Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik səylər yenidən gündəmə gəlib. ABŞ nümayəndələri Fransa tərəfinə bildiriblər ki, Moskva Rusiyada keçiriləcək parlament seçkilərindən sonra danışıqların bərpasına hazır ola bilər.

“Le Monde”un məlumatına görə, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Kiyevdə Avropa rəsmiləri ilə görüşü zamanı bu məsələ müzakirə olunub.

Fransa prezidentinin administrasiyasının nümayəndəsi bildirib ki, ABŞ tərəfi bazar günü keçirilən görüşdə Rusiyada Dövlət Dumasına seçkilərdən sonra Moskvanın danışıqlara münasibətində yeni hazırlığın yarana biləcəyini deyib.

“Amerikalılar bizə Rusiyanın Dövlət Dumasına seçkilərdən sonra danışıqlar prosesinin yeni mərhələsinə hazırlaşmalı olduğumuzu bildirdilər”, – Yelisey sarayının nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilərin 18–20 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 7-də ABŞ, Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpasının istisna edilmədiyini bildirib. O, konkret tarix və formatın hələ müəyyənləşdirilmədiyini vurğulayıb.

ABŞ nümayəndələrinin son günlər Moskva və Kiyevə səfərləri də danışıqlar prosesinin yenidən canlandırılması istiqamətində cəhdlərin intensivləşdiyini göstərir.


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent