Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun özünə və yaxın ətrafına aid bir sıra əmlaklara həbs qoyulub.

Oxu.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, istintaq orqanının diqqətindən kənarda qaldığı bildirilən, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevə məxsus bir sıra digər əmlaklar da mövcuddur.

Belə ki, saytın əldə etdiyi məlumata görə, Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə (2025-ci ildə vəfat edib – red.), indiki halda onun hüquqi varisləri ilə İlham Əlisəftər oğlu Əliyevin şərik olduğu bildirilən bir sıra obyektlər satışa çıxarılıb:

“Diqqətçəkən məqam ondan ibarətdir ki, sosial şəbəkələrdə yayılan əmlak elanlarında Xaçmaz rayonunda yerləşən müxtəlif qeyri-yaşayış obyektləri və torpaq sahələri satış üçün təklif olunur.

Xaçmaz rayonunda yerləşən bir neçə əmlakın satıldığı bildirilir.

Elana əsasən, təklif olunan əmlaklar arasında aşağıdakılar var:

– Xaçmaz şəhərinin mərkəzində: Xalça Muzeyinin yaxınlığında, İcra Hakimiyyətinin qarşısında yerləşən, 300 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyekti;

– Mirzəoba kəndində: 10 hektar torpaq sahəsi. (Elan müəllifi ərazinin setka hasara alındığını, suvarma üçün artezian sisteminin və transformatorun olduğunu, çıxarışının mövcudluğunu qeyd edib);

– Həsəngala kəndində: Üç gölün, ümumilikdə 5 hektar və əlavə 2 hektar torpaq sahəsi – elana əsasən, əmlakların çıxarışı var;

– Yalama ərazisində: Dörd yolun yaxınlığında, magistral yolun kənarında yerləşən 85 sot torpaq sahəsi – elan müəllifi bu əmlakın da çıxarışının olduğunu bildirir.

Əmlakların mümkün müsadirə və ya həbs riskini nəzərə alaraq satışa çıxarıldığı ehtimalı da istisna edilmir”.

Ramiz Mehdiyev

Azərbaycan Milli Xalça Muzeyi

Xaçmaz şəhəri

Hazırladı:

Şükufə Süleymanlı

Şükufə Süleymanlı

https://oxu.az/cemiyyet/ramiz-mehdiyevin-kurekeni-ve-sabiq-bascisinin-serikli-obyektleri-satisa-cixarildi


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent