Rubio ABŞ-nin BMT-yə üzvlük haqlarının ödəməməsinin səbəbini izah etdi
ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonun BMT-də islahatların aparılmasına nail olmaq üçün təşkilatın büdcəsinə haqların ödənilməməsindən təzyiq rıçaqı kimi istifadə etdiyini etiraf edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu M.Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə bəyan edib.
“Hesab edirəm ki, bizim BMT yanındakı missiyamız təşkilatda əhəmiyyətli islahatların aparılmasına uğurla nail olur və bu dəyişikliklərin təmin edilməsi üçün bizim haqlarımızdan təzyiq rıçaqı kimi istifadə edir. Ötən il bizim həqiqətən kifayət qədər ciddi uğurlarımız oldu – BMT-nin şişirdilmiş büdcəsinin həcmində real ixtisarlar edildi”, – deyə Rubio vurğulayıb.
Bununla belə, o iddia edib ki, BMT-nin fəaliyyəti artıq onun mövcudluq məqsədlərinə cavab vermir.
Daha əvvəl “The Wall Street Journal” qəzeti məlumat yaymışdı ki, təşkilatın fəaliyyəti ilə bağlı yaranan fikir ayrılıqları fonunda ABŞ və Çinin haqları tam həcmdə ödəməkdən imtina etməsi səbəbindən BMT maliyyə kollapsı və potensial müflisləşmə təhlükəsi ilə üz-üzə qalıb.


















Bir şərh yazın