Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Fəxri Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əlbir olaraq iş adamı Qurban Piriyevin yarım milyon manat pulunu və 34 minlik qızılını ələ keçirmələrinin sübut edildiyini elan edib. Dəymiş ziyanın böyük hissəsi ödənilməyib.

Hökmə əsasən, müttəhimlər ayrı-ayrılıqda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Rasim İldırım 9 il 9 ay 14 gün, Zaur Mirzə-Zadə 10 il 3 ay 13 gün, Qoşqar Məmmədov isə il 9 il 9 ay 16 gün azadlıqdan məhrum edilib. Onlar üçü də məhkəmə zalında dərhal həbs ediliblər.

Xəbəri rus dilində oxuyun: В Баку осудили экс-замначальника полиции и его сообщников

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadədədir. Zaur Mirzəzadə İctimai Maarif Mərkəzinin, eyni zamanda “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir. O, daha əvvəl də dələduzluğa görə məhkum edilmişdi. Sonuncu müttəhim Qoşqar Məmmədov isə əvvəllər Balakən rayon seçki komissiyasının sədri işləyib. Onlar zərərçəkmiş Piriyevi rayonlardan birinə icra başçısı təyin edəcəkləri vədi ilə aldadıblar.

Sail Ağasəlim

https://qafqazinfo.az/news/detail/rasim-ildirim-ve-zaur-mirze-zade-hebs-edildi-512351


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent