Avropa Məhkəməsi “Tərtər işi” üzrə həbsdə olmuş şəxslərin işi ilə bağlı kommunikasiyaya başlayıb-12.05.2026

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Tərtər işi” kimi tanınan hadisələr zamanı həbs olunmuş 10 hərbçinin işi ilə bağlı Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb. 

“Azadlıq Radiosu”nun xəbərinə görə, onlar Müşfiq Əhmədli, Rauf Orucov, Turan İbrahimli, Emin Adilzadə, Nasif Əliyev, Mirpaşa Mehdiyev, Atabəy Rəhimov, Məcid Qasımov, Faiq Əhmədov və Emil Əliyevdir. 

Şikayətçilər 2017-ci ildə “Tərtər işi” çərçivəsində dövlətə xəyanət də daxil olmaqla bir neçə ittihamla həbs olunub və 20 ilə qədər həbs cəzaları alıblar. Yalnız 2021-ci ilin dekabrında “Tərtər işi”nin istintaqı yeniləndikdən sonra onlara bəraət verilib və azad olunublar. 

Ərizəçilər həbs olunduqları zaman Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu iddia edirlər. Onlar dindirmə zamanı işgəncə altında həm özlərinə, həm də bir-birinə qarşı yalan ifadə verməyə məcbur edildiklərini, həmin ifadələr əsasında çıxarılan hökmlərin isə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanıldığını bildirirlər.

AİHM Azərbaycan hökumətindən bu şəxslərin məhkəmə prosesində ədalətli mühakimə hüququnun və tərəflərin bərabərliyi prinsipinin qorunub-qorunmadığına dair izahat tələb edib.

Bu yaxınlarda AİHM Tərtərdə işgəncələr nəticəsində həyatını itirmiş hərbçilərin ailə üzvlərinin şikayəti əsasında da hökumətə sorğu göndərib. Onlar polkovnik Saleh Qafarovun həyat yoldaşı Natəvan Qafarova və hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovadır. 

2017-ci ilin mayında Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr nəticəsində 11 nəfər həyatını itirib, yüzlərlə şəxs hərbi xidmətdən tərxis olunub. 

Adı hallanan vəzifəli şəxslər arasında müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıxov, keçmiş hərbi prokuror Xanlar Vəliyev də var. Lakin onlar istintaq və məhkəmələrdə dindirmələrə cəlb edilməyiblər.



Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber