Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – lV bölüm, Ardı var…

Videolentlərdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə universitetin komendantı vəzifəsində işləyən Məmmədəli Əliyevin danışıqları əks olunub. M. Əliyev o zaman Milli Təhlükəsizlik Nzirinin müavini olan Əli Nagıyevlə görüşdüyünü bildirir. Eyni zamanda qeyd edir ki, istintaqa ifadə verib və müğənni Mətanət İsgəndərli ilə üzləşdirilib. M. Əliyev həmçinin qeyd edir ki, MTN generalı Hilal Əsədovla Ə.Nagıyevin otağında görüşüb.

Komitədən “Azadlıq.TV”-yə verilən məlumata görə, M.Əliyevin bir müddət əvvəl verdiyi bəyanat həqiqəti əks etdirmir. M. Əliyev həmin bəyanatı Mahir Abdullayevi oğurlayan dəstənin təzyiqi ilə verib.

videolentdə hazırda həbsdə olan iş adamı Arzu Kazımovun qaynı Hüseyn Səfərovla Elşad Abdullayevin söhbəti əks olunub. E. Abdullayev H. Səfərova bildirir ki, A. Kazımov Mahir Abdullayevi qaytarmaq üçün ondan üst-üstə 3 milyon manat alıb. E. Abdullayev H. Səfərovdan xahiş edir ki ona yardımçı olsun.

Mahir Abdullayevin Hüuqlarının Müdafiə Komitəsi bildirir ki, son zamanlar A. Kazımov ictimaiyyəti və istintaqı  yayındırmaq məqsədi ilə həqiqətə uyğun olmayan məlumatlar yayır. Komitənin yetkililəri hesab edir ki, yeni videolent  A.Kazımovun cinayətini sübut edən çoxsaylı faktlardan biridir.

———————————————————————-

Mahir Abdullayev MTN-də Əhmədov İsgəndər İsfəndiyar oğlu adı ilə saxlanılıb…

Videolentdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və Eldəniz Abdullayelə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı İlqar Abbasovun söhbəti əksini tapıb. MTN zabiti İ. Abbasov E. Abdullayevə bildirir ki, Mahir Abdullayevlə MTN-nin klinikasında görüşüb. İ. Abbasov eyni zamanda qeyd edir ki, M. Abdullayev Daxili İşlər Nazirliyi tərəfindən  Müsavat Partiyası ilə əlaqələrdə günahlandırılaraq həbs edilib: “MTN-nin müzeyinə  Mahirin kitabını aparmışdım. Mənə irad bildirdilər ki, dövlət əleyhinə kitabdır, töhmət verdilər. Dedim acıb oxuyun. Heydər Əliyevdən yazıb. Müsavatçı nəyə görə Heydər Əliyevdən yazmalıdır? İsa Qəmbərdən yazardıda. Bu gün töhməti götürdülər üstümdən”. MTN əməkdaşı daha sonra qeyd edir ki, seçkilərdə hakimiyyətin istədiyi şəxs prezident seçilib: “Mən rəisə dedim ki, bunların istədiyi adam prezident oldu da, İsa Qəmbər olmadı ki.  Yaxşı olardı ki, hakimiyyətin atadan oğula keçməsi qanuniləşərdi. Şahlıq dövründə olduğu kimi. Bizi də keçmiş zamanlara aparardılar ”. İ. Abbasov sonra bildirir ki, Eldar Mahmudov M. Abdullayevi azad etmək istəyir. Lakin azad etməkdən ötrü M. Abdullayevin günahsız olması sübuta yetirilməlidir.

İlgar Abbasov vurğulayır ki, Mahir Abdullayevin səhhəti yaxşıdır və MTN-nin klinikasında rəsmi qeydiyyata alınıb. E. Abdullayev MTN əməkdaşından soruşur ki, M. Abdullayev klinikaya  öz adı ilə qeydə alınıb? İ. Abbasov öz növbəsində bildirir ki, M. Abdullayev klinikaya Əhmədov İskəndər İsfəndiyar oğlu kimi qeydiyyata götürülüb. İ. Abbasov həmçinin bildirir ki, M. Abdullayevlə ombusman Elmira Süleymanovada daxil olmaqla bir sıra deputatlarda görüşüb.

Videolentlərdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə universitetin komendantı vəzifəsində işləyən Məmmədəli Əliyevin danışıqları əks olunub. Komitədən “Azadlıq.TV”-yə verilən məlumata M. Əliyev Azərbaycan hakimiyyətində təmsil edilən yüksək vəzifəli şəxsin yaxın qohumudur. M. Əliyev E. Abdullayevlə həmin məmurun arasında vasitəçilik edib. Komitədən verilən məlumata görə, yüksək vəzifə tutan məmurun adı yaxın günlərdə açıqlanacaq.

 Videolentdə tanınmış iş adamı Əli Zəngilanski ilə Elşad Abdullayevin söhbəti qeydə alınıb. İş adamı M.Abdullayevin fövqəladə hallar naziri Kamaləddin Heydərovun sifarişi ilə sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov tərəfindən həbs edildiyini bildirir. Ə. Zəngilanskı iddia edir ki, M. Abdullayevi Milli Təhlükəsizlik Nazirliyinin Nizami Rayon Şöbəsində görüb. Ə. Zəngilanskinin sözlərinə görə, M. Abdullayevin səhhətində problemlər var və o müalicə olunduqdan sonra buraxılacaq. Ə. Zəngilanskı bildirir ki, yeni mili təhlükəsizlik naziri Eldar Mahmudov M. Abdullayevin sərbəst buraxılması barədə göstəriş verib.

————————————————————————————

 Videolentdə iş adamı Arzu Kazımovun qaynı Hüseyin Səfərovla Elşad Abdullayev arasında olan danışıq öz əksini tapıb. Söhbət zamanı E. Abdullayev H. Səfərovdan xahiş edirki, qardaşı Mahir Abdullayevi azad etmək üçün A.Kazımova verdiyi pulu geri qaytarılmasında yardımçı olsun. Yaxud M. Abdullayevin azad edilməsini təşkil etsinlər.

Mahir Abdullayevin ogurlanması cinayətinin əsas fiqurantı deputat Gülər Əhmədova (MTN-də İtkin Düşmüş Adamların işi üzrə Komissiyasının sədrinin müavini, sədr MTNaziri Eldar Mahmudov…

————————————————————————————

 Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədova ilə danışığının tam videoyazısını göndərib. Xatırladaq ki, Gülər Əhmədova və onun vəkilləri E. Abdullayevi videoyazını tam şəkildə verməməkdə ittiham edirdilər.

————————————————————————————

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi “Azadlıq.TV”-yə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə Reket “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli arasında olan telefon danışığının lent yazısını təqdim edib. Elçin Məmmədli telefon danışığında dəfələrlə Elşad Abdullayevə bildirir ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilidə 13 oktyabr 2003-ci ildə oğurlanmış Mahir İslam oğlu Abdullayev barəsində faktlar və sənədlər var. Elçin Məmmədli təkidlə həmin sənəd və faktları Elşad Abdullayevə vermək və onunla görüşmək istədiyini bildirir. Söhbət əsnasında E. Məmmədli qeyd edir ki, Asif Mərzili “Təzadlar” qəzetini Elşad Abdullayevin ixtiyarına vermək istəyir. Lakin Elşad Abdullayev bu təklifdən imtina edir. Elçin Məmmədli həmçinin bildirir ki, Elşad Abdullayevin vurulmasında hakimiyyətdə təmsil olunan yüksək vəzifəli məmurların da marağı var.

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq. TV”-yə verilən məlumata görə, Reket jurnalist Asif Mərzili və Elçin Məmmədli Mahir Abdullayevin oğurlanması ilə bağlı Baş Prokurorluqda aparılan istintaqa cəlb edilməlidir.

Komitə aşağıda qoyulan suallara cavab verilməsini tələb edir.

  1. Reket jurnalist Asif Mərzilli və Elçin Məmmədli hansı məqsədlə ElşadAbdullayevlə görüşmək istəyirdilər?
  2. Həmin şəxslərdə Mahir Abdullayevin oğurlanması ilə bağlı hansı sənədlər və faktlar mövcuddur?
  3. Elçin Məmmədlinin qeyd etdiyi sənəd və faktlar hansı səbəblər üzündən bu günə qədər prokurorluğa və ictimaiyyətə təqdim edilməyib?
  4. Qeyd edilən sənəd və faktların bu günə qədər prokurorluğa və ictimaiyyətə təqdim edilməməsi cinayətin ört-basdır edilməsinə xidmət etmirmi?
  5. Elşad Abdullayevin vurulmasında maraqlı olan qüvvələr kimlərdir?
  6. Qəzetinin səhifələrində Elşad Abdullayev və onun yaxın ətrafı barəsində coxsaylı yoxlanılmamış məqalələrin dərc etdiyi halda hansı səbəblərdən yuxarıda qeyd edilən sənəd və faktlar bu günə qədər “Təzadlar” qəzetində dərc edilməmişdir?
  7. Baş Prokurorluğun və Mahir Abdullayevin Prokurorlugun MİK-in sədri Emar Camalovun qeyd edilən sənəd və faktlardan məlumatı varmı?

————————————————————————————

 Təqdim edilən videoda maraqlı məqamlar yer alıb. E. Abdullayevin kabinetində çəkilən videoda, E. Abdullayevin özü, qardaşı Elsəvər Abdullayev, prezidentin mühafizə xidmətinin əməkdaşları olduğu bildirilən, Babaşov Natiq Cabbar oğlu, və soyadının dəqiqləşdirilməsi mümkün olmayan Sahib (videoda Sahibə Seyid deyilərək müraciət edilir) arasında Mahir Abdullayevin azad edilməsi barədə söhbət gedir. Aparılan danışıqdan məlum olur ki, M. Abdullayev Azərbaycanda saxlanılır. Lakin M. Abdullayevi oğurlayan dəstənin rəhbərliyi Rusiya Federasiyasının Piterburuq şəhərində olur. Natiq Babaşov bir dəfə Piterburuqa səfər edib və növbəti dəfə səfərə getməsi planlaşdırılır.

Videonun 5-ci bölümündə Natiq Babaşovun Rusiyaya səfərə göndərilməsinin detalları dəqiqləşdirilir.

————————————————————————————

Bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin oğurlanmış qardaşı Mahir Abdullayevlə bağlı yeni video “Azadlıq. TV” –yə təqdim edilib. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən “Azadlıq. TV” –yə 29. Mahir Abdullayevi oğurlayan şəxsin adı acıqlanır .

————————————————————————————

Təqdim edilən videoda maraqlı məqamlar yer alıb. Elşad Abdullayevin kabinetində çəkilən videoda, E. Abdullayevin özü, qardaşı Elsəvər Abdullayev, prezidentin mühafizə xidmətinin əməkdaşları olduğu bildirilən, Babaşov Natiq Cabbar oğlu, və soyadının dəqiqləşdirilməsi mümkün olmayan Sahib (videoda Sahibə Seyid deyilərək müraciət edilir) arasında Mahir Abdullayevin azad edilməsi barədə söhbət gedir. Aparılan danışıqdan məlum olur ki, M. Abdullayev Azərbaycanda saxlanılır. Lakin M. Abdullayevi oğurlayan dəstənin rəhbərliyi Rusiya Federasiyasının Piterburuq şəhərində olur. Natiq Babaşov bir dəfə Piterburuqa səfər edib və növbəti dəfə səfərə getməsi planlaşdırılır.

“Azadlıq. TV” –yə təqdim edilən videonun 3-cü və 4-cü hissələrində Mahir Abdulayevin onu saxlayan şəxslər arasındakı davadan söhbət gedir. Eyni zamanda M. Abdullayevin səhhəti barədə Elşad və Elsəvər Abdullayevlərə məlumat verilir. Daha sonra M. Abdullayevin bir-başa oğurlanmasında iştirak edən şəxsin kimliyi acıqlanır. Bu şəxsin M. Abdullayevin tələbəlik dostu, Cəfərov Qulu Əli oğlu olduğu söylənilir. Qeyd edək ki, Q. Cəfərovun Gürcüstan respublkasının Marneuli rayonu Saral kəndindən olduğu bildirilir. “Azadlıq. TV” –yə verilən məlumata görə, Q. Cəfərov adı bir sıra qalmaqalarda keçən Milli Təhlükəsizlik Nazirlıyinin yüksək rütbəli zabiti Akif Çovdarovun yaxın qohumu olduğu bildirilib.  Söhbətə iştirak edən Natiq Babaşov Qulu Cəfərovun “TT” markalı silahla gəzdiyini bildirir.  Natiq Babaşov daha sonra M. Abdullayev oğurlandıqdan sonra, 2 ay Bakıda saxlandığını, daha sonra, Rusiya Federasiyasının Nevnominski  şəhərində 2 ay saxlanıldıqdan sonra geriyə Azərbaycana qaytarıldığını söyləyir.

————————————————————————————

Əvvəli “Azadlıq. tv”-nin  1 aprel buraxılışında

http://azadliqnews.tv/video/2618-mahir-abdullayev-bard-yeni-video-.html

Təqdim edilən videoda maraqlı məqamlar yer alıb. Elşad Abdullayevin kabinetində çəkilən videoda, E. Abdullayevin özü, qardaşı Elsəvər Abdullayev, Prezidentin mühafizə xidmətinin əməkdaşları olduğu bildirilən, Babaşov Natiq Cabbar oğlu, və soyadının dəqiqləşdirilməsi mümkün olmayan Sahib (videoda Sahibə Seyid deyilərək müraciət edilir) arasında Mahir Abdullayevin azad edilməsi barədə söhbət gedir. Aparılan danışıqdan məlum olur ki, M. Abdullayev Azərbaycanda saxlanılır. Lakin M. Abdullayevi oğurlayan dəstənin rəhbərliyi Rusiya Federasiyasının Piterburuq şəhərində olur. Natiq Babaşov bir dəfə Piterburuqa səfər edib və növbəti dəfə səfərə getməsi planlaşdırılır

Elşad Abdullayev – Bu faciədir gəlib başımıza bunun çıxış yolunu tapmalıyıq. Sən ağıllı adamsan, Şitilnist kimi bir şeysən. Bunun çıxış yolunu tapmalısan Şitilnist.  16 gündür heç nə yoxdur ortalıqda.

Seyid-  Bax  burda (əlini kağızın üzərinə qoyur) göz var burda. Allah sirri idi.  Bizim üçün qaranlıq bir şey idi. Mən haradan bilirdim?   Bir qardaş kimi düzünü danışmaq lazımdır. Mən haradan bilirdim ki, Qulu (Qulu Cəfərov Mahir Abdullayevin tələbəlik dostu, MTN polkovniki Akif Çovdar ovun yaxın qohumu olduğu bildirilir) kimdi? Düzünü danışaq. Əgər bu söhbət yoxdursa, bu reallıq yoxdursa, bunların əlində deyilsə (M. Abdullayev nəzərdə tutulur) biz bunları haradan bilirik?

Elşad Abdullayev – Bax indiki vəziyyətdə nə edək? Gedirik şəkilimizə qol çəkmir. Gedirik telefonumuza cavab vermir. Nə edək yolunu göstərin.

Seyid- Bəlkə 1 vərəq kağız yazasan.

Elşad Abdullayev – Nə yazım kağıza?

Seyid – Mahir adam ol. Elə belə.  Bizimlə danış.  Ailə uşaq hamı narahatdır səndən ötrü. Belə bir cümlə yaz ağsaqqalın sözünü yerə salma.  Bu işlə məşğul olan şəxs hörmətli yoldaşdır. Hamımız səndən ötrü narahatıq.  Bir kəlmə ilə nə məktubumuza cavab ver, nə də telefonumuza. Versinlər içəri. İnsandı bəlkə vicdanı oyandı.

E. A – Ağılabatan şeydi.

Seyid – Vallah da. Bir balaca kağızdır. Qızıl deyil, brilyant deyil. Yaz ki, Mahir bizi narahat eləmə. Uşaq əldən gedir. Bax belə. Ağsaqqalın sözü yerə düşməsin. Bizə cavab ver.

E. A – Vallah bu 18 yaşındakı qız zad deyil ki, məktublara cavab yazmasın.

Seyid- Belə tonla yazın. Yazın ki, Mahir bizə cavab ver. Bizə sənin səsin, imzan lazımdır.

N. B – Yazın üstünü də pecatlayın.

Seyid –  Yazın ki, cavab ver bizə.

E.A – Eldənizlə gedib cıxa bilməsiz ora?

N. B – Qurban olum sizə. Bir söz deyim. Bax siz bununla danışmasaz mənə inanmırsınız. Belədir də söhbət. Mən də istəyirəm ki, siz onunla danışasız. Sonra gedim rahat işimi görüm. Ondan sonra gəl tuta yaxamdan de ki, get gətir. Gətirməsəm əclafam. Hə.

E. A- Onda gəlin işi konkretləşdirək.

N. B – İş konkretləşib.

E. A. Onda gedin gətirin. Onda məsləhət ver biz nə edək?

N. B – Mən bədbəxt oğlu nə edim?

E. A – Nə təklif edirsən?

N. B – Siz mənə inanmırsınız.  Vallah mənə inanmırsınız. Bu inamsızlıqla mən heç nə edə bilmərəm.

E. A. Bəs biz nə edək? Sənin bu işdə təcrübən var. Sən de biz edək.

N. B – Siz onu (M. Abdullayev nəzərdə tutulur) yola gətirin. Elə edin ki, danışsın.

E. A – Apar məni onun yanına yola gətirim.

N.B – Elə şey deyirsiniz ki, alınmayan şeydir.

E. A- Onda alınan yolunu de.

EL. A – O mənim kiçik qardaşımdı. Ona bir söz deyərəm qaqaş Mahir danışar. Təşkil edə bilərsən?  Mən bilirəm onun dilini.

Seyid – Bəlkə bir kəlmə yazasan ki, kişi ol. Bizi başa düş.

E. A- Məktub gedə cavab gələ.

Seyid – Elşad müəllim maşında oturub vizz getdilər, oxrandı nədir ona verirlər. Oradan tapşırıq verirlər ki, çatdırın ona.

E. A- Sabah çıxın gedin sağ salamat qayıdın gəlin.

N. B – Allah haqqı ilişib qalmışam. Allah haqqı Şahin (Şahin soyadı məlum deyil. Əslən Cəlilabad rayonundan olduğu və kriminal aləmdə tanınmış şəxs sayıldığı bildirilir) bundan hirsləndi telefonu bağladı. Dedi söz sənindir.

E. A – Onda sən Şahinlə danış. Selektorla danışaq. Denən telefonu ver qardaşı ilə danışsın. Sahibin (Seyidi nəzərdə tutur) dediyi sözlərlə biz ona müraciət edək.

N. B – Danışsın da qurtaraq bu söhbəti. Mən ona demişəm ey, mən siz tərəfdənəm.

E. A – Onda Şahinlə danış indi.

N. B – Şahin dincəlir.

Otağa kimsə daxil olur. Söhbət kəsilir. Elsəvər Abdullayev Seyidin yerinə əyləşir.

E. Abdullayev qardaşı Elsəvər Abdulayevə xitabən bildirir ki, M. Abdulayevə məktub yazmaq lazımdır. Yenidən Mahirlə telefon danışığı məsələsi müzakirə edilir.

N. B – Mirbaba  (Mirbaba soyadı məlum deyil. Milliyyəti ləzgi, kriminal aləmdə nüfuzlu şəxs olduğu söylənilir )ilə danışdım. Mirbaba deyir ki, danışmır, vuraq onu?

E. A – Danışmamağının səbəbini deyir? Heç danışmır?

N. B – Susub danışmır. Özün səsini eşitmisən. Acıqlada.  Qardaş verdiyiniz nömrəni vermişəm. 627 65 91.

Seyid – Danışmırda.

EL. A- Bəlkə bizim telefonumuzu ora aparasız.

N. B – Mən o variantı demişəm onlara.

E. A – Elsəvərlə mən bu gün təzə nömrə götürmüşük. Verim o nömrələri.

Bir müddət telefonun Mahirə catırılması məsələsi müzakirə edilir.

EL. A- Qardaş bilirsiz nə var? Bizə onun səsi lazımdır. Heç nə də lazım deyil. Onun iki uşağı yoldaşı nə gündədirlər onlar. Kişinin başına iş gələr. Başımıza iş gəlib. Ona görə də qardaş bax gedək 2 dənə telefon al. 3 dənəsini al özünüz bilərsiniz. Öz kanallarınızla alarsız, özünüz bilərsiniz. Versinlər o telefonu ona. Biz həmin nömrələrlə ona zəng edək. Bəlkə bu işin öhdəsindən gəldik. Bəlkə bir kaset yazıb verək ona. Deyək a bala bizimlə danış.

Seyid – Kaset də olar. Bax belə iri hərflərlə yazın. Mahir bizimlə danış. Ailə uşaq hamı narahatdır. Və danışmamağın ağsaqqalımızı hörmətdən salır. Bax belə yazın.

Elsəvər  Abdullayev E. Abdullayevə xitabən- Ver mənə yekə kağız. Var səndə? Onun şəkili var?  Ver şəkilini arxasına yazım. Bir qol çəkim.

Mən onunla danışım. Özüdə mən danışacam onunla. Bir kəlmə söz soruşaçam. 16 ildir bu işlə məşğulam. Özüdə bir adama mərdimazarlıq etməmişəm. Bir kəlmə söz soruşacam ondan.  Görüm sağdır ordadır. Mən başqa şey istəmirəm. Ondan sonra görüşün.

Daha sonra E. Abdullayev qardaşı Elsəvər Abdullayevə Beynəlxalq Universitetin rəsmi blankını verir. Bildirir ki, blankın içində loqa var.

EL. A- Özü bilir bunu? Mənə bir dənə yekə şəkilini də ver. Niyə susur o?  Mənə cavab verəcək. Onu ən çox danlayan mən olmuşam.

Daha sonra,  Elsəvər Abdullayev M. Abdullayevə məktub yazır

——————————————————————————

Rektorun qardaşının oğurlanmasında MTN zabiti Akif Covdarovun qohumunun adı keçir.

Təqdim edilən videoda maraqlı məqamlar yer alıb. E. Abdullayevin kabinetində çəkilən videoda, E. Abdullayevin özü, qardaşı Elsəvər Abdullayev, prezidentin mühafizə xidmətinin əməkdaşları olduğu bildirilən, Babaşov Natiq Cabbar oğlu, və soyadının dəqiqləşdirilməsi mümkün olmayan Sahib (videoda Sahibə Seyid deyilərək müraciət edilir) arasında Mahir Abdullayevin azad edilməsi barədə söhbət gedir. Aparılan danışıqdan məlum olur ki, M. Abdullayev Azərbaycanda saxlanılır. Lakin M. Abdullayevi oğurlayan dəstənin rəhbərliyi Rusiya Federasiyasının Piterburuq şəhərində olur. Natiq Babaşov bir dəfə Piterburuqa səfər edib və növbəti dəfə səfərə getməsi planlaşdırılır. Mahir Abdullayevin Hüquqlarının müdafiə Komitəsi N. Babaşovun pasportunun və onun üçün Piterquruqa alınmış təyyarə biletlərinin sürətlərini təqdim ediblər. Söhbətin ilk 20 dəqiqəsini təqdim edirik. Eyni zamanda danışığın stenoqramı qısa ixtisarla dərc edirik.  Videonun davamı yaxın günlərdə təqdim ediləcək.

E.A. – Seyid yaxına oturda. Nə yaxşı ki, Seyid var. Seyidi görəndə adamın ürəyi açılır. Seyid nə var nə yox?

Seyid (adı Sahibdir, soyadını dəqiqləşdirmək mümkün olmadı) – Qardaş hər şey yaxşı. Bu adam (Mahir Abdullayevi nəzərdə tutur)  danışmırda.

E. A- Necə yəni danışmır?

Seyid – Vallah danışmırda. Yanına gedən də var çıxanda var. Danışmırda.

N. B – Nagaraq?  Danışmırda. Gərək vursunlar danışsın?

E. A – Niyə danışmır ey?

N.B – Oturun bir şeydən zadan yazın. Göndərək getsin.

Seyid- Nə bilim kimə küsüb bu? Nə umur bu? O gün düşüblər yanına deyiblər “Qardaş salam. Narahat olma”

E.A Natiqə xitabən-  Sən polad  kimi oğlansan. Bizə nə yazı lazımdır nə pozu.

B. N. – Bə nagayraq? Qardaş deyir ki,(Elsəvər Abdullayevə xitabən) səsini eşidək.

Elsəvər Abdullayev- Şəkil nə oldu bəs?

Seyid- Vermişikdə. Şəkil cibində. İmzalamır da vermir də. Tipdir  də.

N.B – Bərəkət  haqqı bu gündə söhbət oldu. Şahinlə danışdım (Şahin, soyadını dəqiqləşdirmək mümkün olmayıb. Əslən Cəlilabad rayonundadır. Kriminal aləmdə tanınmış şəxs olduğu söylənilir) . Şahin qoyub telefonu deyib danış. Danışmayıb. Deyib qardaş neyləyək? Bizim anamızı ağladırsan. Qoyub telefonu danışmayıb. Telefonu götürüb susub oturub. Nə ölçü götürək neyləyək? Sonra Şahin söndürüb telefonu. Deyib oturaq üzbəüz danışaq. Danışmayıb.

El. A. – Biz sizə inanırıq. Çox sağ olun. Şəkili vermisiz, danışdırmısız. Amma gəlin məsələni qutaraqda. Çıxaq da ola bilsin taim götürüb.

N. B-  Elsəvər müəllim, mən qorxub çəkinən oğlan deyiləm. İşin axırına qədər gedən oğlanam. Lazımdısa ölümədə gedərəm. Ölümdən qorxmuram. İşin axırına qədər.

El. A-  Sən mənimlə razılaş. Burda kimsə taym,  vaxt, zaman götürüb. Bu sizi qane edirsə. Gəl qol çəkib  (burada Mahirə yazılacaq məktubdan söhbət gedir) verim. Müəllim (Elşad Abdullayev nəzərdə tutulur) sənə inanırıq. İndi biz nə edək. Çağıraq kişini. Adamımızı versinlər çıxaq gedək. Biz sizə inanırıq. Heç buna da ehtiyac (Mahir Abdullayevə yazılacaq məktub nəzərdə tutulur) yoxdur.

Seyid-  Qardaş bunlar Piterə gediblər. Getməlidilər. Olubda. Bununla razılaşmalısınız.

EL. A –  Əgər o oğlan gözündə ocki gedirsə AZXİ-nin yanında baxırsa. Bu nağd söhbətdir. Əgər Piterə gedirsə nisyə söhbətdir. Şahin gedirsə, söhbət edirsə nağdı söhbətdir. Gəlsin desin. Nə var ki burda?

Arada pauza yaranır.

EL. A- Niyə danışmır? Görünür ki, bunlarla hesablaşır. Başa düşür ki, əlavə iş görmək istəyirlər, danışmır. Mən belə başa düşürəm. Yoxsa kim bu vəziyyətdə qabağına qoyulan telefonla danışmaz?

N.B- Danışmırda. Kim qardaşına bir kəlmə salam eleykum etməz?

Seyid- Siz sual verdiz mən cavab verim. Bu mafiya culbanlar. Komanda da onlardan gəlib. İşverənliyidə onlar edib. Bu onların (Burada söhbət, Mahir Abdullayevin tələbə yoldaşı, Gürcüstan SSR-nin Marneuli rayonu Saral kəndində anadan olan. Cəfərov Qulu Əli oğlundan gedir. Qulu Cəfərovun Milli Təhlükəsizlik Naziri Akif Covdarovun qohumu olduğu söylənilir ) peşkasıdır. Bu özbaşına gəlmir ki? Bunu göndərirlər. Deyirlər get danış. Bunun onlara obişaniyası var. Bilmirik nədir. Ya deyib mənim borcumu silin. Ola bilər. Uduşdurda.

E. A- Qardaş onun külli miqdarda borcu var. Hələ barmağı ilə basdığını deyirəm. 2002-ci ilin oktyabrından.

Seyid- Bunları başçısı Heydər Əliyevdən rüşvət istəməyib? Özüdə efirnən.

EL. A – Bu bizlik deyil. Gəlmisən dost kimi. Qardaş döyülsən ki? Biz beş qardaşıq. Biz qardaşımızı istəyirik. Varındı gətir. Yoxunuzdur daha nə edək? Burda sizi mühakimə etmirəm. Səhər gedin Mahiri götürün. İşi həll edək qutarsın getsin. Biz işverən deyilik. Bizə qardaşımız lazımdır. İş budur. Yoxsa belə getdi, elə getdi. Bunları qoyaq qırağa.

Daha sonra yenidən Mahir Abdullayevin danışmaması məsələsi müzakirə edilir.

Seyid – Eldəniz müəllim sizdə müəllimsiz, Elşad müəllimdir, məndə müəlliməm. Bu kişi (N. B nəzərdə tutulur) müəllim deyil. Bizim pisixoloqiyamızla siz deyənlərlə razıyam. Bunlar insanlıqdan kənar adamlardı. Bir adam ki, bu işi görə, çörək kəsdiyi adama. Qulu bilmirsə (Qulu Cəfərov nəzərdə tutulur) onun vəziyyətindən, halından necə sizinlə danışığa gələ bilər?

EL. A- Biz bilirik bunları. Bu adam danışmırsa nə edək?

Seyid – İndi gəldin mən deyənə. Bu adamlar gəlmir Azərbaycana. İndi bu adamı (N.B –ni göstərir) çağırıblar Piterə.

N. B- İndi mən getməyim Piterə?

Seyid- Getməsində? Mən bunu soruşuram.

E. A- İndi biz nə bilək sizin getdiyiniz iş realdır?

N. B- Bu qədər iş görülüb.

E. A. Onda Eldənizlə Şamo gedib görüşsün Mahirlə.

N. B – Bilmirəm bu işə qol qoyacaqlar ya yox?

E. A- Onda sən get görüş, video ilə çək gətir. Danışmırsan danışma Mahir. Ala videonu çəkib göndərdim.

Söhbətdə pauza yaranır.

El. A. – Danışda qardaş hansı variant desən olsun.

Seyid- Bizim danışığımızla onların ki, düz gəlmir.

N. B – Ortaq məxrəcə gəlmək lazım.

El. A. Şahin Mahirlə görüşə bilir?

N. B – Görürük ki, vəziyyətini bilir.

Seyid- Mirbaba yoxdur? O gedib gəlir Piterə. Oranı tənzimləyən Mirbabadır. Söz aparıb gətirən, yaxşı mənada yəni. Şəkilə imza atdıran, telefonu əlbəəl Mahirə verdirən. Xətti acdıran odur. Əmr verən odur. Bu saplyaklarda əməl edirlər.

El. A.- Şəklini gətirmisən? Qol cəkdirmisən? Deyirsəndə. Havadırda bu.

Seyid- Sizdə belə başa düşürsüz.

E. A- Daha nə etsin?

Daha sonra Mahirə yazılacaq məktub müzakirə olunur.

Ardı var…

Bir şərh yazın


Son yazılar

Femidaİnfo
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930