Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – Vl bölüm, Ardı var…

———————————————————————————————————-

Aparılan araşdırmalar göstərir ki, hakimiyyət Mahir Abdullayev cinayətinin açılmasında maraqlı deyil. Bunun çox sadə səbəbi var. Çünki bu cinayətin baş verməsində həyata keçirilməsində və bu günə qədər açılmamasında yer alan bir çox vəzifəli şəxslər hakimiyyətin yuxarı ranqında təmsil və himayə olunurlar. Bütün bunları söyləmək üçün kifayət qədər əsaslar var. Necə olur ki, on ilə yaxın bir muddətdə prokurorluq orqanları sırf M.Abdullayevin oğurlanması, hətta  prokurorluq orqanlarının töfsiv etdikləri öldurülmə faktı ilə heç kimi saxlamır, bu günə kimi istər zərərçəkmişə, istərsə də içtimayətə heç bir tutarlı məlumat vermir, cinayət işinin illərlə istintaqını aparan onlarla prokurorluq əməkdaşı heç bir nəticə əldə etmir, cinayətləri ört- bastır edən əməkdaşları ilə bağlı daxili xidməti araşdırmalar aparılmır, prokurorluq əməkdaşları töhmət belə almırlar, cəzalanmırlar, işdən qovulmurlar? Əksinə nə baş verir? Zərərçəkmişə və onun ailə üzvlərinə, qohumlarına, yaxınlarına qarşı saysız- hesabsız cinayət işləri açılır, zərərçəkmişin Mahirin qardaşı Elşad Abdullayevin rəhbərlik etdiyi universitet butun mövcud sivil qanunlara zidd olaraq bağlanılır, universitetetin rektoru ölkədən qaçaq salınır, özünun və ailə üzvlərinin bank hesablarına həbs qoyulur, numayəndəsi və qohumu, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Azad Mursaliyevin  konstitusyon huquqları sayilan azad hərəkət etmə huquqları kobud şəkildə pozulur, vəkilinin cinayət işində numayəndəsi kimi tanınmaqdan imtina edilir, yataq xəstəsi olan, zəhərlənmiş qardaşı Eldəniz Abdullayevə  və qardaşı oğlu Mübariz Abdullayevə qarşı cinayət işi qaldırılır. Bütün qohumların ölkədən giriş- çıxış hərəkətlətinə yasaq qoyulur.

TƏQİBLƏR

1.Abdullayev  Mahir  İslam  oğlunun  itkin  düşməsi  və  digər  faktlara  dair  istintaq  olunan  105157  saylı  cinayət  işi  üzrə  yaranmış  zərurətlə  əlaqədar  olaraq  Elşad  Abdullayevin  nümayəndəsi  Mursaliyev  azad  Oqtay  oğlu  giriş-çıxış  və  qeydiyyat  İAMAS ın  sərhədkeçməyə  məhdudiyyət  siyahısına  müvafiq  statusla  daxil  edilmişdir.

Belə  ki,  Mursaliyev  Azad  Oqtay  oğlu  şəxsi  işi  ilə  əlaqədar  Şimali  kipr  türk  respublikasına  getmək  üçün  01  noyabr  2012 ci  il  atrixdə  Türk  hava  yolları  şirkətindən  bakı  İstanbul  Ərcan  marşrutu  üzrə  426  manat  69  qəpiyə  təyyarə  bileti  almışdır.  Biletə  görə  uçuş  vaxtı  02  noyabr  2012  ci  ildə  saat  04.454 ə  təyin  olunmuşdur.  Azad  mursaliyev  02  noyabr  2012  ci  ildə  saat  02.30  radələrində  Bakı  şəhərində  yerləşən  H.Əliyev  adına  Beynəlxalq  hava  limanında  olmuş  və  limanın  qeydiyyat  şöbəsinə  yaxınlaşaraq  qeydiyyatdan  keçmiş,  yükünü  baqaja  təhfil  vermişdir.  Saat  03.00  da  hava  limanında  Dövlət  sərhəd  Xidmətinin  yoxlanışından  keçərkən  həmin  xidmətin  əməkdaşları  tərəfindən  pasportu  alınmış  və  o  aparılaraq  hava  limanının  inzibati  binasında  yerləşən  sərhəd  məntəqəsinə  məxsus  növbətçi  hissədə  saxlanılmışdır.  Həmin  vaxt  sərhəd  xidmətinin  əməkdaşları  ona  saxlanılmağının  əsasını  bildirməmişdirlər.  Azad  mursaliyev  orada  7  saat  ac  susuz  saxlandıqdan  sonra  10.00  da  azərbaycan  respublikası  baş  prokurorluğunun  əməkdaşına  təhfil  verilmişdir. Prokurorluğun  əməkdaşı  Pacero  markalı  avtomaşınla  A.mursaliyevi  prokurorluqa  aparır.  Prokurorluqun inzibati  binasında  Müstəqil  istintaq  komissiyasının  sədri  Elmar  Camalov  və  digər  şəxslər  də  vardır.  A.Mursaliyev  onlra  öz narazılığını   bildirir,  onlardan  hansı  cinayət  işinə  və  hansı  əsasla  onun  ölkədən  getmək  hüququnun  məhdudlaşdırıldığını  soruşur.  Elmar  camalov  bildirir ki,  bu  işdə  onların  günahı  yoxdur,  cinayət  işinin  istintaqını  aparan  əvvəl  ki.  müstəntiq  tərəfindən  sənin  ölkədən  getmək  hüququn  məhdudlaşdırılmışdır.  bu  söhbətdən  sonra  A.Mursaliyev  sərbəst  buraxılır,  onun  hər  hansı  izahatı  və  ya  ifadnəsi  alınmır.  Bu  da  onu  göstərir  ki,  Baş  Prokurorluq  hər  hansı  hüquqi  zəruriyyət  olmadan  A.Mursaliyevin  ölkədən   getmək  hüququnun  məhdudlaşdırılması  işin  1  saylı  Bakı  İnzibati  İqtisadi  Mıhkəməsində  baxışı  zamanı  prokurorluq  tərəfindən  təqdim  olunan  10  dekabr  2012  ci  il  tarixli  etirazda  bir  daha  təsdiq  olunur.

Hesab  edirik  ki,  Azərbaycan  respublikasının  baş  prokurorluğu  Azad  Mursaliyevin  ölkədən  getmək  hüququnu  əsassız  olaraq  məhdudlaşdırmaqla  Azərbaycan  respublikası  konstitusiyasının  228  ci  maddəsində  nəzərdə  tutulmuş  azadlıq  hüququn  pozmuşdur.  belə  ki,   Azərbaycan  Respublikası  Konstitusiyasının  28  ci  maddəsinin  3  cü  hissəsinə  əsasən,  qanuni  sürətdə  Azərbaycan  Respublikasının  ərazisində  olan   hər  kəs  sərbəst  hərəkət  edə  bilər,  özünə  yaşayış  yeri  seçə  bilər  və  azərbaycan  Respublikasının  ərazisindən  kənara  gedə  bilər.

Eyni  zamanda  ölkədən   getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında  14  iyun  1994  cü  il  tarixli  Azərbaycan  Respublikası  Qanunun  1 ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  hər  bir  vətandaşı  Qanunda  nəzərdə  tutulmuş  qaydada  xüsusi  ayrılmış  nəzarət  məntəqələrindən  keçib  sərbəst  sürətdə  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququna  malikdir.  vətandaş  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququndan  məhrum  edilə  bilməz. 

1.vətandaş  cinayət  işi  üzrə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  qismində   tanındıqda,  məhkum  edildikdə  və  ya  barəsində  tibbi  xarakterli  məcburi  xarakterli  tədbirlər  tədbiq  edildikdə 0 müvafiq  olaraq  barəsində  cinayət  təqibi  üzrə  icraat  başa  çatanadək,  cəzasını  çəkib  qurtaranadək  və  ya  cəzadan  azad  edilənədək,,  yaxud  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  ləğv  edilənədək.

2.vətanadaş  müəyyənləşdirilmiş  qaydada  müddətli  həqiqi  hərbi  xidmətə  çağrıldıqda=müddətli  həqiqi  hərbi  xidmət  keçənədək  və  ya  qanuna  uyğun  olaraq  ondan  azad  edilənədək.

3.beynəlxalq  tibbi  sanitariya  qaydalarına  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar   çıxdığı  dövlətlərarası  müqavilələrə  uyğun  olaraq  profilaktik  peyvəndlər  tələb  olunan  ölkələrə  gediş  gəliş  zamanı  profilaktik  peyvəndlərin  aparılmasınadək.

4.məhkəmə  qərarı  əsasında  verilmiş  icra  sənədinin  könüllü  icra  üçün  müəyyən  olunmuş  vaxtda  üzrsüz  səbəbdən  icra  edilməməsinə  görə  vətandaşın  ölkədən  getmək  hüququnun  müvəqqəti  məhdudlaşdırılması  barədə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı   olduqda = məhdudlaşdırmanın  götürülməsi  barədə  qərar  qəbul  edilənədək.

Dövlət  sirri  ilə  işləməyə  buraxılmış  şəxslərin  tanış  olmağa  buraxıldığı  məlumatın  məxfilik  müddəti  bitənədək,  lakin  5  ildən  çox  olmamaq  şərtilə,  xarici  ölkəyə  daimi  yaşamağa  getmək  hüququ  müvəqqəti  çməhdudlaşdırıla  bilər.

Hər  hansı bir  ölkədə  fövqaladə  vəziyyət  və  ya  insan  həyatı,  sağlamlığı  və  ya  azadlığı  üçün  təhlükə  yaranarsa,  Azərbaycan  Respublikasının  Xarici  İşlər  nazirliyi  Azərbaycan  Respublikasının  əhalisini  dərhal  xəbərdar  etmıklə,  vətandaşlara  həmin  ölkəyə  getməkdən  müvəqqəti  çəkinməyi  tövsiyı  edə  bilər.

Azad  Mursaliyevlə  bağlı  ölkədən  getməyinin  məhdudlaşdırılmasına  səbəb  olan  qanunvericilikdə  nəzərdə  tutulmuş  hər  hansı  bir  hal  baş  vermədiyindən  prokurorluq  orqanı  qeyd  olunan  qanunun  tələblərini  pozmuşdur.

Göründüyü  kimi  prokurorluq  orqanının  qanunazidd  inzibati  aktı  nəticəsində   A.Mursaliyevə  maddi  ziyandan  əlavə ,  qanunsuz  olaraq  ac  susuz  saxlanılması  ilə  əlaqədar  ona  eyni  zamanda  mənəvi  ziyan  da  dəmymişdir.

Beləliklə  də  hesab  edirik  ki,  Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  A.Mursaliyevin  ölkədən  getmək  hüququnun  məhdudlaşdırılması  ilə  bağlı  hərəkətləri  qanunsuzdur  və  həmin   hərəkət  nəticəsində  ona  vurulmuş  maddə  və  mənəvi  ziyan  azərbaycan  Respublikası  Baş  Prokurorluğu  tərəfindən  ona  ödənilməlidir.

1.Azərbaycan  Respublikası   Bakı  Şəhər  Səbail  rayon  məhkəməsinin  hakimi  Famil  Nəsibov.

2.Azərbaycan  Respublikası  1  saylı  Bakı  İnzibati  İqtisad  Mıhkəməsinin  hakimi  Məmmədova  Şərafət  Asif  qızı.

3.Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  nəzdində  Müstəqil  Əməliyyat  İstintaq  Qrupunun  rəhbəri ,  Baş  Prokurorun  böyük  köməkçisi   Elmar  Camalov.

1.Abdullayev  Elşad  İslam  oğlunun

2. həyat  yoldaşı  Abdullayeva  Reyhan  Hüseyn  qızının

3.  oğlu  Abdullayev  Eltac  elşad  oğlunun

4.  qızı  Abdullayeva  Aynur  elşad  qızının

5 oğlu  Abdullayev  Elşən  Elşad  oğlunun

6.qaynatası  Əhmədov  Hüseyn  Mustafa  oğlunun

7.qaynı  Əhmədov  Mustafa  Hüseyn  oğlunun

8.qaynı  Əhmədov  Hümeyr  hüseyn  oğlunun

9.qaynı  oğlu  Əhmədov   Hüseyn  Mustafa  oölunun

adlarına  olan  hesablar,  eyni  zamanda  mövcud  olan  depozit  qutuları  üzrə  maliyyə  əməliyyatlarının  dayandırılması  haqqında  21  yanvar  2013  cü  il  tarixli,  5 =004=89-2013  saylı  qərar  qəbul  olunmuşdur.

Məhkəmə  qərarını  onunla  əsaslandırmışdır  ki,  istintaqla  Elşad  Abdullayevin  yuxarıda  göstərilən  ailə  üzvlərinin  və  qohumlarının  hər  hansı  gəlirli  işlə  məşğul  olmadıqları  Elşad  Abdullayevin  hesabına  dolandıqları,  həmçinin  sonuncunun  göstərişi  ilə  onun  vəsaiti   hesabına  dolandıqları,  həmçinin  sonuncunun  göstərişi  ilə  onun     vəsaiti  hesabına  əmlakları  əldə  etmələri  müəyyən  olunduğundan  həmin  vəsaitlərin  qeyd  olunan  şəxslərin  adlarına  banka  yerləşdirilməsi  və  məxaric  edilməsi  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və   ya  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı   mübarizə  haqqında  Azərbaycan  Respublikası  Qanunun  təsiri  altına  düşməklə  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  şübhə  yaradan  əməliyyatlardır,  bu  səbəbdən  həmin  hesablar  və  mövcud  depozit  qutuları  üzrə  maliyyə  əməliyyatlarının  istintaq  və  məhkəmənin  sonunadək  dayandırılması  zərurəti  yaranmışdır.  Aşağıdakılara  əsasən,  hesab  edirik  ki.  Bakı  şəhəri,  Yasamal  rayon  Məhkəməsinin  qərarı  əsassız  və  qanunsuz  olduğundan  ləğv  olunmalıdır.

 Mülkiyyətin  heç  bir   növünə  üstünlük  verilmir.  Mülkiyyət  hüququ,  o  cümlədən  xüsusi   mülkiyyət  hüququ  qanunla  qorunur.  Hər  kəsin  mülkiyyətində  daşınar  və  daşınmaz  əmlak  ola  bilər.  Mülkiyyət  hüququ  mülkiyyətçinin  təkbaşına  və  ya  başqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan  istifadə  etmək  və  onun barəsində  sərancam  vermək  hüquqlarından  ibarətdir.

Azərbaycan  Respublikası  Cinayət  Prosessual   Məcəlləsinin  177-ci  maddəsinə  əsasən,     istintaq  hərəkətinin  aparılmasına  müvafiq  şəxs  tərəfindən  icazə  verilmədiyi  və  onun  məcburi  aparılması  üçün  məhkəmənin  qərarı  tələb  olunduğu  halda,  müstəntiqin  əsaslandırılmış  vəsaiti  iulə  razı  olan  ibtidai  araşdırmaya  prosessual  rəhbəırliyi  həyata  keçirən  prokuror  məhkəməyə  təqdimatla  müraciət  edir.  həmin  maddəyə  görə,  məcburi  aparılması  üçün  məhkəmə  qərarı  tələb  olunan   istintaq  hərəkətlərindən  biri  də  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılması  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan  əməliyyatların  icrasının  dayandırlmasıdır.

Həmin  məcəllənin  446.1-ci   maddəsinə  əsasən,  istintaq  hərəkətinin  məcburi  aparılması  üçün  əsas  həmin  hərəkətin  məcburi  aparılması  üçün  müstəntiqin  əsaslandırılmış  vəsatəti  və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  təqdimatıdır.

Eyni  zamanda  həmin  məcəllənin  446.2.6  və  446.4-cü  maddələrinə  əsasən,  məhkəməyə  verilən  vəsatətdə  barəsində  vəsatət  verilən  istintaq  hərəkətinin   məcburi  aparılmasının  zəruriliyi  əsaslandırılmalı  və  bu    barədə  təsdiqedici  materiallar  vəsatətə  əlavə  edilməlidir.

Təssüf  ki.  105157  saylı  cinayət  işi   üzrə  zərər   çəkmişin  və  onun  ğvladlarının,  yaxın  qohumlarının  konstitusiya  hüququ  olan  mülkiyyət  hüququnun   məhdudlaşdırılmasına  yönələn  istintaq  hərəkətinin  həyata  keçirilməsini  sanksiyalaşdıran  məhkəmə  qanunvericiliyin  qeyd  olunan  tələblərini  nəzərə  almamışdır.

Məhkəmə  qərar  qəbul  edərkən  nəzərə  almamışdır  ki,  hal  hazırda  azərbaycan  respublikası  baş  Prokurorluğu  nəzdində  Müstəqil  İstintaq-əməliyyat  qrupu  tərəfindən  istintaq  olunan  105157  saylı  cinayət  işi  üzrə  Elşad  abdullayev  şübhəli  yaxud  təqsirləndirilən  şəxs  qismində  cinayət  məsüliyyətinə  cəlb  edilməmişdir.  Deməli ,   cinayət  prosesini   həyata  keçirən  orqan   hələlik  E.Abdullayevin  hər  hansı  cinayət  əməlini  törətməsindən  şübhələnməmişdir.  E.Abdullayevin  hər  hansı  cinayəti  törətməsinə  şübhə  olmadığı  halda,  onun.  eləcə  də  onun  istinad  olunan  cinayət  işinə  aidiyyəti  olmayan  ailə  üzvlərinin  mülkiyyətində  olan  pul  vəsaitlərinin  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaiti  olmasından  şübhələnilməsi  absurddur.

Yuxarıda  şərh  olunanlara.  azərbaycan  Respublikası  CPM-nin  442,  452  və  453-cü  maddələrinə  əsasən.  Bakı  şəhəri,  Yasamal  rayon  məhkəməsinin  21  yanvar  2013-cü  il  tarixli.  5  -004-89-2013  saylı  qərarını  əsassız  və  qanunsuz  hesab  edirik.

Faktla  bağlı  zərərçəkmişin  nümayəndəsinin  hüquqlarının  məhdudlaşdırılmasında    aşağıdakılar  qanun  pozuntusuna  yol  vermişdirlər

1.Bakı  Apelyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyasının  hakimləri   Qasımov  Əflatun  İbrahim  oğlunun,  Abbasov  Mirzəli  əbdüləli   oğlunun,  Bayramov  Əmir  Novruz  oğlu

2.baş  Prokuror  Z.Qaralov

3.Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  nəzdində  Müstəqil  Əməliyyat  İstintaq  Qrupunun  rəhbəri ,  Baş  Prokurorun  böyük  köməkçisi   Elmar  Camalov

4.Bakı  şəhər  Yasamal  rayon  Məhkəməsinin  hakimi  Quliyev  Zəfər  Arif  oğlu

15.3.Abdullayev  Mahir  İslam  oğlunun  itkin  düşməsi  faktı  üzrə  azərbaycan  Respublikası  CM-nin  120.1-ci  maddəsi  ilə  olan  105157  saylı  cinayət  işinin  materiallarından  23  may  2013-cü  il  tarixli  qərarla  Abdullayev  Elşad  İslam  oölunun  qardaşı  oölu  Abdullayev  Mübariz  Əslan  oğlunun  hədə  -qorxu  ilə   tələb  etməsi  faktına  dair  hissəsi  üzrə  Azərbaycan  Respublikası  CM-nin  178.3.2-ci  maddəsi  ilə  132006034  saylı  cinayət  işi  ayrıca  icraata  ayrılaraq  ibtidai  istintaqın  davam  etdirilməsi  Azərbaycan  Respublikası  Baş  prokurorluğu  nəzdində  Müstəqil  istintaq-Əməliyyat  qrupuna  həvalə  edilmişdir.

132006034   saylı  cinayət  işinin  ibtidai  istintaqı   10  ildən  sonra  , 24  may  2013-cü  il  tarixində  başa  çatdırılmış  və  25  may  2013-cü  ildən  etibarən  cinayət  işinin  materialları  tanış   olmaq  üşün  zərərçəkmişin  nümayəndəsinə  təqdim  olunmuşdur.

Azərbaycan  Respublikası  CPM-nin  102.6.8-ci  maddəsinə  uyğun  olaraq  cinayət  işinin  materialları  ilə  taışlıq  zamanı  məlum  olmuşdur  ki,  cinayət  işi   heç  bir  əsas  olmadan  qaldırılmış  və  hətta  qaldırıldığı  halda,  hesab  edirik  ki,  iş  üzrə  istintaq  natamam  aparıldığından  əlavə  istintaq  aparılmasına  və  aşağıda  qeyd  etdiyimiz  xüsusatlar  üzrə  əlavə  araşdırmalara  ehtiyac  var.

Belə  ki,  cinayət  işinin  materiallarından  görünür  ki,  16  noyabr  2003-cü  il    tarixdə  Abdullayev  Elşad  İslam  oğlu  qardaşları  Elsəvər,  Eldəniz  və  İsmayıl  Abdullayevlır  və  qaynı  Əhmədov  Mustafa  Kürdəmir  Rayon  polis  Şöbəsinin  əməkdaşları  tərəfindən  qanunsuz  olaraq  saxlanbılaraq  polis  şöbəsinə  aparılmışlar.  lakin  istintaq  zamanı  təqsirləndirilən  şəxs  Abdullayev  Mübariz  Əslan  oğlunun  cinayəti  törədərkən  polis  əməkdaşları  tərəfindən  istiqamətləndirilməsi  faktı  araşdırılmamış  və  buna  hüquqi  qiymət  verilməmişdir.

Cinayət  işinin  46-cı  vərəqində  telefon  danışıqlarının  siyahısından  görünür  ki,  16  noyabr  2003-cü  il  tarixdə  3843304    telefon   nömrəsindən  gün  ərzində  çoxsaylı  danışıqlar  aparılmışdır.   lakin  bu  te3lefon  danışıqlarının  kiminlə  aparılması  araşdırılmamış  və  həmin  şəxslər  dindirilməmişdir.

Cinayət  işinin  46-cı  vərəqində  qeyd  olunur  ki.  3843304  telefon  nömrəsinin  sahibi  haciqabul  rayonu,  vaqif  küçəsi  52  alov  ünvanınvda  qeydiyyatda  olan  Arif  Hüseynovdur,  amma  həmin  şəxs  haqqında  heç  bir  araşdırılma  aparılmamış  və  dindirilməmişdir.

Elşad  Abdullayevin  dəfələrlə  bildirməsinə  baxmayaraq  ki,  Abdullayev  Mübariz  Əslan  oğlu  heç  vaxt  ona  zəng  edib  hədə  qorxu  gələrək  pul  tələb  etməyib,  əksinə  kürdəmir  rayon  polis  ıöbəsinin  rəis  müavini  Tağıyev  Qabil  Səttar  oğlu  telefonla  onunla  danışmış və  mahir  abdullayevin  geri  qaytarılması  müqabilində  ondan  50 000  manat  pul  istəmişdir,  lakin  buna  baxmayaraq  bu  quraşdırılmış  cinayət  işində  elşad  Abdullayev  zərərçəkmiş  şəxs  qismində  tanınmışdır.

Faktla  bağlı  zərərçəkmişin  nümayəndəsinin  hüquqlarının  məhdudlaşdırılmasında    aşağıdakılar  qanun  pozuntusuna  yol  vermişdirlər

1.Kürdəmir  rayon  polis  Şöbəsinin  rəisi  Şıxəliyev  Mirəli  Hacıalı  oğlu

2.Kürdəmir  rayon  polis  şöbəsinin  rəis  müavini  tağıyev  Qabil  Səttar  oğlu

3.Kürdəmir  rayon  polis  Şöbəsinin  Cinayət  Axtarış  bölməsinin  əməkdaşı  Xəlilov  rahim  Səıdi  oğlu

4.Kürdəmir  rayon  polis  Şöbəsinin  baş  müstəntiqi  əliyev  anar  əlövsət  oğlu

5.Azərbaycan  respublikası  baş  Prokurorluğu  nəzdində  müstəqil  istintaq-əməliyyat  qrupunun  rəhbəri.  baş  ədliyyə  müşaviri  Elmar  Camalov

6.Azərbaycan  Respublikası  baş  Prokurorluğu  nəzdində  müstəqil  istintaq  əməliyyat  qrupunun  üzvü.  2-ci  dərəcəli  hüquqşunas  hidayət  Nurəlibəyov

7.Müdafiəçi  Qeybulla  Cavadov

8.Lənkəran  Ağır  Cinayətlər  Məıhkəməsinin  hakimi  Oruc  Cəlilov

Məlumat  üçün  bildirirk  ki,  Ölkədən   getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında  14.06.1994-cü  il  tarixli  Qanunun  1-ci  maddəsinin  2-ci  bəndinə  həmçinin  DİN-nin  müvafiq  əmrinin  tələblərinə  əsasən  vətandaş  cinayət  işi  üzrə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  qismində   tanındıqda,  məhrum  edildikdə  və  ya  barəsində  tibbi    xarakterli  məcburi  tədbirlər  tətbiq  edildikdə  – müvafiq  olaraq  barəsində  cinayət  təqibi  üzrə  icraaat  başa  çatanadək,  cəzasını   çəkib  qurtaranadək  və  ya  cəzadan   azad  edilənədək  və  yaxud  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  ləğv  edilənədək  vətandaşın  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququ  müvəqqəti  olaraq    məhdudlaşdırıla  bilər.

Məlumat  üçün  bildiririk  ki,  Giriş – çıxış  və  Qeydiyyat  idarələrarası  Avtomatlaşdırılma  Sistemindəı  Kürdəmir  Rayon  Polis  Şöbəsi  tərəfindən  AR  CPM-nin244.1-ci  maddəsi  ilə  başlanmış  cinayət  işinin  istintaqı  ilə  əlaqədar  1956-cı  il  təvvəllüdlü  Kürdəmir  şəhəri  M.Əsədov  küçəsi  ev  48-də  qeydiyyatda  olan  Abdullayev  Eldəniz  İslam  oğlunun  ölkədən  getməyinə  məhdudiyyət  qoyulmuşdur.  Kürdəmir  Rayon  Polis  Şöbəsinin  müvafiq  məlumatına  əsasən  istintaq  zərurəti  ilə  əlaqədar  həmin  məhdudiyyət  hal  hazırda  qüvvədədir.  Göstərilənləırə  əsasən  ümumvətandaş  pasportu  almaq  üçün  Eldəniz  Abdullayevin  vəsatəti  rədd edilmiş  və  bu  barədə  müvafiq  məlumat  verilmişdir.

Faktla  bağlı  zərərçəkmişin  nümayəndəsinin  hüquqlarının  məhdudlaşdırılmasında    aşağıdakılar  qanun  pozuntusuna  yol  vermişdirlər

1.Kürdəmir  Rayon  polis  Şöbəsinin  rəisi

2.Kürdəmir  Rayon  Prokuroru

Bir şərh yazın


Son yazılar

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930