“Euronews”un məlumatına görə, dəyişikliklər çərçivəsində M1 telekanalının baş direktoru Jolt Nemet vəzifəsindən uzaqlaşdırılıb.

İyulun 7-də M1 telekanalı gün ərzində efirə yalnız qara ekran verib. Ekranda bu sözlər yazılıb:

“İctimai medianın yalan danışmağa haqqı yoxdur. Bunu bütün bu illər ərzində etdiyimizə görə üzr istəyirik! Hazırda media gələcəkdə müstəqil və etibarlı olmaq üçün transformasiya olunur. Xəbər xidməti fəaliyyətini müvəqqəti dayandırıb”.

Peter Madyar baş verənləri “tarixi gün” adlandırıb.

“Bu gün ictimai media platformalarında təbliğat yayımı dayandırıldı. Onlar gecə yalan danışırdılar, gündüz yalan danışırdılar, bütün tezliklərdə yalan danışırdılar. İndi buna son qoyuldu”, – Madyar X hesabında yazıb.

M1 telekanalı iyulun 8-də yayımı bərpa edib, lakin xəbər buraxılışları efirə getməyib.

ATƏT-in müşahidə missiyası Macarıstanda apreldə keçirilmiş parlament seçkiləri ilə bağlı hesabatında ictimai medianın xəbər yayımını ayrıca qeyd etmişdi. Hesabatda bildirilirdi ki, ictimai media bütün siyasi partiyalar üçün bərabər şərait yaratmayıb, MTVA isə xəbər buraxılışlarında açıq şəkildə Viktor Orbanı dəstəkləyib.

Viktor Orban 16 il Macarıstanın baş naziri olub. Aprelin 12-də keçirilən parlament seçkilərində onun “Fides” partiyası məğlub olub. Parlamentdə yerlərin çoxunu “Tisa” partiyası qazanıb, partiyanın lideri Peter Madyar isə hökumətə rəhbərlik etməyə başlayıb.


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent