Orqan transplantasiyası və onun hüquqi tənzimlənməsi Azərbaycan qanunvericiliyində xüsusi əhəmiyyət kəsb edən sahələrdən biridir-2-ci hissə
Əvvəli bax: 1-ci hissə
Hesabatlarımızda qeyd etmişik ki, ABU rektoru, hüquq professoru Elşad Abdullayevin bu sadalanan cinayətlərlə, xüsusilə, “Qara transplantasiya”, “Qanunsuz orqan köçürülməsi” və yaxud “Saxta dərman biznesi“ ilə heç bir baglantısı yoxdur-ITK-in Hesabatı, 19.08.2013, 1-ci hissə, səhifə 158-195
1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, bu Qanun əsasında 2000-ci ildə isə Nazirlər Kabinetinin Əsasnamə qəbul edilib.
Azərbaycanda orqan transplantasiyasına hüquqi baxımdan icazəsi vardır.
https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_orqan_transplantasiyas%C4%B1#cite_ref-nazirlik_1-1
Nəzərə almaq lazımdır ki, təcrübi olaraq Orqan transplantasiyası bütün dünyada mövcuddur…
“Qara transplantasiya” bütün dünyada mövcuddur” – FOTO-20/07/2017
https://news.milli.az/country/565118.html
Tibb akademiki Əhliman Əmiraslanov Azərbaycanda orqan transplantasiyasına mane olan iki əsas səbəbi açıqlayıb
“Hər il 120 mindən çox orqan transplantasiya olunur. Amma planetdə yaşayan insanların orqan transplantasiyasına tələbat bundan dəfələrlə çoxdur”. Bax daha ətraflı:
“Orqan transplantasiyası haqqında qanun bugünkü tələblərlə uyğunlaşmır” – Əhliman Əmiraslanov
https://www.medicina.az/orqan-transplantasiyasi-haqqinda-qanun-bugunku-teleblerle-uyunlasmir-ehliman-emiraslanov
Orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilib. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması da ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.
***
Orqan transplantasiyası ilə bağlı qanun layihəsi I oxunuşda qəbul edildi-30.09.2020
https://www.aznews.az/news/society/261923.html
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI-08.12.2020
https://e-qanun.az/framework/46448
#HÜQUQİ BİLİKLƏRİNİ ARTIR -“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar 2 Məcəllə, 5 Qanun və 6 Fərmana dəyişiklik edilib-02.08.2022
https://genprosecutor.gov.az/az/post/5459
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilərək İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etməyə görə məsuliyyət müəyyən etmiş 137-ci maddə “İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası” adlandırılmaqla yeni redaksiyada verilmişdir.
Həmin maddədə aşağıdakı əməllərə görə cinayət məsuliyyəti müəyyən edilmişdir:
– insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi;
– şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə;
– İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi.
Həmin əməllərə görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməklə, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduğu halda isə yuxarı həddi yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit edilmişdir.
Qeyd olunan cinayətlər törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulan əməllərin dairəsinə əlavə edilmişdir.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə yeni 162-1-ci (İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması) maddə əlavə edilməklə, aşağıdakı əməllərə görə inzibati məsuliyyət müəyyən edilmişdir:
-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı;
– orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmaması;
– canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmaması;
-canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsi;
– şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılması.
Azərbaycanda orqan transplantasiyasının Qanunvericilik bazası vardır.
Nazirlər Kabineti 2011-ci il noyabrın 17-də insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul etmişdir. “İnsan orqan və ya toxumalarının transplantasiyası Qaydaları və Şərtləri”nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilə bilər. Transplantasiyaya 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və toxumaların götürülməsi, insan orqanlarının alğı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağan edilir.[1]
Nazirlər Kabinetinin təsdiq etdiyi “İnsan orqan və toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na görə isə:
1.akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası;
3.akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi;
4.Mərkəzi Neftçilər Xəstəxanası transplantasiya əməliyyatlarını həyata keçirə bilərlər;[1]
5.Nazirlər Kabineti “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na daha bir müəssisənin adını əlavə etmişdir(5-si).
Qərara əsasən, Respublika Diaqnostika Mərkəzində ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi transplantasiyasının həyata keçirilməsinə icazə verilmişdir.[1]
“Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları”na görə isə şəxs donorluqla bağlı münasibətini bildirməmişdirsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir. Meyitdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.[1]
Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar.[1]
Daha ətraflı:
1.“Azərbaycanda orqan transplantasiyası: uğurlar və perspektivlər”. Azərbaycan Səhiyyə Nazirliyi (az.). 2014. 21 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2019.}}
2.“Azərbaycanda böyrək və qaraciyər köçürülməsi: Pasiyent nə qədər xərcləməlidir?”.
BBC Azərbaycan (az.). 13 iyun 2018. 1 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2019.
***
Prezidentin Fərmanı ilə-03.08.2022
https://www.yeniazerbaycan.com/Sosial_e72549_az.html
Orqan transplantasiyası yeni mərhələyə qədəm qoyur
Günel ABBASOVA
Orqanların transplantasiyası insan həyatının xilası deməkdir. Hələ eramızdan əvvəl mütəxəssislər bununla bağlı çalışmalara başlayıblar. Zaman keçdikcə bu çalışmalar və yeni üsullar öz təsirini göstərərək proses bütün dünyada yayılıb. Ölkəmizdə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsi – bütün bunlar həkimlərin əlini uzun müddət bu işdən soyudub və onlar transplantasiya ilə məşğul olmayıblar.
Bu sahədə ənənələrin bərpası yalnız müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. Müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan və iqtisadi çətinliklər içində boğulan Azərbaycanda səhiyyənin vəziyyəti heç də ürəkaçan deyildi. Yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyədə dirçəliş başlayıb. Təsadüfi deyil ki, orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması da Ulu Öndərin rəhbərliyi dövründə ərsəyə gəlir. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.
Bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən orqan donorluğu və transplantasiyasına xüsusi diqqət ayrılır. Bu sahədə atılan addımların, imzalanan fərmanların, qəbul edilən qanunların nəticəsidir ki, Azərbaycan hazırda orqan transplantasiyasında yeni mərhələdədir. Ölkə başçısının avqustun 1-də imzaladığı fərman isə bu sahədə yeni və böyük perspektivlər yaradır.
Prezidentin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilərək Səhiyyə Nazirliyinin vəzifələri artırılıb. Belə ki, Nazirliyin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib.
Orqan donorluğu ilə bağlı cəmiyyətdə həm psixoloji məqamlar mövcuddur, həm də bəzi hallarda bu sahədə qanunsuzluq müşahidə olunur. Ölkə rəhbərliyi tərəfindən bu məsələlər də daim diqqət mərkəzində saxlanır və prosesin təkmilləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Prezident İlham Əliyev tərəfindən İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişiklik edilməsi haqqında imzalanan qanun bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edilməsi baxımından olduqca vacibdir.
Milli Məclisin deputatı Musa Quliyev “Yeni Azərbaycan”a dövlət başçısı tərəfindən imzalanan fərman və qanunların əhəmiyyətindən danışıb. Bildirib ki, imzalanan Fərman ölkəmizdə orqan donorluğu və transplantasiya sahəsində inkişafın artırılması baxımından olduqca vacibdir: “Azərbaycanda orqan donorluğu və transplantasiyası ilə bağlı Ulu Öndərin rəhbərliyi dövründə formalaşdırılan hüquqi baza bu gün də təkmilləşdirilməkdədir. Bunun nəticəsidir ki, müxtəlif illərdə orqan transplantasiyası ilə bağlı ölkə rəhbərliyi tərəfindən əhəmiyyətli qanunlar qəbul edilib. Avqustun 1-də cənab Prezidentin imzaladığı fərman və qanunlar həmin sənədlər kateqoriyasındandır. Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq imzalanan fərman və qanunlar bu sahədə önəmli perspektivlər vəd edir və ölkəmizin orqan donorluğu və transplantasiyasında irəliləyiş əldə etməsinə nail olacaq”.
M.Quliyev qeyd edib ki, fərmanla həm “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə, həm də “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nə dəyişiklik edilib: “Bu dəyişikliklərə əsasən Səhiyyə Nazirliyinin və Agentliyin vəzifələri artırılıb. Agentliyin vəzifələri sırasına insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək də əlavə olunub. Dövlət başçısının İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişiklik edilməsi haqqında imzaladığı qanun layihələri də olduqca mütərəqqidir. Bir müddətdir biz bu sahədə qanun layihələrinə müəyyən dəyişikliklərin olduğunu görürdük. Deməli, ölkə rəhbərliyi həm də cəmiyyətin tələbini görür, problemləri duyur və buna uyğun qərarlar qəbul edir.
Sözügedən qanun layihəsində nəzərdə tutulan dəyişikliklərə əsasən, orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək. Qeyd edim ki, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunacaq”.
Deputatın sözlərinə görə, qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsinə görə də cəzalar tətbiq olunacaq: “Yeni dəyişikliklə qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eləcə də insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək”.
***
Öldükdən sonra da yaxşılıq etmək imkanı
https://kaspi.az/az/ldukden-sonra-da-yaxsiliq-etmek-imkani/?action=disablemobile

Orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilib. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması da ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.
Bu sahədə maarifləndirmə işi aparılmalıdır
Orqan köçürülməsi daim aktual olan məsələlər sırasındadır. Belə ki, son dövrlər məsələ ilə bağlı bir sıra müzakirələr aparılır. Həmin müzakirələrdən biri də iyunun 5-də Milli Məclisin Səhiyyə komitəsində keçirilib. Trend-in məlumatına görə, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Belə ki, qanuna təklif edilən 9.4-cü bəndə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olmayan şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər. Bu halda məhkəmə-tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamağını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir). Qeyd edək ki, qanuna dəyişikliklər iyunun 5-də Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilib, lakin müzakirələrdən sonra dəyişikliklərin yenidən işlənməsi və müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.
Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, orqan köçürülməsində ən vacib şərtlərdən biri əməliyyatın tez həyata keçirilməsidir: “Çünki beyin ölümü baş verəndən sonra müəyyən vaxtdan sonra bütün orqanlar öz funksiyalarını dayandırmağa başlayır və sıradan çıxır. Ona görə də, beyin ölümü baş verəndən sonra nə qədər tez müddətdə orqan köçürülərsə, o qədər də effektiv nəticə verər”.
Deputat qəzada ölən şəxsin orqanlarının yaxınının icazəsi olmadan götürülməsi məsələsinə də aydınlıq gətirib: “Biz indi elektron səhiyyəyə keçirik, digər tərəfdən, icbari tibbi sığorta işləməyə başlayıb. İcbari tibbi sığortada hər bir şəxsin sığorta kartı olacaq. O sığorta kartında onun bütün tibbi göstəriciləri yazılacaq, o cümlədən əgər şəxs sağlığında vəsiyyət edibsə ki, “mən öləndən sonra orqanlarımı bağışlayıram və yaxud da orqanlarımın götürülməsinə etiraz etmirəm”, bu onun həmin kartında yazılacaq. O kartın nömrəsi isə vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi ilə eyni olacaq. Yəni vətəndaşın kartına baxdıqdan sonra daha onun qohumlarını gözləmək lazım deyil. Elektron qaydada vətəndaşın kartına baxıb görəcəklər ki, vətəndaş orqanlarını bağışlayıb, yoxsa yox. Əgər etirazı yoxdursa, orqanlar götürüləcək, lakin etiraz edibsə, təbii ki, onun orqanlarını götürmək olmaz. Yəni burada əsas məqsəd orqanın götürülməsinin tezliyini təmin etməkdir. Tutaq ki, bir şəxs rayonda qəzada dünyasını dəyişir, yaxını isə Bakıdadır. O gəlib razılıq verənə qədər ölmüş şəxsin orqanları artıq sıradan çıxacaq. İnsanlarımız da anlamalıdır ki, onsuz da bunun əzizi dünyadan köçüb, geri qaytarmaq mümkün deyil, heç olmasa orqan köçürməsi ilə digər insana kömək etməklə rəhmət qazanır”.
Məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.
Məcburiyyət olmamalıdır
Həkim, hüquq müdafiəçisi Nabil Seyidov bu addıma çox müsbət yanaşdığını qeyd etdi: “Məncə, çox yaxşı və yerində verilmiş bir qərardır. Hazırda beynəlxalq təcrübədə də bu metoddan istifadə edilir. 18 yaşına çatmış istər sürücülük vəsiqəsi, istər tibbi sığorta kartı alan hər kəsə orqanlarının köçürülməsi ilə bağlı sual verilir. Amma burada məcburiyyət tətbiq olunmamalıdır ki, kimsə bu suala mütləq cavab versin. Yəni məcbur deyil ki, insan həmin suala ya “hə”, ya da “yox” desin. O, cavab verməmək hüququna da malikdir. Yetkinlik yaşına çatmayanların yerinə isə ya valideynləri, ya da himayədarları bu haqda qərar verir. Lakin ümumi yanaşıldıqda, hesab edirəm ki, çox mühüm məsələdir. Bu gün Azərbaycanda orqan donorluğuna çox böyük ehtiyac var. Bu işin uğurla həyata keçirilməsi üçün donor bankı yaradılmalıdır, bir sıra analizlərin aparılması üçün laboratoriya sisteminin işi genişləndirilməli və təkmilləşdirilməlidir”.
Həmsöhbətim maarifləndirmə məsələsinə də toxundu: “Düşünürəm ki, bu məqamda əsas iş ilk növbədə dini xadimlərimizin, filoloqlarımızın üzərinə düşür. Onlar media orqanları vasitəsilə insanların maarifləndirilməsində yaxından iştirak etməlidirlər. Bu cür addımın İslam dininə zidd olmadığını, əksinə dində bunun müsbət qiymətləndirildiyini qeyd etməlidirlər. Bundan başqa, ictimai səhiyyə orqanları, dövlət qurumları, qeyri-hökumət təşkilatları həm paytaxtda, həm də regionlarda əhali arasında danışıqlar apararaq onları maarifləndirməlidirlər. Bu işdə kütləvi informasiya vasitələri də fəal olmalıdırlar”.
Heç bir dini əsası yoxdur
Müsahibimiz maarifləndirmə işində dini xadimlərinin rolunu vurğuladı. Maraqlıdır, orqan köçürülməsinə dində münasibət necədir, dinimiz icazə verirmi ki, kimsə orqanını bağışlasın? Çünki bəzi insanlarda belə bir düşüncə var ki, o biri dünyaya bütöv şəkildə, yəni orqanları parçalanmadan, yarılmadan getməlidir. Hətta bunu dinin tələbi olduğunu, meyitin yarılmasının bizim dinə zidd olduğunu fikirləşirlər. Buna görə də orqan köçürülməsinə müsbət yanaşmırlar. Bu yanaşmanı nəzərə alaraq din xadiminə müraciət etdik.
İlahiyyatçı Elvüsal Məmmdov İslam dinində orqan köçürülməsinin qadağan olmadığını bildirdi: “Əgər insan ölümündən əvvəl orqanlarının kiməsə köçürülməsini vəsiyyət edibsə və digər leqal vasitələrlə bunu təsdiqləyibsə, dini baxımdan heç bir problem yoxdur. Həmin an ölü sahiblərinin bu vəsiyyətə qarşı çıxmaq hüququ yoxdur. Yəni burada məqsəd kiminsə həyatını xilas etmək, kiminsə yaşamağına səbəb olmaqdır. Bu, dinə qəti zidd deyil, əksinə yaxşı əməl kimi qeyd olunur. Meyitin yarılmamağı düşüncəsi isə yanlışdır. Bu xalq arasında olan uydurmadır, heç bir dini əsası yoxdur”.
Birinin övladına, valideyninə həyat bəxş etmək
Sosioloq Lalə Mehralı deyir ki, donorluq bir insanın hətta öldükdən sonra da yaxşılıq etmək imkanının olması, həyat qurtarmasıdır: “Sağlığımızda da edə biləcəyimiz donorluq imkanları var. Bəzi orqanlar bizim həyatımıza risk yaratmadan da köçürülür, amma elə orqanlarımız var ki, ölümümüzdən sonra bir başqasına həyat verəcək. Torpaqda çürüməsinin bizə və ya yaxınlarımıza nə faydası var? Həyat xilas etmək, ölümün ağzından bir insanı qurtarmaq, bir körpənin valideynsiz qalmamağına səbəb olmaq, kiminsə övladına həyat bəxş eləmək nə gözəl duyğudur. Amma təəssüf ki, ölkəmizdə transplantasiya imkanları nisbətən məhduddur. Qeyd edim ki, insanlar arasında maarifləndirmə aparmaq başlıca şərtdir. Orqan köçürülməsinin əhəmiyyətini həm məktəblərdə, həm də dini-ruhani məclislərdə təbliğ etmək lazımdır. Uşaqdan böyüyə hamı öz böyrəyinin biri, 100 qram qanı, qaraciyərinin bir parçası, iliyi ilə ölüm ayağında olan bir insanı xilas etmək gücünə sahib olduğunun fərqinə varmalıdır”.
Ölümə olan fobiya, inamsızlıq
Bəzi insanlar isə öldükdən sonra orqanlarının kiməsə köçürülməsini istəmir. Psixoloq Nərgiz Süleymanlı qeyd etdi ki, bunun bir neçə səbəbi var: “Öldükdən sonra da kiməsə faydalı olmaq əslində, çox gözəl addımdır. Bu insanların vicdan rahatlığı üçün vacibdir. İnsanlar bu addımı ilə psixoloji rahatlıq tapa bilər. Amma təəssüflər olsun ki, böyük bir qisim belə düşünmür. Orqanlarını bağışlamaq istəməyənlərin fikirlərini analiz edəndə görürük ki, insanlar ilk olaraq ölümdən qorxurlar. Bu insanlar ölüm, öldükdən sonra orqanlarını bağışlamaq haqqında danışmağı sevmirlər, hətta bu mövzunun müzakirəsinə belə qadağa qoyurlar. Bu, bir növ onların ölümə olan fobiyaları ilə bağlıdır. Digər səbəb isə həkimlərə, ümumilikdə səhiyyə sisteminə olan inamsızlıqdır. İçində inamsızlıq var deyə, orqanını əmanət edə bilmir. Çünki inanmır ki, onun orqanı həqiqətən lazım olan birinə veriləcək. Həmçinin bəziləri dini baxımdan yanaşaraq, bu işə razı olmur. Bunun dində olmadığını düşünür. Halbuki dini baxımdan buna heç bir qadağa yoxdur”.
Psixoloq deyir ki, insanlar bu günə qədər belə sualla rastlaşmayıblar. Və birdən-birə bu sualı verəndə təbii ki, məntiqlə düşünüb normal cavab verə bilməz. Bu məsələ ilə bağlı ilk olaraq maarifləndirmə işi aparılmalıdır, məğzi zamanla insanlara aşılanmalıdır.
Gənclər “hə” deyirlər
Bəs görəsən fərdlər bu haqda nə düşünür. Məsələ ilə bağlı sorğu keçirdib ayrı-ayrı şəxslərin fikirlərini öyrəndik.
Şahnaz Əhmədova düşünür ki, bu, çox yaxşı bir addımdır: “Şəxs özü əvvəldən belə bir razılıq veribsə, müzakirə olunmadan orqanlarından istifadə etmək olar. Məncə, çox yaxşı bir addımdır. Kiminsə sağlam orqanı başqa birinin yaşama şansı olur”.
Mehdi Qəniyev də bu məsələyə müsbət yanaşanlardandır. Deyir ki, əgər mən öldükdən sonra orqanım kiminsə yaşamasına səbəb olursa, nə xoş mənə: “Bunun insana verdiyi mənəvi rahatlığı heç nə əvəz etmir. Torpağın altında çürüməkdənsə, birinin yaşaması üçün ümid işığı olsun. Hətta, mən bu haqda vəsiyyət yazmağı da düşünürəm”.
Aysel Aslanın isə məsələyə yanaşması bir az fərqlidir. “Ötən ildən orqan bağışlanması ilə bağlı ciddi-ciddi düşünürəm. Türkiyədə belə mexanizm var, insanlar sağ ikən orqanlarını vəsiyyət edə bilirlər. Mən də vəsiyyət etmək istəyirəm. Amma açığı, səhiyyə sisteminə etibar etmirəm. Çünki mənim bağışladığım orqanların həqiqətən ehtiyacı olan xəstələrə veriləcəyi sual altındadır. Bəlkə də hüquqi və vicdan cəhətdən orqanların imkansız, ehtiyacı olan xəstələrə bağışlanması təmin olunur – onu da bilmirəm. Ona görə də hələlik bu məsələdə dəqiq bir qərar verməmişəm”
Sorğu zamanı aydın oldu ki, ümumi olaraq insanların bu məsələyə yanaşması müsbətdir, sadəcə olaraq, bəzi tərəddüdlər yaşayırlar. Təbii ki, bu tərəddüdləri də aradan qaldırmaq üçün ilk iş maarifləndirmə olmalıdır.
Birinin həyatını xilas etmək, onu yenidən yaşama qaytarmaq, heç bir qarşılıq gözləmədən onunla orqanını bölüşmək insanlığın çata biləcəyi ən yüksək zirvədir. Bacardığımız qədər daha çox şəxsi bu işə cəlb edib, onların verəcəkləri orqana xəstə insanların nə qədər ehtiyacı olduğunu izah etmək lazımdır. Orqan köçürülməsi ilə neçə nəfərin həyatı xilas edilir, neçə ailəyə xoşbəxtlik bəxş olunur. Məncə, bu barədə bizim də düşünməyə və bu istiqamətdə bəzi işlər görməyə ehtiyacımız var.
Orqan transplantasiyası və onun hüquqi tənzimlənməsi Azərbaycan qanunvericiliyində xüsusi əhəmiyyət kəsb edən sahələrdən biridir.
İnsan sağlamlığının qorunması, tibbi etik normaların təmin edilməsi və qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə qanunla müəyyən çərçivələr müəyyən edilmişdir. Bu çərçivədə orqanların alınması, verilməsi və transplantasiyası yalnız müəyyən şərtlər daxilində həyata keçirilə bilər. Hüquqi sənədlər donor və alıcı arasındakı münasibətləri, tibbi prosedurların qaydalarını və etik prinsipləri əhatə edir.
Bəs Azərbaycanda bununla bağlı proseslər qanunvericiliyə uyğun necə həyata keçirilir?
Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, ölkəmizdə orqanların transplantasiyası yalnız qanuni, könüllü və humanist prinsiplərə əsaslanaraq həyata keçirilə bilər:
“Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna əsasən bu prinsiplərə əməl etməklə həm meyitdən, həm də canlı donordan orqan transplantasiyasına yol verilir.
Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir.
Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
– canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır;
– canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;
– canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış, razılığını qanunla müəyyən edilmiş qaydada bildirməlidir”.
R. Əliyev qeyd edib ki, Azərbaycan Respublikasında orqan transplantasiyası yalnız qanunla icazə verilən şəxslərdən, donorun həyatı və sağlamlığı risk altına düşmədiyi hallarda və yazılı razılıq əsasında həyata keçirilə bilər:
“Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi qanunda müəyyən edilmiş qaydada həyata keçirilə bilər.
Ancaq qanunda canlı donordan donor orqanın götürülməsinə məhdudiyyətlər də mövcuddur. Belə ki, resipiyentin ( müalicə məqsədilə donor orqanı köçürülən şəxs) sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.
Həmçinin 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.
Bundan başqa, resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.
Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın.
Şəxs sağlığında donor orqanların transplantasiyasına, tədris və elmi məqsədlərlə istifadə edilməsinə qanunda nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirərsə, ölümündən sonra onun donor orqanları transplantasiya, tədris və elmi məqsədlərlə istifadə oluna bilər.
Həmçinin ölümündən sonra arvadının (ərinin), onlar olmadıqda yetkinlik yaşına çatmış övladlarının və ya valideynlərinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə də onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir”.
Vəkil, donor orqanların qanunsuz götürülməsi ilə bağlı Azərbaycan qanunvericiliyinə əsasən gözlənilən cəzaları açıqlayıb:
“Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina etdikdə, ölümündən sonra onun meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi, şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi cinayət məsuliyyəti yaradır. Bu əmələ görə Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən əməlin ağırlıq dərəcəsindən asılı olaraq cəza təyin edilir və yuxarı həddi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə müəyyən edilib”.
***
Azərbaycan müxalifət hesab edir ki, Azərbaycanda Orqan mafiyasının başında Prezident İlham Əliyev və onun ailə üzvüləri dayanır:
DƏHŞƏT! 50 azərbaycanlının orqanları SATILDI, həbsdən çıxan MTN generalı barədə ŞOK XƏBƏR yayıldı-25.06.2026
Videonun 21:00 – 28:56 dəqiqələrindən DƏHŞƏT! 50 azərbaycanlının orqanları SATILDI
Alman vətəndaşı Sabina Fişer Kuqler Almaniyada qanunsuz orqan köçürüıməsinə görə məhkəmə araşdırılması aparılır.
Almaniya qanunvericiliyinə görə cinayət hesab edilir. Məbləg açıqlanmasada Orqan 100-2000 min dollara satılır. 50 azərbaycanlı vətəndaşı donar olub. Şəbəkənin arxasında kimlər dayanır. İndi də Ukrayna, Kiyevdə həkimləri aparıb.
Azərbaycan vətəndaşları orqan mafiyasının hədəfindədir.
24 yaşlı Azərbaycanlı orqanının guya pulsuz satıb. Azərbaycan kimi zəngin ölkədə orqan mafiyası olmamalıdır…
Azərbaycan hökuməti milləti pis vəziyyətə salıb səbəbkarları utansın.
Almaniya qanunvericiliyinə görə cinayət hesab edilir. M’hk’m’ prosesi Almaniyada Bavariyanın Valsenburg şəhərində baş verib…
Hazırda Almaniyada məhkəmə prosesi keçirilir. Alman vətəndaşı Sabina Fişer Kuqler deyir ki, həyatımı xilas etmək üçün 24 yaşlı Azərbaycanlılının orqanının 200 min dollara almışam…
Sabina Fişer Kuqler deyir ki, əməliyyatdan sonra Azərbaycanlı gənclə görüşdüç…
Azərbaycan vətəndaşı nə üçün orqanının satır?!
***
ŞOK faktlar! İlham Əliyev Azərbaycan vətəndaşlarının daxili orqanlarını kimlərə satır. 26.6.26
Men Gurcustandan en qeder adam taniyiramki, Azerbaycannan orqan alib özlerini xilas edirler, bu barede Azerfreedomun canli efirinnen de yazmisdim.



















Bir şərh yazın