Elşad Abdullayevdən sensasiyalı mesajlar. Arxivdən-31.03.2013
Xatırladaq ki, Əli Zəngilanskinin (Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı və oglu Tahir Bayramov) adı daha öncə də E.Abdullayevin bəyanatlarında hallandırılmışdı. Sabiq rektor bildirmişdi ki, Ə.Zəngilanski “oğlum KQB-də işləyir, Mahiri Kəmaləddin Heydərovun sifarişi ilə “KQB” oğurlayıb, hazırda “KQB”-dədir” deyə onları aldadır. Sabiq rektor indi bu videonu yaymaqla yeni bir dalğaya başlayacaq kimi görünür. E.Məcidli “Yeni Müsavat”a açıqlamasında bu videonun yaxın 1-2 gün ərzində yayımlanacağını da dedi.
Bu arada E.Abdullayev cəbhəsinin may ayında müdafiəni daha da aktivləşdirəcəyi gözlənir. Daha öncə bizə açıqlamasında sabiq rektor qardaşı M.Abdullayevin tapılması istiqamətində ona verilən vədləri yada salmışdı. Onları nəzərə çatdırıb, yaxın aylarda yayımlanacaq videoların siyahısını təxmin etmək olar.
Elşad Abdullayev daha öncə demişdi ki, qardaşı ilə bağlı ona bir çox vədlər verilib:
1. “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədovun göstərişi ilə jurnalist Zümrüd Məmmədova M.Abdullayev oğurlanandan bir ay sonra “Azərbaycan Cümhuriyyəti” qəzetində məqalə çap etdirir ki, Mahiri müğənni Mətanət İsgəndərlinin evindən yayındırmaq məqsədi ilə “Muğan Bankın” Yasamal filialının müdiri Firuz “qağa” oğurlayıb;
2. DİN-in polkovniki Telman Muradov deyir ki, Mahir Mahaçqala şəhəri yaxınlığında Kaspiyskidə, daha sonra isə Lavaşinskidə saxlanılır;
3. “KQB”-nin əməkdaşı İlqar Abbasov deyir ki, Mahiri “Banditizm” oğurlayıb, 22 gündən sonra MTN-ə göndərilib;
4. Deputat Gülər Əhmədovanın köməkçisi Babayeva Sevinc Telman qızı deyib ki, Mahiri “KQB” oğurlayıb;
6. BƏM-in mühafizəçisi Rasim deyir ki, Mahiri Sumqayıt yolunun üstündə “Laçın koridoru”nda saxlayıblar;
7. Aeroport polisinin rəis müavini, polkovnik Rasim İldırımzadə deyir ki, Mahir MTN-dədir;
8. Azərbaycan İNTERPOL-un sabiq rəisi Ədalət İbrahimovun atası Qüdrət İbrahimov deyir ki, Mahiri elə adam oğurlayıb ki, ora nə MTN, nə prokurorluq, nə də polis girə bilər, onu İlqar Əliyev oğurlayıb;
9. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, baş nazirin I müavini Abbas Abbasov, “vorzakon” Qəhrəman deyir ki, Mahiri Müsavat Partiyası oğurlayıb;
10. Yasamal MTN-in rəisi Mütəllim Usubov deyir: “Mən onlara dedim ki, Mahirlə işiniz olmasın, o, iqtidardır”;
11. KQB əməkdaşı Hüsniyyə deyir ki, Mahirlə 14.10.2003-cü ildə Sumqayıtda birlikdə toyda olub, prezident seçkilərindən 2 gün sonra evinə dönəcək (Sumqayıt toyunun dəvətnaməsini mənə verdi);
12. Əli Zəngilanski deyir ki, oğlum KQB-də işləyir, Mahiri Kəmaləddin Heydərovun sifarişi ilə “KQB” oğurlayıb, hazırda “KQB”-dədir;
13. Şəmistan-Nüşabə deyir ki, Mahiri Zuğulbada saxlayırlar, yəni Arif Paşayev;
14. Doktor Mahir (Marzik) deyir ki, Mahir Moskvadadır;
15. Bakı Dövlət Universitetinin kafedra müdiri Hacı Əsədulla mənə yazılı verdi ki, oğlu “KQB”-də işləyir, Mahir “KQB”-dədir, Mahiri məndən alarsan;
16. ABU Beynəlxalq hüquq fakültəsinin III kurs tələbəsi Nərgiz Ağabəyova deyir ki, Mahir Qarabulaqdadır (hələ 2003-cü ildə, həmin dövrdə biz hələ Qarabulağı tanımırdıq);
17. Mahirin işini aparan MTN əməliyyatçısı Azər Aşurov deyir ki, Mahiri deputat İqbal Ağazadənin bağ evində saxlayıblar, gedib birlikdə yoxlayaq;
18. Buzovnalı falçı Sənubər deyir ki, Mahiri Zuğulbada Cəlal Əliyevin bağında saxlayıblar, hücum edib azad etmək lazımdır;
19. Bəstəkar Arif Məlikovun qardaşı Tahir deyir ki, Mahir Vyanada Mahir Cavadovun yanındadır;
20. Vyanada yaşayan Qorxmazın arvadı Aybəniz (ağcabədili) Vyanadan zəng edib deyir ki, Mahir Vyanadadır;
21. “KQB” müstəntiqi Şahin Ələkbərov (şəkili, Bakı şəhər BPİ-nin keçmiş müstəntiqi) deyir ki, Mahiri gözlərimlə MTN-də nazirin qəbulunda görmüşəm;
22. MTN İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyev deyir ki, Mahiri arvadımla birlikdə Parisdə gördüm;
23. Prezident Administrasiyasının müdiri Ramiz Mehdiyevin qızının əri, biznesmen-deputat İlham Əliyev deyir ki, Mahir İngiltərədədir;
24. “Qanun naminə” qəzetinin jurnalisti deyir ki, Mahir Kanadaya qaçıb;
25. MTN generalı Akif Çovdarovun qohumu ABU prorektoru Nizami Süleymanov məni iki dəfə tanınmış şəmkirli falçı-baxıcı Fazilin yanına aparıb, onun dili ilə deyir ki, Mahiri Prezidentinin əmisi oğlu İlqar Əliyev oğurlayıb;
26. Bu versiyalardan başqa Hilal Əsədov “KQB”-nin sərəncamında olan 53 fırıldaqçı falçı-baxıcını, reket qəzetləri, telefon təhdidləri, mənim əleyhimə düzülüb-qoşulan saxta cinayət işləri, silahlı qara maskalıların basqını, oğru dünyasında məşhur olan simaları üstümə göndərmişdir ki, zərərçəkmişi çaşdırsın, əsas cinayətkarları gizlətsin, dövlət hakimiyyət orqanlarının içərisindəki adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ört-basdır etsin…
Gülər Əhmədovanın ərinin də vəziyyəti pisləşdi

Deputat
Bu arada dünən sabiq deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev onunla görüşüb. Onun müxbirimizə deməsinə görə, müvəkkilinin səhhəti gündən-günə pisləşir: “Ona məlumat çatdırıblar ki, həyat yoldaşı Fikrət Əhmədovun vəziyyəti yaxşı deyil. Bilirsiniz ki, o, onkoloji xəstədir. Gülər xanımla bağlı hadisədən sonra isə onu işdən çıxarıblar. İndi isə xəstəliyi şiddətlənib, yenidən müalicə kursuna başlayıb. Oğlunun xəstəxanada olması, üstəlik həyat yoldaşının vəziyyəti onu daha da təsirləndirdi”.
Müsahibimiz dedi ki, G.Əhmədova fikir etdiyi üçün gecələr dərman qəbul etmədən yata bilmir: “Deyir, beyni bütün gün bununla məşğul olduğu üçün özünü də pis hiss edir. Ürəyi ağrıyır. Gülər xanım deyir, bəzən çox fikir etməkdən az qala ürəyi ağzına gəlir. Bu gün onunla görüşəndə də hiss etdim ki, vəziyyəti yaxşı deyil”.
R.Mustafayev G.Əhmədovanın istintaqla bağlı yeni mesajları olduğunu və bunu sabah (bu gün-S.T) açıqlayacağını bildirdi. Daha ətraflı:
https://musavat.com/news/bu-pua-larla-bagli-xususi-icaze-teleb-edilecek_1269568.html
P.s. Azərbaycan Məhkəmə və Prokurorluq orqanları, Polis və keçmiş MTN-yi qeyd olunan mesaj-sualların bilə-bilə heç birini araşdırmadı, Zərərçəkmişi susdurmaq məqsədilə əlində olan bütün inzibati resurslarından istifadə etdi…



















Bir şərh yazın