Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) 1998-2005-ci illərdə rəhbəri olmuş Avqust Hanninq casusluq şübhəsi ilə saxlanılıb-06.10.2026. bu barədə “Şpigel” nəşri məlumat yayıb…

Məlumata görə, Federal Prokurorluq bu səhər BND-nin keçmiş rəhbərinin saxlanılması barədə göstəriş verib.

“Buna səbəb Almaniya Baş Prokurorluğu tərəfindən xarici dövlətin xeyrinə casusluq və dövlət sirlərinin toplanması ilə bağlı ciddi şübhələr əsasında aparılan araşdırma olub. Bundan əlavə, Hanninq dövlətə xəyanətə cəhd və kəşfiyyat agenti kimi fəaliyyət göstərməkdə ittiham olunur”, – məlumatda qeyd olunub.

Bundan başqa, dövlət qulluğundan ayrıldıqdan sonra Hanninq uzun illər ərzində Federal Kəşfiyyat Xidmətinin məxfi məlumatlarını qanunsuz yolla əldə edərək ötürüb.

Hanniqlə yanaşı, Bavariyada onun ofisinin keçmiş rəhbəri olmuş Manfred D. adlı şəxs də saxlanılıb. O, işlədiyi dövrdə əldə etdiyi məxfi məlumatları keçmiş rəhbərinə qanunsuz yolla ötürməkdə şübhəli bilinir. İstintaq orqanları Manfredi dövlətə xəyanətə cəhdə kömək etməkdə və xarici dövlətin xeyrinə casusluq etməkdə ittiham edir.

İstintaqın məlumatına görə, 2022-ci ilin iyununadək o, Hanninə çoxsaylı məxfi materiallar olmaqla, təxminən 2000 sənəd verib:

“Təhlükəsizlik dairələrindəki mənbələrə görə, ən azı bir halda Hanninq əldə etdiyi məlumatlardan istifadə edərək xarici kəşfiyyat xidmətinin zabiti üçün analitik hesabat hazırlayıb. Həmin şəxsin hansı xarici dövlət üçün işlədiyi məlum deyil, lakin belə görünür ki, bu, Rusiya olmayıb. Bundan əlavə, Hanninq adı açıqlanmayan başqa dövlətin kəşfiyyatçısı ilə uzun müddət ərzində əlaqə saxlayıb. Güman edilir ki, bu halda da məlumat sızması olub ”.

Nəşr Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbərinin həbsini Almaniya Federativ Respublikasının kriminalistika tarixində misli görünməmiş hal adlandırıb.

Bu xəbərlər də sizi maraqlandıra bilər:

Almanya’nın eski istihbarat şefi casusluk ve vatana ihanet girişimi şüphesiyle gözaltına alındı

https://tr.euronews.com/2026/10/07/almanyanin-eski-istihbarat-sefi-casusluk-ve-vatana-ihanet-girisimi-suphesiyle-gozaltina-al

Almanya’da eski istihbarat şefi hakkında casusluk soruşturması

https://tr.euronews.com/2026/10/06/almanyada-eski-istihbarat-sefi-hakkinda-casusluk-sorusturmasi


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

Saşa Melikyan kod adlı Gizli polisin killeri  Fuad Agayevin (İsveçrə) Cinayət Ortaqları “Sıqan” (Qaraçı) Ləqəbi Ilə Tanınan Elmir Məmmədov, rəisi Polis polkovniki Əli Quliyev, qanlı polis bandasının basçısı Hacı Məmmədov  ömürlük həbsdədirlər, lakin, özü Isə heç nə olmamış kimi Avropada Azərbaycandakı cinayətlərini davam edir. Video-8-ci h.

Meymun baxar güzgüyə, adını qoyar özgəyə:  Krimnal şəbəkənin Qara kassası, “Maştaginski“ Fuad Rzayev (Moskva) erməni musiqisinin sədaları altında ermənilərlə rəqs edir, amma özü isə barəmizdə cinayət xarakterli Yalan məlumatlar yayır

← Back

Your message has been sent