Məlumata görə, qərar deputat Fazil Mustafaya qarşı silahlı hücum işində təqsirli bilinən Azər Səricanovun həyat yoldaşı Elnarə Səricanova və həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın müraciətləri əsasında çıxarılıb.

Məhkəmə qərarına əsasən, hər bir şikayətçiyə mənəvi zərərə görə 3 min avro, məhkəmə xərclərinin əvəzlənməsi üçün isə 500 avro kompensasiya ödənilməlidir.

Hüseyn Abdullayevin işi

Hüseyn Abdullayev 2018-ci ildə İstanbulda saxlanılaraq Azərbaycana ekstradisiya olunub. O, sonradan dələduzluq, vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamları ilə azadlıqdan məhrum edilib.

Keçmiş deputat və müdafiə tərəfi sonradan ona qarşı açılmış yeni cinayət işlərinin siyasi motivli olduğunu və həbs müddətinin uzadılmasına xidmət etdiyini bildirirlər. Rəsmi qurumlar isə ittihamların qanunvericiliyə uyğun araşdırıldığını bəyan ediblər.

Azər Səricanovun işi

Azər Səricanov 2023-cü ildə deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı cinayət işi üzrə əsas təqsirləndirilən şəxslərdən biri olub və məhkəmə hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.

Onun oğlu Əbülfəz Səricanov da ayrıca cinayət işi üzrə həbs olunaraq dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

AİHM-in qərarı yalnız şikayətçilərə tətbiq olunmuş ölkədən çıxış məhdudiyyətlərinin qanuniliyi və bu səbəbdən dəymiş mənəvi zərərlə bağlıdır və əsas cinayət işlərinin mahiyyəti üzrə hökm və qərarları dəyişdirmir.


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent