——————————————————————————————————-

Ümumiyyətlə,biz əvvəlki, hesabatlarımızdada  qeyd  etmişik  ki,  prokurorluq  və  güc  strukturları bütün vasitələrdən  yararlanaraq  E.Abdullayevi  susdurmağa  çalışır.  Artıq  bu  məmləkətdə uşağa  da  ayandı  ki,  bu  sadalanan cinayətlərlə,  xüsusilə  “Qanunsuz orqan köçürülməsi”  və  yaxud  “saxta  dərman  biznesi”  ilə   E.Abdullayevin  heç bir  bağlantısı  yoxdur.  Respublikada  yaşayan,  ən  azından  gündəlik  istər  xarici,  istərsədə  yerli  mətbuatı  izləyən  vətandaşlarımıza  gözəl  məlumdur  ki,  respublikada  adları  çəkilən  bizneslərin  monopoliyası  kimlərə  məxsusdur.  Nəin  ki, Qanunsuz orqan köçürülməsi”  və  yaxud  “saxta  dərman  biznesi”,  eləcədə  qanunsuz   “tütün  və  ağac  məmulatları”nın,  “spirtli  içkiləri”n, “təhsil  sisteminin”,  hətta  kartofun belə  biznesinin  sahibləri  var  ki,  bunlar  hamısı  çox  yüksək  vəzifələrdə  təmsil  olmaqla,  öz  bizneslərinin  toxunulmazlığını  təmin  edirlər. Bu  biznesə  izn  olmadan  girmək, özüvə  ölüm  hökmü  çıxartmaq  kimi  bir  şeydir. Hətta  ara-sıra  mətbuatdan  bizə  məlum  olur  ki,  oliqarxlardan  biri  digəri  ilə  ölüm-dirim  savaşına  qalxıb.  Bax  bu  bizim  elə  söylədiyimiz  hər  hansı  bir  biznesin  monopoliyasını  ələ  almaq  məqsədilə  başlanan  savaşdır. Bir  sözlə  E.Abdullayevin    nəin ki, Qanunsuz orqan köçürülməsi”  və  yaxud  “saxta  dərman  devriyyəsi”  bizneslərinə, ümumiyyətlə  adlarını  sadaladığım  heç  bir  sahəyə  girməyə  şansı  olmayıb.  Çün  ki,   onun  masştabı  bu  bizneslərin  aparılması  tələblərinə  cavab  vermirdi. Elşad  Abdullayev  qardaşı  Mahir  Abdullayevin  naməlum  şəraitdə  oğurlanması  faktına  respublikanın  güc  strukturları  tərəfindən  aydınlıq  gətirilməsi  məqsdilə  dövlət  başçısına,  eləcə  də  Avropa  insan  haqları  məhkəməsinə  müraciət  etdikdən  sonra  ömrü  boyu   adı  heç  bir  cinayətdə  hallanmayan  sonuncu  barəsində  prokurorluq  orqanları  onlarla  cinayət  işləri  qaldırdı.  Nəhəng  gül  buketinə  bənzəyən  cinayət  məcəlləsinin  maddələri  o  qədər  fərqli,  rəngarəng  koloriti  özündə  cəmləyib  ki,  hətta  ömrünün  bir  hissəsini  dəmir  barmaqlıqlar  arxasında  keçirməyə  məcbur  olan  ən  qatı  cinayətkarlar  Elşad  Abdullayevə  həsrət  aparmalıdırlar. Qaldırılmış cinayət  işlərinin  hər  birinin  üzərində  dayanmaq  fikirim  yoxdur.  Çün  ki, mənə  ünvanladığınız  sual  birbaşa  güya  Elşad  Abdullayevin   qanunsuz orqan köçürülməsində günahlandırılan mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmaqda təqsirləndirilməsi  ilə  və  eyni  zamanda  (“Ukrayna prokurorluğu Elşad Abdullayevlə bağlı qərarı Azərbaycana göndərdi”  BÖLÜM: ÖlkəYAYIM TARİXİ: 6 Avqust 2013 17:41) İnsan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri Obolon Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılmasının   müəyyən edilməsi   ilə  bağlıdır. Sizin  diqqətinizi  bir  daha  kütləvi  informasiya  vasitələrində  dərc  olunmuş  informasiyalara  cəlb  etmək  istəyirik. Bizim  indi  söyləyəcəklərimiz  əslində bir  neçə  il  öncə  yerli  mətbuatda  geniş  təbliq  olmuşdur. Maraqlısı  budur  ki, bu  gün  E.Abdullayev  və  onun  rəhbəri  olduğu  klinika  barəsində  həqiqətə  uyğun  olmayan  şayələr  sifariş  əsasında  KİV-də  dərc  olunduğu  bir  vaxtda,  nədənsə  elə  həmin  KİV-nin  nümayəndələri  bir  kəlmə  olsun  belə  nəvaxtsa  elə  öz  əməkdaşlarının  böyük  əziyyət  tələb  edən  araşdırmalarının  nəticələri  barədə  bir  kəlmə  olsun  belə  yazmırlar. Nəisə. Bu barədə ilk sensasiyalı xəbər hələ ötən il mətbuat səhifələrinə düŞür. Ukraynanın Daxili İŞlər Nazirliyi qurbanlarını Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə əməliyyat etdirən transmilli orqan mafiyası ifŞa etdiklərini açıqlayırlar. Məlum olur ki, insan orqanlarının satıŞı və “qara transplantologiya” ilə məŞğul olan mütəŞəkkil cinayətkar qruplaşmaya,Türkiyə, Ukrayna və İsrail vətəndaŞları daxildir. Əsasən İsraildən olan varlı pasiyentlər əməliyyat üçün bu mafiyaya 100-200 min dollar ödəyib. Həkimlər isə bu əməliyyat üçün 15-20 min dollar alıb. Donorların əksəriyyəti isə aztəminatlı şəxslər olub. Kiyev bu məlumatı Bakıya ötürürmüşdür.

İlk  baxışdan   iki  dövlətin  baş  prokurorluqlarının  ancaq  tərifə  layiq  bir  əməkdaşlıq  səhnəsiin  şahidi  oluruq.  Amma  təssüflər  olsun  ki,  hər  şey  mətbuat  vasitəsilə  iştimayətə  təqdim  olunduğu  kimi  deyil.

Əslində  əgər  mən  səhf  etmirəmsə  ilk  dəfə   Azərbaycan  Respublikasında  qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılmasına  dair   araşdırmanı  “Yeni  Musavat”  qazetinin reportyorları keçirtmişdirlər.  Belə  ki,  2010-cu  ilin avqust  ayında , “Yeni Müsavat” qəzetinin reportyorları Bakıda orqan mafiyasının izinə düşüb. Nizami küçəsi, 100 ünvanındakı “qul bazar”ında Əziz və Sahil adlı orqan mafiyası dəllalları reportyorumuz Türkan Turana böyrəyini, ciyərini satmasını təklif etmiş, onu Mərkəzi Neftçilər Xəstəxanasına aparıb Naimə adlı həkimlə görüşdürmüşdülər.

Bundan başqa xanım əməkdaşımıza Gömrük Komitəsinin sədri Aydın Əliyevin oğluilə100 min manat mükafat müqabilində görüşməsini təşkil edə biləcəklərini də deyiblər.
Bu məlumatlar mətbuatda   dərc ediləndən sonra Azərbaycanın hüquq-mühafizə orqanları açıqlama yayaraq Azərbaycanda orqan mafiyasının olmadığını bəyan etdilər. Çox keçmədi ki, üzə çıxarılan faktlar Ukrayna DİN-in Kibercinayətkarlıq və İnsan Alverinə Qarşı Mübarizə Departamenti tərəfindən təsdiqləndi. Departamentin rəisi Yuri Kuçer rəsmi açıqlama ilə çıxış edərək dedi ki, Kiyevdə transmilli orqan mafiyasının 14 üzvü ifşa olunub, həmin dəstə Azərbaycanla əlaqəlidir. Üstəlik, Y.Kuçer “qara transplantasiya”ların Azərbaycanın bir klinikasında həyata keçirildiyini açıqladı..” Ukrayna Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin KİAMD-nin rəisi Yuri Kuçer Azərbaycanda insan əzalarının “qara transplantologiya”sını həyata keçirən həkimxanaların olmasını təsdiqləyən açıqlama ilə də çıxış etmişdir. Y.Kuçer demişdir ki, bu qara bizneslə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna və İsrail vətəndaşları daxildir. Qrupa İsrail vətəndaşı başçılıq edib.

Y. Kuçer bildirmişdir ki, cinayətkarlar uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarını ələ alaraq Azərbaycan və Ekvadora aparıb, sonradan transplantasiya etmək üçün orada onların daxili orqanlarının çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı keçiriblər. Əsasən İsraildən olan varlı resipiyentlər əməliyyat üçün 100-200 min ABŞ dolları ödəyiblər. Həkimlər isə bu əməliyyat üçün 15-20 min ABŞ dolları alıblar. Departament rəhbəri onu da bildirib ki, bu cinayətkar fəaliyyətə Kiyevin Şalimov adına klinikasının 4 həkimi də cəlb olunub. İnternet vasitəsilə bu işə cəlb olunan insanların əksəriyyəti 18-25 yaşında gənclər olub, onlara 10 min ABŞ dolları müqabilində böyrəklərini satmaq təklif edilirmiş. Y. Kuçer bildirib ki, hazırda bu işlə əlaqədar 50 donor müəyyən olunub, onların əksəriyyəti aztəminatlı şəxsdir. İşlə bağlı 12 Ukrayna vətəndaşı saxlanılıb. Həbs olunanlar arasında digər ölkələrin vətəndaşları da var.

Sonuncu belə açıqlamalardan birini Ukraynanın “Faktı i kommentarii” portalına Ukrayna Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer verib. Portalın yazdığına görə, Ukraynada yalnız meyitlərdən və yaxın qohumlardan böyrək köçürülməsinə icazə verilir. Ona görə də əməliyyatların əksəriyyəti Azərbaycanda aparılıb. Lakin bu yaxınlarda Azərbaycanda qanunvericilik dəyişdirildiyindən son bir neçə qanunsuz əməliyyat Ekvadorda, bir neçə əməliyyat isə Ukraynada məxfi olaraq həyata keçirilib. Bunun üçün donor və resipiyentlərə saxta qohumluq sənədləri düzəldilib. Bu cinayətkar qrupun təşkilatçılığı ilə onlarla donor əməliyyat edilib, daha çox sayda insan isə əməliyyata hazırlanıb. Kiyevdəki Şalimov adına klinikada yeni əməliyyata hazırlıq zamanı qrupun üzvləri saxlanılıb, eyni vaxtda ölkənin bir neçə regionunda 15 axtarış aparılıb, təşkilatçı və qrupun 4 üzvü həbs olunub, digərlərinin hələlik ölkədən çıxışına qadağa qoyulub. Həkimlər şahid qismində dindirilirlər, onların da yaxın vaxtlarda həbs olunacaqları istisna deyil.
Donorlardan biri, İsrail vətəndaşına öz böyrəyini vermiş Mərkəzi Ukraynanın iri şəhərlərindən birində yaşayan 30 yaşlı İqor bildirib ki, onu Bakıda əməliyyat ediblər: “Bizi Bakıda maşın qarşıladı və şəhərin mərkəzində yerləşən klinikaya gətirdilər. Palatalarımız açıq idi, dəhlizə çıxa bilirdik, amma mərtəbəni tərk edə bilməzdik. Vaxt yetişəndə mənimlə Kiyevdən gələn həkimlər mənə narkoz verdilər. Oyanandan sonra kürəyimdə çapıq gördüm”.
Əməliyyat olunan Vera adlı bir qadın isə bildirib ki, o və əri öz böyrəklərini satıblar. “Ərimi Bakıda əməliyyat etdilər, onun çapığı səliqəlidir, məni isə Şalimov adına klinikada əməliyyat ediblər, çapığım çox eybəcərdir” – deyə Vera vurğulayıb.

Amma  nədənsə  Y.Kuçerin,  eləcə  də  zərərçəkmişlərin  heç  birinin  açıqlamarında  nə  E.Abdullayevin,  nədə  onun  sahibi  olduğu  ABU-klinikanın  adları  qətiyyən  hallanmır.
Diqqət  yetirin Ukrayna Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına insan orqanlarının qanunsuz transplantasiyası haqqında işi birgə araşdırmaqla bağlı müraciət edir. Yəni  söhbət  nədən  gedir,  söhbət  ondan  gedir  ki,  Ukrayna  DİN  Azərbaycan  Respublikası  Baş  Prokurorluğundan  hüquqi yardım haqqında ikitərəfli əməkdaşlıq çərçivəsində bu faktın araşdırılması üçün  onlara kömək olunmasını  istəyir. Azərbaycanın  hüquq-mühafizə  orqanları  həmkarlarına  dəstək  olmaq  əvəzinə,  alınmış  məlumata  qısqanclıqla  yanaşaraq,  bunun  əksini  söyliyirlər.

Bu  və  digər  xüsusilə  ağır  cinayətlərin,  misal  üçün  adam  oğurluğunun   respulikada  baş  verməsinə  baxmayaraq  Azərbaycan  Respublikasının  güc  strukturları  böyük  təntənə  ilə  kollegiya  keçirirlər  və  həmin  mahiyyəti  üzrə  əhəmiyyətsiz  kollegiyalarda  birqədər  öncə  qeyd  etdiyimiz  ağır  cinayətlərdə  adları  hallanan  yüksək  rütbəli  zabilər  tərəfindən  vurğulanır ki, onların  təmsil  etdikləri  təşkilat  digər hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyəti, həyata keçirilmiş qətiyyətli və profilaktiki tədbirlər nəticəsində əvvəlki hesabat dövrü ilə müqayisədə 201o-cu ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş filan  sayda cinayətin filan faizinin açılması təmin edilməklə bu göstərici filan  faiz yaxşılaşıb.

Maraqlısı  budur  ki,  həmin  zaman  Azərbaycan  Respublikasının  Baş  Prokurorluğu  istər  KİV-dən  gələn  məlumatlara,  istərsə  də  Ukrayna  həmkarlarının    “Azərbaycan  Respublikasında  “ insan orqanlarının qanunsuz transplantasiyası” nı  həyata  keçirən  həkimxanalar  var”  kimi  açıqlamalarına  çübhə  ilə  yanaşırlar. Misal  üçün    ( Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Trend-in məlumatına görə), bu barədə cümə günü jurnalistlərə Azərbaycanın Baş prokuroru Zakir Qaralov məlumat verib.

” – Qaralov bildirib.

Bundan  əvvəl bəzi KİV-də guya Azərbaycanda Ukrayna və İsrail vətəndaşlarının insan orqanlarının “qara transplantasiyası”nı həyata keçirən tibb müəssisələri haqqında məlumat yayılmışdı.

Azərbaycan Baş Prokurorluğu bu məsələyə aydınlıq gətirilməsi üçün qurumun Beynəlxalq Əlaqələr İdarəsinə Ukrayna Baş Prokurorluğunun müvafiq strukturları ilə əlaqə saxlamaqla bağlı tapşırıq vermişdi.

“Əgər bizim həkimlər belə cinayətlər törədiblərsə, onlar mütləq cinayət məsuliyyətinə cəlb olunacaqlar”, – Baş prokuror bildirib.

(Məqalə müəllifi ilə əlaqə ünvanı:  agency@trend.az .Bir daha  diqqət  yetirin  baş  prokuror  ciddi  bir  məlumata  şübhə  ilə  yanaşır,  hətta  bir  anlıq  “güya”  sözünü  işlətməkdən  belə  çəkinmir. Baş  prokuror  demək  olar  ki,  alınmış  bir  məlumatı  qismən  də olsa  belə  təkzib  edir. Bura  da  əsas  məsələ  ondan  ibarətdir  ki,  Istər  KİV-də  gedən  informasiyada,  istərsədə  Ukrayna  DİN-dən alınan  məlumatda  qətiyyən  ABU-nun  adı  hallanmır.  Amma  bu  barədə  bir  qədər  sonra.Azərbaycan  rəsmiləri  heç  bir  halda  etiraf  etmək istəmirlər  ki,  Azərbaycan  bu  cür  qanunsuzluqlar  baş  verir.  Sual  olunur, baş  prokuroru  nə  vadər  edirdi  ki,  heç  bir  araşdırma  aparmadan  alınmış   artıq  konfidensial sayılmayan,  içtimailəşmiş  məlumatlara  şübhə  ilə  yanaşsın.

Nədənsə  Ukrayna  DİN-nin  Azərbaycan  dövlətinə  təqdim  etdiyi  məlumat  heçkimin,  nə  baş  prokurrorun, nə  onun  rəhbəri  olduğu  baş  prokurorluğun, eləcə  də  DİN-nin  maraq  dairələrinə  daxil  olunmur,  san  ki, Ukraynanın  rəsmi orqanlarının  məlumatları  bunların  kefinə  soğan  doğramışdır.

UDİNKİAMD-nin rəisi Yuri Kuçer “Yeni Müsavat”a transmilli orqan mafiyası ilə bağlı sensasion açıqlama verir. Y.Kuçer “qara transplantasiya” məsələsi ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının, xüsusilə Azərbaycan Baş Prokurorluğunun tutduğu mövqeyi heç cür anlaya bilmədiyini  açıqlayır.

Ukrayna DİN-in departament rəisi Azərbaycan  Respublikasının  KİV-nin  əməkdaşlarının suallarına cavab verərkən Azərbaycan Baş Prokurorluğunun bu ölkədə orqan mafiyası ilə bağlı “Azərbaycan Respublikasında ”qara transplantasiya” mövcud deyil” açıqlamasını böyük təəssüf hissi ilə qarşıladıqlarını da həmin  zaman gizlətmir. Yuri Kuçer  jurnalistlərin,  xüsusi  ilə  “Musavat”  qəzetinin  əməkdaşının  “Azərbaycanda belə əməliyyatlar hansı tibb ocaqlarında həyata keçirilib?” sualına “biz Azərbaycan hüquq-mühafizə orqanlarından, Azərbaycan Baş Prokurorluğundan bu məsələdə bizə yardım göstərmələrini gözləyirik”, –  deyə cavab verib.
Y.Kuçer Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bu məsələ ilə bağlı belə bir situasiyanın nəyə görə yaradılmasını ümumiyyətlə anlamadıqlarını da söyləyib. O, Ukraynada həbs olunan dəstədə azərbaycanlıların olub-olmaması ilə bağlı suallara  belə cavab verib: “Hələlik biz Azərbaycan hüquq-mühafizə orqanlarından heç bir reaksiya görmürük. Onlar daha çox buna çalışırlar ki, sözdə sizdə vəziyyətin bu sahədə yaxşı olmasını diqqətə çatdırsınlar”.
“Sizcə, Azərbaycanın hüquq-mühafizə orqanları transmilli orqan mafiyası ilə bağlı niyə belə mövqe tutub” sualı isə Y.Kuçer tərəfindən belə cavablandırıldı: “Mən bu haqda nəsə deməyə çətinlik çəkirəm. Azərbaycanın adının transmilli orqan mafiyası ilə bağlı çəkilməsi ola bilsin ki, sizin hüquq-mühafizə orqanlarına xoş gəlməyib. Təəssüf ki, bu, belədir. Transmilli orqan mafiyasının Azərbaycanla bağlılığı var. Bir daha təkrarlayıram, sizin hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı tutduğu mövqe bizim üçün qaranlıqdır. Azərbaycan Baş Prokurorluğunun bizim keçirdiyimiz əməliyyatdan sonra verdiyi açıqlama da anlaşılan deyil”.
Ukrayna DİN-in departament rəisi konkret ünvan və adların nə vaxt açıqlanacağı ilə bağlı suallara belə cavab verib: “Bu suala bizim əməliyyat-istintaq qrupunun transmilli orqan mafiyası ilə bağlı əməliyyat tədbirlərini başa çatdırandan sonra cavab verəcəyik. Qeyd edim ki, belə tədbirlər həm də Azərbaycan ərazisində həyata keçiriləcək. Bundan sonra suallarınıza ətraflı cavab verəcəyik”.
Y.Kuçer onu da əlavə edib ki, nəticələr barədə Azərbaycanın hüquq-mühafizə orqanlarının tutduğu mövqedən asılı olmayaraq yaxın zamanlarda açıqlama veriləcək. O, azərbaycanlı həmkarlarından anlaşılan münasibət gözlədiklərini də vurğuladı.

Bəli,  bu  məsələ də  qaranlıq  məqamlar  o,  qədər  çoxdur  ki,  hansı  birini  araşdırmaq  lazım  olduğunu  özün  də  bilmirsən.  Ümumiyyətlə  heç  araşdırmağa  dəyərmi ? Əgər  diqqət  yetirirsinizsə  Azərbaycan  hüquq  mühafizə  orqanları  bütün  imkanlardan  istifadə  edərək  belə  bir  halın  olmadığını  sübut  etməyə  çalışırlar.  Hətta  bu  kimi  qeyri  səmimi   hərəkətləri  ilə  Ukrayna hüquq  mühafizə  orqanlarını  narazı  salırlar. İndi  mən  soruşuram.  Azərbaycan  hüquq-ühafizə  orqanları  kimin  tabeçiliyi  altında  keçirilən  bu  qədər  ciddi  qanun  pozuntularını  ört-basdır  etməyə  çalışırdırlarlar ? Bütün  hallarda  sözsüz  ki,  söhbət  E.Abdullayevdən  və  yaxud  onun  rəhbərliyi  altında  fəaliyyət  göstərən  klinikadan  gedə  bilməzdir. Əgər hüquq  mühafizə  orqanları  həmin  zaman  E.Abdullayevin  “cinayətini”  ört-basdır  edirdilərsə,  ortaya  başqa  bir  sual  çıxır, qardaşı  elə  həmin  hüquq  mühafizə  orqanlarının  əməkdaşları  tərəfindən  oğurlanan,  onları  bu  cinayətdə  suçlayan,  onlar  barəsində  külli  miqdarda  şikayət  ərizələri  yazan  bir  professoru  hansı  səbəbdən müdafiə  etməlidirlər ? 

Ümumiyyətlə  həmin  zaman ,  elə  indinin  özündə  də   heç  kimin  yuxusuna  belə  girə  bilməzdi  ki,  Azərbaycanda  qara  transplantasiya  ilə  məşğul  olan  ABU-nun  rektorudur,  artıq  mən  demirəm  ki,  Ukrayna  hüquq  mühafizə  orqanlarının  verdikləri  məlumatlarda  heç vaxt  E.Abdullayevin  adı  keçməmişdir. Maraqlısı  budur  ki,  bu  gün  kimlərinsə  sifarişi  ilə  KİV-də  E.Abdullayyevin  qara  transplantasiya  olayında  adı  hallandırılarkən, həqiqətən  həmin  zaman  Bakı  şəhərində  adı  “qara  transplantasiya”  əməliyyatlarında  hallanan  həkim haqqında  heçnə  yazılmır,  heç  onu  yada  salan da  yoxdur.

Şəxsən  mənim  arxivimdə  qəzetlər  var  ki,  həmin  qəzetlərin  səhifələrində  verdiyiniz  sual  ilə  bağlə  kifayət  qədər  materiallar  var.  Sözsüz  ki,  bir  vaxtlar  qəzet  səhifələrində  və  elekton  saytlarda  bu  olayla  bağlı  araşdırma  aparan  jurnalist  və  reportyorlara  səmimiyyətcə  desək  minnətdar  olmalıyıq.

Elə  həmin  “Musavat”  və  digər  KİV-də  gedən  məqalələrə  diqqət  yetirsək ,  görərik  ki,  “doktor  Frankenştein”  ləğəbli  Yusif  Erçin  Sönməzin  adı  2010-cu  ilin  avqust  ayında  Azərbaycanda  qanunsuz  orqan  ticarətində  hallanır.

Məni  düzgün  başa  düşün,  bütün  bu  düdiklərim  şəxsən  mənim  və  yaxud  E.Abdullayevin  beyninin  məhsulu  deyil.  Bütün  bunlar  bir  vaxtlar  onlarla  jurnalistin,  xüsusilə  E.Qədiminin  prinsipiallıq  nümayiş  etdirərək,  apardıqları  araşdırmaların  nəticəsidir.

Qeyd  etdiyim  kimi, 2010-cu  ildə “Musavat”  qəzetinin  reportyorları Bakının Nizami küçəsi 100 ünvanındakı “qul bazarı”nda Sahil və Əziz adlı şəxslərlə tanış olurlar. Həmin şəxslər isə xanım reportyora  10 min dollara ciyərini, 7 minə isə böyrəyini satmağı təklif etmişdilər. Və reportyoru Dövlət Neft Şirkətinin tabeçiliyindəki Mərkəzi Neftçilər Xəstəxanasına apararaq Naimə adlı həkimlə görüşdürürlər. Sonrakı araşdırmalar zamanı isə məlum olur ki, Badamdardakı “Nur” klinikasında Avropa və Türkiyədə Frankenşteyn ləqəbi ilə tanınan doktor Yusuf Erçin Sönməz çalışır. İnsan əzalarının alveri suçu ilə dəfələrlə saxlanılmış Yusuf Erçin Sönməzin İsraildən olan professor Zəki Shapira da sıx əlaqələri üzə çıxır. İnsan əzalarının alqı-satqısı məsələsində ən maraqlı məqam isə belə əməliyyatların bu və ya digər şəkildə İsrail vətəndaşları ilə əlaqəli olmasıdır. Əgər  xatırlayırsınızsa  müsahibənin  əvvəlində  də  qeyd  etdiyim  kimi,  elə Ukraynada  ifşa olunan qrupa da İsrail vətəndaşı başçılıq edib. 
Hesab  edirəm  ki, əgər  qeyd  etsək  ki,  insan  oğurluğu, silah, narkotik, qadın və insan əzalarının alveri dünyada ən gəlirli sahələrdən biridir.. Belə qara bizneslərin qurulması üçün qeyri-demokratik, insan amilinə üstünlük verməyən dövlətlərdə münbit şərait olur. Əgər belə bizneslərin əsası inkişaf etmiş dövlətlərdə qoyulursa, həyata keçirilməsi üçün məkan 2-ci dərəcəli dövlətlər olur. Elə 2010-cu  ilin   aprel  ayında İsrail polisi əməliyyat keçirərək, insan orqanlarının alveri ilə məşğul olan mafiya üzvlərini həbs edir. Bir İsrail generalının başçılıq etdiyi mafiya bir neçə il ərzində böyrəklərini çıxarmaq üçün tora saldıqları adamları gizli əməliyyat olunmaq üçün Azərbaycana göndərirmiş. Bu zaman cinayətkarlar Ukraynada olduğu kimi, qəzetlərdə elanlar yerləşdirərək böyrəyini satmağa hazır olanlara 100 min dollar vəd ediblər. Lakin əməliyyatdan sonra aldadılmış donorlar ən yaxşı halda böyrəklərinin əvəzində 10 min dollar alıblar; bir çox hallarda isə, ümumiyyətlə, heç nə ala bilməyiblər. Məlumata görə, donorların böyrəklərini çıxarmaq üçün mafiya onları Azərbaycana, Ekvadora və Filippinə göndərib. Mafiya isə hər böyrəkdən 120 min dollar qazanıb. Söhbət heç də bir-iki bu cür qanunsuz əməliyyatdan deyil, illər ərzində müntəzəm olaraq həyata keçirilən böyük bir prosesdən gedir.
Həmin vaxt İsrail polisi mafiya üzvlərindən 6-nı saxlayıb. Dəstəyə 62 yaşlı istefada olan briqada generalı Meir Zamir, Aşkelon şəhərindən olan vəkil, 34 yaşlı Netanel Muyal, 77 yaşlı vəkil İliyah Rafaeli başçılıq ediblər. Tutulan mafiya üzvləri isə Kobi Qlob, Şlomi Biton və onun rəfiqəsi Ramle Yafi Şukrun olub. 
2009-cu ildə ABŞ-da, Nyu-Cersi ştatında ifşa olunan “Haham” (yəhudu ruhanisini bu cür çağırırlar – red. ) çetesinə də İsrail əsilli, “Çöpçatan” ləqəbli Levy-İzhak Rosenbaum başçılıq edib. Bu çete orqan alveri və qaçaqmalçılığı ilə məşğul olub. Çetenin 44 üzvü həbs olunub. Məlum olub ki, çete keçmiş sovet ölkələrindən olan şəxslərdən 8-10 min dollara orqanlarını alaraq, ABŞ-da 160 min dollara satırmış. Ən maraqlı məqam isə odur ki, çeteyə başçılıq edən Levy-İzhak Rosenbaumla Bakıda, Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasında çalışan Frankenşteyn ləqəbli Yusuf Erçin Sönməzin yəhudi əsilli ortağı, İsrailli professor Zəki Shapiranın münasibətləri də üzə çıxıb. Z.Shapira isə Yusuf Erçin Sönmezin ortağı olmaqla yanaşı, onun 15 illik dostu  olmuşdur.. Bundan başqa, 2005-ci ildə Türkiyənin MASAK – Mali Suçlar Araştırma Kurulu – Çirkli Pulların Qeyri Qanuni Dövriyyəsinə Qarşı Mübarizə Qurumu Yusuf Erçin Sönməzin özünün və onun tanışı “Eskort” kompyuter şirkətinin rəhbəri Halil İbrahim Özərin hesablarına İsraildən müvəkkil banklar vasitəsilə külli miqdarda pulların köçürülməsinə dair araşdırmalara başlayıb. İş məhkəməyə qədər gedərək Yusuf Erçin Sönməzin 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərarın verilməsi ilə nəticələnir. Amma sonradan işin icraatı dayandırılır. Buna baxmayaraq, işin hər an yenilənə biləcəyi də istisna olunmurdu.

Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı mövqeyi də anlaşılmırdı,  elə  bu  gün  də  anlaılmır. . “Quest Net” şirkəti ilə bağlı reportyorların araşdırmalarına dərhal reaksiya verən hüquq-mühafizə orqanları orqan mafiyası ilə bağlı üzə çıxarılmış faktların qarşılığında hərəkətsiz dayanırlar. Bu isə insan əzalarının alveri ilə məşğul olan mafiyanın Azərbaycan bölümünə çox güclü birinin rəhbərlik etməsini deməyə əsas verir. 
Qeyd  etdiyim  kimi,  əgər  həmin  dövrün  mətbuatına  diqqət  yetirsək  görərik  ki, Kosovada qeyri-qanuni orqan transplantasiyasında təqsirli bilinərək barəsində İnterpol tərəfindən axtarışa verilmiş türkiyəli həkim Yusuf Erçin Sönməz Türkiyənin İstanbul şəhərində saxlanılıb. Türkiyə mətbuatının yaydığı məlumata görə,  2010-cu ilin avqust ayında Azərbaycanda qanunsuz orqan ticarətində adı hallanan “Doktor Frankenstein” ləqəbli həkimlə yanaşı, daha 6 nəfər də saxlanılıb. Onlara qarşı qeyri-qanuni orqan nəqli ilə məşğul olmaları barədə ittiham irəli sürülür. 
Onlar Moldova, Qazaxıstan, Rusiya və Türkiyədə yoxsul insanları aldadaraq onların orqanlarını satırmışlar. İddiaya görə, belə şəxslərlə 20 min dollara razılaşan orqan mafiyası bir orqanı Kanada, Almaniya, Polşa və İsraildə 100-137 min dollar arasında satırmış. 46 səhifəlik hesabata əsasən mafiya təkcə 2008-ci il ərzində 20-yə yaxın insanın orqanını satıb. 

Türkiyənin Anadolu xəbər agentliyi bildirir ki, Kosovoda qanundankənar orqan transplantasiyası həyata keçirməkdə təqsirli bilinərək barəsində İnterpol tərəfindən axtarış elan edilmiş həkim Yusuf Erçin Sönməz İstanbulda həbs olunub.
Agentlik xəbər verir ki, polis Yusif Sönməzi İstanbulda dindirib. 
Avropa Birliyinin prokuroru Jonathan Ratel Kosovoda ötən həftə dinləmə zamanı bildirib, bəzi xarici ölkələrdən gələn yoxsul adamlar yalan vədlər əsasında böyrəyini satmağa razılaşıb və qeyri-qanuni cərrahiyyə əməliyyatına təhrik ediliblər. 
Ratel Yusif Dönməzi “aparıcı cərrah” kimi təsvir edib. O bildirib ki, cərrahiyyə əməliyyatları Kosovanın paytaxtında özəl klinikada aparılıb.

Elə  həmin  Yusuf Erçin Sönməz İcazəsi olmamasına  baxmayaraq “Nur” klinikasında əməliyyatlarını davam etdirir; klinikanın baş həkimi kimi o da  jurnalistlərin “qara transplantologiya” ilə bağlı suallardan yayınır.

Reportyorların Bakıdakı orqan mafiyası ilə bağlı araşdırmalarından dolayı yaranmış rezonans səngimək bilmir. 13 avqust  2010-cu  il tarixdə  adı Avropa və Türkiyədə “qara transplantologiya” ilə bağlı hallanan doktor Frankenşteyn ləqəbli Yusuf Erçin Sönməz Bakıya gələrək özü haqqında yazılanlara münasibətini açıqlayır. Amma başqa şeylərdən həvəslə danışan Y.E.Sönməz özünün Bakıdakı fəaliyyəti ilə bağlı danışmaqdan yayınır.“Nur” klinikasının vəkili ilə “Trend”də mətbuat konfransı keçirən Y.E.Sönməz özünün səhhətindəki problemlər barədə danışmağa üstünlük verir. Deyir ki, Bakıya gəlməyə həvəsli olmayıb, sadəcə “Yeni Müsavat”ın orqan mafiyası ilə bağlı yazıları onu Bakıya gətirib. Mətbuat konfransında iştirak edən müxbirlərdən birinin sualına cavab olaraq Y.E.Sönməz orqan mafiyası ilə əlaqəsi olmadığını deyib. Bakıya yenicə gəldiyini, Litva, Türkiyə, Almaniyada həkim kimi işləməyə icazəsi olduğunu deyən Y.E.Sönməz Azərbaycanda ona belə bir izn almaq müyəssər olmadığını açıqlayır.
Çox maraqlıdır, əgər Y.E.Sönməzin Azərbaycanda işləməyə izni yoxidisə, Bakıdakı “Nur” klinikasında nə işi var idi ? Axı onun özünün etiraf etdiyi kimi, səhhətində ciddi problemləri olub. Bəlkə o, Azərbaycana, Bakının Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasına müalicəyə gəlibmiş?
Jurnalistlər bu və digər çoxsaylı suallarına cavab almaq üçün “Nur” klinikasının 502 03 02 nömrəli telefonunu yığırlar. Klinika əməkdaşına Y.E.Sönməzlə danışmaq istədiklərini  bildirirlər. Y.E.Sönməzin cərrahi əməliyyatda olduğunu deyən klinika əməkdaşı 2-3 saat sonra əlaqə saxlamaqlarını  xahiş edir.. 3 saat sonra isə dəstəyi qaldıran Təranə adlı digər əməkdaş Yusuf bəyin klinikada olmadığını deyir. Buna görə də mətbuat  nümayəndələrinin  çoxsaylı sualları  ilə  yanaşı Y.E.Sönməzin “Nur” klinikasına müalicəyə gəlib-gəlməməsi ilə bağlı sualları da açıq qalır.
Amma nəzərə alanda ki, Y.E.Sönməz özünün dediyi kimi, dünyada tanınmış tibb ocaqlarının yerləşdiyi Litva, Türkiyə, Almaniya kimi ölkələrdə işləməyə izni olub, onun elə bu ölkələrdə də müalicə olunmaq imkanının olduğunu da söyləmək olar. Deməli, onun “Nur”a müalicəyə gəlmək ehtimalı sıfır  olub. Belə olduqda isə Y.E.Sönməzi Bakıya, “Nur” klinikasına bağlayan nədir? Təsüflər  olsun  ki,  bu  gün kütləvi  informasiya  vasitələrinin  bəzi  nümayəndələri  bu sual ətrafında araşdırmaları davam  etmək  əvəzinə,  bütün  bu  çirkabı  E.Abdullayevin  adına  yazılmasında  hüquq-mühafizə  orqanlarına  özləri  də  bilməyərəkdən,  bəlkə  də  bilərəkdən  yardımçı  olurlar. 
Çox maraqlı məqamlardan biri də budur ki, Y.E.Sönməzdən əvvəl onun tez-tez baş çəkdiyi “Nur” klinikasının baş həkimi Mehparə Məmmədova da “qara transplantologiya” ilə bağlı jurnalistlərin  suallarına adekvat olmayan cavablar vermişdi. KİV  nümayəndələrinin  onu şantaj etməkdə suçlamaqdan  belə çəkinməmişdir.  Axı nə baş verir? Niyə normal suallara aydın cavablar vermək əvəzinə belə anormal cavablar verilir? Gizlədiləsi, qeyri-qanuni heç nə baş vermirsə, niyə bu qədər aqressiv münasibətlə jurnalistlər  üzləşirlər? Axı onların  yazdıqlarına Ukrayna, Belarus hüquq-mühafizə orqanları reaksiya verərək Bakıdakı özəl klinikaların orqan mafiyasının oylağı olmasını təsdiqləyiblər.


KLİNİKA  BARƏSİNDƏ Bütün  təkziblərə  və  eytirazlra  baxmayaraq, az keçmir ki, Azərbaycanın hüquq-mühafizə orqanları istər  Ukrayna  hüquq-mühafizə  orqanlarının,  istərsə  də  respublikanın  daxilində  media  nümayəndələrinin  təzyiqlərinə  davam  gətirməyib  insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktı ilə bağlı məlumat yayırlar. Artıq  “Nur”  klinikasında  baş  verən  qanunsuzluqları  ört-basdır  etmək  məqsədilə insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsində  güya  günahkar  olan  hüquqi  və  fiziki  şəxslər  də  seçilir. Bu  legendanın  uydurulması  ondan  irəli   gəlmişdir  ki, “Nur”  klinakasını  və  onun  əsl  havadarlarını  xilas  etmək  üçün  ilk  növbədə  dövlət  başçısının,  Ukrayna  həmkarlarının  və  xüsusi  olaraq  kütləvi  informasiya  vasitələrinin  diqqətini cinayətin  əsl  obyektindən  yayındırmaqla,  həmin  diqqəti  özləri  üçün  arzuolunmaz  şəxslər  üzərində  cəmləşdirsinlər. Hesab  edirəm  ki, heç  kim  üçün  təcüblü  olmaz, əgər  desək  ki,   2010-2011-ci  illərdə  hüquq-mühafizə  orqanları  üçün  ən  arzuolunmaz  simalardan  biri  13  oktyabr  2003-cü  ildə  naməlum  şəraitdə  oğurlanmış  MTN-nin  zabiti  Abdullayev  Mahir  İslam  oğlunun  doğma  qardaşı,  ABU-nun  rektoru professor Abdullayev  Elşad  İslam  oğlu  idi.  Sonuncudan  gözəl  namizəd  də  ola  bilməzdi. Elə  bu  səbəblərdən  həmin məlumatda qısaca bildirilirdi ki, fəaliyyət göstərən ABU klinikasının vəzifəli Şəxsləri barəsində cinayət işi başlanıb. Məsələni tam araşdırmaq üçün Respublika Prokurorluğu və Daxili İŞlər Nazirliyinin əməkdaŞlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.

Buyurun  bu  da  içtimayyəti  təcübləndirmək  üçün  şok  məlumat.  Kamil Məmmədxanov və  Dilarə  İsmayılova  transmilli çetenin Bakıda cərrahi əməliyyatlar apardığı “ABU” klinikasında çalışırmışlar.

Bakıda orqan mafiyası ilə bağlı 2 həkim saxlanılaraq istintaqa cəlb olunur. Bu barədə KİV həmin  zaman  məlumat  yayırlar.  Məlumatlar  Azərbaycan  içtimayətinə  hüquq-mühafizə  orqanları  tərəfindən  elə  təqdim  edilirdi  ki, ABU-klinikasının  əməkdaşları, istintaqa cəlb edilən həkimlər Kamil Məmmədxanov və  Dilarə  İsmayılova  güya  transmilli orqan mafiyasının  üzvüdürlər və  qeyri  qanuni  cərrahi  əməliyyatlar  onların  rəhbərliyi  altında  Bakıda  “ABU” klinikasında həyata  keçirilib.

İstintaqa cəlb edilən “ABU” klinikasının baş həkimi Dilarə İsmayılovanın müavini olmuş Kamil Məmmədxanova həmin  zaman ittiham elan olunmur. Hüquq-mühafizə  orqanları  tərəfindən  belə  bir  versiya  irəli  sürülür  ki,  Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işinin nəticəsindən asılı olaraq o da qara transplantasiya əməliyyatının rəhbərlərindən biri kimi istintaqa cəlb edilə bilər. Eyni  zamanda  istər  D.İsmayılovanın,  istərsə  də  K.Məmmədxanovun insanların bədən üzvlərinin çıxarılaraq satılmasında birbaşa iştirakının olub-olmaması barədə məlumat verilmir.
Amma  eyni  zamanda   məlumatda bildirilirdi ki, qanunsuz əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş tibb mərkəzində həyata keçirilib. Buna görə də mərkəzin vəzifəli şəxsləri barədə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda orqan mafiyasının Bakıdakı izlərinin araşdırılması üçün Baş Prokurorluq və DİN əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İbtidai istintaqın aparılması Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. D.İsmayılovanın müavini olmuş Kamil Məmmədxanovun da bu idarənin əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilmişdir.

Maraqlıdır ki, bu  günə kimi orqan mafiyasının Bakıdakı dayaqları  fonunda  ABU  klinikanın  göstərilməsinə  baxmayaraq,  hüquq-mühafizə orqanları  məlum  olmayan  səbəblərdən  içtimayətə  geniş    məlumat vermirlər, konkret olaraq istintaqa neçə nəfərin cəlb edildiyini, qanunsuz əməliyyatları daha hansı klinikalarda keçirildiyini açıqlamırlar. Həkimlər  K.Məmmədxanov  və  D.İsmayılov  əgət  cinayətkardırlarsa  hansı  səbəblərdən  bu  günə  kimi  həbs  olunmayıblar ? Azərbaycanın Dövlət Neft Şirkətinə tabe olan Mərkəzi Neftçilər Xəstəxanasında reportyora  böyrəyini satmağı təklif edən həkimlə bağlı araşdırma aparılıb-aparılmaması  məlum deyil,  Batamdart  qəsəbəsində  bir  vaxtlar  fəaliyyət  göstərən,  lakin  burada  baş  verən  qanun  pozuntularını  ört-basdır  etmək  məqsədilə  bağlanmış  “Nur”  klinikasının  kimə  məxsus olması  haqqında  məlumat  yoxdur.

Aydınlıq  gətiriləsi  suallar  həddindən  artıq  çoxdur.  Misal  üçün  2011-ci  aprel  ayında  baş  prokurorluğun  mətbut  xidmətinin  rəhbəri  Eldar  Sultanov  APA-nın  sorğusuna  cavab  olaraq  bildirir  ki,   “bəzi  KİV-də  E.Abdullayev  barəsində  cinayət  işinin  başlanmasına  dair  yayılan  məlumatlar  həqiqətə  uyğun  deyil.  Bu  məlumatlar  reallığı  özündə  əks  etdirmir  və  təkzib  olunur. İnsan  orqanlarının  qanunsuz  transplantasiyası  əməliyyatlarının  həyata  keçirilməsi  faktları  ilə  bağlı  ABU-nun  nəzdində  fəaliyyət  göstərmiş  tibb  mərkəzinin  vəzifəli  şəxsləri  barəsində  cinayət  işinin  başlanması  barədə  tərəfimizdən  içtimayyətə  informasiya  verilib..  Baş  Prokurorluğun  Ağır  Cinayətlərə  Dair  İşlər   üzrə  İstintaq  İdarəsində  həmin  iş  üzrə  zəruri  istintaq-əməliyyat  tədbirləri  davam  etdirilir, lakin hazır  ki, vaxtadək  təqsirləndirilən  və  ya  cinyət  məsüliyyətinə  cəlb  edilən  yoxdur.”

Artıq  şantaj,  hədə-qorxu  maşını  işə  salınıb.  Onu  əylətmək  mümkün  deyil.

01.10.12 –TARİXDƏ  SAAT 12:07 RADƏLƏRİNDƏ  “GÜNDEMİNFO”  ELEKTRON  SAYTINDA  “ZAKİR  QARALOV  ELŞAD  ABDULLAYEVİN  CİNAYƏTKAR  ƏMƏLLƏRİNDƏN  DANIŞDI”  BAŞLIĞI  ALTINDA  DƏRC  OLUNAN  MƏQALƏ  VƏ TƏHLİL

Həmin  bəyanat  mətnindən  əsas sözləri  çıxarılmış  mahnıya  bənzəyir. Diqqət  yetirin  bir  vaxtlar  Azərbaycan  Respublikasında  qara  transplantasiyanın  olmamasından  qətiyyətlə  danışan  baş  prokuror  özünün  növbəti  həqiqətə  uyğun  olmayan  müsahibəsini  verir.  Müsahibə  artıq  2012-ci  ildə  “gündəminfo.az”  elektron  saytında  dərc  olunub. Baş  Prokuror   Zakir  Qaralov  professor  Elşad  Abdullayevin  cinayətkar  əməllərindən  danışaraq,   bildirir  ki,  “Klinikanın rəhbəri Dilarə İsmayılova istintaqa ifadəsində qanunsuz əməlləri məhz Elşad Abdullayevin tapşırığı ilə həyata keçirdiyini deyib”

“Azərbaycan Beynəlxalq Universitetində ciddi korrupsiya faktları aşkar edilib”. APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib: “2010-cu ildə insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı ukraynalı həmkarlarımız tərəfindən qaldırılmış cinayət işinin istintaqı zamanı ABU-nun tabeçiliyində olan ikanın  baş  prokuroruköçürmə əməliyyatı aparılıb. Bu əməliyyatları ukraynalı həkimlər həyata keçiriblər. Biz o zaman Ukrayna tərəfinə lazımı köməklik göstərmişik. Həmin fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb. Ukrayna tərəfinin başladığı cinayət işi ilə bağlı artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Orada adı keçən azərbaycanlı vəzifəli şəxslərlə bağlı cinayət işinin materialları ayrılaraq Azərbaycan Baş Prokurorluğuna göndərilib”.

Z. Qaralov deyib ki, adı çəkilən klinikanın rəhbəri Dilarə İsmayılova istintaqa ifadəsində bütün bu qanunsuz əməlləri məhz Elşad Abdullayevin tapşırığı ilə həyata keçirdiyini deyib: “O, həmçinin qeyd edib ki, qanunsuz orqan transplantasiyalarından əldə etdikləri 100 min ABŞ dollarını Elşad Abdullayevin özünə çatdırıb. Bir daha qeyd edirəm ki, Elşad Abdullayev korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, gəlib bu suallara cavab verməlidir”.

Baş Prokuror ABU-nun lisenziyasının 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən ləğv edildiyini xatırladıb: “Təəssüflər olsun ki, qanunsuz köçürülmələr nəticəsində orada təhsil alan minlərlə tələbələrimiz diplom ala bilməyiblər. Həmin faktlarla bağlı bizə çoxsaylı şikayət daxil olub. Şikayətlər həm saxta diplomların verilməsi, həm qanunsuz köçürülmələr zamanı külli miqdarda rüşvət almaqla bağlı olub. Daxil olan şikayətlər əsasında ABU-nun vəzifəli şəxslərinin bir qismi məsuliyyətə cəlb olunub. Hazırda istintaq gedir. Bu kimi əməlləri olan bir insan bu gün özünü elə göstərir ki, guya o korrupsiyaya qarşı mübariz aparır. Elşad Abdullayev bilməlidir ki, hamı qanun qarşısında bərabərdir. Vaxt çatanda, hər kəs layiq olduğu məsuliyyətə cəlb ediləcək”. 

Z. Qaralov qeyd edib ki, məlum videoçəkilişlə bağlı heç kimin – Elşad Abdullayevin də, Gülər Əhmədovanın da təqsirsizlik prezumpsiyası pozulmamalıdır: “Bununla bağlı ətraflı, obyektiv istintaq aparılacaq”.

Normal  bir  çıxışdır.  Baş  prokuroru  kim  qınaya  bilər  ki,  çıxışına  görə ?  Sadəcə  olaraq  gərək  kimsə  cənab  prokurora  xatırladardır ki,  “Cənab  Baş  Prokuror.  Bir  qədər  də   2010-cu  ilin avqust  ayında , “Yeni Müsavat” qəzetinin reportyorları Bakıda orqan mafiyasının izinə düşməsindən, Nizami küçəsi, 100 ünvanındakı “qul bazar”ında Əziz və Sahil adlı orqan mafiyası dəllallarının “Musavat”ın   reportyoru Türkan Turana böyrəyini, ciyərini satmasını təklif etmələrindən, onu Mərkəzi Neftçilər Xəstəxanasına aparıb Naimə adlı həkimlə görüşdürmələrindən,  bütün  dunyada  qəssab  kimi   tanınan,  az  qala  dunya  mafiyasının  üzvü olan,  bütün  beynəlxalq  gizli  polisi  tərəfindən  axtarılan  Erçin  Sönməzin  “Nur”  klinikasında  apardığı  əməliyyatlardan,  bu  günə  kimi  E.Abdullayevə  qarşı  ifadə  vermiş  və  eyni  zamanda  cinayətdə  iştiraklarını  etiraf  edən  hər  iki  həkimin  hansı  səbəblərdən  həbs  edilməməsindən  danşın.  Əks  halda  bütün  bu  söylənilənlər  içtimayyət  tərəfindən  ciddi  qəbul  olunmayacaq. Birdə  ki,  hansı  təqsirsizlik prezumpsiyasından  danışmaq  olar  ki,  əgər  respublikanın  baş  prokurorunun  mətbuatda  dərc  olunan  bəyanatı  “ZAKİR  QARALOV  ELŞAD  ABDULLAYEVİN  CİNAYƏTKAR  ƏMƏLLƏRİNDƏN  DANIŞDI”  başlığı  altında  getmişdir.

E.ABDULLAYEV  2010-CU  İLİN  AVQUST  AYINDAN  HÜQUQ-MÜHAFİZƏ  ORQANLARI  ÜÇÜN  ARZUOLUNMAZ  İNSAN  İDİ, BU  ZİDDİYYƏTLƏR  ABU  KLİNİKA  İLƏ  BAĞLI  ÖZÜNÜ  ARTIQ   BÜRÜZƏ  VERMİŞDİR. 

E.Abdullayevin  arzuolunmaz insan  olması prosesi İÇTİMAYYƏTİN  BİLDİYİ   kimi  heç də  2010-cu  ilin  avqust   ayından  deyil,  hətta  o  tarixdən  də öncə,  sonuncunun  başına  gətirilən  müsübətlərlə  bağlı  Avropa  İnsan  Haqları  Məhkəməsinə  mraciyyət  etdikdən  dərhal  sonra  başlamışdır,  o  ki,  qaldı  ABU  klinikaya,  ABU  klinika  ilə  bağlı  məsələ  bir  qədər  fərqlidir. Daxili  insan  orqanlarının  qanunsuz  transplantasiyası  olayı  hələ  “Musavt”  qəzetinin  əməkdaşları  tərəfindən  içtimayiləşməmişdən  4-5  ay  öncə  artıq  ABU-nun  özəl  tibb  müəssisəsinə  artıq  dövlət  səviyyəsində  basqılar  start  götürmüşdür.  Misal  üçün  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyinin  Tibb  Yardımının  Təşkili  şöbəsinin  müdir müavini  Ə.Tağıyevin  “Azərbaycan  Beynəlxalq  Universiteti”nin  özəl  tibb  müəssisəsinin  rəhbərliyinə  ünvanladığı  02/19-2480  qeydiyyat  nömrəsi  ilə  10.06.2010-cu   il  tarixli  məktubunda  qeyd  olunurdu  ki,  “Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  mütəxəssisləri  tərəfindən  Bakı  Şəhəri  Nərimanov   rayonu,  Aşıq  Molla  Cümə  küçəsi  16  ünvanında  Azərbaycan  Beynəlxalq  Universitetinin  özəl  tibb  müəssisəsinə  keçirilən  baxış  nəticəsində  bir  sıra  ciddi  nöqsan  və  çatışmamazlıqlar  aşkar  olunmuşdur.  Bununla  əlaqədar  lisenziya  tələblərinə  və  şərtlərinə  riayət  olunmadığından  tibb  müəssisəsinin  (lisenziya  N025897,  qeydiyyat  N0716,  verilmə  tarixi  21.05.2009-cu  il)  fəaliyyəti  07.06.2010-cu  il  tarixli  95-S  nömrəli  Sərancamına  əsasən  07.06.2010-cu  il  tarixdən  dayandırılmışdır.  Sərancamın məzmunu  ilə  Səhiyyə  Nazirliyində  (otaq 202)  tanış  ola  bilərsiniz.”

Ümumiyyətlə  ABU-nin  Tibb  Mərkəzinə  4  lisenziya  verilib.  21.05.2009-cu  il  tarixdə  sonuncu lisenziya  5  il  müddətinə  verilmişdir.  Bu  lisenziyanın  çernili  qurumamış  1 ildən  sonra  AR  Səhiyyə  Nazirliyi  tərəfindən  07.062010-cu  il  tarixdəTM-nin  lisenziya  fəaliyyəti  qanunsuz  olaraq  dayandırılmışdır.  Baxmayaraq  ki,  ABU  TM-nin  Texniki  Bazası banklardan  götürülmüş  milyonlarla  ABŞ  dolları  hesabına alman  mütəxəsislərinin  səyi  nəticəsində  müasir  tibbi  mərkəzə  çevrilmişdir.  Mərkəzdə  kifayət  qədər  iş  yeri  yaradılmış,  tanınmış  mütəxəsislər  fəaliyyət  göstrmişdirlər.  Demək  olar  ki,  ABU  Tibb  Mərkəzi  həmin  dövrdə  respublikada  fəaliyyət  göstərən  .n  qabaqçıl  və  texniki  avadanlıqla  təciz  edilmiş  klinakalardan  biri  olmuşdur.

Çox  vacibdir  qeyd  edək  ki,  bu  hadisədən  hələ  sonra  Baş   Prokuror  jurnalistlər  qarşısında  çıxış  edərkən  respublikada  qara  transplantasiyanın  olmaması  haqqında  danışır. Deməli  belə  çıxır  ki,  artıq  qara  transplantasiyanı  respublikada  mövcudluğunu  ört-basdır  etmək  mümkün  olmayanda?  məlum  olmayan səbəblərdən  ədalətsiz  olaraq  bağlanması sifariş  olunan  E.Abdullayevin  rəhbəri  olduğu  ABU-nun  Tibb  Mərkəzi qurban  verilməsi  üçün  seçilmişdir.

ABU  TİBB  MƏRKƏZİNƏ  BU  YEGANƏ  BASQI DEYİL,    BAŞQA  EPİZODLAR  DA  MÖVCUDDUR

ABU  klinikaya  basqıların  mövcud  olmasına  dair  digər  bir  məlumat  09 07 2010-ci  il  tarixdə  saat 10:28 radəıərində  Dəyərlər.orq  saytında  öz  əksini  tapmışdır.

Qeyd  olunan  tarixdə  heç  bir  qabaqcadan  məlumatlandırma  olmadan  naməlum  şəxslər  tərəfindən  ABU  Tibb  Mərkəzinin   söküntüsünə  göstəriş  verilir.ABU   Tibb Mərkəzinin sökülməsinin səbəbini öyrənmək istəyən jurnalistlər “qoçular”ın hədəsi ilə üzləşir.

kıda Nərimanov metrostansiyası yaxınlığında, Molla Cümə küçəsi 16 ünvanında Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzi binasının qabaqcadan xəbərdarlıq eBadilmədən sökülməsi haqda “Qaynar xətt”ə daxil olan şikayətə əsasən hadisə yerinə  jurnalistlər  gəlirlər.. Doğrudan da deyilən ünvanda söküntü işləri aparılırdığının  şahidi  olurlar. Məsələ ilə əlaqədar ABU Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılova ANS PRESS-ə şikayətində heç bir əsas göstərilmədən və qabaqcadan xəbərdarlıq edilmədən binanın yan tərəfdən sökülməyə başlandığını bildirdirir. Heç bir tibbi aparatların da daşınmasına imkan verilmir,   baş həkim iş icraçıları tərəfindən təhqir olunur.  

Klinikanın həkimi İranə Vəliyeva da klinikanın hansı əsasla söküldüyünü soruşduğuna görə işçilər tərəfindən nəlayiq söyüşlərlə söyülür. “Eyni  zamanda, tibbi mərkəzinin əməkdaşları Aytən Məmmədova, Quluyeva Samirə və digər işçilər də  binanın nə səbəbdən söküldüyünü öyrənmək istədikləri  halda  naməlum  şəxslər  onlara  da   cavab vermək əvəzinə   sonuncuları  söyürlər.”  İş icraçıları   öz adlarını gizlədirlər..
Jurnalistlər  söküntü işlərini çəkmək və iş icraçılarından məsələ haqqında məlumat almaq istədikləri  halda,  buna peşiman olurlar. Onlara   nəinki söküntünün nə üçün və kim tərəfindən aparıldığını söyləmirlər, hətta üstlərinə  hücum çəkirlər. Fotoqrafları   işə rəhbərlik edən “qoçuların” əlindən güclə alırlar. Sonradan   mətbuat  nümayəndələri  ərazidən uzaqlaşdırılır. “Qoçular” isə “özünüzü yaxşı aparmasanız, qulağınızı burarıq” deyə hədə-qorxu gəlirlər. Ərazidə çəkiliş aparmaqlarına  imkan verməsələr də,  KİV  nümayəndələri   bir neçə foto çəkmək imkanı   əldə  edirlər. Ən əsası isə özünü Nərimanov rayonunun “ağası” hesab edən və  jurnalistləri   təhqir edərək ərazidən qovan insanların şəkilini   jurnalistlər  çəkə  bilirlər.. 

Məsələ ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyətilə əlaqə saxlanılır.. Oradan söküntü işlərindən xəbərsiz olduqlarını bildirirlər. (“Deyerler” AIN-ə istinad (www.deyerler.org) )

BƏZİ  ŞAYƏLƏRƏ  ƏSASƏN  GUYA  ADLARINI  ÇƏKDİYİMİZ  HƏKİMLƏR  BAŞ  PROKURORLUQDA  İFADƏ  VERƏRKƏN  QARA  TRANSPLANTASİYA  CİNAYƏTLƏRİNDƏN  ƏLDƏ  OLUNMUŞ  100000  abş  DOLLARINI  Abdullayev  Elşad  İslam  oğluna  vermişdirlər.

Əslində  eşitsəniz  ki, baş  prokurorluq  E.Abdullayevə  nəin  ki, qara  transplantasiya  ilə  bağlı,  hətta  məhşur  terrorçu  təşkilatlarla  əlaqədə  olmasına  dair  ittiham  irəli  sürüb buna  təcüblənməyə  dəyməz. Hesab  edirəm  mənimlə  razılaşarsınız.Bunun  səbəbləri  ondan irəli  gəlir  ki, son  bir  neçə  ildə  yeganə  şəxs  oldu  ki, E.Abdullayev    respublikanın  istər  idarə-etmə  və  qanunverici  orqanlarında,  istərsə də  güc  strukturlarında  ayrı-ayrı  şəxslər    və yaxud  siyasi  partiyalar,  içtimayi  birliklər,  QHT  rəhbərləri,  hüquq  müdafiəçiləri  tərəfindən  vurğulanan,  ehtimal  edilən,  bəzi   hallarda  isə öz  acı  talehlərində qanunsuzluğun  şahidi  çevrilərək  bunu  içtimayyətə  çatdıranlardan  fərqli  olaraq  konkret  faktları  və  görüntü  sübutları nəin ki,  Azərbaycan  içtimayyətinə,  bütün  beynəlxalq  aləmə  təqdim  etmişdir.

Belə  çıxır  ki,  əgər  həqiqətən  sizin  söylədiyiniz  kimi,  istintaqa  cəlb  olunmuş  (əgər  həqiqətən  cəlb  olunublarsa) hər  iki  həkim  baş  prokurorluqda  E.Abdullayevə  külli  miqdarda  pul  veriblərinə  dair  könüllü  şəkildə  ifadə  veriblərsə,  deməli  hər  iki  həkim  cinayətdə  iştirak  etmələrini  etiraf  ediblər.  Belə  olan  halda  lap  tutaq  ki,  hüquq  mühafizə  orqanlarının  əlləri  E.Abdullayevə  Fransada  yaşaması  səbəbindən  çatmır,  bəs  deyin  görüm   hansı  səbəblərdən  öz  cinayətlərini  etiraf  etmiş həkimlərin   məsüliyyətə  cəlb  olunmalarına  dair  prokurorluğun  mətbuat  xidməti  içtimayyətə  məlumat  vermir.  Səhf  etmirəmsə  hər iki  həkim  hal  hazırda  respublikadadırlar,  öz  həkim  praktikalarını  ayrı-ayrı  müəssisəlrdə  davam  etdirirlər.

Hətta  sizin  diqqətinizə   başqa  bir  məqamıda  çatdırmaq  istəyirəm.  Lap  tutaq ki, həqiqətən  ABU  Tibb  Mərkəzində  yuxarıda  adları  çəkilən  həkimlər  tərəfindən  həqiqətən  qanunsuz  olaraq  insan  daxili  orqanlarının  transplantasiyası  keçirilib.  Mən  başa  düşə  bilmirəm  bu  məsələyə  E.Abdullayevin  nə  aidiyyatı  var ?

-professor  Abasov  Eldar  şamxal  oğlu  ABU  Stasionar  Mərkəzinin  baş  həkimi,  ərizəsinə  əsasən  “Ortopediya”  şöbəsində həkim  saxlanılmaqla  19  fevral  2007-ci  il  tarixindən  tutduğu  vəzifədən  azad  olunur:

-İsmayılova  Dilarə  Akif  qızı  ABU  Stasionar  Tibb  Mərkəzinin  baş  həkiminin  müavini,  başqa  işə  keçməsi  ilə  əlaqədar  olaraq  19  fevral  2007-ci  il   tarixindən  tutduğu  vəzifədən  azad  olunur:

-İsmayılova  Dilarə  Akif  qızı  19  fevral  2007-ci  il  tarixdən  ABU  Stasionar  Tibb  Mərkəzinin  baş  həkimi  vəzifəsinə  təyin  olunsun.

Əgər  dqqət  yetirirsinizsə Dilarə  xanım  müstəqil  şəkildə  Tibb  Mərkəzinin  baş  həkimi  vəzifəsində  fəaliyyət  göstərib və  sonuncu  əgər  həqiqətən  baş  prokurorluqda  Elşad  Abdullayevə  qarşı ifadə  verirsə  bunu  ancaq  və  ancaq  absurd  adlandırmaq  olar.  Heç  kimə  sirr  deyil  ki,  bu  gün  respublikamızda  canlı  görüntülü  faktlara  prokurorluq  əhəmiyyət  vermədiyi  halda,  Dilarə  xnımın  (əgər  həqiqətən  belə  bir  ifadə  veribsə)  ifadəsinin  nə  kimi  prespektivi  ola  bilər.Birdə  ki,  müsahibənin  əvvəlində  mən qeyd    təşkilatı  necə  yarad Mərkəzini  ökənlərə  qarşı  ilk  çıxanalardan  biri  olub.  İndi  mən  br  sual  vermək  istəyirəm.  Belə  olan halda  u  qadının  aqibəti  necə  olmalı  idi ?  Hamımıza  məlumdur  ki,  E.Abdullayevin  müdafiəsinə  qalxan  hər  bir  şəxsin  aqibəti  necə  olmalıdır.

Nə  qədər  cəfəngiyyat  bir  ittihamdır.  2003-cü  ilin  oktyabr  ayının  13-də  qardaşı  oğurlanmış  bir  şəxs,  respublikanın  bütün  güc  strukturların nəzarətində  istər  özü,  istərsə  də  yaxın  ətrafı  olan  bir  universitet  rektoru  ara  transplantasiya  ilə  məşğul  olacaq  bir təşkilatı  necə  yarada  bilərdi ?  Yenə  qayıdıram  müsahibəmin  əvvəlinə,  onda  belə  çıxır  ki,  2010-cu  ilin  avqust  ayında  baş  prokurorluq  respublikada  qara  transplantasiyanın  mövcudluğunutəkzib  verən  zaman  E.Abdullayevin  cinayətlərini  ört-basdır  edirmiş ?

Daxili  orqanların qanunsuz donor satışı ilə əlaqədar dünyada,  eləcədə  Azərbaycan  Rspublikasında geniş cinayət şəbəkəsi fəaliyyət göstərib  və  bu  gündə  hesab  edirəm  ki, fəaliyyət  göstərməkdə  davam  edir.. Beynəlxalq aləmdə Azərbaycan korrupsiyalaşmış ,özbaşınalıq baş alıb gedən, kriminal bir dövlət kimi tanındığı üçün həmin cinayət şəbəkəsinin Azərbaycana da müdaxilə etmə ehtimalı böyükdür  Ən  azından  bunu  söyləmyə  bizi  vadər  edən  Erçin  Sönməzin  Bakı  şəhərinin  Batamdard  qəsəbəsində  bir  vaxtlar  fəaliyyət  göstərən  “Nur”  klinikasında  çalışmasına  dair  respublika  kütləvi  informasiya  vasitələrində  gedən  məqalələrdir.. . Təssüflər olsun ki, Baş   Prokurorluq məsələni araşdırmaq əvəzinə,faktı ört-basdır edən bəyanatlar yayır.
”Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzi”nin direktoru,hüquq müdafiəçisi, hərbi ekspert Ələkbər Məmmədov qeyd etmişdir ki, orqanların qanunsuz donor satışı ilə əlaqədar dünyada geniş cinayət şəbəkəsi fəaliyyət göstərir.
Bundan başqa pullanmış yerli məmur-oliqarxlara da orqanların transplantasiyası lazım ola bilər. Və bu baxımdan, bununla əlaqədar əhalidən gələn siqnallar prezident və aidiyyatı orqanların nəzarəti altında nəticəsindən asılı olmayaraq ciddi yoxlanılıb araşdırılmalıdıBurda deyiblər, “soğan yeməmisən,için niyə göynəyir?”. Tələb edirəm ki, bu məsələyə dövlət səviyyəsində reaksiya verilsin. 

Məlumat üçün bildirək ki, Azərbaycan qanunvericiliyinə əsasən insan orqan və toxumalarını şəxsi razılıq olmadan satanlar Cinayət Məcəlləsinin 137.1, 137.2 və 137.3 maddələriylə məsuliyyətə cəlb edilirlər. Vətəndaş bu addımı könüllü şəkildə atsa belə, bu hal qanunvericiliyin tələblərinə cavab verməlidir.

Bir  qədər  öncə  biz  sizinlə  E.Abdullayevə  qarşı  irəli  sürülmüş  həqiqətə  uyğun  olmayan  ittihamlardan  söhbət  apardıq,  konkret  olaraq  E.Abdullayevin  güya  qara  transplantasiya  ilə  məşğul  olan  çəbəkə  ilə     əlaqələrindən,  amma  siz  də  gözəl  bilirsiniz  ki, E.Abdullayevi  bundan  başqa ermənilərlə  də iş  birliyindən  bəs  edən  şayələr  az  gəzmir.

Eyni  məzmun,  eyni  səviyyəsiz  ittihamlar.  Bu  heçdə  bizim  üçün  yenilik  deyil  ki,  bu  gün  E.Abdullayevi  ermənilərlə  iş birliyində  ittiham  edənlərin   özlərinin  ermnilərlə  nəin  ki.  iş  birliyi,  hətta  yaxın  qohumluq  əlaqələri  içtimayyətə  məlumdur. Bu  gün  respublikamızda  arzuolunmaz  şəxsləri  nüfuzdan  salmaq  üçün  çox  gözəl  bir  üsul  süçilib. Kimi  rusfay  etmək  istəyirlərsə  onu  ermənilərlə  iş  birliyində  ittiham  edirlər.  Gəlin  bir  qədər  geri  qayıdıb  professora  qarşı  ermənilərlə  bağlı  öz  reputasiyasını  şübhə  altına  qoyan  bəzi  KİV-də  gedən  məqalələrə  diqqət  yetirək.  Yazırdırlar  ki.  güya  E.Abdullayev  Rusiya  Federasiyasının  Moskva  şəhərində  milliyətcə erməni  olan  şəxslərdən  torpaq  sahələri,  nə  bilim  hansısa  mülkləri almış,  hətta  bu  mülklərin  birinin  ərazisində  ABUnun  Moskva  filialını  yaratmışdır.  Professorun  bir  yaxını  və  vəkalətnam üzrə  nümayhəndsi  kimi,  şahidi  oldum  ki, həmin  zaman  onu  yaxınları,  qardaş  və  bacıları  bu  çirkin  məlumatlara  emosiyalarını  gizlədə  bilməyərək,  necə   reaksiya  verdilər,   əsəbiləşdilər ,  hətta  bəzi  hallarda  tqirə  ramiz  sözlər  belə  işlətməkdən  belə  vaz  keçmədilər. Hesab  edirəm  ki.  həmin  zaman  qohum-əqrəbə  bu  kimi  səviyyəsiz .  əsassız  şayələrə  bu  cür  reaksiya  verməməli  idilər.  Gəlin  bu  məsələyə  başqa  bir  mövqydən  baxaq.  Lap tutaq  ki,  professor  həqiqətən  Moskva  şəhərində  milliyyətcə  erməni  olan  hansısa  şəxslərdən  mülk  alıb.  Burada  professoru  rusvay  edə  biləcək  hansı  amil  var ?  Mən  başa  düşə  bilmirəm.  Bu  gün  Bakı  şəhərində  yüzlərlə  həmvətənlimiz  məlum  Sumqayıt  hadisələrindən  sonra  ermənilərlə  evlərini  barter  etmişlər,  ermənilərdən  onların  evlərini  satın  almşdırlar.  Hətta  elə  Azərbaycan  vətandaşlarfı  olmuşdur  ki, öz  evlərində  milliyyətcə  erməni  olan  şəxsləri  elə  həmin  erməni  milliyyətindən  olan  şəxslər  tərəfindən  yaxınları  işgəncə  ilə  öldürülmüş  azərbaycanlılardan  gizlətmişdirflər.  İndi  bəyəm  biz  həmin  azərbaycanlıları  ittiham  etməliyik.  Başqa  bir  misal  gətirirəm,  bəyəm  biz  dəbdə  olan  hansısa  bir  avtomaşını  və  yaxud  geyim-bəzək  əşyalarını  alan  zaman  maraqlanırıq  ki,  həmin  əşyanı  istehsal  edən,  nə  bilim  icad  edən  şəxsin  milliyyəti  nədir ?  Nə  qədər  absurd  fikirlərdir.

Bəli  həmin  zaman  səslənən  fikirlər  arasında  E.Abdullayevin  ünvanına  daha  ciddi  ittihamlar  söylənilmişdir.  Misal  üçün  bəziləri  bildirmişdirlər  ki.  güya  E.Abdullayev  erməni  milliyyətindən  olan  şəxslərlə  görüşüb  onlara  Yerevanda  hansısa bir  kilsənin  təmiri  üçün  pul  verib.  Əslində  bu  fikirləri  söyliyən  insanların özlərinin  mənsubiyyətinə  şübhə  ilə  yanaşmaq  lazımdır. Və onu  da  bilirəm  ki,  artıq  E.Abdullayev  şəxsən  mənə, e ləcə  də  rəsmi  nümayəndəsi  olan vəkil  Adil  İsmayllova müvafiq  tapşırıqlar  vermişdir  ki,  özünü  tanınmış  vəkil  kimi  içtimayyətə  siriyan  Ramiz  Zeynalova  qaşı  məhkəmə  dava  açılsın.  Buyursun  sübut  etsin,  görək  E.Abdullayev  hansı  kilsələrin  təmirinə  pul  ayırıb.  O  ki,  qaldı  ki.  E.Abdullayevə  hansı  vəzifəli şəxslər  meçid  tikməyə  imkan  vermiyiblər,  bu  barədə  içtimayyətə  geniş  məlumat  veriləcək.

Unutmaq  lazım  deyil  ki, “məşhurlar” arasında ermənilər də var. Əsir və itgin düŞmüŞ, girov götürülmüŞ vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı araŞdırmalar və şahid ifadələri də təsdiqləyir ki, ermənilər girovlardan cavan və sağlam olanları seçirlər. Onları naməlum istiqamətə aparıblar və bir daha geri qayıtmayıblar. Onların bir hissəsinin meyitlərinin təhvil verilməsi zamanı da bir çoxunda ürək, dalaq, qaraciyərin olmadığı, hətta əsirlərin bəzilərinin daxili orqanlarının tamamilə çıxarılaraq yerinə dəmir-dümür doldurulması faktları qeydə alınıb.
Baxmayaraq ki, transplantasiya və donorluq əslində ölüm ayağında olan bir xəstəni diriltməyə xidmət edir. Burada söhbət hətta başqası üçün ölməkdən getmir, başqasını yaşatmağa hazır olmaqdan gedir. Bunu başa düşmək üçün görünür əsl insan olmaq lazımdır.

Kiminsə  nəvaxtsa  yazdığı  cümlələri  mənimsəmək  fikrimiz  yoxdur  və  hesabat  boyu  gətirdiyimiz  misallara, qeyd  etdiyimiz  məqalələrə  və  araşdırmalara  görə həmin  yazarlara,  reportyorlara,  hüquq  müdafiəçilərinə  öz  minnətdarlığımızı  bildiririk.

Bir şərh yazın


Son yazılar

Femidaİnfo
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930