, istintaqın gedişatında zərər çəkmiş kimitanımağa borclu olduğu ABU rektoru, hüquq professoru Elşad Abdullayevin əleyhinə saxta ittihamlarla fabrikovat olunmuş cinayət işi açır.
Mahir Abdullayevin ogurlanması cinayəti faktının ortada olmasına baxmayaraq və cinayətdən məlumatının olmasına heç bir şübhə edilməyən, E.Abdullayevi deputat seçdirib, sonrada qardaşını geri qaytarmaq istəyən sabiq millət vəkili Gülər Əhmədovaya dələduzluq maddəsi ilə cinayət işi qaldırmışdırlar. Gülər əhmədovanın məhkəməsini Azərbaycan ədalət mühakiməsinin qara səhifəsi hesab edirik. Bu isə hüquuqi anlamda işi bataqlıqa atmaq kimi bir şeydir. Məlumdur ki, əməlin dələduzluq kimi qiymətləndirilməsi cinayətin digər əsas iştirakçılarını gizlətməyə əsas verir. Zərər çəkmiş qardaşının həyatını qurtarmaq üçün onların hədə qorxusu və məcburiyyət qarşısında qalıb pul verib, insan həyatını qurtarmaq onun üçün hər şeydən üstün olmuşdur.
E.Abdullayevin müsahibələrinin birində qeyd etmişdir, “əgər bu Gülər Əhmədovanın işində də təkrara olunacaqsa istintaqla heç bir əməkdaşlıq etməyəcəm. Ona görədə əgər obyektiv və ədalətli istintaq aparırsınızsa məni zərər çəkmiş kimi tanıyın, bundan sonra istintaqa ifadə verməyə hazıram. Əks halda, hesab edirəm ki, siz azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərirsiniz.”
29.Hüquq Müdafiəçisi – jurnalist Eynulla Fətullayevə verilən gizli vdeo çəkilişlər və ya etibardan cinayətkaecasına sui-istifadə etmə.
Elşad Abdullayev ona qarşı artan təzyiqlərin müqabilində üzləşə biləcəyi hər hansı arzu olunmaz hadisə baş verərsə Mahir Abdullayev cinayəti ilə bağlı çəkilmiş videoların etibarlı saxlanması və lazım gələrsə ictimailəşməsi üçün vaxtilə daha çox inandığı və güvəndiyi hüquq müdafiəçisi, keçmiş məhbus- jurnalist Eynulla Fətullayevə 2011- ci ildə 30- a yaxın video disk göndərib. Video disklər E. Fətullayevə E. Abdullayevin yaxın qohumu, onun nümayəndəsi Azad Oqtay oğlu Mursaliyev tərəfindən təqdim edilib. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Azad Mursaliyevin bildirdiyinə görə E. Abdullayev həbs ediləcəyi yaxud fiziki cəhətdən məhv ediləcəyi təqdirdə həmin videoların E. Fətullayev tərəfindən ictimailəşdirilməsini istəyib. E. Fətullayevin hüquq müdafiəçisi olduğunu nəzərə alan E. Abdullayev əhəmiyyətli sənədləri ona etibar edib. Komitə üzvlərinin bildirdiyinə görə, E. Abdullayevin etibarından istifadə edən E. Fətullayev əldə etdiyi videoları Baş Prokurorluğa təqdim edib. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi eyni zamanda E. Fətullayevin Baş Prokurora ünvanladığı məktubun və baş prokurorun böyük köməkçisi Elmar Camalovun cavab məktublarının sürətlərini “Azadlıq. TV”-yə təqdim edib.
E. Fətullayev tərəfindən 3 oktyabr 1012-ci il tarixində baş prokuror Zakir Qaralova təqdim ediləm məktubda deyilir:
“Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı vaxtaşırı müxtəlif müraciətlər səsləndirir və ictimaiyyətdə bu məsələ ilə bağlı müəyyən fikirlər formalaşdırmağa çalışır.
Bundan əvvəl millət vəkili Gülər Əhmədova ilə bağlı videoyazıdan məsələ yenidən gündəmə qayıtmışdır. Rezonas doğuran bir cinayət işinin açılması məqsədilə prokurorluq orqanlarının fəaliyyətinə yardım etməyi özümün vətəndaşlıq borcu və hüquq müdafiəçisi hesab edərək Mahir Abdullayevin itkin düşməsi ilə bağlı Elşad Abdullayev tərəfindən mənə göndərilmiş videoyazıları sizə təqdim edirəm.
Bildirirəm ki, həmin videomateriallar bir çox sual doğuran məqamlara aydınlıq gətirilməsinə kömək edəcək və nəhayət bu cinayət işi acılacaq.
Hörmətlə Eynulla Fətullayev”
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi bildirir ki, E. Abdullayev Mahir Abdullayevin itkin düşməsi ilə bağlı video yazıları prokurorluq orqanlarına təqdim edib. E. Fətullayevin Baş Prokuroruğa təqdim etdiyi video yazıların bir qismi M. Abdullayevin işi ilə bağlı olmayıb. Hazırda həbs edilən Vaqif Hüseynov E. Fətullayevin təqdim etdiyi videolar əsasında həbs edilib. Halbuki, V. Hüseyinovun M. Abdullayevin işi ilə əlaqəsi yoxdur. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi hesab edir ki, E. Fətullayev ona edilən etibardan cinayətkarcasına süi istifadə edərək hüquq müdafiəçisinə və jurnalistə yaraşmayan hərəkətə yol verib.
Nəriman Ağayev, Vaqif Hüseyn, Mirələkbər Seyidov və digərlərinin barələrində cinayət işinin qaldırılması E. Abdullayevin şikayəti əsasında deyil, məhz E. Fətullayevin Respublika prokurorluğuna ünvanladığı bu müraciəti əsasında baş verib. Adı çəkilən şəxslərin isə Mahir Abdullayev cinayəti ilə bir başa bağlılığı yoxdur və ailə üzvləri onlardan hər hansı dövlət qurumuna şikayət etməyiblər.
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinə etibarlı mənbədən daxil olan digər bir məlumata əsasən Hüquq Müdafiəçisi–jurnlist Eynulla Fətullayev zərərçəkmişin xahişi ilə Azad Mursaliyev vasitəsi ilə video-diskləri əldə etdikdən sonra dərhal respublika ərazisini tərk etməyə cəhd göstərmişdir.
Lakin,video disklərin təhfil verilmə prosesi xüsusi xidmət orqanlarının gizlin vizual müşahidəsi altında baş vermişdir. Elə bu səbəblərdən artıq hava limanında hüquq müdafiəçisini səbrsizliklə gözləyirdilər. Hava limanında Eynulla fətullayevin video-diskləri təhlükəsizlik əməkdaşlarına verməkdən başqa yolu qalmamışdır.
Əslində, hadisələrin elə bu trayektoriya ilə mümkün inkişaf etməsini Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İTK-in üzvləri də inkar etmirlər .
Çünki, Vətən kinoteatrının qarşısında mövcud olan yer-altı keçiddə A.Mursaliyev tərəfindən video-disklərin E.Fətullayevə verilməsi zamanı, istərsə də Elmlər Akademiyası parkınında Elşad Abdullayevin zəhərlənmiş qardaşı Eldəniz Abdullayevlə görüşməyə gedən zaman hüquq müdafiəçisi dəfələrlə XXO-nın əməkdaşları tərəfindən izlənilməsini dilə gətirmiş, hətta bəzi hallarda isə ətrafda hərəkət edən, duran avtomaşınlardan, insanlardan şübhələnirdi. Elə bu səbəblərdən də həmin günü Eynulla Fətullayev izlənildiyini əsas gətirərək Elmlər Akademiyası parkında onu saatlarla gözliyən Eldəniz Abdullayevlə, Elsəvər Abdullayevlə, İsmayıl Abdullayevlə və Elmira Abdullayeva ilə görüşə getməyib, görüşün başqa vaxta eyni yerdə, eyni saatda keçiriləcəyini bildirərək Qoşa Qala qapısının yanında A.Mursaliyevin Tofaş markalı avtomaşınından enmişdir.
Bir sözlə, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi E.Fətullayevin həqiqətən də XXO tərəfindən izlənildiyini, hava limanında təhfil aldığı vide-diskləri məcburiyyət qarşısında kimlərə isə verdiyini təkrarən inkar etməyə çalışmır, hətta belə bir ehtimalın mümkünlüyünə üstünlük verir. Lakin necə deyərlər “aşıq həmin aşıqdır, təssüflər olsunki, sazı yoxdur”.
Əgər, həqiqətən belə bir hadisə baş veribsə hansı səbəblərdən E.Fətullayev bu günə kimi içtimayıtə açıqlama vermir, səhf etmiriksə istər Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən verilən bəyanətdə, istərsədə Facebook səhifələrində E.Fətullayevə konkret olaraq bu və yaxud digər faktlarla bağlı kifayət qədər iradlar tutulmuşdur. Təsəbvür edin, bu insan bu cür ağır ittihamlara cavab verməyə vaxttapmır, amma hansısa saytda Elşad Abdullayevdən fərqli olaraq kimlərə isə dəstək olduğunu söyləməyə imkan tapır. Burada da təcüblü bir şey görmürük. Ümumiətlə, bu qalmaqallı insan haqqında saatlarla danışmaq olar, amma hesab edirik ki, E.Fətullayevin havayı reklama ehtiyacı yoxdur. Özünüz diqqət yetirin,həbsxana divarlarını təırk etdikdən sonra E.Abdullayev yüzlərlə hüquq müdafiəçisi arasında onu seçir, ona pənah gətirir, hesab edir ki, bir vaxtlar mərhum Elmar Hüseynovun qətli barəsində qorxmadan danışan, bu dəhşətli hadisəni törədənləri ifşa etməyə, hətta deyərdi ki, bir anlıq ifşa etmiş şəxsə inanmaq olar. E.Abdullayev haradan bilə bilərdi ki, Parisin ən bahalı restoranlarında qonaqlıq verdiyi, ürəyini açdığı və sairə köməklik etdiyi bir insan bir günləri elə onun özünə qarşı əsl torpedaya çevriləcək !?
Amma, unutmaq lazım deyil ki, E.Abdullayev qardaşı Mahir Abdullayevin oğurlandığı 10 il ərzində demək olar ki, sözün əsl mənasında amansız bir sınaqdan keçmişdir. Kim bilir bəlkə elə günlərin bir günü E.Abdullayevin video-disklərinin qəhramanlarında biri elə tanınmış hüquq müdafiəçisi olacaq.
Nəticə. İctimai Təhqiqat Komissiyasının apardığı müstəqil araşdırmalar, tədqiqatlar, şahid ifadələri, video, audio və foto çəkilişlər, telefon zəngləri, zərəçəkmişin ailə üzvlərinin, yaxınlarının verdiyi məlumtlar, istintaq materialları və s. sübut edir ki, Mahir İslam oğlu Abdullayev tamah məqsədilə və daxili çəkişmə nəticəsində dövlətin gücündən istifadə edən Mütəşəkkil Cinayətkar Təşkilat tərəfindən oğurlanıb. Mahirin oğurlanmasında məqsəd onun özündən və yaxınlardan pul, mülk, imtiyaz qopartmaq, eləcə də nüfuz daxili çəkişmədə onu sıradan çıxartmaq olub. Aparaılan araşdırmalar, şahid ifadələri, anten telefon məlumatları və digər subutlar Mahir Abdullayevin tanınmış müğənni Mətanət İsgəndərlinin evindən oğurlanmasının daha inandırıcı olmasını göstərir. O əvvəlcə DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində, sonra isə Milli Təhlükəsizlik Nazirliyinin təxridxanasında saxlanılıb. Daha sonra isə kriminal şəbəkə vasitəsi ilə naməlum istiqamətdə ölkədən çıxarılıb. Bu günə qədər taleyi qeyri- müəyyən olaraq qalmaqdadır.
Aparılan araşdırmalar göstərir ki, Mahir Abdullayevin oğurlanması hakimiyyət daxilində müəyyən qüvələrin marağı və razılığı ilə həyata keçirilib, eləcə də cinayəti həyata keçirən kriminal şəbəkə bəzi yüksək vəzifəli dövlət məmurları tərəfindən himayə olunub. M. Abdullayev cinayətinin indiyə qədər açılmamasının əsas səbəblərindən biri də məhz bu amillə bağlıdır.
Tövsiyyələr.Mahir Abdullayevin oğurlanması faktı, ötən 10 il müddətində bu cinayət işi ilə bağlı istintaq orqanlarının apardığı araşdırmalar, eləcə də bu araşdırmaların indiyə qədər nəticəsiz qalması, həmçinin İctimai Təhqiqat Komissiyasının gəldiyi qənaətlərlə əlaqədar aşağıdakı tövsiyyələr irəli sürülür:
1.Mahir Abdullayevin oğurlanmasında bu və ya digər formada adı keçən bütün şəxslər istintağa cəlb edilməlidir;
2.Cinayət işinin araşdırmasını həyata keçirən istintaq komisiyası üzvlərinin, məsul şəxslərin cinayət işinə qeyri- professional və məsuliyyətsiz yanaşdıqlarına görə məsuliyyətə cəlb olunmalıdırlar;
3.İstintaq komisiyası yarandığı gündən bu günə kimi gördüyü ilər barəsində içtimayyət qarşısında geniş hesabat verməlidir.
4.Mahir Abdullayevin oğurlanması işində dövlətin yüksək vəzifəli şəxslərinin adları keçdiyi üçün, faktla bağlı Azərbaycan respublikasının Milli Məclisində dinləmələr keçirilməlidir.
5.Hesabatın və Milli Məclisdə dinləmələrin keçirilməsi məqsədilə
-Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə
-Millət vəkili Mehriban xanım Əliyevaya
-Baş Prokuror Zakir Qaralova
-Milli Məclisin sədri Oktay Əsədova
-Siyasi partiyaların sədrlərinə
-İçtimai birlik rəhbərlərinə
-Ombudsmana
müraciət hazırlamaq
6.Mahir Abdullayev cinayətinin açılması, cinayətkarların cəzalandırılması üçün hakimiyyət siyasi iradə nümayiş etdirməli, bu istiqamətdə təxirə salınmaz tədbirlər hərəkətə keçirilməlidir;
7.Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən hazırlanmış hesabatın sürətini Azərbaycan Respublikasında dislokasiya olunan səfirlik korpuslarına, Yerli və xarici dövlətlərin kütləvi informasiya vasitələrinə təqdim etmək
(Hesabat Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən hazırlanıb. Hesabatdan istifadə edərkən mənbəyə istinad edilməlidir)
16 iyul 2013- cü il, Bakı şəhəri
SMMM-in sədri Oktay Gülalıyev
Daha ətraflı:
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının üzvüləri (MKİTK): Foto-Videolar
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-ci il, 244 səhifə, Tam mətin-19.08.2013
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-ci il, Tam mətn, 243 səhifə. – l bölüm – MTN işi
http://avropaninsesi.com/mtn-sussurlugu-451-mtn-zabiti-mahir-abdullayevin-mut%c9%99skkil-cinay%c9%99tkar-t%c9%99skilat-t%c9%99r%c9%99find%c9%99n-ogurlanmasina-dair-cinay%c9%99t-isi-il%c9%99-bagli-ictimai-t%c9%99hqiq/
xxx
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Dövlətin gücündən istifadə edən Mütəşəkkil Cinayətkar Təşkilat tərəfindən Mahir Abdullayevin ogurlanmasına dair cinayət işi ilə baglı, 1-21-ci hissələr – ll bölüm
http://avropaninsesi.com/page/2/?s=Hesabat%C4%B1
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – lll bölüm
http://avropaninsesi.com/mtn-sussurlugu-452-mtn-zabiti-mahir-abdullayevin-mut%C9%99skkil-cinay%C9%99tkar-t%C9%99skilat-t%C9%99r%C9%99find%C9%99n-ogurlanmasina-dair-cinay%C9%99t-isi-il%C9%99-bagli-ictimai/
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – lV bölüm
http://avropaninsesi.com/mtn-sussurlugu-453-mtn-zabiti-mahir-abdullayevin-mut%c9%99skkil-cinay%c9%99tkar-t%c9%99skilat-t%c9%99r%c9%99find%c9%99n-ogurlanmasina-dair-cinay%c9%99t-isi-il%c9%99-bagli-ictimai-t/
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – Son V bölüm
http://avropaninsesi.com/mtn-sussurlugu-454-mtn-zabiti-mahir-abdullayevin-mut%C9%99skkil-cinay%C9%99tkar-t%C9%99skilat-t%C9%99r%C9%99find%C9%99n-ogurlanmasina-dair-cinay%C9%99t-isi-il%C9%99-bagli-ictimai-t/
Avropaninsesi.com
elshadalawprof@gmail.com
Femidaİnfo




















Bir şərh yazın