ABŞ-nin İsraildə və Yaxın Şərqin bəzi digər ölkələrindəki səfirlikləri bölgədə İranla gərginliyin gözlənilmədən kəskinləşə biləcəyi ehtimalı ilə əlaqədar ABŞ vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb.

bu barədə “The Times of Israel” diplomatik nümayəndəliklərin yaydığı məlumatlara istinadən məlumat yayıb.

Bəyanatda bildirilib ki, İran son vaxtlar regionun müxtəlif ərazilərinə əvvəlcədən xəbərdarlıq etmədən zərbələr endirməsi və hücumların coğrafiyasını əvvəllər hədəf alınmayan bölgələrə, o cümlədən Misirə qədər genişləndirməsi ilə qeyri-proqnozlaşdırılan davranış nümayiş etdirib.

Səfirliklər Yaxın Şərqdən tranzit keçməyi və ya bölgəyə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına planlarını yenidən nəzərdən keçirməyi tövsiyə ediblər.

Eyni zamanda vurğulanıb ki, diplomatik nümayəndəliklər fəaliyyətini adi rejimdə davam etdirir, konsulluq və viza xidmətləri əvvəlki qaydada göstərilir.

Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” nəşri ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə İrana qarşı yeni zərbələrin endirilməsi barədə göstəriş verdiyini yazmışdı.

Bundan başqa, “CBS News” mənbələrə istinadən ABŞ və İsrailin İranın enerji obyektlərinə zərbələr endirməyi planlaşdırdığını bildirmişdi. Məlumata görə, bu hücumlar indiyədək həyata keçirilən ən genişmiqyaslı əməliyyatlardan biri ola bilər.

İranın “Tasnim” agentliyi isə rəsmi Tehranın mümkün hücumlara cavab tədbirləri hazırladığını xəbər vermişdi.


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent