Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının üzvüləri (MKİTK): Foto-Videolar

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı

 
Araşdırmaçı Jurnalist Əfqan Muxtarlı:”Mahir Abdullayevin ogurlanması cinayəti mügənni Mətanət İsgndərlinin evindən ogurlanıb Polisin Banditizm İdarəsində bitib”
https://youtu.be/ehVlRS5G-54?si=g3uUxDU7So8B7-oV&t=10

Ümumi məlumat.

Hesabatın hazırlanmasında məqsəd Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti Mahir İslam oğlu Abdullayevin 2003- cü il oktyabr ayının 13- də oğurlanması cinayəti, bu prosesin həyata keçirilmə vəziyyəti, mexanizmi, onu doğuran səbəbləri araşdırmaq, eyni zamanda, baş vermiş cinayət işini təhqiqatını aparan Hüquq Mühafizə Orqanlarının  indiyə qədər bu və ya digər səbəblərdən ortaya çıxarmadığı bir cox  məqamlara aydınlıq gətirməkdir.

Giriş.

Hesabatın hazırlanmasında 2003- cü ildən indiyə qədər Mahir Abdullayevlə bağlı onun yaxınları, ailə üzvləri tərəfindən müxtəlif dövlət orqanlarına edilmiş müraciətlər, toplanmış dəlil- sübutlardan, şahid ifadələrindən, istintaq materiallarından, eləcə də itkin düşmış qardaşının geri qaytarılması müqabilində ondan pul, rüşvət və digər şeylər tələb edən şəxslərlə bağlı Elşad Abdullayev tərəfindən lentə alınmış çoxsaylı gizli video, audio çəkilişlərdən və s.- dən istifadə olunub.

Hesabat sənədini hazırlayan İctimai Təhqiqat Komissiyası (İTQ) Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən yaradılıb. İTQ- nin məqsədi cinayət işini araşdıran hüquq mühafizə orqanlarından fərqli olaraq bu istiqamətdə obyektiv ictimai tədqiqat aparıb bütün bəşəriyyətin lənətlədiyi və qınadığı ən ağır cinayətlərdən olan adam oğurluğu cinayəti ilə bağlı bir sıra faktları ortaya qoymaq və onlara aydınlıq gətirmək, ictimai diqqəti problemə yönəltmək, Mahir Abdullayevin taleyi ilə bağlı qeyri- müəyyənliyi aradan qaldırmaqdır.

Mahur Abdullayev kim olub ?

Mahir İslam oğlu Abdullayev 1962- ci ildə Kürdəmir rayonunda ziyalı ailəsində anadan olub. 1984- cü ildə Azərbaycan Pedoqoji İnstitunu, 2001- ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini məzunu olmuşdu. O, sıravi müəllimlik vəzifəsindən professor elmi dərəcəsinə, eləcə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirliyinin mayoru rütbəsinə qədər yüksəlib. Mahir Abdullayev vətəninə, millətinə, dövlətinə sadiq, sadə ömür yolu sürüb. Fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Azərbaycan tarixi” kafedrasında çalışmış, dövrü mətbuatda 100-ə yaxın elmi yazısı  və 7 kitabı dərc olunub. “Beynəlxalq həyat” jurnalının təsisçi-redaktoru və rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində  onlarla  məqalələri  dərc   olunub. Ölkə həyatının ictimai-siyasi həyatında aktiv iştirak edib, üzvü olduğu Yeni Azərbaycan Partiyasının Binəqədi rayonunda ilk özək təşkilatının sədri, YAP- ın 1-ci və 2-ci Qurultaylarının nümayəndəsi olub. Aktiv və nümunəvi ictimai- siyasi fəaliyyətinə görə YAP- ın Fəxri Fərmanı ilə təltif olunub.

Ziyalı ailəsində doğulan, ziyalı həyatı sürən, peşə fəaliyyətinə sadiq olan, kimsə ilə ədavəti və düşmənçiliyi olmayan, fəaliyyəti dövründə məhkumluq həyatı yaşamayan,ailəli, 2 övlad atası  Mahir Abdullayev 2003- cü ilin 13 oktyabr tarixində dövlətin gücündən istifadə edən cinayətkar şəbəkə tərəfndən gözlənilməz şəkildə oğurlanır. Təəssüflə qeyd etmək lazımdır ki, həmin hadisədən 10 il keçməsinə baxmayaraq və ailə üzvülərinin əlindən gələni etməsinə baxmayaraq Mahir Abdullayev tapılaraq ailəsinə təhvil verilməyib.

Ötən müddət ərzində bu istiqamətdə müxtəlif dövlət orqanlarına onun yaxınları, xüsusən, qardaşı Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hüquq professor Elşad Abdullayev tərəfindən çox saylı müraciətlər,  yüzlərlə  şəkayətlər  edilsə də müsbət nəticə əldə olunmayıb.

Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işi qaldırılsa da və Prezidentin göstərişi  ilə 2012-ci ilin oktyabr 4-də Azərbaycan Respublikası Baş Prokurorlugu yanında Elmar Camalovun rəhbərliyiilə Müstəqil İstintaq Komissiyası (MİK) yaradılmasına  baxmayaraq onun tapılması və cinayətkarların aşkarlanıb cəzalandırılması ilə bağlı hər hansı nəticə əldə etmək mümkün olmayıb.

Mahir Abdullayevin oğurlanması ilə bağlı 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin adam oğurluğu ilə bağlı cinayət işi açılsa da sonradan bu maddə CM- nin 120-ci maddəsinə,  adam öldürmə maddəsinə tövsiv edilib. İndiyə qədər bu cinyət işi ilə bağlı 12 müstəntiq və 20  yaxın  üzvü  olan  MİK  işə cəlb olunsa da konkret olaraq heç kim həbs edilməyib, hətta şübhəli şəxs qismində belə istintağa cəlb olunmayıb.

1.Milli Təhlükəsizlik Nazirliyində (MTN) olan yüzlərlə vicdanlı əməkdaşının  birini yox, nəyə görə, məhz zərərçəkmiş Elşad Abadullayevin dönə-dönə ictimailəşdirib adını çəkdiyi Mahir Abdullayevin ogurlanması cinayətində günahkar hesab edilən MTN zabiti polkovnik Rəsul Rəsulovun Prokurorlugun Müstəqil İstintaq Komissiyasının tərkibinə salınması hazıra qədər   başa düşülən deyildir !?

MTN-də olan yüzlərlə vicdanlı əməkdaşdan birini yox nəyə görə məhz  polkovnik-leytenant  Rəsul Rəsulovun Müstəqil İstinatq Komissiyasının tərkibinə salınması başa düşülən deyildi. Bu həmin Rəsul Rəsulov idi ki, 2009-cu ilin fevral-mart aylarında  zərərçəkmiş  Elşad  Abdullayevin iş otağında ondan  videoçəkilişləri və audio kassetləri protokolla qəbul etmişdi və rəisi Akif Çovdarovla onların araşdırılması ilə “məşğul olmuşdu”. Hər iki MTN –nin vəzifəli şəxsi Mahirin ogurlanması faktını bilə-bilə ört basdır etdikləri ücün cinayət məsuliyyətinə cəlb olumalıdırlar. Hətta, zərərçəkmişin  vəkili  Adil İsmayılovun    vasitəsi ilə MTN-nin polkovnik-leytenant  Rəsul Rəsulovun cinayətləri haqqında Müstəqil İstintaq Komissiyasına müraciət edildi  və onun MİK-in işində iştirak etməsinə etiraz olundu.

Belə ki, MTN-nin  digər əməkdaşı,  polkovnik  Rəsul  Rəsulov   (tel.051-250-64-24)  hələ

1.1.-28.02.2009-cu  il  tarixdə  Rövşanə  Əliyevanın  görüntüləri ( 24.03.2005-ci il tarix  saat  20.30  radələrində  Arzu  Firudin  oğlu  Kazımov  barəsində)  əks  olunan video- diski ­­;

-28.02.2009-cu  il  tarixdə  Zaur  Arzu  oğlu  Kazımovun  görüntüləri (Arzu  Firudin  oğlu  Kazımovun  oğlu)  əks  olunan  video-diski ;

1.2.-25.02.2009-cu  il  tarixdə  Rğvşanə  Əliyevanın  görüntüləri  (12.05.2005-ci  il  tarixdə  saat  20.23  radələrində  Arzu  Firudin  oğlu  Kazımov  barəsində)  əks  olunan  video-diski və

1.3.-02.03.2009-cu  il  tarixdə  Nərimanov  Rayon  Məhkəməsinin  sədri  Hacı  Ağababa  Babayevin  danışıq  səsini  (1.05.07.2007.,2.07.07.2007.,08.07.2007.,09.07.2007ci  il  tarixlərdə  Daxili  İşlər  Naziri  Ramil  Usubovun  və  müavini  Vilayət  Eyvazovun  hakim  Hacı  Ağababa  Babayevdən  Mahirə  sanksiya  verməsi  üçün  təyzik  edilməsi  haqqında)  maqnitofon  kassetlərinizərər  çəkmiş  Abdullayev  Elşad  İslam  oğlundan  rəsmi  şəkildə  təhfil  almasına  baxmayaraq  Azərbaycan  Respublikası  Prezidentinin  göstərişinə  əsasən  Azərbaycan  Respublikası  Baş  Prokurorluğu  nəzdində   Mahir  İslam  oğlu  Abdullayevinoğurlanması  ilə  bağlı  Müstəqil  Əməliyyat  İstintaq  qrupunun  yaradılmasına  qədər  heç  bir  tədbir  görülməmişdir.

Qeyd  etmək  lazımdır  ki, Azərbaycan Respublkası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı polkovnik-leytenant  Rəsul Rəsulova videodisklərin   Elşad  Abdullayev  tərəfindən  təqdim olunmasını əks etdirən videogöüntülərdən bir fraqmenti  13 mart 2013 il tarixində AR Prezidenti İlham Əliyevə və surəti KİV-lərə göndərilmişdir.

Bundan  əlavə,  Mahir  İslam  oğlu  Abdullayevin  hüquqlarının  Müdafiə  Komitəsinin  İçtimai  Təhqiqat  Qrupunun  apardığı  araşdırmalara  əsasən  məlum  olmuşdur  ki,  Mahir  Abdullayevin  oğurlanmasını  və  qanunsuz  olaraq  saxlanılmasını  subut  edən  video-disklər  və  audio-disklər  Abdullayev  Elşad  İslam  oğlu  tərəfindən  tək  polkovnik-leytenant   Rəsul  Rəsulova  verilməmişdir.  Eləcədə  04.03.2009-cu  il  tarixdə    zərərçəkmiş  şəxs  Abdullayev  Elşad  İslam  oğlu tərəfindən   8  ədəd  video-disk  və  2  ədəd  audio-disk  MTN-nin  zabiti   kapitan  Kamal  Rəsulzadəyə  təhfil  verilmişdir.

2.Mahir Abdullayev dövlətin gücündən istifadə edən Paqonlu Beynəlxalq Mütəşəkkil Cinayətkar Dəstə tərəfindən ogurlanana qədər kim olub !?

Mahir Abdullayev oğurlandığı günə qədər Azərbaycan Beynəlxalq Universitetində və Milli Təhlükəsizlik Nazırliyinin Akademiyasında müəllim işləyib, MTN-nin zabiti olub. Onun iş yerində yoldaşları ilə hər hansı konflikti olmayıb.  Oğurlanmamışdan  öncə, son vaxtlarda MTN-nin  zabiti Akif Çovdarov, Qulu  Cəfərov (Akif Çovdarovun qohumu və işçisi)  və Sənan  İbrahimovla (MTN-in l müavini general Hilal Əsədovun qohumu və işçisi) . Hər  ikisi  Mahirin  tələbə  yoldaşı   olub. Onun 1 şəxslərlə ilə sıx əlaqələri və iş birliyi, tez-tez görüşləri və təmasları olub. Hətta, Elşad Abdullayev  qardaşının oğurlandığı vaxtdan, az öncə, onun Akif Çovdarovla birlikdə Rusiyanın Sverdlovski  Vilayətinin  Verxoturye  şəhərində taxta-şalban biznesi ilə bağlı səfərlərinə dair bir cox foto şəkil əldə edib və onu KİV-də və sosial şəbəkələrdə ictimailəşdirib.

Mahir Abdullayev, eyni zamanda, tanınmış müğənni Mətanət İsgəndərli ilə yaxın münasibətlərdə olub. Tez-tez görüşləri və müxtəlif bölgələrə birgə səfərləri olub. Hətta, bu münasibətlər o səviyyəyə qədər qalxıb ki, Mətanət İsgəndərlinin 2003-cü ilin ortalarında Rusiyanın Sverdlovski şəhərində keçirilən görüşünün əsas təşkilatçılarından biri də adam ogurluguna görə həbs olunan Akif Çovdarov olub.

Mahir Abdullayevin hakimiyyətdaxili müəyyən vəzifəli şəxslərlə də çox yaxın münasibətləri olub. Hətta bu münasibətlər və hakimiyyətin özündə ona münasibət o səviyyədə olub ki, Prezidentin 2003- cü il seçki qabağı görüşlərinin birinin əsas təşkilatçılıq işi də ona etibar edilib və epizodların birində onun dövlət başçısının özü, yaxın ətrafı və təhlükəsizlik əməkdaşları ilə bir kadrda fotosu var. Xatırladaq ki, M. Abdullayev 2003- cü ildə dövlət başçısının respublika stadionunda seçki öncəsi keçiriləcək görüşündə iştirak etmək üçün evdən çıxmış və həmin gün dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar şəbəkə tərəfindən oğurlanmışdır.

2.1.Mahir Abdullayev necə ogurlanıb ?

Yuxarıda qeyd olunduğu kimi Mahir İslam oğlu Abdullayev 2003-cü ildə dövlət başçısının respublika stadionunda seçki ilə bağlı keçiriləcək görüşdə iştirak etmək üçün səhər saatlarında evdən çıxmış və mütəşəkkil cinayətkar şəbəkə tərəfindən oğurlanmışdır. Onun oğurlandığı gün və ondan əvvəlki günlərdə sürəkli əlaqədə və təmasda olduğu şəxslər var. Həmin şəxslər arasında əsas simalardan biri müğənni Mətanət İsgəndərlidir.

Aparılan araşdırmalardan, toplanmış sənədlərdən və MTN-yi tərəfindən aşkara çıxarılmış anten telefon siqnallarından məlum olur ki,  oğurlandığı gün Mahir Abdullayev sürəkli mügənni Mətanət İsgəndərli ilə danışıb. O, müğənni ilə oğurlandığı gün deyil, ondan öncəki günlərdə sürəkli və davamlı şəkildə telefon danışıqları olub.

2003-cü ilin 13 oktyabr günü sabiq prorektorun hərəkət trayektoriyasını əks etdirən hazırlanan sxemdə maraqlı faktlar var. Sözü gedən sxemi və bununla bağlı sənədləri Elşad Abdullayev Mahir Abdullayevin oğurlanması üzrə istintaq yeni başlayarkən əldə edib və sənədləri ona MTN-nin əməkdaşları 2003-cü ildə noyabrın sonlarında verib. Sənədi ötürən MTN-nin əməkdaşları sonradan istintaqa ifadə verərək faktı – yəni sözügedən sənədləri hüquq professor Elşad Adbullayevə verdiklərini təsdiq ediblər.

Bu sxem əsasında hazırlanmış sənəd Mahir Abdullayevin oğurlanmazdan öncə müğənni Mətanət İsgəndərlinin evində olmasını bird aha təsdiq edir. Yada salaq ki, keçmiş ABU rektoru hüquq professor Elşad Abdullayev bir neçə dəfə MTN əməkdaşı olan qardaşı Mahir Abdullayevin oğurlandığı gün zorən 6 saat müddətində müğənni Mətanət İsgəndərlinin evində olduğunu bildirib.

Yeri gəlmişkən qeyd edək ki, bir çox şahidlər və bu prosesdən məlumatalı olan insanlar da Mahir Abdullayevin mügənni Mətanət  İsgəndərlinin evindən oğurlandığını təsdiq ediblər, cinayətin baş vermə məkanı mügənni Mətanət İsgəndərlinin evi olubdu. Mahir Abdullayev Mətanət İsgəndərli ilə oğurlanandan bir neçə il öncə tanış olub. Onların arasında yaxın münasibətlər Mahir Abdullayev oğurlanan günə qədər davam edib. Elşad Abdullayev bildirib ki, qardaşından külli miqdarda pul tələb edən şəxslər onun faktiki olaraq girov götürülməsi üçün Mətanət İsgəndərlidən istifadə edib və müğənni də bu prosesdə bilərəkdən iştirak edib.

Aparılan təhqiqatlar və Mahir Abdullayevin ailə üzvləri təsdiq edirlər ki, 2003-cü il oktyabrın 13-də səhər saatlarında Mahir Abdullayev müğənni Mətanət İsgəndərlinin evinə çağırılıb. Müğənninin evində təxminən zorla 6 saat həbsdə qalandan sonra Mahir Mətanət İsgəndərlinin qızı və oglu, yaxın qohumları və onunla işləyən şəxslərlə bərabər Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Həmin ərəfəflərdə ogurlugun təşkilatcısı KQB-in l müavini Hilal Əsədov Bak Şəhər Baş Polis İdarəsində Mütəşəkkil Cinayətkarlga qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıbdı. Lakin,  məlum  olmayan  səbəblərdən  onlardan aralanaraq Mahir  bir  başa  Daxili İşlər Nazirliyinin Baş   Mütəşəkkil  Cinayətkarlığa  Qarşı  Mübarizə  İdarəsinə  gətirilib. Bir neçə saat sonra müğənninin qohumları və işçiləri BŞBPİ-dən buraxılsalar da Mahir Abdullayev 22 gün BMCQMİ-də saxlanıb. Daha sonar, o, MTN-in istintaq təcridxanasına köçürülüb. Bundan sonra isə Mahir Abdullayevdən heç bir xəbər almaq mümkün olmayıb.

ElşadAbdullayevlə  aparılan  söhbətlər  zamanı  o  da  məlum  olmuşdur  ki,   Mahir Abdullayev oğurlanan gün Mətanət İsgəndərlinin evinə israrlı və davamlı telefon zənglərindən sonra aldadılaraq gətirilibdi. Bu səbəbdən, o, qardaşının oğurlanacağından müğənni Mətanət İsgəndərlinin öncədən xəbərdar olduğunu bildirmişdir.

2.2.Azərbaycan Respublikasının MTN-in Rabitə və Nəqliyyatda Energetika İdarəsinin generalı Akif Çovdarovun qohumunun Mahir Abdullayev borc məsələsi.

Mahir Abdullayevin oğurlanmasında diqqət çəkən xeyli məqam var. Bu məqamlardan biri bilavasitə  onun oğurlanmasına görə, MTN-in generalı Akif Çovdarovu ittiham etməsi ilə əlaqədardır.

Sözügedən sənəd Bakı şəhəri, Binəqədi rayon sakini Qulu Əli oğlu Cəfərovun izahatıdır. Bu izahat Mahir Abdullayevin Qulu Cəfərova borc pul verməsi barəsindədir. İzahatdan aydın olur ki, Qulu Cəfərov iş adamıdır və o, Rusiyanın Sverdlovsk vilayətindən cinayət ortagı KQB generalı Akif Çovdarovun taxta-şalbanını gətirib satmaqla məşğuldur.

Qulu Cəfərov həmin izahatında yazır: “Yazıb bildirirəm ki, mən 72 min  beş yüz dollar pul  almışam. Sverdlovsk diyarından taxta gətirərkın məbləğ 120 min dollar olmuşdu. 

Hal-hazırda Abdullayevə Mahir İslam oğluna 300 min dollar borcum qalıb. Öz xəttimlə yazıram.  Narazılıq etmirəm. Halal pulunu qaytarıram”. İzahatdan aydın olur ki, bu sənəd 2002-ci ilin oktyabr ayında tərtib edilib. Hazıra qədərdə ödənilməyibdi.

Göründüyü ki, Mahir Abdullayevlə Qulu Cəfərov arasında borc pul söhbəti olub. Qulu Cəfərov borcun bir hissəsini ödədiyini, lakin Mahir Abdullayevə 300 min dollar məbləğındə borcunun qaldığını bildirir.

Burada bir maraqlı məqama diqqət yetirmək lazim gəlir. İş burasındadır ki, belə bir izahatın mövcud olması Mahirin oğurlanmasında iştirakına görə MTN generalı Akif Çovdarovun ittiham edilməsinin təsadüfi olmadığını göstərir. Başqa sözlə, bu izahat Mahirin oğurlanan vaxta qədər general Akif Çovdarovla münasibətləri, onların Sverdlovskda bir yerdə olması, sonradan MTN generalının Mahir Abdullayevi təhdid etməsi və digər məsələlər heç də fantaziya məhsulu deyil.

Gəlin, sabiq rektorun ittihamlarına diqqət yetirək. Əvvəlcə onu da qeyd edək ki, Elşad Abdullayev bu ittihamları sadəcə səsləndirməklə kifayətlənməyib. O, eyni zamanda MTN generalı Akif Çovdarovun ünvanına səsləndirdiyi ittihamlara fotoşəkillər də əlavə edib. Hansı ki, bu fotolarda oğurlanan və taleyindən bu günə qədər məlumat olmayan Mahir Abdullayevla MTN-də hazırda mühüm post tutan general Akif Çovdarovla birlikdə görünür. ABU-nun sabiq rektoru Elşad Abdullayev bildirir ki, Mahir Abdullayevin oğurluğunu bilavasitə icra edən Rusiya Federasiyasının Sverdlovski Vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə “Təpəgöz” kimi tanınan və hazırda isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (KQB) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan general-biznesmen Akif Teymurxan oğlu Çovdarovdur: “Yalnız, bir ovuc dövlət quldurunun oyuncaq rejimlərində belə şübhəli tərcümeyi-halı olan kriminal şəxs, ogru dünyasında “polojeniyaya” baxan adam qısa müddətdə dövlətin əsas təhlükəsizlik idarəetmə orqanında ali vəzifə tuta bilər, bunu bir huquqşünas kimi başa düşmək olmur. Bu isə dövlətçiliyin hüquqi böhran vəziyyətində olduğunu bir daha müəyyən edir”.

Elşad Abdullayevin bildirib ki, Akif Covdarov Mahiri oğurlamağa bir necə dəfə cəhd edib: “İlk dəfə olaraq 2003-cü ilin yanvar-mart aylarında Akif Çovdarov Mahiri şirnikdirərək Rusiya Federasiyasının Sverdlovski Vilayətinə gətizdirib. Akif Çovdarov Mahirə Sverdlovskdakı taxta-şalban zavodunu təklif edir. İkinci dəfə Akif Çovdarovun işcisi, mügənni Mətanət İsgəndərli Rusiya Federasiyasının Sverdlovsk şəhərində konsert vermək adı ilə Mahiri ora dəvət edir. Həmin ərəfədə banda istəyib ki, Mahiri orada saxlasınlar”.

Elşad Abdullayevin mətbuatda dərc etdirdiyi fotolardan aydın olur ki, Mahir Abdullayev ilə Akif Covdarov bir- birilərini yaxından tanıyıblar. Onlar hətta Sverdlovskda «Sobol» otelinin qarşısında birgə şəkil də çəkdiriblər. Bu fotolardan birində Akif Çovdarov, Mahir Abdullayev və Qəbələli Namiq əks olunub. Bu məqamla bağlı Elşad Abdullayev bildirib ki, ilk vaxtlar bu fotoda qeyd olunan Akif Çovdarov və Namiq Qəbələli Mahirlə birlikdə Rusiyada olmalarını danıb: “Akif Çovdarov Mahiri tanımadığını söylədi, lakin foto-faktlar və video-faktlar əksini təsdiq edir. Onlar və mügənni Mətanət İsgəndərli komandası ilə birlikdə qeyd olunan oteldə birlikdə yaşayıblar. Akif Çovdarov həmin dövrlərdə Bakı şəhəri , Binəqədi rayonunun kecmiş polis rəisi, rəhmətlik əslən Kəlbəcərli Ələmdar Tağıyevin adı ilə Rusiyada yaşayıbdır, Bakıya ölmüş adamın pasportu ilə gəlib-gedib.

Foto-faktlar təsdiq edir ki, o, Sverdlovsk vilayətində milyyonlarla  dollarla hesablanan taxta-şalban biznesi ilə məşğul olub, bütün Azərbaycanı taxta-şalbanla təmin edib və digər biznes əməliyyatları ilə məşğuldur, hazırda da həmin əlaqələri davam etdirir, baxmayaraq ki, Azərbaycan qanunvericiliyi MTN əməkdaşlarına belə kommersiya fəaliyyətlə məşğul olmağı qadağan edir.  Daha sonar, Elşad Abdullayev digər fotolar barədə danışıb. O, qeyd edib ki, həmin fotolarda  Mahir və Akif Covdarov Verxuturye şəhərinin Kilsə meydanında Rusiyanın dövlət rəmzi qarşısında birgə foto çəkdirib. Başqa bir foto isə Akif Covdarovun taxta-şalban zavodunda çəkilib.

Fotolardan birində Mahir Abdullayevin qoltuğunda qovluq var. Elşad Abdullayev bildirir ki, Mahir Abdullayevin qoltuğunda sənədlər Akif Çovdarovun taxta-şalban zavodunun Mahirə satılması haqqındadır: “Həmin sənədlərə görə, Mahir Akif Çovdarova küllü miqdarda pul ödəyibdir. Mahir Sverdlovsk vilayətində olanda Moskvada “KQB”-də çalışan dostu Nicat Sverdlovski vilayətinin FKİ- nin əməkdaşlarından xahiş edir ki, Mahirə yardım etsinlər, onlar da gəlib yardım edirlər. Buna görə də Akif Çovdarov RF FKİ-in əməkdaşlarından çəkindiyi ücün Mahiri Sverdlovsk vilayətində oğurlaya bilmir”.

Elşad Abdullayev son açıqlamasında bizim yuxarıda söhbət açdığımız izahat barədə də danışıb. O, həmin izahat barədə bunları deyib: “Akif Çovdarovun qohumu və yerlisi Qulu Cəfərovun əl yazmasına görə, onların Mahirə  300 min ABŞ dolları borcları vardır. Mahir Akif Çovdarovla Qulu Çəfərovun vasitəsi ilə tanış olmuşdur. Gürcüstanlı Qulu Cəfərov Akif Çovdarovun həm yerlisi, həm qohumu, həm də biznes və cinayət ortağıdır.

Bundan sonra, Akif Çovdarov Bakı şəhərində bir necə dəfə də Mahiri oğurlamağa cəhd edir. Oğurluq planına görə cinayətin “nakolşiki” MTN-in l müavini Hilal Əsədovun yaxın qohumu özünü KQB-in polkovniki kimi təqdim edən Sənan İbrahimov hər gün dalbadal 5 dəfə səhər tezdən Mahirin Binəqədi rayonunda yerləşən Sevinc kafesinə saat 08-09 radələrində gəlir. Oğurluq günüdə , o, sübh çağı diqqəti özündən yayındırmaq məqsədi ilə “Sevinc” kafesində oturub, halbuki, cox yaxşı bilirdi ki, kafe saat 18:00-dan işləyir, həmin vaxt mühafizəçidən başqa heç kim kafedə olmur.

Şahidlərin təsdiqinə görə, Mahir oğurlanana qədər Akif Çovdarov bir neçə nəfərlə  Azərbaycan Beynəlxalq Universitetində Mahirin iş otağında sarı qış dəri poltosunda “razborkada” olmuşdur. O, Mahiri “Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı məqaləsi ilə təhdid edib 2 milyon pul tələb etmişdir.

Akif Çovdarovun müğənni Mətanət İsgəndərlinin əli ilə Mahiri Rusiyanın Sverdlovsk vilayətinə aldadıb gətirib, orada saxlamaq niyyəti baş tutmayanda yenə də mügənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq 13 oktyabr 2003 il tarixində Bakı şəhəri Nizami küçüsi 4, mənzil 8-də səhər saat 10-00 və 16:20 radələrində şəxsən ‘’paqonlu’’ bandasının əli ilə oğurlatmışdır”.

Elşad Abdullayev qeyd edir ki, Akif Çovdarov əsas cinayətkarı gizlətmək və sabiq rektoru susdurmaq ücün coxsaylı bir sıra kriminal KİV-n təzyiqindən, Sədinin adından telefon təhdidlərindən, fırıldaqçı falçı-baxıcılardan, paqonlu əcinnələrin kriminal təzyiq tədbirlərindən bacarıqla ogru qaydalarından istifadə edib: ”Başlıca təzyiqlərindən biri də MTN-in ATM-in rəhbəri işləyən zaman PİA-nin müdiri Ramiz Mehdiyevin yaxın qohumu KQB polkovniki Fikrət Əliyevi MTN naziri Eldar Mahmudovun imzası ilə ‘’Təqdimatı’’ əsasında  Azərbaycan Beynəlxalq Universitetinə prorektor təyin edir/ O, Azərbaycan Beynəlxalq Universitetini  ələ kecirmək məqsədi ilə daxildən inzibati-amirlik metodları ilə dağıtdı. Azərbaycan Konstitusiyası ilə vətəndaşını qorumağa borclu olan MTN-in şanlı əməkdaşı Akif Çovdarov vətəndaşına qarşı dövlət terrorunu həyata kecirirdi.

2.3. Mahir Abdullayevin ogurlanması cinayəti təkzibolunmaz sənədlərin və faktların dili ilə …

Mahir İslam oğlu Abdullayev 13 oktyabr 2003-cü il tarixdə səhər saat 10:18-dən 16:20-dək müğənni Mətanət İsgəndərlinin Səbael rayonu, Nizami küçəsi ev 4, mənzil 8 ünvanında yerləşən evində saxlanılıb. Mahirin müğənninin evinə onun həmyerlisi və prodüsseri Əlləddin  adlı şəxsin dəvəti ilə gəlib. İbtidai istintaq da ilkin vaxtlar bu faktın üzərində dayanmış və araşdırmalarını bu istiqamətdə aparmışdır. İstintaq zamanı, həm də o məlum olmuşdur ki, İbrahimov  Sənan İzzət oğlu, Əsədov Ələddin Qurban oğlu, Kərimov Asif Nəriman oğlu, Şəkili Eldar, Mətanət İsgəndərlinin qızı, müğənninin sürücüsü dayısı oglu Teymur adlı şəxs 6 saat göstərilən mənzildə saxlanılan Mahir Abdullayevin başına gətirilənlərdən xəbərdardır. Hətta bəzi məlumatlara görə Mahir 6 saat bu mənzildə zorla saxlandığı zaman odlu silahla yaralanmışdır. Lakin, məlum olmayan səbəbdən sonradan istintaq bu istiqamətdə deyil, cinayətin ört-basdır edilməsinə gətirib çıxaran digər istiqamətlərdə aparılmışdır. Məhz istintaqın yanlış istiqamətdə aparılmasının, sanki bilərəkdən cinayətin üstünün açılmamasına yönəldilməsi ötən 10 ildə heç bir nəticənin əldə edilməməsinə səbəb olmuş, əvəzində nəticəsiz istintaq işi süni şəkildə qalınlaşdırılır və müstəntiqlər bir-birinin ardınca dəyişdirilmişdir.

 2.4.İstintaqda bilə-bilə qəsdlə azdırılan cinayət izləri …

İstintaq hadisənin əsl mahiyyətini gizlətmək üçün fərqli mülahizə ortaya atıb. Bu mülahizəyə görə Mahir Abdullayev  13 oktyabr 2003-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən tədbirdə iştirak etmək adı ilə 10:30 radələrində evdən çıxmış, yarım saat sonra, yəni saat 11:00 radələrində  güya  Qaradağ rayonu ərazisindəki  179 saylı postu keçərək Bakı-Astara yolu istiqamətində hərəkət etmişdir. Sözügedən postdan keçərkən M. Abdullayev Baş Dövlət Yol Polisi İdarəsinin Yol Polisi Alayının 7-ci tağımının inspektoru Əhmədov Əli Ələddin oğlu (əslən Saatlı) ilə siqnal verərək və əlini havada yellədərək salamlaşmışdır (M. Abdullayev Ə.Əhmədovla çoxdanın tanışı olublar, aralarında dostluq münasibətləri olub və Mahir bu postdan keçərkən hər dəfə onunla eyni qaydada salamlaşırmış). M. Abdullayev həmin gün saat 17:00 radələrində geriyə, Bakıya doğru hərəkət edərək yenə də həmin postdan keçmiş, avtomaşının  arxa  oturacaqlarında  iki  nəfər  əyləşmiş,  lakin bu dəfə adətini pozaraq Ə.Əhmədovla salamlaşmamışdır. Ə.Əhmədov onunla salamlaşmamasına görə Mahirin mobil telefonuna zəng etmiş, lakin zəngə cavab verilməmişdir (Maraqlıdır ki, telefon listinqində göstərilən zaman ərzində Mahirə hər hansı bir zəng gəlməsi haqda xəbər yoxdur).  

İstintaqın gəldiyi son nəticədə isə M.Abdullayevin avtomobilinin 17 noyabr 2003-cü il tarixdə Yasamal rayonu M. Fətəli küçəsi, 2 nömrəli evin qarşısında tapıldığı göstərilir (Mügənni Mətanət İsgəndərlinin evinin yagınlıgında). İstintaq tam obyektiv aparılsaydı bu işdə adı keçən hər kəs dindirilər və bəlkə də bu vaxta qədər üstü açılmayan bir çox adam oğurluqlarına aydınlıq gətirilərdi. Amma, göründüyü kimi istintaq fərqli istiqamət götürmüş və Mahirin həmin gün Mətanət İsgəndərlinin evinə getməsi haqda inkarolunmaz sübutlar olsa da onu Bakı Astara yoluna “göndərmişdir”. Hətta DYP zabiti şahid olaraq gətirilir. Mahirlə çox yaxın münasibəti olan həmin DYP zabiti oğurlanmış  MTN zabitinin yaxınlarına istintaqa verdiyi ifadə, yəni şahidliyi ilə belə deyib: “Həmin vaxt belə demək lazım idi.” Mahirin Bakı-Astara yoluna “göndərilməsinin” heç bir əsası olmadığından istintaq da MTN zabitinin taleyi ilə bağlı konkret nəticəyə gələ bilməmişdir. Beləcə əvvəlcədən planlaşdırıldığı kimi məqsədli şəkildə istintaq dalana dirənmiş və iş bilə-bilə qəsdlə bağlanmışdır.

2.5.HƏQİQƏTİ  ÜZƏ  ÇIXARACAQ  TELEFON  DANIŞIQLAR,MAHİR  ABDULLAYEVİN  OĞURLANMASINDA  ƏSAS  İSİM  YENƏ DƏ MÜGƏNNİ  MƏTANƏT  İSGƏNDƏRLİDİR 

Əslində istintaqın diqqət yetirməli olduğu xeyli vacib məqamlar var idi. Bunlardan biri də Mahir Abdullayevin  oğurlandığı gün onun mobil və ev telefonuna gələn telefon zəngləridir. Çünki, həmin günlər Mahir Abdullayevin istifadəsində olan 050 223 59 65 mobil telefonuna və 497 36 86 nömrəli ev telefonuna gələn zənglər bir çox mətləblərdən xəbər verir.

Mətanət İsgəndərli və onun ətrafında olan şəxslərə aid 050 201 77 12 mobil, 497 15 95 ev nömrələrindən, həmçinin müğəninin prodüsseri Ələddinin istifadəsində olan 050 213 26 26, sürücüsü və yaxın qohumu dayısı oglu Teymurun istifadəsində olan 050 321 76 16, oğlu Kərəmin istifadəsində olan 050 200 03 34, qonşusu İntiqama aid 050 363 03 56 nömrələrindən Mahirə gələn zənglər “Qafqaz-2” antenasından istifadə edən mobil telefonların siyahısında aşkarlanmışdır.

Bu məlumat da ortaya qəribə mənzərə çıxarır. Belə ki, müğənni Mətanət İsgəndərli 2003-cü ilin oktyabrın 5-də 10 dəfə, 6-da 12 dəfə, 7-də 18 dəfə, 8-də 9 dəfə, 9-da 20 dəfə, 10-da 17 dəfə, 11-də 18 dəfə, 12-də 21 dəfə, 12-də 21 dəfə Mahir Abdullayevə telefon zəngi etmişdir. Bir həftə ərzində üst-üstə 100-dən çox telefon zənginə rəğmən hadisə baş verən gün müğənni bir dəfə də olsun Mahirə zəng etməmişdir.
Hadisədən əvvəlki dövrə aid telefon zənglərinin təhlili onu göstərir ki, Mətanət İsgəndərli və onun yaxın ətrafından Mahirə gələn zənglər günbə-gün durmadan artmış, hətta gecə saat 3, 4 və 5 radələrində də danışıqlar aparılmışdır. Oktyabrın 13-dən 14-nə keçən gecə isə müğənni demək olar ki, 24 saat ərzində yatmayıb. Gecə saat 03:14-dən saat 16:31-dək müğənni 8 dəfə Mahirə zəng edib ki, bunlardan ikisində (03:14 və 03:15) öz mobil telefonundan Abdullayevin ev telefonuna zəng edərək musiqi səsi verib. Hadisə günü müğəninin Mahiri axtarmaması, ertəsi gün isə bu qədər narahat olmasının tək bir səbəbi ola bilər: M.İsgəndərli və ətrafı MTN zabitinin “razborka”ya çəkilməsindən xəbərdar olub, lakin sabahısı gün “razborka”nın bitdiyini düşünüb. Tək bu amil müğənni və ətrafının əməliyyat şübhəsi altına alınmasına və onlar ətrafında araşdırmaların aparılmasına bəs edərdi. Amma istintaq bunu da etməyib. Prokurorluq və Məhkəmə orqanları, habelə cinayətkar şəbəkə ilə iş birliyində olan KİV-ləridə bilə-bilə qəsdlə Mahir Abdullayevin ogurlabması cinayətinin baş verdiyi məkanı ört – basdır etmişlərdi.

 2.6. Mahir Abdullayevin son getdiyi ünvan: Bakı şəhəri, Nizami küçəsi ev 4, mənzil 8.Mahir Abdullayevin ogurlandıgı məkan mügənni Mətanət İsgəndərlinin evidir.

Mügənni Mətanət İsgəndərlinin bu məsələ ilə bu və ya digər şəkildə bağlı olduğunu göstərən daha bir olay: Hadisə günü səhər Mahir ona gələn zəngə “Ələddin (Mətanətin pryadüsseri) gəlirəm”-deyə cavab vermiş, idman geyimini dəyişərək, qara şalvar, ağ köynək və qırmızı qalstukla evdən çıxmışdır. Həmçinin, Mətanət İsgəndərli və onun prodüsseri Ələddinlə bir Şəki rayonundan olan Eldar Şəkili  adlı bir şəxs 055 300 33 00 nömrəli mobil telefonundan 10:01-də Mahirə zəng etmişdir. “Qafqaz-2” antenasının təsir dairəsində olan bu nömrənin listinqi göstərir ki, 13 oktyabrda Şəkili Eldar Mahirin evinin, daha sonra isə oğurlandığı ərazinin yaxınlığında olub.  “Qafqaz-2” antenası vasitəsi ilə əldə olunan məlumatlar başqa bir faktı da ortaya qoyur: Mahir Abdullayev  10:16 radələrində Botanika bağı həndəvərində, 10:17-də isə N.Nərimanov heykəlinin yanında olmuş, daha sonra Səbael rayonu Nizami küçəsi ev 4, mənzil 8 ünvanına, yəni mügənni Mətanət İsgəndərlinin evinə getmişdir. Burda – cinayətin baş verdiyi məkanda çox güman ki, MTN zabiti Mahir Abdullayevin telefonu əlindən zorən alınmışdır. Əgər,  istintaqın  üstünlük  verdiyi  telefon   zənglərinin   listinqinə  inansaq. Çünki saat 10:20 radələrindən sonra xeyli zənglər gəlməsinə baxmayaraq Mahir bu zənglərin heç birinə cavab verməmişdir. O,  təxminən 6 saat miiddətində müğənninin evində zorən saxlanılmış, bu müddət ərzində nə Mətanət İsgəndərli, nə də onun ətrafında olan şəxslər mobil telefondan istifadə etməmişlər. Yalnız, bircə dəfə müğəninin prodüsseri Ələddin 54 saniyə telefonla danışmışdır. Bu məlumat, bir qədər də konkret ifadə etsək telefon aktivisti olan bir müğəninin özünün və ətrafının 6 saat (!) mobil ünsiyyətdən kənarda qalması böyük müəmmadır və istintaq bu müəmmanın da üstündən sükutla keçib, bilə-bilə qəsdlə adam ogurlugu cinayətini ört-basdır edibdi.

2.7. Qanlı Polis banda başçısı Hacı Məmmədovun “QARABULAQ“  senarisi…

İctimai Təhqiqat Komissiyasının apardığı araşdırmalardan (zərərçəkmişin  topladığı  və  təqdim  etdiyi  materiallara  əsasən) aydın olur ki, 2003-cü il oktyabrın 13-də Mahir Abdullayevin müğənni  Mətanət İsgəndərlinin evinə Ələddin tərəfindən gətirilməsi və onun Eldar, Sənan və “Skripaç” ləğəbli  Asifin bu işdən xəbərdar olması onların hər birinin bilavasitə bu prosesdə və əməliyyatda  iştirakçı olmaları haqda nəticəyə gəlməyə əsas verir. Bu kimi ssenarilər əvvəllər də işlənmiş və Mahirdən fərqli olaraq oğurlanmış digər şəxslər azadlığa çıxmışdır. Bu oğurlanma ssenarisinin ”Qarabulaq’’ Istirahət Mərkəzində hazırlanması isə heç kəsə sirr deyil.  Belə ki, Mahir 13 oktyabr tarixində mügənni Mətanət Isgəndərlinin evindən ogurlandıqdan sonra, ogruluq cinayətinin bütün iştirakcılarını – şahidlərini  2003-cü il iyunun 1-də mügənni Mətanət İsgəndərli, qızı, bacısı Təranə, Teymurun bacısı Arzu, Teymurun anası Tamella ağ cip markalı avtomobillə Qusardakı “Qarabulaq” İstirahət Mərkəzinə gətirilmiş və burda təlimatlandırılmışlar. Sonradan, agzından söz qacırdıgına görə mügənni Mətanət İsgəndərlinin sürücüsü və dayısı oglu qətlə yetirildi. Mügənninin produsyeri Skiripaç ləqəbli Asifin oglunu qətləyetirdilərki, sussun danışmasın. Vətəndaşını qorumalı dövlət ətəndaşıarı ilə bir terrorist kimi davranırdı ki, cinayəti ört-basdır etsin.

Mahir Abdullayev oğurlandıqdan  sonra onun xidməti  otağından  aşkar  edilmiş  çantasından  “Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı bir səhifəlik qəzetdə  çap  üçün  hazırlanmış  məqalə  tapılmışdır. Tovuzlu Səadət deyir: “Hadisəyə bir həftə qalmış Mahir müğənni Mətanət İsgəndərlini Qarabulaqda tutub. Burda Mahir Ələddinlə bərk mübahisə edib”.

2.8.Yenə də mügənni Mətanət İsgəndərlinin evinə gətirən mddi sübutlar.

Mahir Abdullayevin müğənni Mətanət İsgəndərlinin evində oğurlanmasına dair daha bir fakt var. Belə ki,  hadisədən bir gün qabaq ABU- nun yataqxanası ilə bağlı yaranmış borc məsələsin həll etmək üçün Mahir Universitetetin komendantı Məhəmmədəli kişi ilə görüşür və 13 oktyabrda yenidən görüşməyə qərar verirlər. Həmin gün isə Mahir görüş yerinə 20 dəqiqə gecikir və özünün idarə etdiyi AZ 10 CR 067 dövlət nömrə nişanlı ’’Mersedes’’ markalı avtomobillə gələrək Məhəmmədəli kişiyə əhəmiyyət vermədən Nizami küçəsindəki 4 nömrəli evə daxil olur. Məhəmmədəli kişi Mahiri yarım saatdan çox gözləsə də o müğənni M’tan’t Isg’nd’rlinin evindən çıxmır. Sabahısı gün, Məhəmmədəli kişi Mahirin qardaşlarından onun oğurlandığını eşidir və əhvalatı danışır (Məhəmmədəli kişi bunula bağlı MTN-ə də rəsmi şəkildə müraciət edib).

Bundan dərhal sonar, Mahirin yaxınları Mətanət İsgəndərlinin evinə gedirlər və mənzildə hər şeyin sındırıldığının şahidi olurlar. Mətanət onları görən kimi ağlamağa başlayır və deyir: “Mən Mahiri 6 aydır ki, görmürəm. Amma sizə kömək edəcəm ki, Mahir Prezident seçkilərindən sonra evinə qayıtsın…”.

2.9.Mahr İslam oglu Abdullayevin mügənni Mətanət İsgəndərlinin evindən ogurlanmasına dair daha bir cinayət faktı. 

Mahir  Abdullayev  olayında  adı  hallanan  şəxslərdən  biri də  MTN naziri Eldar Mahmudovun vasitəçisi, adam ogurluguna görə həbsdə olan Akif Çovdarovun cinayət ortagı ’’Qarbaçov’’ – ’’Kəkilli’’ ləqəbli Məcidov  Mirsahib  olmuşdur.Mirsahb Məcidov dəfələrlə Elşad Abdullayevə  və  onun  digər  qardaşları  İsmayıl,  Elsəvər  Abdullayevlərə  bildirmişdir  ki,  onların  qardaşları  Mahir  Abdullayevimüğənni  Mətanət  İskəndərlinin  evindən  oğurlayıblar.  M.Məcidov  Mahir  Abdullayevin  oğurlanmasında  Mətanət  İskəndərli  ilə  bərabər  Mahirin   tələbə  yoldaşı  Qulu  Cəfərovun,  Akif  Çovdarovun  və  digər  tanışı,  ona  pul  borcu  olan  şəkili  Eldarın  və özünü KQB-in polkovniki kimi təqdim edən MTN-in sabiq l müavini Hilal Əsədovun yaxın qohumu və işçisi Sənan İzzət oglu İbrahimovun adını  çəkmişdir. Mahirin ogurlanması adları qeyd olunan  şəxslərin təşkilatçılıgı ilə həyata keçrilmişdir.

2.10.Mahir  İSLAM  oğlu   ABDULLAYEVİN    13  OKTYABR   2003 CÜ  İL  TARİXDƏ  MƏTANƏT  İSKƏNDƏRLİNİN  EVİNDƏN  OĞURLANMASINA  DAİR  DİGƏR   BİR   FAKT.

 Mahir Abdullayev ogurlanmasıcinayətində  adı  hallanan  şəxslərdən  biri  də  Rövşanə  Əliyevadir.  Rövşanə  Əliyeva  dəfələrlə  Elşad  Abdullayeva  bildirmişdir  ki,  Mahir  Abdullayevi  müğəni  Mətanət  İskəndərlinin  evindən  oğurlayıblar.  Rövşanə  ƏliyevəMətanətlə  bərabər  bu  işdə  Sənan  İzzət  oğlu  İbrahimovun  adınıçəkmiş,    DİN  nin  çox  yüksək  vəzifəli  zabitlərinin    ona  dəstək  olduqlarını  vurğulamışdır. Həmin illərdə cinayətin ’’nakolşiki’’ Sənan İbrahimovun yaxın qohumu adam ogurluguna görə həbs olunan KQB-in quldur generalı Akif Çovdarovun cinayət ortagı MTN l müavini general Hilal Əsədov Bakı Şəhər Polis İdarəsinin Banditizm qarşı Mübarizə İdrəsinin rəisi idi. Ogurluq günüdə qabaqcadan Hilal Əsədov tərəfindən planlaşdırılmlş qaydada mügənni Mətanət İsgəndərlinin evində baş verən hadisə ilə baglı bütün adamları gətirib təhvil veriblər Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Hilal Əsədova. Hialal Əsədov hazıra qədər vəzifəsindən sui-istifadə edərək Mahirin ogurlnması cinayətini qəsdlə bilə-bilə ört-basdır edibdi.

 10   ilə  yaxın  bir  müddətdə  oöurlandığı  bəlli  olan  MTN-nin  mayoru,  bəzi  məlumatlara  əsasən  isə  hətta  polkovnik-leytenantı,  Tarix  Elmləri  Namizədi,  Rusiya  Federasiyasının  Təhsil  Akademiyasının  Professoru  Mahir  Abdullayevin  oğurlanmasının  məhz  Mətanəıt  isgəndərlinin  evində  baş  verdİyinin

təkzibolunmaz  faktlarla  sübut  olunduğunu  demək  olar.  Belə  ki,  Mahirin  telefon  danışıqlarının  xronologiyası  və  məkan-zaman  xarakteristikası,  müğənni  Mətanət  İsgəndərli  ilə  əlaqələrinin  xarakteri  və  inkişaf  dinamikası,  həmçinin  hadisənin  səhərisi  günü  Mətanətin  evində  olanların  orada  gördükləri,  Mahirin  maşınının  Mətanətin  evindən  bir  neçə  metr   aralıda  tapılması  və  s.  Bu  kimi  dəlillər  onun  bilavasitə  bu  işlə  əlaqədar  olmasını  sübuta  yetirir.  Lakin  daha  dərin  faktlrdan  biri  Mahirin  xidməti  çantasından  tapılan  “Mətanət  İsgəndərlinin  Qarabulaq  sərgüzəştləri”ndən  adlı  məqalədir.

2.11.Mahir Abdullayevin çantasından aşkar edilmiş məqalə ’’Mətanət İsgəndrlinin Qarabulaq sər güzəştlərindən’’ :

“Buyaxınlarda  özünün  sevimli  prodüseri  Əsədov  Ələddin  Qurbn oğluilə HacıMəmmədovun’’Qarabulaq’’  İstirahət  Kompleksində  dincələn  Mətanət  İskəndərli  Ələddin  bəylə  olan  ilıq  münasibətlıəri  gizlətmək  fikrində  deyil.  Ələddindən  başqa  da  prodüsserləri  olan  bu  xanım  son  vaxtlar  vaxtının  çoxunu  nəyə  görəsə  onunla  keçirir.  Həmişə  bahalı  geyimləri  ilə  və  qəribə  dostları  ilə  seçilən  Mətanət  xanım  şou-biznes  aləmini  şoka  salaraq  öz  şəxsi  həyatı  üçün  milyonlar  xərcləyir.  Bahalı  xarici  maşında  gəzir,  vaxtını  istirahətdə  keçirir.  Gözəl   kliplər  çəkdirir,  “prodüserlərini”  də  əlcək  kimi  tez-tez  dəyişdirir.  Nəzir  qutularına  da vergi  qoyan  Vergilər  nazirliyimiz  isə  nəyə   görəsə  müğənnilərimizdən  lazımı  qədər  vergi  ala  bilmir.  Düzdür,  adamlara  haradasa  istirahət  etməyə  görə  vergi  tutmaq  olmaz.  Amma,  inanmırıq  ki,  Mətanət  xanım  paralarının  hamısını  qeyri-leqal  yolla  qazanır.  Adını  “El  qızı”  kimi  hallandıran  müğənni  El  qızı  olmağı  görəsən  necə  başa  düşür ?  El-oba  üçün  can  yandırmaq,  əlindən  gələni  etmək  kimi,  yoxsa…

Ümumiyyətlə,  dövlətə  vergi  ödəməli  olan  hər  bir  şəxs  qazandığı  pulun  vergisini  verməlidir  və  o  qazncı  onu  necə  əldə  etməsinin  mətləbə  dəxli  yoxdur.

Sözümüzün  əvvəlinə  qayıdaq.  Mətanət  isgəndərli,  yəni  El  qızı  Mətanət  öz  şəxsi  həyatı  üçün  milyonlar  xərcləyir,  şou-biznes  aləmini  şoka  salmaqda  davan  edir”…

2.12. Az’rbaycanda Adam ogurlugunda kimlərdən və necə istifadə edilir

Şahidlər  tərəfindən  oğurlanmamışdan  bir  neçə  gün  öncə  Mahirin  müğənni  Mətanət,  onun  prodyuseri  Ələddinlə  birlikdəQarabulaqda  olmasına  dair  məlumatlar  verilmişdir.  “Qarabulaq  şousu  video-kassetini  Ələddin  və  Mətanətin  vasitəsi  ilə  Mahirə  göstərdikdən  sonra  ondan  külli   miqdarda  pul  tələb  olunub.  Qarabulaqdan  qayıdanda  yolda  özünü  təmamilə  çaşqınlıq  içərisində aparan  Mahirin  səhəri  gündən  etibarən  bir  sıra  adamlara  borc  pul  üçün  müraciət  etdiyi  bildirilir.  Kifayət  qədər  təminatlı  bir  insanın  borc pul  axtarması  və  özünü  bu  cür  təcüblü  aparması  onunla  bağlı  Qarabulaqda   şantaj  xarakterli   məlumatların  əldə  edilərək  bu  barədə  ona  məlumat  verilməsi  və  külli  miqdarda  ondan  pul  tələb  edilməsi  ilə  bağlı  olması  ən  təbii  versiya  sayılmalıdır.Yuxarıda  qeyd  olunmuş  şantajla  pul  tələb  olunması  Mahir  Abdullayevə  tətbiqinin  aşkar  nümunələri  göz  qabağındadır.  Belə  ki,  nə  qədər  acınacaqlı  olsa  belə   yenə  də  ortaya  mətbuat  düşür,  Mahirdən  pul  tələıb  edirlər  və  bunu  “özünəməxsus”  dil  ilə  həyata  keçirirlər. Yazıda  qeyd  olunur  ki,  “ümumiətlə  dövlətə  vergi  ödəməli  olan  hər  bir  şəxs  qazandığı  pulun  vergisini  verməlidir  və  o , qazancı  necə  əldə  etməsinin  mətləbə  dəxli  yoxdur”.  Zərərşəkmiş  hesab  edir  ki,  cinayətkar  şəbəkə  kifayət  qədər  imkanlı olan  adamların  qazandığı  pulu  tutub  əllərindən  alır.Yazıda  teztez  prodüser  Ələddinin  adının  çəkilməsi  məhz  onun  cinayətkar  şəbəkə  ilə  pul  məsələrində  vasitəçi  olduğunu,  Mahirə teztez  çox  saylı  zənglər  edərək  şərtləri  xatırlatdığını  göstərir,həmdə  Mətanət  kimi  bir  cinaytətkar  şəbəkə  üçün  dəyərli  olan  üzvü  kölgədə  saxlanılmasında  və  onun  güya  bu     prosesdə  zərərçəkmiş  kimi  Mahirə təqdim  olunmasında  mühüm  roloynayır. 

Mətanətin  cinayətkar   “qrupun  üzvü”   olmasından  qətiyyən  şübhələnməyən  Mahir  bütün  əsəbini   Ələddinə  tökməyə  məhkumdur,  o  ondan  tələb  olunan  pulun  bir  hissəsini  tapıb,  həmin  günü  cinayətkar  dəstəyə   verərək  Mətanəti  san  ki,  cinayətkarların  əlindən  qurtarmağa  çalışır.  İçtimayətə  təqdim  olunan  videolardan birində  Əli  Zəngilanski  təsadüfi  söyləmir   ki,  Mahirin   avtomaşınından  külli  miqdarda  pul  götürülüb.

Mətanətin  evində  olan  son  mübahisədə  bütün  kartlar  açılır  və  tələb  olunan  pulun  hamısı  gətirilmədiyindən  Mahir  oğurlanır.  Bundan  sonra  cinayətkar  qrup  Mətanəti  qorumağa  başlayır.  Mətanətin  evinin  qarşısına  polis  mühafizəsi  qoyulur,  onun  Hacı  Məmmədovla  olan  əlaqələri  ciddi-cəhdlə  ört-basdır  edilməyə  çalışılır . Bəzi  KİV-də,  xüsusi  ilə  televiziya   kanallarında  incəsənət  adamı,  gözəl  ailə  başçısı  və  nəhayət  nəvələrini  sevən  nənə   obrazı  qeyri  peşakarcasına  canlandırılır.

3.ZƏRƏRÇƏKMİŞİ  MÜDAFİƏ  ETMƏYƏ  ÇALIŞAN  HƏR   BİR  KƏS   TƏZYİQLƏRƏ  MƏRUZ  QALIR

 Mahir  Abdullayebvin  oğurlanması   mürəkkəblik  səviyyəsinə  görə    insan  oğurluğunda  presedenti  olmayan,  orijinallığına   görə  oxşarı    mümkünsüz    cinayətə  bərabər  bir  məsələ  olan  bu  cinayətin  strateji  planının  və  onu  planlaşdıranların  kimliyinin  müəyyənləşdirilməsi  işinin  qeyri-mümkün  hala  gətirilməsinə  xidmət  etməsinə  baxmayaraq,  zaman  və  məkan  baxımından  sonuncunun  yerinə  yetirilməsinin  o  qədər  də  asan  olmaması  son   nəticədə  bu  qəbilədən  olan  cinayətlərin  taktiki  məqsədlərinin  və  onların  həyata  keçirilməsinin  metod  və  üsullarının  qeyd  olunan  idarəedicilərin  arzusundan  asılı  olmayaraq  əhəmiyyətli  dərəcədə  açılmasına  gətirib  çıxardı.  Belə  ki,  hamıya  əyan  oldu  ki,  vətandaşını  qorumalı   olan  Azərbaycan  xüsusi  xidmət  orqanlarında  müəyyən  cəza  dəstələri  mövcuddur,  onlar  hansı  strateji  məqsədlər   üçün  fəaliyyət  göstərdikləri  bəlli  olmasa  da,  taktiki  baxımdan  dövlətin  kriminal  aləmlə  çulqalaşmış  gücündən  istifadə  edərək   vətandaşlara  təzyiq  göstərmək  yolu  ilə  onların  maddi  vəsaitlərinin  əlindən  alınmasına  və  mənəvi,  bəzən  isə  hətta  fiziki  məhrumiyyətlərə  məruz  qalmalarına  xidmət  edirlər.  Belə  fəaliyyətin  lüğətlərdə  reket   kimi  tərifləndirilməsi  və  bu  dəstələrdə  yüksək  dövlət  vəzifələri  tutan  adamların  mövcudluğu  və  bir  çox  hallarda  onlara  rəhbərlik  etməsi  bu  olayları  dövlət   reketi  kimi  dəyərləndirməyə  imkan  verir.  Bu  fəaliyyət  əsasən  iki  istiqamətə  yönəlir ;

1.imkanlı(bəzən  isə  imkan  düzgün  qiymətləndirilmir  də)  vətandaşların  müxtəlif  hədə-qorxu,  şantaj  yolu  ilə  maddi  vəsaitlərinin   əlindən   alınması  .

2.Cinayətkar  dəstənin  fəaliyyətindən    xəbərdar  olanların   aradan  götürülməsi.

Hacı  Məmmədovun  ifadələrindən  və  müğənni  Mətanətin  fəaliyyətindən  göründüyü  kimi  insanaların  oğurlanması  və  onlardan  külli  miqdarda  pulun  tələb  olunması  bu   işdə  ən  asan və  ən  az  intelektual  fəaliyyət  tələb  edən  metodlardan  biridir.  Lakin  proses  boyu  Hacı  Məmmədovun  yaxınları  oğurlanmış  zərərçəkmişlərə  müəyyən  mətbu  orqanlar  vasitəsilə  də  təzyiq  göstərdikləri  bəlli  olmuşdur.Həmin   mətbu  orqnlar  vasitəsi  ilə  vaxtaşırı  hadisə  haqqında  məlumat  verilir,  hadisədən  keçən  vaxtın  nə   qədər  olduğu  barədə  materialların  xüsusi  xidmət  orqanlarının  əməkdaşlarıının  cinayəti  açmaq  istiqamətində  işləyərək   bunu    edə  bilməməsi  haqqında  intervyuların,  oğurlanmış  adam  və  onun  yaxınları  haqqında  təhqiqredici  və  rusvayedici  məlumatların  təqdim  olunması  zərərçəkmişə  mənəvi  təzyiqlərin  həjyata  keçirilməsində  mətbuatdan  istifadənin  müxtəlif  və  dəhşətli  metodlarından  yalnız  bəzilərindəndir.  Bu  içtimayyətin  həmin  itkin  düşmə  kimi  təqdim  olunan   oğurluq  hadisəsini  alqışlamağa  və  onu  törədənləri  düzgün  hərəkət  edən  adamlar  kimi  dəyərləndirilməsinə,  bir  növ  zərərçəkmişi  döyüş  meydanında  təkləməyə,   ona  bütün  tərəflərdən  zərbələrin  vurulmasına  və  cəmiyyətin  etirazlarının  söndürülməsinə,  cinayətin  açılmasındakı  rolunun  passivliyinə  yönəlik  düşünülmüş  bir  piar  aksiya  kimi  qiymətləndirilə  bilər.  Bu  mətbu  orqanlar  adam  oğrularına xidmət  etməklə  nəin  ki,  cinayətdən  əıldə  olunmuş  çirkin  vəsaitdən  öz   payını  götürür,  həmçinin  içtimayyətin  diqqətini  özünə  cəlb  edən  bu  tip    məsələlərə  toxunmaqla  öz  sosial  bazasını  genişləndirir  və  bunun  üçün  cinayətkarlara  satılmış,  lakin  əhali  arasında  yüksək  tanınmaqlıq  reytinqə  malik  cəmiyyətin  mənəviyyatına  təsir  edə  və  yönləndirə  biləcək  adamlar   haqqında  ekslyuziv  materialların  verilməsinə  cinayətkar  qrupun  razılığını  ala  bilirlər.  Həmçinin  bu  qəbilədən  olan  mətbu  orqanlar  öz  həqiqətə  uyğun  olmayan  məlumatları  əsasında  da  zərərçəkmişlərə  təzyiq  göstərə  və  öz  paylarını  ala   bilirlər..  Çün  ki,  belə  bir  ağır  vəziyyətdə  zərərçəkmişin  demək   olar  ki,  heç  bir  müdafiə  imkanları  olmur,  yalnız  bütün  vasitələr  oğurlanmış  adamın  tapılmasına  və  döyüş   meydanında  təklənmədən  qaçmağa  yönəldilir.

Misal  üçün   Ramiz Zeynalovun “ Təzadlar”    qəzetinin  14 (1751)   07  fevral  2013-cü  il  tarixli sayında  “ Tanınmış  vəkildən  həyəcan  təbili “  başlıqlı müsahibəsi dərc olunub. Qəzetin  Səbuhi  adlı  əməkdaşı  tərəfindən götürülən bu müsahibədə  həqiqətə  uyğun  olmayan  və  MAHMK-nin  sədri  Azad  Mursaliyevin  şərəf  və  ləyaqətini  ləkələyən,  böhtan  xarakterli  məlumatlar  yayılmışdır.  Belə  ki,  qeyd  olunan  yazıda  R.Zeynalovun  aşağıdakı  yalan  məlumatları  bilavasitə  komitə  sədrinin  şərəf  və  ləyaqətini  ləkələməklə  böhtan  xarakteri  daşıyır:

“Bəziləriniz      parisli  elm  “vunderkindindən”   aldığınız  pul  hesabına  ümumiətlə,  bu  işdə  vəkil,  rəsmi  elan  edilmiş  sözçü,  “Parisli  dayı”    tərəfindən  tutdurularaq  cəza  çəkmiş  və hal

hazırda  özünün  onun  nümayəndəsi  kimi  təqdim  edən,  ölkədən  qaçmağa  cəhd  etdiyinə,  bunun  qarşısı  alındığına  və  digər  səbəblərə  görə  Mahirin  öldürülməsində  şübhəli  şəxs  hesab  etdiyim  bacı  oğlundan  fərqli  olaraq,  hiyləgərcəsinə  xidmətinin  istiqamətini  gizlətməklə  gündəmdə  qalmaq  xəstəliyindən  hələ  də  azad  olmamısınız”.

“Əgər  sən  qardaşını  belə  sevirdinsə,  nə  üçün  pula  görə  onu  öldürür,  digər  qardaşlarını  və  bacın  oğlunu,  sair  qohumlarını  da  bu  işə  cəlb  edirdin?”

Hamımıza məlumdur ki,Azad  Mursaliyevin  doğma  dayısı   Azərbaycan Respublikası Milli TəhlükəsizlikNazirliyinin  zabiti  Abdullayev  Mahir  İslam  oğlu  13  oktyabr  2003cü  ildə  naməlum  şəraitdə  oğurlanmışdır.MahirAbdullayevin oğurlanması  (öldürülməsi)  faktına  görə  Hazırda  Azərbaycan  Respublikası  BşProkurorluğuyanında  105157  saylı  cinayət  işi  istintaq  olunur  və  hələlik  təqsirləndirilən şəxs  qismində  cəlb  edilməli  olan  şəxs  müəyyən  edilməmişdir.Ramiz  Zeynalov  qərəzli  və  yalan  olaraq  A.Mursaliyevi  öz  doğma  dayısına  qarşı  xüsusilə  ağır  cinayət  əməlini  törətməkdə  ittiham  edir.  Ramiz  Zeynalovun yalan  məlumatlarından belə  çıxır  ki,  güya  Mahir  Abdullayev  bacısı oğlu  tərəfindən  öldürülmüş   və  buna  görə  də  o   ölkədən  qaçmağa  cəhd  edib. Ramiz  Zeynalovun  kütləvi  informasiya  vasitəsində  yayılan  bu  cür  hüquqa  zidd,  məsuliyyətsiz  məlumatları  A.Mursaliyevin  şərəf  və  ləyaqətimi  ləkələməklə  və  böhtan  xarakteri  daşımaqla  onsuzda  M.Abdullayevin  müəmmalı  şəraitdə  yoxa  çıxmasından  sarsılmış  onun  ailəsinə  və  yaxın  qohumlarına  mənəvi  cəhətdən  daha  bir  sarsıdıcı  zərbə  vurmuş,  o  cümlədən  bacısı  oğlunu  mənəvi  sarsıntı  və  iztirablara  məruz  qoymuşdur. Göründüyü  kimi,  Ramiz  Zeynalov  yalan  olduğunu  bilə – bilə,  Azadın  şərəf  və  ləyaqətimi  ləkələyən  və  onu  xüsusilə  ağır  cinayətdə  ittiham  etməklə  bağlı  məlumatları  kütləvi  informasiya  vasitəsində  yaymaqla  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  147.2-ci  maddəsində  nəzərdə  tutulmuş  əmələ yol vermişdir. Yuxarıda  göstərilənlərə  və  Azərbaycan  Respublikası  CPM-nin  37.2,  67.3  və  74.1-ci  maddələrinə  əsasən  29.03.2013-cü  il  tarixində   A.Mursaliyev  tərəfindən  Bakı  şəhəri,  Yasamal  rayon  Məhkəməsinə  xüsusi  ittiham  qaydasında   Ramiz  Zeynalovdan   şikayət  edilərək,  xahiş  olunmuşdur  ki,  Azərbaycan  respublikasının  Vəkillər  Kollegiyasının  üzvü  Zeynalov  Ramiz  Yusif  oğlunu  Azərbaycan  Respublikası  CM-nin  147.2-ci  maddəsi  ilə  cinayət  məsüliyyətinə  cəlb  edilsin. Yasamal  Rayon  Məhkəməsində   hakim  İlahə  Abbasovanın  sədrliyi  ilə  keçirilən  bir  hazırlıq iclası  və  iki  məhkəmə  prosesi  zamanı  cavabdeh  tərəfi  kütləvi  informasiya  vasitələrində  A.Mursaliyevə  qarşı  irəli  sürdüyü  əsassız  ittihamlara  dair  heç  bir  sübut  gətirə  bilmədiyi  halda,  bütöv  məhkəmə  prosesi  zamanı  heçnədən  çəkinmədən  məhkəmə  baxışına  aidiyyatı  olman  məsələlərə  toxunur, eyni  zamanda ittiham  tərəfini  yeni,  həqiqətə  uyğun  olmayan  aşağılayıçı  ittihamlarla  alçaltmağa  çalışır.  Misal  üçün  Ramiz  Zeynalov   komitə   sədri  tərəfindən  irəli  sürülmüş   konkret  ittihamlara  (sübut  etsin  ki,  Mahir  Abdullayevi  Azad  öldürüb)  cavab  verməkdən  boyun  qaçıraraq  bildirir  ki,  Azadın  hansısa  qadın  qohumu onun  tərəfimdən  tutdurulmuş  və  hal  hazırda hansısa  cəza  çəkmə müəssisələrinin  birində  məhkumluğunu  çəkir.  Əlbəttə  ki,  onun   bu  əsassız  ittihamına  da  etiraz  edilərək,  bildirilmişdir  ki, istər  indi,  istərsə də  bundan  öncə  A.Mursaliyevin  qohum əqrəbəsi arasında  heç  bir  qadın  cinayət  məsuliyyətinə  cəlb  olunmayıb.  Bu  cəfəngiyatdır,  Ramiz  Zeynalov  tərəfindən  irəli  sürülmüş  yeni  bir  iftiradır. Sonuncu dəfə may ayının 3-də  keçirilən  məhkəmə   prosesini   Azadın  və  Azadın  hüquqlarımı  müdafiə  edən  vəkil  Adil İsmayılovun  qələbəsi  kimi  qiymətləndirilə  bilər.  Belə  ki,  birinci  məhkəmə  baxışı  zamanı  Ramiz  Zeynalov  kütləvi  informasiya   vasitələrində  müsahibə  şəkilində  söylədiyi  cəfəngiyat xarakterli  fikirlərin  müəllifi  kimi  şəxsən  özünü  təqdim  edirdisə,  ikinci  məhkəmə  baxışı  zamanı  Ramiz  Zeynalov  söylənilən  fikirlərin  müəllifi  kimi  şəxsən  özünü  deyil,  hal  hazırda  barəsində  həbs  qəti  imkan  tədbiri  seçilmiş  A.Kazımovu  göstərmişdir. Güya  həmin  məlumatları  A. Kazımov naməlum  şəraitdə  oğurlanmış  M.Abdullayevin  qardaşı  professor  E.Abdullayevdən  eşidib. Bu isə qəsdən planlaşdırılmış bir situasiyadır ki, konkret ittiham ünvanını hədəfdən yayındırıb hüquqi boşluq yaratsınlar və zərbə istiqamətini zərərçəkmişə qarşı yönəltsinlər. Çünki,  A.Mursaliyev  ittiham  tərəfi olaraq Arzu Kazımovun məsələ ilə bağlı məhkəmədə ifadəsinin alınmasını istəmişdir. Amma məhkəmə A.Kazımovun o  zaman  istintaq  altında  olmasını əsas gətirərək onun  prosesdə  iştirak  etməsi haqda qərar vermədi. Demək, Ramiz Zeynalov sözlərini geri götürərək bu iftiranı, Arzu Kazımovdan eşitdiyini, Kazımova isə guya E.Abdullayevin dediyini bildirir. Arzu Kazımovu məhkəməyə gətirmək mümkün deyilsə bu halda     Abdullayev  Elşad  İslam  oğlu hədəfə gəlir. Bu yalan və iftira əsasında qabaqcadan düşünülmüş bir oyundur. Ramiz Zeynalov A.Mursaliyevin guya   dayısı  Mahir Abdullayevin öldürülməsində iştirakı  haqda məlumatların istintaq sirri olduğunu əsas gətirərək susur. Halbu ki, istintaq sirrinin məhkəmədən gizlədilməsi heç bir məntiqə sığmır və gülünc görünür. Həmçinin “istintaq sirri ” deyə məhkəməyə danışmaq istəmədiyi məsələləri özünü vəkil adlandıran şəxs mətbuata danışıb tirajlamaqla hüquqi savadsızlığını ortaya qoymuş olur. Əgər Ramiz Zeynalov doğurdanda mühüm məlumata və faktlara malikdirsə niyə bu vaxtadək istintaq ondan Mahir Abdullayevin oğurlanması ilə bağlı ifadə almamışdır? Əgər ifadə alınıbsa və bu ictimaiyyətə açıqlanmırsa o halda R.Zeynalov eyni məsələ ilə bağlı prosesdə necə vəkillik edə bilər? Axı qanun buna yol vermir. Belə suallar çoxdur, amma bunlara 10 ildir ki heç kim cavab vermir.

 Başqa sözlə, faktik olaraq mətbuatda komitə  sədrini   ağır cinayətdə suçlayan və əlində heç bir əsas olmayan Ramiz Zeynalov prosesi Elşad Abdullayevə və bacısı  oğluna  qarşı yönəltmək istəyir və belə çıxır ki, müəyyən hüquq mühafizə orqanları da bu işə yardımçı olur…-

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-ci il, 244 səhifə, Tam mətin-19.08.2013

Bəylər Eyyubovun adının keçdiyi cinayət işiləri
https://youtu.be/Q1t5DyyUoNk
Azərbaycan 34 min avrodan çox təzminat ödəyəcək-12.10.2023

https://www.azadliq.org/a/avropa-mehkemesi-qerar/32634494.html?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2Tsk8vd8hhbAvntfJkf2fYXf4U2gIbHKI9P00KMbKqU6_bWEi4xlUcKnI_aem_ATBLr-esUsmbnDK6CxlzTfVdHz0vku3P4d1Rj-qmkwZvuyj7oajPxopSEyJU6hfEIHWbW-QNJPv4wf7EzoscF8rc

 FemidaInfo

 

 

 

 

Bir şərh yazın


Son yazılar

Femidaİnfo
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930